Məhkəmə qərarları › İş №2(103)-485/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-485/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-485/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X8 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(004)-2687/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X9 arasında bağlanmış AN-1 ******* seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzili 60.000 manata X1. Müqaviləni satıcı tərəfindən etibarnamə əsasında nümayəndəsi Cavabdeh imzalamışdır.

2. Qəbzlərə görə X9 notariusun hesabına 10.000 manat və 50.000 manat məbləğində pul vəsaiti köçürmüşdür.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5299/2022 saylı qərarından müəyyən edilir ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdeh tərəfindən mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair İddiaçı və X9 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, e2(004)2042/2020 nömrəli qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilk iddia təmin edilərək, cavabdeh İddiaçı X4 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı tərəfindən mənzilin boşaldılaraq iddiaçı X5 təhvil verilməsi, cavabdeh İddiaçı X5 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)- 3153/2021 nömrəli qətnaməsi ilə (hakim Fuad Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Xumar Mərdanovadan və Elnur Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, e2(004)-2042/2020 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair İddiaçı ilə X9 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2021-ci il tarixli, 2(102)-5048/2021 nömrəli qərarı ilə (hakim Elşad Şamayev sədrliyi və məruzəsi ilə, hakimlər Elşanə Vəliyeva və Aqil Abbasovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1170/2022 nömrəli qətnaməsi ilə (hakim İkram Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər Rəşad Həsənovdan və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5299/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1170/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilin satışından əldə olunmuş 60000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 35000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus üç otaqlı mənzili bacısı oğlu Cavabdeh verdiyi etibarnamə əsasında öz bacısı X5 alqısatqı müqaviləsi ilə 60000 manata satmış, lakin həmin məbləği ona ödəməmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra bu xüsusat məhkəmə qətnamələrində də öz təsdiqini tapmışdır. Cavabdehlə cavabdehin bacısı arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən alıcı əvvəl 10000 manat, sonra isə 50000 manat pulu notariusun depozit hesabına keçirmiş, satıcı isə həmin məbləği depozitdən çıxararaq özününküləşdirmişdİr. Cavabdeh həmin məbləği onun etibarından sui-istifadə edərək ona ödəməmişdir. Bu halların hamısı məhkəmə qətnamələrində öz əksini tapmışdır.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ondan anası X10 vasitəsilə 35000 manat borc almışdır (borcun alınmasını təsdiq edən yazışmalardan çıxarış əlavə olunur). Bundan əlavə iddiaçı X4 cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair ilkin, İddiaçı X5 qarşı alqı-satqı müqaviİəsinin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İddiaçı qarşılıqlı iddiasında, ona 15000 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Sözügedən fakt Azarbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci İl tarixli 2(102)-5299/2022 nömrəli qərarında da əksini tapmışdır (qərarın surəti əlavə edilir). Göründüyü kimi, İddiaçı 15000 dollar borcunun olması ilə bağlı etiraf etməklə, bu hal məhkəmə qərarlarında əks olunmaqla, onun borcun həmin hissəsini sübut etmək vəzifəsini aradan qaldırmışdır. Bundan əlavə, işə əlavə edilən telefon yazışmalarından çıxarışdan da göründüyü kimi, İddiaçı 35000 manat borcu qəbul etmişdir. Bundan sonra borcun qaytarılmasında çətinlik yaşadığına göra borcun əvəzi olaraq ona mülkiyyətində olan evin satılması üçün etibarnamə vermişdir.

13. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, 2018-ci ilin yanvar ayında qardaşı Ağayev Ayçın ona müraciət edərək kömək etməsini xahiş etmişdir. Qeyd etmişdir ki, banka girov qoyduğu evi əlindən alırlar, 35000 manat pul lazımdır ki, evi girovdan çıxarsın. O, uşaqları ilə danışmış, oğlu Tamerlan bir az pul yığmış, bildirmişdir ki, həmin pulun üstünü də düzəldib versinlər ki, qardaşı küçədə qalmasın. Əvvəllər də bir neçə dəfə ona kömək etmişdir. Şərtlər belə idi ki, borcu artıqlaması ilə, bir ay ərzində qaytaracaqdır. O zaman hələ Bakıda idi, krediti də burda, Nikoyl Bankdan götürmüşdür. Bu günə kimi də həmin borcu qaytarmamışdır, ancaq elə məhkəmələrə müraciət edir. Qardaş-bacı olduqları üçün gedib hanısısa notariusda müqavilə bağlamağı düşünməmişdir. Üzərindən bir il, bəlkə də ondan artıq keçdikdən sonra qardaşına borcu qaytarmağını bildirmişdir. Qardaşı da evi etibarnamə ilə verməyi, satıb pulunu götürməklərini təklif etmişdir. ASAN xidmətə gedərək Tamerlana etibarnamə vermişdir. Ondan sonra bir müddət evi satmamışlar, gözləmişlər. Lakin sonradan qardaşının nömrələrinə zəng çatmamış. Bir ilə yaxın gözlədikdən sonra onunla əlaqə itmiş, tapa bilməmişlər. Etibarnamənin bitmə müddətinə az qaldığından məcbur olub evi satmışlar. Qızı alqısatqı müqaviləsi əsasında evi almışdır. Bundan əlavə pulu verdikdən sonra da ona alimnet və digər məsələlərdə kömək etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 2018-ci ilin yanvar ayında Ağayev Ayçın ona müraciət edərək banka girov qoyduğu evin əlindən almaq üzrə olduqlarını, evi girovdan çıxarmaq üçün 35000 manat pul lazım olduğunu demişdir. Əsas pulu oğlu vermiş, o, az, təxminən 500 manat pul vermişdir. Qardaş-bacı olduqları üçün notariusda müqavilə bağlamağı fikirləşməmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, İddiaçı evi girovdan çıxarmaq üçün 35000 manat lazım olduğunu demişdir. Onda 35000 manat olmadığından, o, oğlundan xahiş etmişdir ki, həmin pulu versin.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 avqust 2023-cü il tarixli 2(004)-2687/2023 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh 60000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ona verilmiş etibarnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata X3, həmin məbləğ Cavabdeh tərəfindən notariusun depozit hesabından götürülsə də, İddiaçı verilməmiş, beləliklə də İddiaçı maddi ziyan vurulmuşdur. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili də qeyd edilən halları məhkəmə iclası zamanı izahatında təsdiq etmiş və iddiaçının ona olan 35000 manat məbləğində borcunun əvəzinə evi satdığını bildirmiş və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə göstərmişdir ki, qarşılıqlı iddiaçı cavabdehə 35000 manat pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə eyni zamanda 35000 manat pul vəsaitinin İddiaçı verilməsi ilə bağlı şahid ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, şahid X10 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh anasıdır, yəni yaxın qohumluq münasibətləri vardır, həmçinin həmin ifadə iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmır.

18. Məhkəmə eyni zamanda qarşılıqlı iddiaçının nümayəndəsi-vəkilinin cavabdehin əvvəlki məhkəmə mübahisələrində borc müqaviləsinin olmasına dair etirafının olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından görünür ki, həmin iş üzrə cavabdehin hazırki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, iddiaçının (X4) istinad etdiyi müqavilə etibarsızdır, əslində tərəflər arasında cavabdehin borcunun təminatı üçün pərdələnmiş əqd bağlanmışdır, həm də həmin müqavilə təzyiq nəticəsində bağlanmışdır, alıcı tərəfindən mənzilin dəyəri kimi banka köçürülmüş 60.000 manat pul vəsaiti də satıcının nümayəndəsi (o, həm də alıcının qardaşdır) olmuş Cavabdeh tərəfindən İddiaçı verilməmişddir. Eyni zamanda həmin iş üzrə iddiaçı Suadə Məmmədovanın nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, tərəflər arasında hər hansı borc münasibəti olmamışdır, müqavilənin bağlanmasının təzyiq altında olması da əsassızdır, tərəf buna dair heç bir sübut da verməmişdir, mənzilin alğı-satqı müqaviləsi qanunla müəyyən olunmuş qaydada notariat ofisində bağlanmış, mənzilin razılaşdırılmış qiyməti də bankda köçürmə üsulu ilə satıcıya verilmiş, satıcı tərəf də həmin vəsaiti almışdır, demək ki, daşınmaz əmlakla bağlı qanunvericiliyin tələblərinə uyğun etibarlı müqavilə bağlanmışdır. Həmçinin sözügedən işlə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1170/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 60000 manat dəyərini tam şəkildə satıcı İddiaçı ödənilməsi üçün notariusun depozit hesabına ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş mənzili hazırkı vaxta kimi boşaldaraq iddiaçıya təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya olan 15000 ABŞ dolları borcunun əvəzində, alqısatqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktları ilə alqı-satqı müqaviləsinin etibarlılığı sübuta yetirilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin İddiaçı 15000 ABŞ dolları borcunun olması da öz təsdiqini tapmamışdır.

19. Məhkəmə eyni zamanda təqdim olunmuş Whatsapp yazışmalarına münasibətdə qeyd etmişdir ki, həmin yazışmalar rus dilindədir. Bundan başqa həmin yazışmaların kimlər arasında, hansı nömrələr vasitəsilə aparılmasını müəyyən etmək mümkün olmadığından mötəbər hesab edilə bilməz və sübut qismində qəbul edilə bilməz.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 21.1, 359.1, 362.1, 425.1, 778.1, 782.1, 740, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.3, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, təqdim etdiyi sübutlar tədqiq olunmamış, hakim həmin sübutlar barədə şifahi mülahizələrə əsaslanmaqla onları qəbul etməmişdir. Belə ki, əsas istinad etdiyi hallardan biri İddiaçı ona 15000 ABŞ dolları borcu olduğunu etiraf etməsidir. Sözügedən fakt Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5299/2022 nömrəli qərarında da əksini tapmışdır. Lakin Məhkəmə bu məsələyə sadəcə bir cümlə ilə (mübahisələndirilən qətnamənin 8-ci səhifəsi, 4-cü abzas) “borcun olması öz təsdiqini tapmamışdır” ifadəsi ilə münasibət bildirmişdir. Təqdim etdiyi digər sübut Whatsapp yazışmaları ilə bağlı olmuşdur, həmin yazışmaların rəsmi tərcüməsi təqdim edilsə də məhkəmə bu hala da diqqət ayırmamış, eyni zamanda bu sübutu tədqiq etməmiş və yalnız fərdi mülahizələrlə bu sübutun mötəbərliyini qəbul etməmişdir. Məhkəmə prosesində şahid X7 ifadəsini isə məhkəmə onun anası olması faktını əsas gətirməklə qəbul etməmişdir, halbuki işin hallarından mübahisənin yaxın qohumlar arasında olduğu aydındır və bu halda şahidin ifadəsini yalnız anası olduğuna görə qəbul etməmək işin hallarına ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apelkyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

25. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

28. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

29. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

30. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

34. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

36. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). 37.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan, həmçinin cavabdeh tərəfin izahatından aydın olur ki, ilkin iddia tələbi mübahisələndirilmir, ona görə də qətnamə qarşılıqlı iddia tələbinə aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

46. Göründüyü kimi xx.xx.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata X2. Alqı-satqı müqaviləsini İddiaçı əvəzində, onun verdiyi xx.xx.2019-cu il tarixli 9286 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Cavabdeh imzalamışdır. Qəbzlərə görə X9 notariusun hesabına 10.000 manat və 50.000 manat məbləğində pul vəsaiti köçürmüşdür.

47. Qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən həmin alqı-satqı müqaviləsi etibarlı müqavilə hesab edilmişdir.

48. İddiaçı hazırda həmin mənzilin satışından əldə olunmuş 60000 manat pulun cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh tərəf də mənzilin satılmasından əldə edilmiş 60000 manat pulu götürdüyünü etiraf etmişdir.

49. Cavabdeh iddiaçının ona 35000 manat borcunun olduğunu, həmin borcu qaytarmadığı üçün mənzilin satıldığını bildirərək, iddiaçıdan 35000 manat borcun tutulmasını tələb etmişdir.

50. İddiaçının ona 35000 manat borcunun olmasını təsdiq etmək üçün iddiaçının adına qeydiyyatda olan telefon nömrəsi ilə aparılmış “Whatsapp” yazışmalarını təqdim etmişdir.

51. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili tərəfindən təqdim edilmiş telefonda olan yazışmalara (İddiaçılə Cavabdeh anası arasında), həmçinin səsli mesajlara baxış keçirilmişdir və iddiaçı ona 35000 manat lazım olduğunu, bir aydan sonra 40000 manat qaytaracağını bildirmişdir. Danışıqlardan müəyyən edilir ki, iddiaçı həmin pulu almış, lakin qaytarmamış, digər tərəf də ondan pulun qaytarılmasını tələb etmiş, evi satmasını, etməyəcəksə baş etibarnamə verməsini, satmasa ona borclu olduğu 35000 manatın əvəzinə özünün satacağını bildirmişdir. İddiaçı hər zaman etibarnamə verə biləcəyini qeyd etmişdir.

52. Beləliklə qeyd olanan yazışma və səsli mesajların məzmunundan aydın olur ki, iddiaçı cavabdehdən 35000 manat borc almış və hazırki vaxtadək qaytarmamışdır.

53. Belə olan halda cavabdeh haqlı olaraq həmin pul məbləğini iddiaçıdan tələb edir.

54. Cavabdeh qeyd olunan sübutu birinci instansiya məhkəməsində də təqdim etsə də, məhkəmə həmin sübutun ətraflı araşdırılmasını təmin etməmiş, formal olaraq ona tənqidi yanaşmışdır.

55. Cavabdeh apellyasiya şikayətində İddiaçı ona 15000 ABŞ dolları borcu olduğunu etiraf etməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5299/2022 nömrəli qərarında da əksini tapdığına istinad etmişdir.

56. Bununla bağlı Kollegiya qeyd edir ki, istinad edilən əvvəlki mülki iş üzrə iddiaçı X9 olmuşdur və həmin iş üzrə cavabdeh olan İddiaçı həmin iş üzrə iddiaçı olan X5 15000 ABŞ dolları borclu olduğunu bildirmişdir. Yəni, istinad edilən məhkəmə qərarına əsasən, cavabdehin istinad etdiyi kimi İddiaçı ona 15000 ABŞ dolları borcunun olmasını etiraf etməmişdir. Ona görə də həmin qərar ilə müəyyən edilmiş hal kimi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir.

57. Kollegiya onu da qeyd etmək istəyir ki, əvvəlki işdə Cavabdeh işə üçüncü şəxs qismində cəlb edildiyi üçün MPM-nin 82.3-cü maddəsində nəzərdə tutulmuş “işdə iştirak edən şəxs” hesab olunur və həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki məhkəmə prosesində onun tərəfindən mübahisələndirilə bilməz. Ancaq nəzərə almaq lazımdır ki, həmin işdə İddiaçı qarşılıqlı tələbi ona yox, Suadə Məmmədovaya qarşı yönəlmiş və qarşılıqlı tələbin əsasını da İddiaçı məhz Suadə Məmmədovaya 15000 ABŞ dolları məbləğində borcunun olması və s. hallar təşkil etmiş, sonuncu da bu halı inkar etmişdir. Yəni, həmin işdə İddiaçı Cavabdeh hər hansı məbləğdə borcunun olması müzakirə predmeti olmamışdır.

58. Qanunvericiliyə əsasən borc müqaviləsinin həm şifahi, həm yazılı formada bağlana bilməsi nəzərdə tutulsa da, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalı olması göstərilmişdir. Hazırki iş üzrə 35000 manat məbləğində pul vəsaiti borc verildiyindən, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır. Həmin məbləğdə pulun borc verilməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız hesab edilir.

59. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

60. Belə olan halda, İddiaçı 35000 manat pulu əhəmiyyətsiz əqd üzrə əldə etməklə əsassız varlanmışdır, ona görə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əldə etdiklərini qaytarmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2687/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi qismən – qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 35000 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun. Hər iki tələb üzrə tutulan məbləğlər əvəzləşdirilərək, nəticə etibarı ilə Cavabdeh 25000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar