Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4851/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməməklə xitam verilməsi və mənzildən çıxarılma barədə” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)-2039/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli, 9 mərtəbəli binada yerləşən 98,7 kv.m ümumi, 60,8 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 350 nömrəli reyestr kitabının 32766 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Bakı şəhəri 36 saylı Notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli, 9 mərtəbəli binada yerləşən 98,7 kv.m ümumi, 60,8 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 35 nömrəli mənzili oğlu X7 bağışlamışdır.
3. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli evin 35 nömrəli mənzili X5 adına daşınmaz əmlakın dövlət reyestrində 350 nömrəli reyestr kitabının 32766 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
4. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 36 saylı Notariat kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinin ləğvi barədə xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli evin 35 nömrəli mənzilə dair İddiaçı ilə X7 arasında xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsi ləğv edilmişdir.
5. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron çıxarışın surətindən görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
6. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, X8, X6 ünvan 1-də qeydiyyatdadırlar.
7. İş materiallarında olan AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
8. İş materiallarıda olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5973/2021 saylı qətnaməsinin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
9. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh adına ünvan 4 ünvanı 46 saylı NK-nın 4ə-389 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, 24.1.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
10. İş materiallarında olan Bakı Şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasından müvafiq sənədləri təqdim etmədiyi üçün imtina olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılmaqla, istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kompensasiya ödənilmədən, xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 17 noyabr 2020-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən RX seriyalı, ********** saylı çıxarışa əsasən onun mülkiyyətindədir. X13 həyat yoldaşı Cavabdeh mülkiyyətində olan həmin mənzilə qeydiyyata salınmışdır. 2008-ci ildə mənzili yüksək təmir etdirib onlara vermişdir, Cavabdeh, 2008-ci ildə mənzilə köçsə də, 2016-cı ildə qeydiyyata salınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə oğlu E.Əhmədov ilə Cavabdeh nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş uşaqlar Cavabdeh himayəsində saxlanmışdır. Həmin evdə oğlunun qeydiyyat tarixi xx.xx.2011-ci il, Cavabdeh qeydiyyat tarixi xx.xx.2016-cı il, X2 qeydiyyat tarixi xx.xx.2012-ci il, Əhmədzadə Nərgizin xx.xx.2013-cü il tarixidir, Cavabdeh mənzildən çıxarıldıqda kompensasiya tələb edir. Lakin onun mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində iki otaqlı və Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsində 10 sot torpaq sahəsində 2 mərtəbəli bağ evi vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş arayışdan da görünür ki, Cavabdeh adına ünvan 4 ünvanı 46 saylı NK-nın 4ə-389 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, 24.1.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir, göründüyü kimi Cavabdeh mənzil təminatı normaldır, iki azyaşlı uşaq da bu mülklərdən birinə qeydiyyata düşə bilərlər, uşaqların analarının mülkiyyətində olan mənzilə qeydiyyatda olması onların mənafelərinə daha uyğundur, on dörd yaşı olmayan şəxslərin yaşayış yeri qanuni olaraq onların valideynlərinin yaşayış yeri sayılır. Onun mülkiyyətində olan mənzildən Cavabdeh istifadə hüququna xitam verilməməsi mülkiyyət hüquqlarını məhdudlaşdırır, kommunal xidmət haqqı ödənilməsi, mənzili özgəninkiləşdirəcəyi təqdirdə onun razılığının alınması, ona ünvanlanan poçt göndərişlərinin mənzilə gəlməsi və s. kimi hallar mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh hal-hazırda ailə üzvü deyil, ona görə də onun həmin mənzildən istifadə hüququ saxlanıla bilməz. İddiaçı həmin evə cehiz gətirmişdir, bu doğrudur, ancaq təmir xərci əsassızdır, həmçinin oğlu ilə nikahı pozulmuşdur və ona 600 manat aliment təyin edilmişdir, binaya su damsa da pulunu özü vermişdir, oğlu təmir etmişdir. Cavabdeh gələndə yalnız mebel gətirmişdir, nəvələri belə olsa, komepsasiya verilməsinə razı deyildir, zərurət yaranarsa gələckdə evi nəvəsi Leylanın adına keçirəcəkdir.
14. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən hər birinə 20000 manat kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, ünvan 1-ə çəkilmiş 7400 manat məbləğində təmir xərcinin və mətbəx mebelinin dəyəri olan 8000 manat məbləğin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə Cavabdeh ilkin iddia üzrə iddiaçının oğlu X9 ilə nikaha daxil olmuşdur, elə həmin tarixdən də Xətai rayonu, G.Şıxlinski küçəsi ev 36 ünvanında yerləşən 35 saylı mənzildə qeydiyyatda olmaqla yaşamaqdadır. İlkin iddiaçı qeyd olunan əmlakı ailə qurduğuna görə onlara, yəni oğlu və Nərminəyə vermişdir, həyat yoldaşı və o mənzilin onlara məxsus olduğunu bilirdilər, o səbəbdən həmin mənzilə gəlin köçərkən Cavabdeh cehiz olaraq divardan ayrıla bilməyən mətbəx mebeli quraşdırmışdır, həmin mətbəx mebelinin dəyəri 8000 manat təşkil etməkdədir. xx.xx.2008-ci il tarixdən bugünədək həmin mənzildə dəfələrlə təmir işləri aparılmışdır, sonuncu dəfə 6000 manat dəyərində oboy yenilənmiş, ağartma işləri və alçipan işləri görülmüşdür, mənzil binanın sonuncu mərtəbəsində olduğu üçün yağış sularının sızmalarına məruz qalırdı, bu məqsədlə dam və dam örtüyü bir neçə dəfə yenilənmişdir, dam örtüyünün yenilənməsinə hər dəfə 700 manat olmaqla 1400 manat xərc qoyulmuşdur, bütün bu təmir işləri həmin mənzilin satış dəyərini olduqca yüksəltmişdir. Göründüyü kimi, mülkiyyətçi qeyd olunan əmlakı oğluna verməmiş olsaydı həmin mənzilə ayrılması mümkün olmayan əmlaklar quraşdırılmazdı, təmir işləri aparılmazdı. İlkin iddia üzrə İddiaçı Məhərrəm oğlu öz iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsində bağ evi vardır, lakin X9 Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsinin və bağ evinin bölüşdürülməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa X9 iddiaçının oğludur, iddiaçı oğlunun həmin evdən çıxarılmasını tələb etmir, lakin mənzildən istifadə hüququ olan yetkinlik yaşına çatmayan, əmək qabiliyyəti olmayan nəvələri X4 və X3 hüququna xitam verilməsini tələb edir, göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaçı cavabdehlərin hər birinə 20000 kompensasiya ödəməklə cavabdehlərin istifadə hüququna xitam verə bilər.
16. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)- 2039/2022 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)- 2039/2022 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh, X2 və X1 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətində göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Hazırkı işdə mübahisəli mənzil 30 may 2012-ci ildən 2018-ci ilədək hazırkı iddiaçının oğlu, apellyatorun əri Elnur Əhmədovun mülkiyyətində olub. Həmin dövrdə də apellyator həmin evdə yaşamış və mülkiyyətçi onun həyat yoldaşı olduğu üçün, onun və uşaqlarının evdən istifadə hüququ yaranmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə dair etiraz verilməmişdir.
ç) Proses iştirakçılarının izahatı
21. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
23. Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və ilk iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməməklə xitam verilməsi və mənzildən çıxarılma barədə” iddia ərizəsi təmin edilməlidir.
35. Belə ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən Mülki Məcəllənin 228-ci maddələrinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mənzilə köçdüyü 2008-ci ildə (2009-cu il oktyabrın 1-dək) yarandığından, mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzilə köçdüyü 2008-ci il tarixdə həmin mənzilə istifadə hüququnun yarandığı nəticəsinə gəlmişdir.
36. Məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, cavabdeh mənzilə gəlin köçən zaman həmin mənzil iddiaçının mülkiyyətində olmuş, onun tərəfindən isə cavabdehin mənzilə istifadə hüququnun yaranması üçün notarial qaydada razılıq verilməmişdir. Belə olduğu halda mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
37. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. … Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.”
38. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
39. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
40. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli və s. qərarlarında da ifadə edilmişdir.
41. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.
42. İşin hallarından aydın olur ki, Cavabdeh ilə Elnur Əhmədov arasında nikah münasibətləri 2008-2021-ci illərdə mövcud olmuş, mübahisəli mənzil bağışlama müqaviləsi əsasında Elnur Əhmədovun adına 2012-ci ildə yəni, onlar birgə nikahda olduqları zaman qeydiyyata alınmışdır. Beləliklə də, Cavabdeh həmin mənzilə mülkiyyətçinin ailə üzvü kimi istifadə hüququ 2012-ci il tarixdən yaranmışdır. Cavabdeh 2016-cı ildə həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır.
43. İşin halları əsasında həmçinin müəyyən edilir ki, iddiaçı ilə oğlu arasında bağışlama müqaviləsi ləğv edildikdən sonra mübahisəli mənzil 2020-ci ildə İddiaçı mülkiyyətinə qayıtmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5973/2021 saylı qətnaməsi ilə E.Əhmədov ilə Cavabdeh arasındakı nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Cavabdeh adına ünvan 4, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y, 1502 saylı bağ evi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Qeyd edilənlər işin mübahisəsiz halıdır. Cavabdeh ilkin iddia tələbini qismən qəbul edir. Mübahisə cavabdehlərin mənzildən çıxarılması zamanı kompensasiya verilib-verilməməsi barədədir.
44. Bu əsasla da kollegiya hesab edir ki, hazırki mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən həll edilməlidir.
45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hazırkı mülki mübahisə üzrə cavabdeh bu şəxslər siyahısına aid deyildir.
46. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
47. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
48. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
49. Kollegiya bu əsaslardan çıxış edərək bildirir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir, Cavabdeh onun ailə üzvü və ya digər qohumu deyil, bu səbəbdən də onun həmin mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməli, o, həmin mənzildən çıxarılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
51. Kollegiya həmçinin bildirir ki, Cavabdeh ilə E.Əhmədov arasında nikah pozularkən onların birgə nikahlarından olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılması qərara alınmışdır.
52. İş materialları əsasında müəyyən edilir ki, Cavabdeh mülkiyyətində mənzil və bağ evi vardır, bu isə onun uşaqları ilə birlikdə həmin əmlakların birində yaşamalarına imkan yaradır. Belə olan halda isə, azyaşlıların da həmin mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməli, onlar da həmin mənzildən çıxarılmalıdırlar.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2039/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilsin. Cavabdeh, X2 və X1 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.