Məhkəmə qərarları › İş №2(103)-4853/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4853/2023

20.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4853/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması” tələbinə dair iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı, İddiaçı vəkili Vəkil2, Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nümayəndələri X6 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması” tələbinə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4744/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı anası X1 birinci dərəcə əlilliyi vardır. X3 övladı İddiaçı öhdəsindədir. Belə ki, İddiaçı X2 qulluğa görə 100 manat məbləğində Prezident təqaüdü alır.

2. Qanuni qüvvəsini almış Nəsimi rayon Məhkəməsinin 2(006)-7435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisarı) Laboratoriya bölməsinin həkim-mütəxəssisi vəifəsindən azad edilsə də onun öhdəsində birinci qrup əlil anasının olmasına görə işdən azad edilmə barədə əmr ləğv edilmiş və İddiaçı işə bərpa edilmişdir.

3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)- 1624/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və ona 03 ay müddətində inzibati həbs tətbiq edilmiş, inzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 17.50-dən hesablanmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1164/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin İddiaçı AR İXMnin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmiş, İddiaçı təyin edilmiş 03 ay müddətə inzibati həbs növündə inzibati tənbeh 02 ay müddətə endirilmişdir.

5. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmrindən çıxarışına əsasən İddiaçı Laboratoriya bölməsində həkim-mütəxəssis (biokimyəvi üzrə), Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndində (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən, xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

6. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçası bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılması qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının himayəsində 1-ci dərəcə əlil olan anası olduğundan əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddiaçının inzibati həbsdən sonra məcburi işburaxmaya dövrü üçün əmək haqqını hesablanıb ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddiaçının inzibati həbsdən sonra məcburi işburaxmaya dövrü üçün əmək haqqını hesablanıb ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, hazır ki mülki işin materiallardan görünür ki, cavabdeh tərəf işçinin əmək kitabçasını onun razılığı olmadan (həbsdə olduğunu bilə-bilə özü ilə həbsdən çıxdıqdan sonra əlaqə yaratmadan) ünvana göndərmiş, bu səbəbdən əmək kitabçasının kim tərəfindən alınması (verilməsi) müəyyən edilməmişdir

9. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.

10. Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, işin müəyyən edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik cənab Kərəm Vəliyevə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Müavini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin ünvanladığı 27 aprel 2022-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkimmütəxəssisi İddiaçı qanunsuz hərəkərləri barədə toplanmış material əsasında araşdırma aparılması barədə məlumat verilmiş və İddiaçı Mərkəzi Hərbi Poliklinikada müayinələrdən keçmiş hərbi qulluqçu və mülki şəxslərə guya qanda şəkər xəstəliyi göstəricilərin normadan yüksək olmasını bildirib, cavabların müsbət yazılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitlərini tələb edərək alması müəyyən edilmişdir. Əlavə olaraq İddiaçı Qədir qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş dələduzluq yolu ilə özgəsinin əmlakın talama inzibati xətasının tərkib əlamətləri aşkar edilmiş və bu səbəbdən toplanmış material hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə təqdim edilməsi bildirilmişdir. Həmçinin “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq oxşar qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi və bu barədə bir aydan gec olmayaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə dair müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasınn Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi (işəgötürən) əmək və icra intizamının pozulmasına görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “Ç” bəndi ilə ləğv edilməsi barədə 17 may 2022-ci il tarixli 94 nömrəli əmri ilə (həbs olduğu vaxt) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu barədə 14 iyun 2022-ci il tarixli 6222 nömrəli məktub ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi tibb xidməti polkovniki Asəf Məmmədov Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin lll dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovu məlumatlandırmışdır. Əmək müqaviləsi ləğv edildikdən sonra İddiaçı Qədir qızına son əmək haqqı kart hesabına köçürülmüşdür. İddiaçı Qədir qızı həbsdə olduğu vaxtda (28 aprel 2022-ci il) onun əmək müqaviləsinə yalnız 17 may 2022-ci il tarixdə xitam verilmiş və onun son əmək haqqı 17 may 2022-ci il tarixədək hesablanmışdır. İşəgötürən tərəfindən İddiaçı Qədir qızını işdən azad olunmasının səbəbləri (hərbi qulluqçulardan və mülki şəxslərdən 1200 (min iki yüz ) manat məbləğdə pul vəsaiti aldatma yolu ilə ələ keçirilməsi) qanunun tələblərinə əməl olunmaqla əmək müqaviləsi əsaslı olaraq ləğv edilmiş, son əmək haqqı ödənilmiş nəticədə iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Bununla da hesab edilir ki, İddiaçı Qədir qızının “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi əsassız olduğu üçün təmin oluna bilməz, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qəbul etdiyi qətnaməsi ləğv edilməlidir. Hesab edir ki, İddiaçı Qədir qızının məcburi işburaxması onların iradəsindən asılı olmamış, o Məhkəmənin qərarı əsasında müəyyən müddətdə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı Qədir qızı iddia tələblərində 17 may 2022-ci il tarixdən işdən azad edildiyi barədə işəgötürənin əmrinin ləğv edilməsi, öz əvvəlki işinə inzibati həbsdən sonra məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə bərpa olunması və əmək kitabçanın bərpa olunması barədə iddia vermişdir. İşəgötürən tərəfindən İddiaçı Qədir qızını işdən azad olunmasının səbəbləri (hərbi qulluqçulardan və mülki şəxslərdən 1200 (min iki yüz ) manat məbləğdə pul vəsaiti aldatma yolu ilə ələ keçirilməsi) qanunun tələblərinə əməl olunmaqla əmək müqaviləsi əsaslı olaraq ləğv edilmiş, son əmək haqqı ödənilmiş nəticədə iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargahrəisi, general-polkovnik cənab Kərəm Vəliyevə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Müavini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin ünvanladığı 27 aprel 2022-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkimmütəxəssisi İddiaçı qanunsuz hərəkətləri barədə toplanmış material əsasında araşdırma aparılması barədə məlumat verilmiş və İddiaçı Mərkəzi Hərbi Poliklinikada müayinələrdən keçmiş hərbi qulluqçu və mülki şəxslərə guya qanda şəkər xəstəliyi göstəricilərin normadan yüksək olmasını bildirib, cavabların müsbət yazılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitlərini tələb edərək alması müəyyən edilmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddiaçının əmək müaviləsinə 94 saylı əmr ilə 17 may 2022-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Buna səbəb iddiaçının həmin ərəfələrdə inzibati xəta törətməsi olmuşdur. Bununla bağlı Müdafiə Nazirliyinin Baş Qərargah rəisinə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ünvanlanan məktubu olmuşdur. İddiaçı həkim-laborant vəzifəsində işləyən zaman hərbi və mülki qulluqçularına pul müqabilində qandakı şəkər miqdarının az göstərilməsi müqabilində ilə pul tələb etmişdir. Bununla bağlı araşdırma aparılmışdır və iddiaçıya rayon məhkəməsi tərəfindən 4 ay müddətində inzibati həbs cəzası verilsə də, apellyasiya məhkəməsində 2 aya endirilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Baş Qərargah rəisinə məktub ünvanlanmışdır ki, müvafiq tədbirlər görülməlidir. 27 aprel 2022-ci il tarixindən deyil,xx.xx.2022-ci il tarixindən qərar qüvvəyə minmişdir. Çünki, inzibati işlərdə apellyasiya instansiyası son instansiyadır və qərarı dərhal qüvvəyə minir. Rayon məhkəməsi məcburi işə buraxma dövrünü 28 aprel tarixindən hesablamışdır, lakin son haqq-hesab 17 may tarixindən yəni əmək müqaviləsinə xitam verilən dövrdən aparılmışdır. Bununla da məhkəmə düzgün nəticəyə gəlməmişdir. Həmçinin, iddiaçının əmək kitabçasının təqdim edilməsi xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə olmuşdur. Poçt göndərişini də Nəbi adlı şəxs təhvil almışdır. Bununla bağlı qəbz də var. Əmək kitabçası göndərilən zaman iddiaçı inzibati həbsdə olmuşdur. Rayon məhkəməsi məcburi işə buraxma dövrünü düzgün hesablamamışdır. Bu nüanslar araşdırılmamışdır. İddiaçının himayəsində İ qrup əlil olması sübut edilmir, yalnız anası ilə birlikdə yaşadığı barədə MTK-dan arayış vardır.

12. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, işçi işdən azad olunan zaman Həmkarlar İttifaqına müraciət edilir. İşçinin üzvü olub-olmaması əsas deyil. İddiaçıdan dəfələrlə soruşublar ki, Həmkarlar İttifaqına müraciət ediblər yoxsa yox. O rəsmi müraciət edib və cavab gəlib ki, işçi Həmkarlar İttifaqının üzvü deyil. O, Əmək Məcəlləsinin tələblərini yerinə yetirib. İddiaçı həbsdən çıxdıqdan sonra himayəsində İ qrup əlil olması barədə onlara müraciət edilməsinə ehtiyac yoxdur. Tərcümeyi-halda bu barədə göstərilmişdir. İş zamanı inzibati xəta törədilmişdir və Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. 2015-ci ildə iddiaçı məlumat vermişdir ki, himayəsində İ qrup əlil var. O bu məsələni kazus kimi qiymətlədirib. Əmək Məcəlləsinin bir maddəsində qeyd edilib ki, işçi azad edilməlidir, digər maddəsinə əsasən isə yox, saxlamaq lazım gəldiyi qeyd edilmişdir. Rəhbər göstəriş vermişdir ki, qanunauyğun tədbirlər görülsün. Məhkəmənin qərarını, məktubları əsas götürərək əmək müqaviləsinə xitam veriblər. Poçt məntəqəsində araşdırma aparılıb və ona bildirilib ki, zərf komendanta təqdim edilmişdir. O vəzifə borcuna uyğun olaraq əmək kitabçasını 3 gün ərzində təqdim edib. İddiaçı həbsdə idi, müraciət edə bilməzdi, nümayəndəsi də yaxınlaşmamışdı. O da, məcbur poçtla göndərib.

13. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 21 aydır o, əziyyət çəkir. Cavabdeh tərəf ona qarşı qərəzli mövqe göstərir. İnzibati həbs olunub, qanun yol vermir ki, onu işdən çıxarsınlar.13 qərardad qarşı tərəfin əleyhinə çıxmışdır. Həmkarlar Komitəsinin üzvü də deyil. Məhkəməyə saxta sənəd təqdim ediblər. 2015-ci ildə də o, qanunsuz işdən çıxarılıb. Çünki qanuna zidd sifarişlərini yerinə yetirməyənə yer yox idi. O, soyuq suyu belə üflüyə-üflüyə içir, necə ola bilər ki, rüşvət alsın? Məhkəmənin qərarında 1200 manat, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinın qərarında isə 420 manat pul yazılmışdır. Cavabdeh tərəf heç bir fakt ortaya qoya bilmirlər. Onun əmək kitabçası yoxdur. Həbsdən çıxmağını gözləyib ona verməli idilər. İşə baxan hakim bildirdi ki, poçt göndərişinə təhvil alan komendatın iddiaçı ilə problemi olub-olmamasını nə məlumdur? Komendat heç onların binasının komendatı deyil. Saxta sənəd düzəldiblər. Cavabdeh heç nə sübut edə bilmir. Nə məlumdur ki, zərfin içində əmək kitabçasını qoyub göndəriblər? Cavabdeh qərəzli mövqe nümayiş etdirir. 26 ildir ki, həkim kimi fəaliyyət göstərir. Rayon məhkəməsinin qətnaməsi tam əsaslıdır. Cavabdeh tərəf peşəkar hüquqşünaslarla təmsil olunur. 8 aydan sonra qarşı tərəf müddəti bərpa ediblər. 21 aydır ki, əziyyət çəkir. Anasını yataq xəstəsi ediblər. Onu işdən çıxara bilməzdilər. Onun 3 Fəxri Fərmanı da var. Cavabdeh onun həbsdən çıxmağını gözləməl idi. - 2 ay inzibati həbs verilməsinin səbəbi onu birbaşa tələyə salınmağına görədir. 30.000 manat pulunu alıblar, onu qorxudublar ki, 8 ilə qədər azadlıqdan məhrum olunacaqsan, Naxçıvana məlumat verməsin, heç yerə uçmasın, mal varlığına əl qoyulacaq. Himayəsində əlil valideyni olduğuna görə 50 min yox, 30 min manat olacağını dedilər. Himayəsində anası var. Anasının digər övladları Naxçıvanda yaşayır. Anası onunla yaşayır. Anası İ qrup əlildir, bu barədə kitabça da var, müavinət də alır. Bunu təsdiq edəcək çox sənəd təqdim edib. Buna görə, o işdən 1 saat tez çıxırdı. Cavabdeh bunu bilir.

14. İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdeh tərəf peşəkar hüquqşünaslarla təmsil olunmasına baxmayaraq apellyasiya şikayətini vermə müddətini ötürmüşlər, daha sonra bərpa etmişlər. Cavabdehə kifayət qədər şərait yaradılıb. 2015-ci il tarixli qərarında da iddiaçının himayəsində İ qrup əlil anasının olması qeyd edilmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Maddə 87, 3-cü bənd. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»nın xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki,cavabdehin apellyasiya qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilsin” hissəsində dəyişdirilməlidir.

22. İddiaçının iddia tələb iki hissədən ibarətdir: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi və əmək kitabçasının bərpa olunması.

23. Məhkəmə kollegiyası işə baxan məhkmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının işdən azad edilməsi qanunsuz olmuşdur. Belə ki, İddiaçı anası X1 birinci dərəcə əlilliyi vardır. X3 övladı İddiaçı öhdəsindədir. Belə ki, İddiaçı X2 qulluğa görə 100 manat məbləğində Prezident təqaüdü alır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvünün olması halı işəgötürənə məlum idi. Çünki, qanuni qüvvəsini almış Nəsimi rayon Məhkəməsinin 2(006)-7435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisarı) Laboratoriya bölməsinin həkimmütəxəssisi vəifəsindən azad edilsə də onun öhdəsində birinci qrup əlil anasının olmasına görə işdən azad edilmə barədə əmr ləğv edilmiş və İddiaçı işə bərpa edilmişdir.

25. Məhkəmə kollegiyası hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 79-cu maddəsinı müqayisəli şəkildə şərh verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli Qərardadı ilə həmin Qərardadın təsviri-əsaslandrıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciəti ilə bağlı Plenum tərəfindən ayrıca qərar qəbul edilməsinə zərurət olmadığından onun Konstitusiya məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilmişdir.

27. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Sosial dövlət prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosiai qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür (Konstitusiya Məhkəməsi Plenumunun “C.Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin l hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 25 yanvar tarixli Qərarı). Göründüyü kimi, qanunverici Konstitusiyada sadalanan maddələrin tələblərini rəhbər tutaraq Əmək Məcəlləsinin 79-cu maddəsində ayrı-ayrı işçilər üçün imtiyazlar müəyyən etməklə həmin kateqoriyaya aid olan, şəxslərin ailə üzvlərinin sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial rifahının gücləndirilməsi mövqeyindən çıxış edir. Konstitusiya Məhkəməsinin Palatası hesab edir ki, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərlə əmək müqaviləsinə, xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hərhansı bir maddəsinə, eləcə də həmin Məcəllənin 70-ci maddəsinin “ç" bəndinə zidd kimi təfsir edilə bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli Qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-di maddəsinin “ç” bəndinin, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı” müraciətinin Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmasına zərurət olmadığından icraata qəbul edilməsindən imtina olunmuşdur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin Əmək Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsi mümkün olduğundan, eləcə də şərh olunması xahiş olunan normalar arasında hər hansı ziddiyyət olmadığından, hazırkı vəziyyətdə müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasına və ayrıca qərar qəbul edilməsinə zərurət duyulmur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan da göründüyü kimi qanunverici Konstitusiyada sadalanan maddələrin tələblərini rəhbər tutaraq Əmək Məcəlləsinin 79-cu maddəsində ayrı-ayrı işçilər üçün imtiyazlar müəyyən etməklə həmin kateqoriyaya aid olan, şəxslərin ailə üzvlərinin sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial rifahının gücləndirilməsi mövqeyindən çıxış edir. Konstitusiya Məhkəməsinin Palatası hesab etmişdir ki, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərlə əmək müqaviləsinə, xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hərhansı bir maddəsinə, eləcə də həmin Məcəllənin 70-ci maddəsinin “ç" bəndinə zidd kimi təfsir edilə bilməz.

29. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin məcburi işburaxmaya görə müddətin xx.xx.2022-ci il tarixdə hesablanmalı olması barədə gəldiyi nəticə yanlışdır. Çünki, iddiaçının işdən azad edilməsi barədə əmr 17 may 2022-ci il tarixdə verilmişdir. Əmrdə də qeyd olunur ki, xx.xx.2022-ci il tarixdən işçi ilə əmək müqaviləsinə xitam verilsin. Habelə, iddiaçıya işdən azad olunduğu vaxtadək ödənişlər olunmuşdur.

30. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçası bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılması hissəsində işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşır.

31. Belə ki, işin mübahisəsiz halıdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarına əsasən İddiaçı 03 ay müddətində inzibati həbs olunmuş, inzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 17.50-dən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin İddiaçı AR İXMnin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmiş, İddiaçı təyin edilmiş 03 ay müddətə inzibati həbs növündə inzibati tənbeh 02 ay müddətə endirilmişdir.

32. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq edir ki, iddiaçının həbsdə olduğundan məlumatlı olsa da əmək kitabçasını iddiaçının ünvanına göndərmişdir.

33. Lakin göndərilən əmək kitabçasının iddiaçının həbsdə olması səbəbindən özü tərəfindən əldə edilməsi qeyri-mümkün olmuş, hətta onun ailə üzvünə də qeyd edilən əmək kitabçası təqdim edilməmişdir.

34. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»nın xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verildiyi halda iddiaçının razılığı alınmamışdır.

35. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilsin” hissəsində dəyişdirilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməli, apellyasiya şikayəti digər hissədə təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilsin” hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilsin. Apellyasiya şikayəti digər hissədə təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar