Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4848/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı1, X2, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “etibarnamənin qanunsuz hesab olunması, bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv olunması, mülkiyyətin rəsmiləşdirilməsi tələbinə dair» Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1011/2025 saylı işi üzrə 21 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı «mülkiyyətin rəsmiləşdirilməsi tələbinə dair» iddia ərizəsi (dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, ilk dəfə AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli çıxarışla (sonradan xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan sonuncu çıxarış) mülkiyyət hüquqları rəsmiləşdirilmiş və cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olmuş (sonradan bağışlama müqaviləsi ilə özgəninkiləşdirilmiş) ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair onun Cavabdeh1 tərəfindən Cavabdeh2 xeyrinə xx.xx.2024-cü il tarixlə 4 saylı Bakı «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisində verdiyi 7 E-24560 №li etibarnamənin etibarsız hesab olunması, ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair onun adından etibarnamə ilə nümayəndəsi qismində iştirak etmiş Cavabdeh2 tərəfindən anası Cavabdeh3 adına rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 4 Ə- 2816 № ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********6-10301 olan çıxarışın ləğv olunması, hazırda xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********6-10301 olan çıxarışla mülkiyyət hüquqları rəsmiləşdirilmiş Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin 1\4 hissədə İddiaçı1 Vaşid qızının, 1\4 hissədə isə İddiaçı2 Vaşid oğlunun adına rəsmiləşdirilməklə mülkiyyətlərinə keçirlməsi vəzifəsinin (öhdəliyinin) cavabeh Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1011/2025 saylı işi üzrə 21 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı2 şikayət vermiş və Sabunçu rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli (sistemə xx.xx.2025-ci il tarixində yüklənmiş), e-2(008)-1011/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı2 tərəfindən verilən apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2025-ci il saat 11:00-a təyin edilmişdir. Apellyasiya icraatı gedişi zamanı apellyasiya şikayətinin məzmununda digər İddiaçı1 qətnamədən şikayət verməsi qeyd edilsə də, apellyasiya şikayətinin yalnız İddiaçı2 tərəfindən imzalandığı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1011/2025 saylı işi üzrə 21 iyun 2025-ci il tarixli qətnaməsindən digər iddiaçı ilə yanaşı özünün də şikayət verdiyini, lakin onun əvəzinə şikayəti imzalamaq səlahiyyətinə dair İddiaçı2 etibarnamə vermədiyini qeyd etmiş, işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin hər iki iddiaçı tərəfindən verildiyini, elektron qaydada şikayəti imzalayarkən hər iki iddiaçı tərəfindən imzalandığını, lakin bilmədikləri səbəbdən şikayətin yalnız onun tərəfindən imzalandığının göründüyünü qeyd etmiş və işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kollegiya iddianın həcmini və məhkəmə kollegiyasında baxışın mümkünlüyü baxımından onun hədlərinin müəyyən edilməsi zəruriliyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1011/2025 saylı işi üzrə 21 iyun 2025-ci il tarixli qətnaməsinin İddiaçı1 qətnamədən şikayət vermək hüququ və məhz onun buna yönəlik iradə ifadəsinin mövcudluğu nəzərə alınaraq, iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsində İddiaçı1 şikayət vermək hüququ üzrə mülki-prosessual hüquqlarına dair gözləntilər, habelə təqdim edilən apellyasiya şikayəti üzrə hər iki iddiaçının eletron imza ilə şikayəti imzaladığının yoxlanılması təmin edildikdən sonra iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə(384.0.6) apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 398- 400, 402, 409-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4848/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1011/2025 saylı işi üzrə 21 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 şikayət vermək hüququnun təmin edilməsi mümkünlüyünün yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4848/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4848/2025
20.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver