Məhkəmə qərarları › İş №2(103)-4866/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4866/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4866/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ramazanova (Aslanova) Elgül Vahid qızına qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, cavabdeh Ramazanova (Aslanova) Elgül Vahid qızı və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Ramazanova (Aslanova) Elgül Vahid qızına qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və Ramazanova (Aslanova) Elgül Vahid qızı 16 avqust 2008-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, 12 saylı evin 17 saylı mənzili 01 may 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X5 həmin mənzili 15 noyabr 2020ci il tarixli müqavilə ilə qardaşı İddiaçı bağışlamış, sonuncu isə öz növbəsində bu mənzili 07 dekabr 2020-ci il tarixli müqavilə ilə Ramazanova (Aslanova) Elgül Vahid qızına bağışlamışdır. Hazırda tərəflər arasında ailə münasibətləri pozulmuşdur

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Ramazanova (Aslanova) Elgül Vahid qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev 12, 17 saylı mənzilə dair bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 16 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladları olmuşdur. Onlar onun valideynlərinə məxsus mənzildə yaşamışlar. Sonradan onun qardaşı Rəşad Aslanov 01 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almış, ailəsi ilə yaşamaq üçün mənzili olmadığı üçün qardaşı həmin mənzili ona bağışlamaq qərarına gəlmiş və 15 noyabr 2020-ci il tarixdə mənzil ilkin olaraq ona bağışlanmışdır. Həmin vaxtlarda cavabdeh nikahın pozulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Onların iki övladı olduğu üçün və övladlarının gələcəyi naminə iddiaçı nikahın pozulmasına razı olmamışdır. Cavabdeh mənzilin onun adına rəsmiləşdirildiyi təqdirdə nikahın pozulmayacağına söz verdiyi üçün, o, övladlarının normal böyüməsi və birgə yaşamaları münasibətilə mənzili cavabdehin adına keçirməyə razılıq vermiş, cavabdeh bunun müqabilində nikahın pozulması barədə iddia ərizəsini geri götürmüşdür. Bağışlanma müqaviləsi bağlandıqdan qısa müddət ərzində cavabdehin ona və övladlarına münasibətlərində normallaşma olmuşdur. Lakin, cavabdehin nə ona, nə də övladına münasibəti dəyişməmişdir. Son bir neçə aydır ki, cavabdeh özünü qeyri-etik aparır, ona qarşı aqressiv hərəkətlər edir, nikahın pozulması üçün müraciət etdiyini və onu mənzildən çıxaracağını bildirir. Qardaşı tərəfindən ona, sonradan və onun tərəfdən cavabdehə bağışlanma qaydası ilə bağışlanmış mənzil bir şərtlə cavabdehin adına keçirilmişdir ki, o, övladları böyüyüb başa çatana kimi aralarındaki nikahın pozulması üçün təşəbbüs etməyəcəkdir. Lakin cavabdeh öz sözünün üstündə durmamış və onu mənzildən çıxaracağı ilə təhdid etmişdir. Hazırda onun məişət şəraiti çox pisdir, həm əmlakı əlindən çıxmış, həm ailəsi dağılmaq üzrədir və gələcəkdə onun harada yaşamağı sual altında qalmışdır. Onun cavabdehə dəfələrlə övladlarının xətrinə nikahın pozulmaması, ailənin qorunması barədə təkbətək söhbətləri olmuş və söhbətləri mobil telefonla səs yazıları yazılmışdır. O, bağışlanma qaydasında mənzili cavabdehin adına keçirərək aldadılmışdır. Onlar ər-arvad olduğundan aralarında bağlanmış bağışlanma müqaviləsi formal əsaslara tərtib edilmişdir. Bağışladığı mənzili sənədlə cavabdehin adına qeydiyyatdan keçirərkən, onunla normal ailə münasibətlərinin davam etdirilməsini istəmişdir. 2022-ci ilin fevral-mart aylarında cavabdehlə aralarında söhbətlərindən cavabdehin pis niyyətini öyrənmişdir. Cavabdeh mənzili öz adına qeydiyyatdan keçirdikdən sonra məqsədi nikah münasibətlərini pozmaq, onu mənzildən çıxarmaq və satıb xarici ölkələrin birinə yaxınlarının yanına getmək olmuşdur.

4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, ailə həyatının ilk vaxtlarında iddiaçı ilə normal yaşasalar da, son illər iddiaçının heç bir səbəb olmadan evdə azyaşlı uşaqlarının gözü önündə onunla dava-dalaş salıb, onu nalayiq ifadələrlə söyüb təhqir etməsi, daim onu öldürəcəyi ilə təhdid etməsi səbəbindən aralarındakı ailə münasibətləri tam olaraq pozulmaqla, onların bir daha birgə yaşamaları mümkünsüz olmuşdur. Tərəflər ailə qurduqdan sonra ilk 2 il müddətində iddiaçının ata evində yaşasalar da, sonradan 2010-cu ilin mart ayında ailənin yaşaması üçün Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evi alıb, 2017-ci ilin aprel ayının sonlarına qədər həmin evdə yaşamışlar. Həmin ev ailənin daimi yaşaması üçün münasib olmadığından 2017-ci ilin aprel ayında 42000 manata satılmış və həmin pula da iddiaçı 01 may 2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə ondan xəbərsiz olaraq öz qardaşının adına rəsmiləşdirməklə mübahisələndirilən mənzili almışdır. Mənzildə yaşadıqları ilk vaxtlar mənzilin iddiaçının qardaşı Rəşad Aslanovun adına rəsmiləşdirilməsindən məlumatsız olsa da, sonradan bunu bilmiş, öz etirazını bildirdikdə iddiaçı ilk olaraq 15 noyabr 2020-ci il tarixdə mənzili bağışlama müqaviləsi ilə qardaşının adından öz adına, 07 dekabr 2020-ci il tarixdə isə, hər hansı bir öhdəlik və ya vəzifə ilə şərtləndirilməyən bağışlama müqaviləsi ilə onun adına rəsmiləşdirmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla, tərəflər arasındakı bağışlama müqaviləsində belə bir şərt göstərilməyib. Hətta, göstərilsəydi belə, həmin şərt özü Mülki Məcəllənin 328.2-ci maddəsinə əsasən etibarsız olacaqdır. Digər tərəfdən, bağışlama müqaviləsinin, həqiqətən də aldatma nəticəsində bağlanması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. İşin mübahisəsiz halıdır ki, tərəflər mənzil bağışlanandan sonra da birlikdə yaşamışlar, hətta cavabdeh mənzil bağışlanandan bir neçə ay əvvəl nikahın pozulması ilə bağlı iddia ərizəsini geri götürmüş, nəticədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi işin hazırlıq mərhələsindən geri qaytarılmışdır. Cavabdeh isə iddiaçı ilə birlikdə yaşadıqdan xeyli müddət keçdikdən sonra, növbəti dəfə nikahın pozulması barədə iddia ərizəsi ilə 22 iyun 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin iddia tələbini iddiaçının hərəkətləri nəticəsində ailə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı cavabdehin mənzili ona bağışlayacağı qarşılığında birinci iddia ərizəsini geri götürəcəyi və nikahın pozulması barədə məhkəməyə müraciət etməyəcəyi vədini verməklə onu aldatdığını bildirsə də, işdən görünür ki, bağışlama müqaviləsi 07 dekabr 2020-ci il tarixdə bağlanmış, cavabdeh tərəfindən verilmiş birinci iddia ərizəsinin geri qaytarılması barədə qərardad 19 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, mənzil bağışlandıqdan sonra tərəflər 1 il 8 aydan da artıq müddətdə birlikdə yaşamışlar.

7. Məhkəmə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad etməklə qeyd etmişdir ki, bağışlanma müqaviləsinin etibarsızlığına səbəb ola biləcək əsasların da yoxlanılmasına zərurət vardır. Məhkəmə işin araşdırması nəticəsində belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün digər şərtlər də mövcud deyil. Müqavilənin bağlanması və etibarlı olması üçün qanuni əsaslar mövcuddur. Mülki Məcəlləsinin 666.1-ci maddəsinə uyğun olaraq cavabdehin mənzili qəbul etməsi işin mübahisəsiz halıdır. Bağışlanma müqaviləsi bağlanan zaman hər iki tərəfin sərbəst iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasına təsir göstərə biləcək hədə-qorxu, məcbur etmə, yaxud iradə ifadəsinin məcburi şəkildə ifadə edilməsini formalaşdıran hər hansı digər əsasların olması da məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. İddiaçı mənzili heç bir məcburiyyət olmadan, könüllü olaraq bağışlamış və bağışlanmanın rəsmiləşdirilməsi üçün müvafiq hərəkətləri könüllü olaraq icra etmişdir. Müqavilənin forma və məzmununa dair məcburi şərtə də əməl edilmiş, müqavilə notarial qaydada bağlanmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(011)-3695/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki mübahisəni araşdıran məhkəmə öz qətnaməsində gəldiyi nəticələr iş üçün mühüm əhəmiyyətli olan işin bütün faktiki hallarının düzgün və tam aydınlaşdırılmaması, qətnamədə göstərdiyi nəticələrin işin hallarına uyğun gəlməməsi ilə, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə bağışlama müqaviləsini bağlayan tərəflərin müqavilə bağlayarkən iradə ifadələrinin könüllü formada arzu olunan qaydada olub-olmaması, birinin digərinə təsir göstərib-gəstərməməsi, qarşısına şərt qoyaraq müqavilə bağlamağa məcbur edib-etməməsi, bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi məsələsini lazımi qaydada araşdırmamış,qətnamədə gəldiyi hüquqi nəticələri məntiqi ağlabatanlığa və işin hallarına uyğun gəlməyən tərzdə öz mülahizəsinə uyğun səhv əsaslandırmış, işdə olan sənədlərlə təkzib edilmiş xüsusatlara düzgün qiymət verməmiş, cavabdehin müqavilədən sonra onunla süni yaratdığı kəskin münasibətlər fonunda davranışları və hərəkətlərini (barəsində polisə şikayət verməsi, nikahın pozulma ərizəsini verməsi və s.) - bağışlama müqaviləsinin mübahisə edilən etibarsız əqd olmasına dəlalət edən vacib amilləri qəti nəzərə almamış, məhkəmə öz səhv subyektiv mülahizəsi ilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Hazırki halda mübahisə edilən bağışlama müqaviləsinin ər-arvad arasında imzalanması zamanı onların bir-birilə münasibətlərinin həqiqi xarakterinin də əqdin etibarsız hesab edilməsi mübahisəsində mühüm rol oynadığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasında və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiaz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Mübahisə predmeti olan mənzil doğma qardaşı Rəşad Aslanovun xüsusi mülkiyyətində olmuş, xx.xx.2020-ci il tarixdə qardaşı ilə bağlanmış bağışlama müqaviləsinə əsasən qardaşı həmin mənzili ona bağışlamış və xx.xx.2020-ci il tarixdə mənzilə dair Dövlət reyestrindən çıxarış əldə etmişdir. İş üzrə cavabdeh tərəf onun keçmiş həyat yoldaşıdır, birgə nikahlarından 2 azyaşlı uşaqları vardır, hazırda nikah pozulmuşdur və uşaqların biri onun, digərisi cavabdehin yanında qalmışdır. 2020-ci ildə cavabdehlə ailədə aralarında ciddi narazılıqlar yaranmışdır. Cavabdeh Elgül Aslanova onunla bir şərtlə boşanmayacağına, ailəni qoruyub saxlayacağına razılıq vermişdir ki, o, qardaşının adına olan mübahisəli mənzili qardaşının adından çıxararaq bağışlama müqaviləsi əsasında onun adına keçirsin. O, buna razı olmaq istəməsə də, cavabdeh E.Aslanova boşanmaq barədə qəti fikrə gəlmiş və 2020-ci ilin avqustunda məhkəmədə ona qarşı nikahın pozulması barədə iddia qaldırmışdır. Cavabdeh E.Aslanovanın onu aldadaraq, onunla pis niyyətlə razılığa gəlməsini, müqavilə bağlandıqdan bir müddət sonra nikahı pozacağı barədə pis fikirlərini bilməmiş, cavabdeh E.Aslanovanın yalan vədlərinə inanaraq ailəsinin dağılmaması, uşaqların bir-birilə ayrı düşməməsi üçün cavabdeh E.Aslanovanın məcburi şətlərinə öz iradə ifadəsinə zidd şəkildə məcburən razılaşmışdır və bağışlama müqaviləsi imzalayaraq mənzili onun adına keçirmişdir. Əmlakı öz adına əldə etdikdən bir müddət sonra cavabdeh E.Aslanova nikahın pozulması barədə məhkəmədə iddia qaldıraraq onunla nikahını pozmuşdur və onu həmin mənzildən çıxaracağı məqsədini ona bildirmişdir. Hətta, hələ mübahisəli bağışlama müqaviləsi bağlanmazdan əvvəl cavabdeh E.Aslanovanın sağlamlığında psixi problemləri olmuş, bunu o sonradan “Nəfəs” Psixoloji Sağlamlıq Mərkəzindən arayış aldıqdan sonra bilmişdir. Cavabdeh Elgül Aslanovanın bağışlama müqaviləsi bağlanan zaman pis niyyətlə onunla razılığa gəlməsi, onu aldadaraq yalan vədlər verib bağışlama müqaviləsini bağlamağa vadar etməklə bir müddətdən sonra onunla ailə münasibətlərinə son qoyacağını, onu mənzildən çıxarmaq barədə qabaqcadan düşünülmüş niyyət və məqsədini 2022-ci ilin fevral-mart aylarında bilmişdir. İddiaya baxan Xətai Rayon Məhkəməsi iddianı rədd edərkən əsaslandırması belə olmuşdurki, bağışlama müqaviləsində göstərilməyibdir ki, bağışlama müqaviləsi bir şərtlə bağlanır ki, cavabdeh E.Aslanova nikahın pozulması barədə məhkəməyə müraciət etməyəcəkdir. Qeyd olunmalıdır ki, həmin şərtin bağışlama müqaviləsinə daxil edilməsini o cavabdeh Elgül Aslanovadan tələb etsə də, sonuncu buna razılıq verməmiş, eyni zamanda notariat ofisi tərəfindən belə bir şərtin bağışlama müqaviləsinə daxil edilməsinin qeyri-mümkünlüyü ona bildirilmişdir. Bu səbəblərdən xx.xx.2020-ci il tarixli Bağışlanma müqaviləsində belə bir şərt göstərilməmişdir. Bundan başqa məhkəmənin istinad etdiyi hallardan biri o olmuşdur ki, mənzil cavabdehə bağışlanandan sonra onlar birlikdə yaşamışlar, mənzil bağışlanandan bir neçə ay əvvəl cavabdeh Elgül Aslanova nikahın pozulması ilə bağlı iddiasını geri götürmüş və Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə nikahın pozulması barədə Elgül Aslanovanın iddia ərizəsi işin hazırlıq mərhələsindən geri qaytarılmışdır. Cavabdeh Elgül Aslanova onunla birgə yaşadıqdan xeyli müddət keçdikdən sonra, növbəti dəfə xx.xx.2022-ci il tarixdə nikahın poaulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, işdən görünür ki, bağışlama müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlansa da, cavabdehin nikahın pozulması barədə birinci iddia ərizəsinin geri qaytarılması barədə qərardad xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Mənzil bağışlandıqdan sonra tərəflər 1 il 8 aydan artıq müddət birlikdə yaşamışlar. Birinci instansiya məhkəməsinin qeyd olunan səhv xronologiyası və subyektiv mülahizəsi aşağıdakı qaydada və sübutlarla təkzib olunur. İş materiallarında olan və apellyasiya şikayətinə əlavə olunmuş Seriya RX №106609 saylı Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev 12, mənzil 17 onun qardaşı X3 adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4288/2020 №-li məktubuna əlavə olunmuş iddia ərizəsindən görünür ki, cavabdeh Ramazanova (Aslanova) Elgül Vahid qızı xx.xx.2020-ci il tarixdə iddiaçı qismində məhkəməyə nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi barədə iddia ərizəsi vermişdir. İş materiallarında olan və apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışın surətindən görünür ki, mübahisəli mənzildə ondan və cavabdehdən və onların uşaqlarından başqa 2 nəfər kənar şəxslər: K.Abbasova və E.Məmmədova qeydiyyatdadırlar. Apellyasiya şikayətinə əlavə olunmuş onun qardaşı X9 Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsindən görünür ki, X5 mübahisəli evdə qeydiyyatda olan K.Abbasovanın və E.Məmmədovanın evə istifadə hüquqlarına xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumu qəbzinin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə saat 11.07-də məhkəməyə iddia üçün 10,40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4288/2020 №-li məktubunda iddiaçı Elgül Aslanovanın cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə iddia ərizəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması xx.xx.2020-ci il tarixinə saat 14.30-a təyin edilmişdir. İş materiallarında olan və apellyasiya şikayətinə əlavə olunmuş Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavadehlər K.Abbasovaya və E.Məmmədovaya qarşı – cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilməsi barədə iddiası rədd edilmiş, bu qətnamə K.Abbasovanın və E.Məmmədovanın mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi tərəflərə rəsmi qaydada verildikdən 1 ay sonra qüvvəyə minərək icraya yönəlmiş və mübahisəli mənzildə qeydiyyatda olan K.Abbasova və E.Məmmədova Xətai rayon Polis İdarəsi tərəfindən mənzildən qeydiyyatdan çıxarılmışlar. İş materiallarında olan və apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, qardaşı Rəşad Aslanov mübahisəli mənzili ona xx.xx.2020-ci il tarixdə bağışlamışdır. İş materiallarında olan və apellyasiya şikayətinə əlavə olunmuş Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev 12, mənzil 1 7xx.xx.2020ci il tarixdə İddiaçı adına dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. İş materiallarında olan etibarlılığı mübahisələndirilən xx.xx.2020-ci il tarixli Bağışlama müqaviləsindən görünür ki, o, mübahisəli mənzili xx.xx.2020-ci il tarixdə cavabdeh Elgül Aslanovaya bağışlamışdır. Qeyd olunan və ardıcıllıqla sadalanan sənədlərdən müəyyən olunur ki, Xətai Rayon Məhkəməsi qətnaməsində əsaslandığı xronologiya tamamilə yanlışdır və məntiqi uyğunsuzluq yaradır. Belə ki, bu iş üzrə cavabdeh Ramazanova (Aslanova) Elgül Vahid qızı xx.xx.2020-ci il tarixdə nikahın pozulması barədə məhkəmədə ona qarşı iddia qaldırmışdır, həmin vaxt mübahisəli mənzil onun qardaşı Rəşad Aslanovun adına olmuşdur. Qardaşının ailəsinin dağılmaması üçün Rəşad Aslanov özadına mübahisəli mənzili qardaşı ona bağışlamaq fikrinə düşmüş və bu barədə onlar cavabdeh Elgül Aslanovaya nikahı pozmamağa, daimi yaşaması üçün mənzili onun adına bağışlama müqaviləsi ilə keçirməyə və onun adından da cavabdeh Elgül Aslanovanın adına keçirməyə razılaşmışlar. Cavabdeh Elgül Aslanova Xətai Rayon Məhkəməsində bir şərtlə iddiasını geri götürməyə razılıq vermişdir ki, mənzilin onun adına keçirilməsi üçün prosedur başlansın. Yuxarıda qeyd olunduğu kimi, qardaşı həmin mənzildə qeydiyyatda olan 2 nəfər kənar şəxslərin evdən qeydiyyatdan çıxarması üçün istifadə hüquqlarına xitam verilməsi barədə xx.xx.2020-ci il tarixdə saat 11.07-də Xətai Rayon Məhkəməsinə dövlət rüsumu ödəmiş və elə həmin tarixdə məhkəməyə iddia ərizəsini göndərmişdir və iddia ərizəsi ilə qəbzi o və Rəşad Aslanov cavabdeh Elgül Aslanovaya göstərmişlər. Elə həmin günü bunu görən cavabdeh Elgül Aslanova saat 14.30-da Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə hazırlıq iclasında iddia ərizəsini geri götürmüşdür. Sonra yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzildə qeydiyyatda olan kənar şəxslər məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra polis orqanı tərəfindən mənzildən qeydiyyatdan çıxarıldıqdan sonra Rəşad Aslanov həmin mənzili qardaşı ona xx.xx.2020-ci il tarixdə bağışlama müqaviləsi bağlamaqla bağışlamışdır və o öz adına xx.xx.2020-ci il tarixdə çıxarış aldıqdan 10 iş günü sonra mübahisəli mənzili cavabdeh Elgül Aslanova ilə bağışlama müqaviləsi bağlamaqla bağışlamışdır. Hazırki apellyasiya şikayətində istinad olunan sənədlərdən müəyyən olunur ki, cavabdeh Elgül Aslanova 2020-ci ilin avqustunda ona və qardaşı Rəşad Aslanova mübahisəli mənzilin onun adına bağışlama ilə keçirilərsə nikahı pozmayaraq onunla bir yerdə yaşamasını bildirmiş və onun qardaşı Rəşad Aslanov mənzili adına rəsmiləşdirməsi üçün orada qeydiyyatda olan kənar şəxslərin evə olan istifadə hüquqlarının itirilməsi barədə məhkəməyə iddia ərizəsi verdiyi gün, yəni xx.xx.2020- ci il tarixdə cavabdeh E.Aslanova nikahın pozulması barədə iddia ərizəsini məhkəmədən geri götürmüşdür. Bu onu birbaşa təsdiq edir ki, mübahisəli bağışlama müqaviləsi tərəflər arasında cavabdeh E.Aslanovanın diktəsi və şərtləri əsasında məcburiyyət formasında bağlanmışdır, cavabdeh E.Aslanovanın onun qarşısında qoyduğu məcburetmə şərtinə əsasən, yəni mənzil onun adına keçirilərsə heç vaxt onunla boşanmayacağına dair yalan vədinə inanaraq sonuncu tərəfindən aldadılmaqla və məcbur edilməklə sözü gedən bağışlama müqaviləsi bağlanmışdır. Cavabdeh Elgül Aslanova xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsini bağlayarkən gələcəkdə onunla nikahı pozub evdən çıxarmaq barədə pis niyyətlə həmin razılığa gələrək bu qaydada onu aldadaraq müqavilənin imzalanmasına nail olmuşdur. Məhkəmə qətnaməsində qeyd olunur ki, mənzilin cavabdehin adına keçirilməsindən 1 il 8 ay sonra cavabdeh E.Aslanova nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Lakin bu fikir də doğru deyildir. Əvvəla qeyd olunmalıdır ki, mənzilə dair dövlət reyestrindən çıxarış xx.xx.2020-ci il tarixdə cavabdeh Elgül Aslanovanın adına verilmişdir. 2021-ci il də dəfələrlə cavabdeh E.Aslanova ona başqa yerdən mənzil almaq bəhanəsi ilə mübahisəli mənzili satmaq üçün ondan notariat qaydada razılıq verməsini istəmiş, ona təkrarən yalanlar danışaraq başqa yerdən ev almaq fikrinin odluğunu bildirmişdir. Lakin onun bu planı baş tutmadığı üçün 2022-ci ilin aprelində həmin evdən çıxıb getmiş, barəsində polis orqanlarına ərizə və şikayətlər yazmış və 2022-ci ilin may ayının əvvəlində nikahın pozulması üçün mediasiyaya ərizə ilə müraciət etmişdir. Yuxarıda qeyd olunanlar birbaşa onu sübut edir ki, onunla cavabdeh Elgül Aslanova arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin bağlanmasına təsir göstərə biləcək hallar- ona yalan vəd verilməklə aldatma, müqaviləni imzalamağa məcbur etmə və bu yönümdə onun iradə ifadəsini formalaşdıran hərəkətləri etməklə müqaviləni imzalamağa nail olmuşdur. Hətta, o, məhkəməyə CD təqdim etdiyi informasiya daşıyıcısında cavabdehlə həmin mövzuda etdiyi söhbətləri və cavabdehin bunu etiraf etməsi sübutu da bağışlama müqaviləsinin mübahisə edilən etibarsız əqd olmasını birbaşa təsdiq edən amildir. Məhkəmə qeyd olunan CD informasiya daşıyıcısında olan səs yazısını sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. Maraqlısı ondadır ki, işə baxan məhkəmə onun məhkəmə prosesində məhkəmə zalında təqdim etdiyi CD informasiya daşıyıcısında olan səs yazmasını cavabdehin nümayəndəsinin (vəkilinin) iştirakı ilə elan edir, onu səsləndirir, məhkəmədə həmin səs dinlənildikdən sonra, iş üzrə qətnamə qəbul edərkən qətnamədə yazır ki, həmin CD diski sübut kimi qəbul edilə bilməz. Müqavilənin etibarlılığını şərtləndirən hallardan ən vacibi tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1176/2023 saylı 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(011)-3695/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev № 12-də yerləşən 17 №-li mənzilə dair İddiaçı ilə Ramazanova (Aslanova) Elgül Vahid qızının arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə-1858 nömrə ilə reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Ramazanova (Aslanova) Elgül Vahid qızının mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydin və verilmiş reyestr çıxarışının ləğv edilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mənzili cavabdehə o şərtlə bağışlayıb ki, cavab xidməti kimi cavabdeh nikahın pozulması hüququndan istifadə etməyəcək. Belə şərtlə bağışlama Mülki Məcəllənin 666.1-ci maddəsinə ziddir. Bundan başqa, cavab xidmətinin özü qanunsuzdur, çünki nikah könüllü ittifaqdır (Ailə Məcəlləsi, maddə 2.3), ər-arvadın nikahdan çıxmaq hüququndan imtinası cavab xidməti kimi müəyyən edilə bilməz. Cavab xidməti müqavilənin mətnində qeyd olunmasa da, tərəflər onu şifahi formada razılaşdırıblar.

13. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur: birinci, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, apellyasiya icraatı zamanı dinlənilmiş, tərəflərə aid olan səs yazısı ilə. İkinci, cavabdeh 04 avqust 2020-ci ildə (bağışlamadan əvvəl) nikahın pozulması barədə iddia verib (iş v. 123), lakin bağışlamadan (07 dekabr 2020-ci ildən) sonra iddianı geri götürüb. Bu isə onu təsdiq edir ki, bağışlama cavab xidməti ilə şərtləndirilib, cavabdeh hədiyyəni aldıqdan sonra cavab xidməti kimi iddianı geri götürüb. Bağışlamadan 1 il 6 ay sonra – 22 iyun 2022-ci ildə cavabdeh nikahın pozulması üçün yenidən iddia verib (iş v. 89). Üçüncü, bağışlama müqaviləsi nikahın pozulması barədə iddianın (1-ci iddianın) verilməsindən sonra bağlanıb.

14. Bağışlama mənəvi dəyərlərə əsaslanan müqavilədir. Yəni hədiyyə verən heç bir əvəz almadan öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Əgər iddiaçı yalnız mənəvi dəyərlərə əsaslanmışdırsa, mənzili ondan boşanmaq üçün iddia vermiş şəxsə deyil, övladlarına bağışlaya bilərdi. Bu isə onu təsdiq edir ki, mənzil ona görə bağışlanıb ki, cavabdeh cavab xidməti kimi nikahın pozulması hüququndan imtina etsin.

15. Beləliklə, bağışlama hədiyyə alan tərəfindən cavab xidməti ilə şərtləndirildiyinə görə Mülki Məcəllənin 666.1-ci maddəsinin tələbi pozulub. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, bağışlama müqavilə etibarsızdır.

16. Həmin qətnamədən cavabdeh Ramazanova (Aslanova) Elgül Vahid qızı kassasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2240/2023 saylı 31 may 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1176/2023 saylı 03 fevral 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

18. Ali Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbini cavabdeh tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi isə müqavilənin etibarsızlığı əsasını təsbit edən konkret normaya istinad etməsə də, yuxarıda qeyd olunan mövqeyindən görünür ki, o, müqaviləni məzmununun qanuna zidd olması əsası ilə etibarsız saymışdır. Bu zaman məhkəmə iddiada irəli sürülmüş əsasa (onun müqavilə bağlanılması məqsədi ilə aldadılmasına) hüquqi qiymət verməmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 666.1-ci maddəsinin dispozisiyasını düzgün şərh etməmişdir. İlk olaraq nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən notarial qaydada bağlanmış və müqavilənin mətnində hər hansı şərt daxil edilməmişdir. Hazırki mübahisənin həlli üçün iddiaçının mənzili cavabdehə bağışlamasının əvəzli olubolmaması məsələsinə hüquqi qiymət verilməlidir. Bağışlamanın digər əlamətlərində apellyasiya məhkəməsi pozuntu müəyyən etməmişdir. İzah olunmalıdır ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin öz üzərinə nikahın pozulması hüququndan imtina vəzifəsinin götürülməsi Ailə Məcəlləsinin 2.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 4.2ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Lakin, tərəflər arasında belə bir şərtin razılaşdırıldığı halda da, bağışlamanın əvəzli olması anlamına gəlmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 666.1-ci maddəsinin mənasına görə hədiyyə verən hədiyyə alanın hesabına bəhrələnməməlidir. Cavabdehin nikahın pozulması tələbindən imtinası isə iddiaçıya maddi əvəz vermədiyindən, qeyd olunan maddənin dispozisiyası ilə nəzərdə tutulmuş cavab xidməti kimi qiymətləndirilə bilməz.

21. Beləliklə, apellyasiya məhkəməsi tərəflər arasında müqavilə bağlanılarkən cavabdehin şifahi olaraq nikahın pozulması hüququndan imtina etməsinin bağışlamaya münasibətdə əvəzli şərt hesab edilməməsini, belə bir şərtin yazılı müqavilənin məzmununa daxil olunmamasını, bu şərt tərəflərlə nəzərdə tutulduğu halda isə, bunun bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmamasını, əksinə həmin şərtin özünün etibarsız olmasını nəzərə almamışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunan məsələlərlə yanaşı, iddia tələbinin dəlillərinə hüquqi qiymət verərkən işin bu halını nəzərə almalı, cavabdehin bağışlamadan təxminən 1 il 6 ay sonra ailə qanunvericiliyindən irəli gələn hüquqlarından istifadə edərək, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməsinin müqavilənin etibarsız hesab olunması üçün əsas olmasına maddi hüquq normaları nöqteyi-nəzərdən hüquqi qiymət verməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları

23.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzili, o, öz əziyyəti ilə alıb. İlk dəfə ailə quranda ata evində yaşayıblar. Ata mülki satılmamışdan öncə qardaşı onlara Biləcəridə öz vəsaiti hesabına 25 minə ev aldı. Daha sonra həmin ev 27 minə satıldı, qardaşı da öz maşınını satdı, üstünü düzəltdi. Həmin dövrdə onun maddi vəziyyəti yaxşı deyildi, lakin ailəsinə yaxşı baxırdı. Daha sonra qardaşı dedi ki, cavabdeh hər dəfə ona boşanmaqla bağlı dediyinə görə evi onun adına alaq. Ata mülki, qardaşının vəsaiti hesabına alınmışdır. Ev qardaşının adına alınmışdır. 2020-ci ildə cavabdeh boşanmaqla bağlı məhkəmədə iddia qaldıran zaman, o, cavabdehə bildirib ki, ona evdən heç bir pay düşməyəcək, ev qardaşının adınadır. Həmin vaxt cavabdeh bildirib ki, ondan bir şərtlə boşanmaz ki, qardaşı evi onun adına bağışlasın, qaynının adına olan evdə yaşamaz. Daha sonra evi onun adına keçirməyini istədi və əvəzində bildirdi ki, ondan heç bir zaman boşamayacaq. Cavabdeh aprel ayında evdən getdi, anasının evində yaşadı. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 qeyd etmişdir ki, Ali Məhkəmənin qərarında qeyd edilir ki, cavabdeh X4 bu əmlakı bu şərtlə bağışlamağa razılaşıb ki, boşanmayacaqlar. Nikah könüllü ittifaqdır, yəni tərəfin boşanmaması barədə üzərinə götürdüyü öhdəlik şərt hesab oluna bilməz. Bu məsələ ilə bağlı xx.xx.2012–ci il tarixli Konstutusiya Məhkəməsi Plenumunun qərarı vardır. MM-in 73cü maddəsində göstərilir ki, bağışlama müqaviləsini tərəf bağışladıqdan sonra tərəf bağışlamaqdan imtina edə bilər. Tərəflər uzun illər nikahda olublar. Mübahisəli əmlak iddiaçının qardaşına məxsus olubdur. Daha sonra cavabdehlə iddiaçının arasında mübahisələr olubdur. Bir dəfə cavabdeh məhkəməyə aliment tələbi və nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Ali Məhkəmə yalnız nikahda qalma hissəsinə münasibət bildirmişdir, lakin iddiaçı cavabdeh ilə əmlakın bağışlanması ilə bağlı razılaşan zaman həm boşanma, həmçinin pul tələb etməmə, aliment tələb etməmə, həmçinin uşaqlara, ona baxma ilə iddia qaldırmamaqla bağlı razılığa gəlmişdir. Bu əvəzli bir məsələdir. İddiaçı taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh isə salonda işləyir. 2020-ci ildə cavabdeh həm aliment tələbi, həmçinin boşanma ilə bağlı məhkəməyə iddia qaldırır. İddiaçı maddi tələbdən qurtulmaq üçün cavabdehlə razılığa gəlmişdir. Həmçinin bildirmişdir ki, mübahisəli mənzil iddiaçının qardaşından iddiaçıya keçir. Evdə qeydiyyatda olan adamlar çıxarılır. Həmin günə boşanma üzrə ərizə geri götürülmüşdür. Çıxarış saxtalaşdırılmayıbdır. Cavabdeh iddiaçını aldadır ki, səninlə boşanan deyiləm, əvəzində evin ona bağışlanmasını istəyir. Daha sonra məhkəmədə iddia qaldıraraq boşanır. Bu aldatma ilə bağlanmış əqddir. Hazırda aliment ödənilmir. Uşağın biri iddiaçıda, digəri isə cavabdehdədir. Bağışlanma müqaviləsinin əvəzində cavabdeh həm boşanmamağı, həm də aliment tələbi irəli sürməyəcəyi ilə razılaşır. 25.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(011)-3695/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 qeyd etmişdir ki, ev cavabdehin vəsaiti hesabına alınmışdır. İş üzrə Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk olaraq tərəflər arasında bağlanmış müqavilə MM-in 668.1.1-ci maddəsinə əsasən notarial qaydada bağlanmış və müqavilənin mətninə hərhansı bir şərt daxil edilməmişdir. Şərt daxil edilmiş olsa idi belə bu özü-özlüyündə əvəzli anlamına gəlmir. Ona görə də hesab edirik ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi qüvvədə qalmalı və iddia tələbi rədd edilməlidir. Həmçinin bildirmişdir ki, mübahisəli mənzil cavabdehə xaricdən göndərilən 18 min manat pul hesabına alınmışdır. İlk öncə iddiaçı cavabdehi aldadaraq evi iddiaçının qardaşının adına almışdır. İddiaçı özü də birinci instansiya məhkəməsində izahatında bildirir ki, “mən həyat yoldaşımı aldatmaq üçün saxtalaşdırmışdım”. Ev birgə nikah dövründə alınmışdır, lakin birgə vəsait hesabına alınmamışdır. Cavabdeh 2017-2018-ci ildə gördü ki, artıq ailədə inam yoxdur və iddiaçı cavabdehi aldadaraq birgə nikah dövründə cavabdehin vəsaiti hesabına alınmış evi qardaşının adına keçirmişdir. Artıq ailədə inamsızlıq yarandı. Cavabdeh iddiaçıya boşanmamaqla bağlı vəd verməmişdir. Belə bir hal olmayıbdır.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Konstitusiyasının

27.60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarınınməhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

28.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 29.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 30.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 31.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 32.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 33.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 34.397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və yadigər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 35.666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan eləmüqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 36.668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqlarınbağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. 37.670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinəyetirilməsindən asılı edilə bilər.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Apelyasiya baxışının hədləri

40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 41.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 42.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 44.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 45.Hazırki iddia ərizəsində iddiaçının istinad etdiyi qanuni əsas Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci və 339.3-cü maddələri təşkil edir. 46.Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 47.Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 48.Sadalanan maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma təsiri altında bağlanmış əqd yalnız o halda etibarsız sayıla bilər ki, zərərçəkmişin aldadılması ilə bağlı hallar onun əqdi bağlamaq qərarı ilə səbəbli əlaqədə olsun. 49.İşdə olan materiallara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iddiaçı tələbini cavabdeh tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması ilə əsaslandırmışdır. Halbuki iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin bağlanması məqsədi ilə aldadılması, həmin müqavilənin şərtlə bağlanması barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan bağışlama müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmununa hər hansı şərt daxil edilməmişdir. 50.Bundan başqa Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Yəni hədiyyə verən təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir, hədiyyə alanın əmlakı artır, hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir, hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur, hədiyyə alanın da hədiyyəni qəbul etməyə razılığı olur. 51.Lakin, bu bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 19 dekabr Qərarı) 52.Qeyd edilməlidir ki, mübahisələndirilən müqavilə iddiaçının istinad etdiyi şərtlə bağlanmış olsa belə, bu bağışlamanın əvəzli olması anlamına gəlmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 666.1-ci maddəsinin mənasına görə hədiyyə verən hədiyyə alanın hesabına bəhrələnməməlidir. Cavabdehin nikahın pozulması tələbindən imtinası isə iddiaçıya maddi əvəz vermədiyindən, qeyd olunan maddənin dispozisiyası ilə nəzərdə tutulmuş cavab xidməti kimi qiymətləndirilə bilməz. 53.Beləliklə, tərəflər arasında müqavilə bağlanılarkən cavabdehin şifahi olaraq nikahın pozulması hüququndan imtina etməsini tələb edən şərtin yazılı müqavilənin məzmununa daxil olunmaması, belə bir şərt tərəflərlə nəzərdə tutulduğu halda isə, bağışlamaya münasibətdə əvəzli şərt hesab edilməməsi, bunun da bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmaması, əksinə həmin şərtin özünün etibarsız olması qeyd edilməldir. 54.Belə ki, cavabdehin öz üzərinə nikahın pozulması hüququndan imtina vəzifəsinin götürülməsi Ailə Məcəlləsinin 2.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Çünki mülki hüquq müqaviləsinin bağlanmasının tərəfin mənəvi və ya əxlaqi hərəkətlərin icrasından asılı vəziyyətə qoyulması yolverilməzdir. Ona görə ki, insan həyatı və sağlamlığı, işgüzar nüfuzu, şəxsi toxunulmazlığı və mənzil toxunulmazlığı, məşğuliyyət və peşə seçmək azadlığı, yaşayış və yaşayış yeri, müəlliflik hüququ və s. imtiyazlar hər bir vətəndaşa anadan olduğu andan və ya qanunun qüvvəsi ilə aiddir. 55.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mülki qanunvericiliyə görə müqavilənin tərkib hissəsinə çevrilmiş şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.

56. Göründüyü kimi müqavilənin şərtləri qanunda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə uyğun olduğu halda da, həmin şərtlər etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 57.Məlumdur ki, əqd bağlayan subyektlər müəyyən hüquqi nəticələr əldə etmək məqsədi güdürlər. Əqdin ümumi qanuniliyinə təsir göstərməyən ayrı-ayrı hissələrinin etibarsızlığı tərəflərin müəyyən nəticələrə nail olmaq üçün daxil olduqları öhdəlik hüquq münasibətlərinin tam şəkildə etibarsız hesab edilməsi ilə nəticələnməsi ümumi qanunvericilik prinsiplərinə zidd olardı. Belə ki, əgər əqd etibarsız hesab edilmiş hissə daxil edilmədən bağlana bilərdisə, əqd həmin hissə xaric edilməklə etibarlı olur. 58.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilənin şərtlə bağlandığı qəbul edilsə belə iddiaçının, cavabdehin müqavilədən irəli gələn öhdəliklərin icrasından imtinasının əsası kimi şərtin icra edilməməsinə istinad etməsi hazırki işin halları baxımından mümkünsüz hesab edilməlidir. 59.Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 60.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

61. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar