Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4851/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) X1 qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma; kompensasiya tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X10 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X19, Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “kompensasiya tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-87/2023 nömrəli 01 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 06.11.1990-cı il tarixli, 034647 nömrəli orderə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 ev 52 saylı mənzil X14 əvəzsiz istifadəsinə verilmişdir.
2. 23.02.2002-ci il tarixli, 146315 nömrəli alqı-satqı müqaviləsinə əsasən X22 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzili həmin dövrün məzənnəsi ilə 72000000 manata İddiaçı satmışdır.
3. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 saylı evin 52 saylı mənzili xx.xx.2002-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.
4. ƏMDK Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 saylı evin 52 saylı mənzili tam payda İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2009-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-227/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X18 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X21 və xx.xx.2003-cü il təvəllüdlü X4 iddiaçı (anası) Cavabdeh yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 Cavabdeh xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması və aliment məbləğinin xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4753/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, bina 12 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m olan 2 otaqlı 63 saylı və ümumi sahəsi 78.40 kv.m olan 2 olaqlı 64 saylı mənzillərə dair ödənilmiş pul vəsaitinə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə X7 paylarının müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 68.30 kv.m olan 2 olaqlı 63 saylı və həmin binada ümumi sahəsi 78,40 kv.m olan 2 olaqlı 64 saylı mənzillərə dair X25 ilə X18 arasında xx.xx.2019-cu il tarixdə 5 saylı xüsusi notariat ofisində 3M-328 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin təminatı olan girov müqaviləsinin bağlanması haqqında ilkin müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
7. "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzilində İddiaçı, X15, Cavabdeh və X8 ibarət 5 nəfərdən ibarət ailə tərkibində yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və azyaşlı övladları X12 və X11 onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, cavabdehin azyaşlı övladları X12 və X21 ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini, eyni zamanda həmin qətnamənin cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olmasına dair qeydin aparılmasını xahiş etmişdir.
9. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin mənzildən istifadə hüququ olmayan hissədə rədd edilməsi, övladları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən çıxarılmaları üçün İddiaçı onun xeyrinə 30000 manat kompensasiya verilməsini və mənzildən çıxarılma ilə kompensasiya verilməsinin eyni zamanda icra olunmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdeh ilə oğlu X18 06 mart 2002-ci ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 03 fevral 2003-cü ildə Ləman adlı qızları anadan olmuşdur. 2012-ci ildə onların nikahları ləğv olunmuş, bir il yarıma gədər ayrı yaşamışlar, sonradan barışaraq, 15 aprel 2013-cü ildə yenidən rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 21 aprel 2014-cü ildə oğulları Əli anadan olmuşdur. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 227/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X18 arasında bağlanmış nikahın pozulması uşaqların Cavabdeh himayəsində saxlanması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda mülkiyyətində olan həmin evdə iradəsindən kənar cavabdeh və azyaşlı övladları rəsmi şəkildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adıçəkilən şəxslərin evdə qeydiyyatda olmasını tamamilə qeyri-qanuni hesab edir. Bu şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları öz mülkiyyət hüququnun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, buna maneələr törədir. Cavabdeh ilə oğlu nikah dövründə müvəqqəti onun mənzilində yaşamışlar. Belə ki, onlar özlərinə ev alanda onun mənzilindən ailəvi olaraq əşyaları ilə birlikdə çıxacaqdılar. Lakin sonra ona məlum olmuşdur ki, cavabdeh öz övladları ilə onun mülkiyyətində olan mənzilə razılığı olmadan qeydiyyata düşüblər. Belə olan halda onlar arasında olan münasibət 2003-ci ildə yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(005)- 4753/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh, birgə nikah dövründə əldə edilmiş mənzillərə payların müəyyən olunması və sair iddia tələbi təmin olunmuş və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, bina 12 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m olan 2 otaqlı 63 saylı və ümumi sahəsi 78.40 kv.m olan 2 otaqlı 64 saylı mənzillərə dair ödənilmiş pul vəsaitinə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə X13 payları müəyyən edilməsi qət olunmuşdur. Yani cavabdehin məhkəmə qətnaməsinə əsasən 2 yerdə mülkiyyəti də mövcuddur.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki ilk iddia cavabdeh İddiaçı adından qaldırılmasına baxmayaraq, onun bu iddiadan xəbəri yoxdur. Üçüncü şəxs E.Mirabdullayev anasının adından vəkilin adına etibarnamə verməyə nail olaraq vəkil vasitəsilə bu iddianı qaldırtmaqla ona aralarında olan digər məhkəmə işi ilə bağlı müəyyən təsir və təzyiqlər etməyə çalışır və bu niyyətini həyata keçirmək üçün hətta öz doğma övladlarını da anasının əli ilə yaşadıqları evdən çıxarmağa belə çəkinmir. Halbuki, o, övladları xx.xx.2003-cü il təvəllüdlü Ləman və xx.xx.2014-cü il təvəllüdlü Əli ilə mübahisəli ünvanda uzun müddətdir ki, qeydiyyatdadırlar və bu qeydiyyat İddiaçı razılığı ilə baş vermişdir. Belə ki, həmin mənzildə onlar cavabdehin oğlu - üçüncü şəxs E.Mirabdullayevlə birlikdə yaşamışlar və orada yaşamaları, eləcə də qeydiyyatla bağlı heç bir problem olmamışdır. 2003-cü ildən həmin mənzildə qeydiyyatdadır və uşaqları anadan olduqdan sonra təbii ki, yaşadığı ünvana qeydiyyata düşmüşlər. Cavabdehin ilk iddia ərizəsində onların orada qeydiyyatda olmalarının qeyri-qanuni olmasına dair göstərdikləri absurddur. Belə ki, cavabdehin razılığı olmadan onların həmin evə qeydiyyatı mümkün olmazdı. Bundan əlavə, uzun illər həmin mənzildə yaşadıqları halda, cavabdeh yaxşı bilirdi ki, o, ailəliklə orada qeydiyyatdadırlar. Hətta iddia ərizəsində 2015-ci ildə verilmiş forma 2 üzrə arayışı da əlavə etməsi onun bu qeydiyyatdan məlumatlı olmasını təsdiq edir. Belə bir iddianın indi verilməsinin səbəbi bu iddianı qaldırmaq yuxarıda qeyd etdiyi kimi cavabdehin deyil, oğlu olan 3-cü şəxs E.Mirabdullayevin təşəbbüsüdür. Belə ki, onunla olan nikahı məhkəmə qaydasında pozulmuş və nikah dövründə əldə edilmiş əmlaka ödənilmiş paya mülkiyyət hüququnun tanınmasına dair aralarında məhkəmə çəkişmələri davam edir. Cavabdeh ilk iddianı əvvəl də, yəni, 2021-ci ildə məhkəməyə vermiş, daha sonra isə onu geri götürmüşdür. Hazırda isə həmin iddianı yenidən verəndən sonra onun təkrarən geri götürülməsi üçün oğlu, üçüncü şəxs E.Mirabdullayev qarşıda müəyyən şərtlər qoymuşdur və bu şərtlərlə bağlı aralarında vəkillərin də iştirakı ilə danışıqlar davam edirdi. Şərtlərə həm davam edən məhkəmə çəkişmələrin predmetinə aid olan məsələlər, həm də hazırki iddianın predmeti üzrə onların qeydiyyatdan çıxmaq şərti ilə mübahisəli mənzildə yaşamaqda davam etmək kimi məsələlər daxil idi. Lakin 3-cü şəxs bu şərtlərlə müəyyən dərəcədə razılaşmalarına baxmayaraq, vaxtı uzatdı və sonda onları guya şərtlərlə razılaşmamaqda günahlandıraraq iddianı geri götürməkdən imtina etdi.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 may 2023-cü il tarixli 2(005)-87/2023 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) ilk iddia təmin edilmiş, Cavabdeh, onun azyaşlı övladı X11 və X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, Cavabdeh, onun azyaşlı övladı X21 və X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh qızının Cavabdeh ilə ailə münasibətlərinə xitam verildiyindən, Cavabdehın və onun yetkinlik yaşına çatan qızı X3 mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan Cavabdeh özlərinin saxlanılmasını tələb etmək hüquqları olmadığından, eləcə də iddiaçıların mübahisəli mənzildən istifadələrinə olan zərurət aradan qalxdığından iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz.
14. Digər cavabdeh X16 münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki işin materiallarından görünür ki, yetkinlik yaşına çatmayan cavabdeh Ə.Mirabdullayev anasının himayəsinə verilmişdir. Digər cavabdehlər kimi, onun da iddiaçıdan özünün saxlanılmasını tələb etmək kimi bir subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə tərəfindən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən istifadə hüququnun olmaması qənaətinə gəlindiyinə görə, məhkəmə hesab edir ki, cavabdeh X16 münasibətdə də iddia təmin edilməlidir.
15. Cavabdehlərin həmin evdə yaşaması və istifadəsinin hazırkı mərhələdə hər hansı qanuni əsası (kirayə müqaviləsinin, istifadə hüququ) müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.
16. Məhkəmə göstərmişdir ki, Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi səbəbindən məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş azyaşlı uşağı X11 da Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin 52 saylı mənzilindən iftifadə hüquqlarına xitam verilməlidir. xx.xx.2003cü il təvəllüdlü X12 yetkinlik yaşına çatdığına görə Cavabdeh himayəsində olmasa da, yetkinlik yaşına çatması və könüllü olaraq Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin 52 saylı mənzilində yaşamaması səbəbindən onun da bu mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
17. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh X2 birgə nikah dövründə əldə edilmiş mənzillərə payların müəyyən edilməsi tələbi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(005)- 4753/2021 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, bina 12 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m. olan 2 otaqlı 63 saylı və ümumi sahəsi 78,40 kv.m. olan 2 otaqlı 64 saylı mənzillərə dair ödənilmiş pul vəsaitinə ½ hissədə payı müəyyən edilmişdir. Beləliklə, Cavabdeh mənzilin mülkiyyətçisi İddiaçı ilə ailə münasibətlərinə xitam verilməsi ilə yanaşı, yaşayış yerinə olan ehtiyacı da aradan qalxmışdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 228.1, 228.2, 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.4, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum Qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli “X.Məmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına, Mülki prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apelyasiya şikayətində göstərilmişdir ki, qalmağa başqa yerinin olmadığını dəfələrlə bildirsə də, qarşılıqlı iddiası rədd edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, birgə nikah dövründə əldə edilmiş mənzil təzə tikilidir, təmir edilməmişdir. Həmin tikilidə payları bərabər olaraq müəyyənləşdirilsə də, faktiki olaraq mənzil naturada bölünməmişdir. İddiaçı ilə onun arasında yaranan hüquq münasibəti 01 oktyabr 2009-cu ildən əvvələ təsadüf edir, ona görə də ona Mülki Məcəllənin 228-ci maddəsinin tələbinə görə kompensasiya ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
31. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
34. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
41. İşin müəyyən edilmiş hallarına əsasən mübahisəli mənzil 23 fevral 2002-ci il tarixdə iddiaçı tərəfindən müqavilə əsasında əldə edilmişdir. İddiaçının oğlu ilə cavabdeh isə 06 mart 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.
42. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
43. Göründüyü hazırki mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll edilməlidir.
44. Mübahisəli ev cavabdehin qayınanasına məxsus olmuşdur və sonuncu, yəni iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır.
45. Eləcə də cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, cavabdeh ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulan: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir” cümləsində mülkiyyətçinin razılığı dedikdə də məhz mülkiyyətçi ilə “digər ailə üzvləri” arasında notariat qaydada bağlanaraq rəsmi reyestrdə qeydə alınmalı olan yazılı müqavilə nəzərdə tutulur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır.
46. Ona görə də iddia tələbi qismən təmin edilməklə, Cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır.
47. İddiaçı tələbində cavabdehin azyaşlı övladları X12 və X21 ilə birlikdə mənzildən çıxarılmasını tələb etmişdir.
48. Əvvəla kollegiya qeyd edir ki, X12 xx.xx.2003-cü il təvəllüdlü olmaqla artıq iddia qaldırılan xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çataraq, mülki prsessesual fəaliyyət qabilyyəti əldə etmişdir və iddiaçının hazırki tələbində ona qarşı müstəqil iddiası olmamışdır. Ona görə də X6 aid hissədə iddia rədd edilməlidir.
49. X16 aid hissədə isə Kollegiya qeyd edir ki, qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. X21 yetkinlik yaşına çatmamış olmaqla anasının, hazırki iş üzrə cavabdehin himayəsində saxlanılmışdır. Belə olan halda o, cavabdehlə bərabər mənzildən çıxarılmalıdır.
50. Kollegiya onu da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır.
51. Odur ki, hazırki qətnamə Cavabdeh azyaşlı övladı X21 ilə birlikdə mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır və bunun üçün əlavə olaraq hər hansı göstəriş verilməsinə ehtiyac yoxdur.
52. Kollegiya qeyd edir ki, məhkəmə qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olsa da, cavabdehin mənzilin mülkiyyətçisi İddiaçı ilə ailə münasibətlərinə xitam verilməsi ilə yanaşı, yaşayış yerinə olan ehtiyacının da aradan qalxmasına əsaslanması düzgün olmamışdır.
53. Belə ki, cavabdeh qarşılıqlı iddia tələbində övladları ilə birlikdə mənzildən çıxarılmaları üçün kompensasiya verilməsini tələb etmişdir.
54. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
55. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
56. Göründüyü kimi, kompensasiya yaşayış sahəsindən istifadə hüququ olan şəxsə münasibətdə tətbiq edilə bilər. Digər tərəfdən isə belə tələb irəli sürmək hüququ istifadəçiyə yox, mülkiyyətçiyə verilmişdir.
57. Baxılan iş üzrə Cavabdeh mübahisəli mənzilə ümumiyyətlə istifadə hüququ yaranmamışdır.
58. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-87/2023 nömrəli iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh və azyaşlı övladı X21 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 saylı evin 52 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsınlar. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “kompensasiya tələbinə dair” qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.