Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4849/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, hakimlər Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, görülməyən işlərin dəyərini təşkil edən pul vəsaitinin geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e 2(008)-342/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)-342/2023 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən İddiaçı xeyrinə icra edilməyən işlərə görə 2827 manat, dəymiş ziyana görə 4800 manat olmaqla, cəmi 7627 (yeddi min altı yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96,27 (doxsan altı manat, iyirmi yeddi qəpik) manat hissəsinin tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh direktoru X4 nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Məhkəmsinin 2(103)-2131/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-342/2023 saylı qətnaməsindən Cavabdeh direktoru X4 tərəfindən xx.xx.2023-ci il tarixdə verilən apellyasiya şikayəti qeyri- mümkün hesab edilmiş və və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e 2(008)-342/2023 saylı qətnaməsindən X4 nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh MMC xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-342/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e 2(008)-342/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinə əlavə edilmiş 2-də göstərilən formada vermiş olmadığından geri qaytarılması qərara alınmışdır. Daha sonra Cavabdeh MMC xx.xx.2024-cü il tarixində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-342/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e 2(008)-342/2023 saylı qətnaməsindən cavabdehin-vəkili tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinə əlavə edilmiş 2-də göstərilən forma qrafik daxilində müəyyən ardıcıllıq formasında olmadığından geri qaytarılması qərara alınmışdır. Cavabdeh MMC–nin nümayəndəsi-vəkili Vəkil2 yenidən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-342/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, apellyasiya şikayətinin verilməsi üçün müddəti bərpa edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 342/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsilə Baku İnşaat MMC-dən İddiaçı qıznın xeyrinə icra edilməyən işlərə görə 2827 manat, dəymiş ziyana görə 4800 manat olmaqla, cəmi 7627 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96,27 (doxsan altı manat, iyirmi yeddi qəpik) manat hissəsi tutulması, xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342/2023 tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət mümkünsüz hesab edilib geri qaytarılmışdır. Həmin qərardad cavabdeh tərəfə rəsmi qaydada təqdim edilməmişdir. Hal-hazırda nöqsanları aradan qaldırıb yenidən şikayət verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən müddət ötürülməsindən şikayət verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008) 342/2023cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-342/2023 saylı qətnaməsindən Cavabdeh MMC-nin vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin buraxılması səbəblərinin üzürlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan da İddiaçı və nümayəndəsi-vəkili Vəkil1 həmin qərardaddan şikayət verərək, onun ləğv olunmaqla, apellyasiya şikayətini və müddətin bərpasına dair ərizənin geri qaytarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008) 342/2023 saylı qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 342/2023 saylı qərardadından İddiaçı və nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayətlərin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 342/2023 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-342/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş müddətin bərpasına dair ərizənin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-342/2023 saylı qərardaddan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətlərinin geri qaytarılması barədə qərardadlarla nə cavabdeh, nə də nümayəndəsi-vəkili məlumatlandırılmışdır. Dəfələrlə tərəflərindən ərizə təqdim edilərək, qərardadların surəti istənilsə də, məhkəmə süründürməçiliyə yol verərək, qəradadları təqdim etməmişdir. Şikayət vermə müddəti məhkəmə qərarının rəsmi təqdim edildiyi vaxtdan hesablanır. Əgər məhkəmə elektron sistemə baxış keçirsə, aydın olar ki, o, vəkil olaraq son 1 ayda sistemə qəbul edilmişdir. Cavabdeh isə ümumiyyətlə məlumatlandırılmamışdır. Belə olan təqdirdə müddətin ötməsindən söhbət gedə bilməz. Bundan əlavə, məhkəmə xx.xx.2025-ci il tarixli qərardadı qəbul edərkən də işi araşdırmış, məhkəmə aktını almaları barədə işdə heç bir sübut olmadığından, müddəti bərpa etmişdir. Ona görə də hesab edir ki, qərardad əsassız və qanunsuzdur. Müddətin ötürülməsi üzürlü hesab edilib, mülki iş baxılmağı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-342/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini cavabdehin nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh direktoru X4 nümayəndəsi-vəkili Vəkil2 ilk dəfə xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2(103)-2131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır. Öz növbəsində, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılmışdır. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə forma ilə bağlı tələblərə əməl edilməməsi əsası ilə geri qaytarılmışdır. Sonuncu apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixində verilmişdir. Göründüyü kimi, cavabdeh ilk şikayətini qanunla nəzərdə tutulmuş müddət ərzində vermiş olsa da, həmin apellyasiya şikayəti və sonradan verilmiş apellyasiya şikayətləri bir neçə dəfə forma ilə bağlı tələblərə əməl edilməməsi əsası ilə geri qaytarılmışdır, sonuncu apellyasiya şikayətini isə cavabdeh tərəf xx.xx.2025-ci il tarixində, yəni qətnaməni aldığı vaxtdan təqribən 1 il 3 ay vaxt keçdikdən sonra vermişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı vəziyyətdə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin buraxılması heç bir üzrlü halla əlaqəli deyildir və bərpa edilə bilməz. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, qətnamənin artıq icraya yönəldilməsi, apellyasiya şikayətinin qətnamənin çıxarılmasından uzun müddət sonra verilməsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdeh tərəfindən ötürülmüşdür. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün isə ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim edilməmişdir. Nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut da təqdim etməmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Cavabdeh isə qətnamənin qəbul edilməsindən, həmçinin qətnamənin icraya yönəlməsindən keçən uzun müddət ərzində qəbul edilmiş qətnamədən məlumatlı olmuş, həmçinin keçən bu müddət ərzində qətnamədən verilmiş apellyasiya şikayətləri forma ilə bağlı tələblərə əməl edilməməsi əsası ilə apellyasiya şikayətləri geri qaytarılmışdır ki, bu üzürlü səbəb sayılmır. Forma pozuntusu subyektiv səhlənkarlıq kimi qiymətləndirilir. Kollegiya qeyd edir ki, şikayət müəllifi ixtisası hüquqşünas olmaqla peşəkar vəkil olaraq cavabdehin nümayəndəsi ilk şikayəti müddət daxilində olsa da, forma tələblərinə əməl edilmədiyindən hüquqi nəticə doğurmamışdır. Sonrakı şikayətlər isə artıq müddət keçdikdən sonra verildiyindən üzürlü səbəb əsaslandırılmamışdır. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Şikayətdə göstərilən hallar müddətin bərpası üçün əsas yaratmır. Bu baxımdan, qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-342/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilən apellyasiya şikayəti və ona əlavə edilmiş müddətin bərpasına dair ərizəsinin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008) 342/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4849/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4849/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver