Məhkəmə qərarları › İş №2(103)-4874/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4874/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4874/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi X5, Cavabdeh1, onun vəkili X6, qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs, X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6604 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz borcu 174.000 manat olmaqla, cəmi 1.674.000 manat, 6605 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz borcu 174.000 manat olmaqla, cəmi 1.674.000 manat, 6606 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz borcu 174.000 manat olmaqla, cəmi 1.674.000 manat, 6607 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz borcu 174.000 manat olmaqla, cəmi 1.674.000 manat, 6608 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz borcu 174.000 manat olmaqla, cəmi 1.674.000 manat və 6609 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz borcu 174.000 manat olmaqla, cəmi 1.674.000 manat, 6 kredit müqaviləi üzrə ümumi 10.041.780 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi, cavabdeh X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (2 saylı ofis, ümumi sahəsi-261,4 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (3 saylı ofis, ümumi sahəsi-229,2 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (83 saylı ofis, ümumi sahəsi-148,8 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (87 saylı ofis, ümumi sahəsi-127,2 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (106 saylı ofis, ümumi sahəsi-69,6 kv.m) xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi ilə və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (54, 55, 60, 61, 62, 63, 64, 65, 127, 128, 129 saylı ofislər, ümumi sahəsi-1534,2 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (34 saylı mağaza, ümumi sahəsi-39,45 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (76 saylı mağaza, ümumi sahəsi 19,55 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (276 saylı mağaza, ½ hissə sahəsi-19,55 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (58 saylı ofis, E korpusu sahəsi-35,1 kv.m) əmlaklara yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh3 və Cavabdeh2 qaytarılması, daşınmaz əmlak satıldıqdan 1 ay sonra boşaldılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh1 məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mərkəzi filialı ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 6604 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000,00 manat, faiz borcu 174.000,00 manat və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018- ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 631 günə hesablanmış 315.500,00 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 32 günə hesablanmış 20.000,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.875,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 51 günə hesablanmış 23.375,00 manat olmaqla, cəmi 2.063.750,00 manat, xx.xx.2013-cü il tarixli 6605 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000,00 manat, faiz borcu 174.000,00 manat və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 631 günə hesablanmış 315.500,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 32 günə hesablanmış 20.000,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.875,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 51 günə hesablanmış 23.375,00 manat olmaqla cəmi 2.063.750,00 manat, xx.xx.2013-cü il tarixli 6606 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000,00 manat, faiz borcu 174.000,00 manat və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 631 günə hesablanmış 315.500,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 32 günə hesablanmış 20.000,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.875,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 51 günə hesablanmış 23.375,00 manat olmaqla cəmi 2.063.750,00 manat, xx.xx.2013-cü il tarixli 6607 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000,00 manat, faiz borcu 174.000,00 manat və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 631 günə hesablanmış 315.500,00 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 32 günə hesablanmış 20.000,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.875,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 51 günə hesablanmış 23.375,00 manat olmaqla cəmi 2.063.750,00 manat, xx.xx.2013-cü il tarixli 6608 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000,00 manat, faiz borcu 174.000,00 manat və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 631 günə hesablanmış 315.500,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 32 günə hesablanmış 20.000,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.875,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 51 günə hesablanmış 23.375,00 manat olmaqla cəmi 2.063.750,00 manat, xx.xx.2013-cü il tarixli 6609 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000,00 manat, faiz borcu 174.000,00 manat və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 631 günə hesablanmış 315.500,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 32 günə hesablanmış 20.000,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.875,00 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 51 günə hesablanmış 23.375,00 manat olmaqla cəmi 2.063.750,00 manat, ümumilikdə 6 kredit müqaviləsi üzrə 12.382.500,00 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi, cavabdeh X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (2 saylı ofis, ümumi sahəsi-261,4 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (3 saylı ofis, ümumi sahəsi-229,2 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (83 saylı ofis, ümumi sahəsi-148,8 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (87 saylı ofis, ümumi sahəsi-127,2 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (106 saylı ofis, ümumi sahəsi-69,6 kv.m) xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi ilə və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (54, 55, 60, 61, 62, 63, 64, 65, 127, 128, 129 saylı ofislər, ümumi sahəsi-1534,2 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (34 saylı mağaza, ümumi sahəsi-39,45 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (76 saylı mağaza, ümumi sahəsi-19,55 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (276 saylı mağaza, ½ hissə sahəsi-19,55 kv.m), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (58 saylı ofis, E korpusu sahəsi 35,1 kv.m) əmlaklara yönəldərək aşəq hərracda satılması və satışdan əldə edilə vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh3 və Cavabdeh2 qaytarılması, daşınmaz əmlak satıldıqdan 1 ay sonra boşaldılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh1 məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində «müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016 - xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 631 günə hesablanmış 315.500,00 manat» borcun tutulması tələbini hər bir müqavilə üzrə ayrı-ayrılıqda müqavilə müddətinin bitdiyi tarixə faiz borcu kimi qəbul edilərək ümumilikdə müqavilə müddətinin sonuna cavabdeh X7 tutulmalı olan faiz məbləğinin hər bir müqavilə üzrə ayrı-ayrılıqda 489.500,00 manat kimi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş № 2(006)-258/2019-cu il saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında imzalanmış xx xxxxxx 2013-cü il tarixli 6604 saylı kredit müqaviləsi üzrə 1.500.000 manat əsas borc, 484.500 manat faiz borcu və 74.166,67 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq faiz borcu, cəmi 2.058.666,67 manat, xx xxxxxx 2013-cü il tarixli 6605 saylı kredit müqaviləsi üzrə 1.500.000 manat əsas borc, 484.500 manat faiz borcu və 74.166,67 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq faiz borcu, cəmi 2.058.666,67 manat, xx xxxxxx 2013-cü il tarixli 6606 saylı kredit müqaviləsi üzrə 1.500.000 manat əsas borc, 484.500 manat faiz borcu və 74.166,67 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq faiz borcu, cəmi 2.058.666,67 manat, xx xxxxxx 2013-cü il tarixli 6607 saylı kredit müqaviləsi üzrə 1.500.000 manat əsas borc, 484.500 manat faiz borcu və 74.166,67 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq faiz borcu, cəmi 2.058.666,67 manat, xx xxxxxx 2013-cü il tarixli 6608 saylı kredit müqaviləsi üzrə 1.500.000 manat əsas borc, 484.500 manat faiz borcu və 74.166,67 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq faiz borcu, cəmi 2.058.666,67 manat, xx xxxxxx 2013-cü il tarixli 6609 saylı kredit müqaviləsi üzrə 1.500.000 manat əsas borc, 484.500 manat faiz borcu və 74.166,67 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq faiz borcu, cəmi 2.058.666,67 manat, ümumilikdə 18.528.000,03 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçı “xxxxxxxxxxx” QSC-yə ödənilməsi, tələbin Cavabdeh3 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 2 saylı ofisə, 3 saylı ofisə, 83 saylı ofisə, 84 saylı ofisə, 87 saylı ofisə, 106 saylı ofisə, eləcə də Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən 34, 76 və 276 saylı mağazalara (1/2 hissə), 54, 55, 60, 61, 62, 63, 64, 65, 127, 128, 129 saylı ofislərə və 58 saylı ofisə (E korpusu) yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 2 saylı ofis ilkin satış qiyməti 260.307 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 3 saylı ofis ilkin satış qiyməti 228.242 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 83 saylı ofis ilkin satış qiyməti 148.178 manat müəyyən edilməklə, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən 84 saylı ofis ilkin satış qiyməti 211.512 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 87 saylı ofis ilkin satış qiyməti 126.668 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 106 saylı ofis ilkin satış qiyməti 69.309 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 54, 55, 60, 61, 62, 63, 64, 65, 127, 128, 129 saylı ofislər ilkin satış qiyməti 2.047.237 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 34 saylı mağaza (39.45 kv.m) ilkin satış qiyməti 52.642 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 76 saylı mağaza (19.55 kv.m) ilkin satış qiyməti 26.088 manat müəyyən edilməklə, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən 276 saylı mağaza (1/2 hissə -(19.55 kv.m) ilkin satış qiyməti 26.088 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 58 saylı ofis (E korpusu) ilkin satış qiyməti 46.837 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 18.528.000,03 manat məbləğində pul “xxxxxxxxxxx” QSCnin hesabına ödənilməsi, qalan məbləğin müvafiq qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh2 verilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların satıldıqdan 1 ay sonra boşaldılması, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın Cavabdeh1 alınaraq iddiaçı “xxxxxxxxxxx” QSC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 200 manatın Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 1100 manatın Cavabdeh1 alınaraq «xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin 34 saylı mağazası, ümumi sahəsi 39.45 kv.m olan obyektin ipoteka predmeti kimi açıq hərrac yolu ilə satılması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə onların maraqlarına toxunur. Məhkəmə qətnaməsi çıxdıqdan sonra mülkiyyətində olan əmlakın hərracdan satılacağından xəbərdar olmuşdur. Hesab edir ki, ipoteka müqaviləsi etibarsızdır. Bununla əlaqədar iddia ilə məhkəməyə müraciət etmək niyyətində olduğunu, ipoteka müqaviləsinin də surətini götürərək iddia ilə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Məhkəmə iclasında qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, onlarla cavabdehlər arasında danışıq olmuş və həmin mağazanın əvəzinə digər əmlakın ipoteka ilə yüklü edilməsinə dair şifahi razılaşmışlar. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili X12 məhkəmənin qətnaməsindən xəbərdar olmadıqlarını, buna görə də birinci instansiya məhkəməsinə müraciət edib qətnaməni rəsmi əldə etdikdən sonra hansı addımlar atacaqları ilə bağlı qərar qəbul edəcəklərini qeyd etmişlər. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış X3, həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən 34 saylı mağazanın (½ hissə) ipotekaya qoyulması və tutmanın həmin mağazaya yönəldilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, borcverən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə borcalan Cavabdeh1 arasında imzalanmış xx xxxxxx 2013-cü il tarixli 6604 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 12 faiz hesablanmaqla 60 ay müddətinə 1.500.000 manat, xx xxxxxx 2013-cü il tarixli 6605 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 12 faiz hesablanmaqla 60 ay müddətinə 1.500.000 manat, xx xxxxxx 2013-cü il tarixli 6606 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 12 faiz hesablanmaqla 60 ay müddətinə 1.500.000 manat, xx xxxxxx 2013-cü il tarixli 6607 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 12 faiz hesablanmaqla 60 ay müddətinə 1.500.000 manat, xx xxxxxx 2013cü il tarixli 6608 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 12 faiz hesablanmaqla 60 ay müddətinə 1.500.000 manat, xx xxxxxx 2013-cü il tarixli 6609 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 12 faiz hesablanmaqla 60 ay müddətinə 1.500.000 manat məbləğində kredit vermişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh3 arasında imzalanmış xx xxxx 2016-cı il tarixli ipoteka müqavilələrinə əsasən bankla borcalan arasında bağlanmış xx xxxxxx 2013cü il tarixli qeyd olunan kredit müqavilələrinin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 2 saylı ofis, 3 saylı ofis , 83 saylı ofis, 84 saylı ofis, 87 saylı ofis, 106 saylı ofis, eləcə də “xxxxxxxxxxx” QSC BOKT ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında imzalanmış xx xxxxxx 2017ci il tarixli ipoteka müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə borcalan arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli qeyd olunan kredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binada yerləşən 34, 76 və 276 saylı mağazalar (1/2 hissə), 54, 55, 60, 61, 62, 63, 64, 65, 127, 128, 129 saylı ofislər və 58 saylı ofis E korpusu ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borclarını müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Ona görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu müqavilələrdə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetləri ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, qalan məbləğ ipoteka predmetinin mülkiyytəçiləri olan cavabdehlərə qaytarılmalı, ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdırlar. İş materiallarından olan, xx xxxxxx 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət 34 saylı mağazanın yarısı 39,45 kv.m Maraqlı şəxs tərəfindən 68800 manata satılmışdır. xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binanın 1ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi (34 saylı mağaza) paylı mülkiyyət hüququ üzrə “xxxxxxxx” MMC 39.45 kv.m, Maraqlı şəxs 39.45 kv.m adlarına daşınmaz əmlakın dövlət reyesrində 38 nömrəli reyestr kitabının 3621 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxxxx 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət 34 saylı mağazanın yarısı 39,45 kv.m X4 tərəfindən 69600 manata alınmışdır. xx.xx.2008-ci iıl tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi (34 saylı mağaza) paylı mülkiyyət hüququ üzrə “xxxxxxxx” MMC 39.45 kv.m, X1 39.45 kv.m adlarına daşınmaz əmlakın dövlət reyesrində 40 nömrəli reyestr kitabının 3775 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, xx xxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət 34 saylı mağazanın yarısı 39,45 kv.m Cavabdeh2 tərəfindən “xxxxxxxx MMC-dən alınmışdır. İş materiallarında apelyatorlar X1 və Cavabdeh2 mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarını məhdudlaşdıran və həmin əmlaka dair alqı-satqını şübhə altına alan hər hansı əsaslı dəlillər müəyyən edilmir. İş materiallarında olan ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 №-li binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi (34 saylı mağaza) Cavabdeh2 ilə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixdə bğalanmış iroteka müqaviləsinə əsasən sonuncunun xeyrinə ipoteka ilə yüklü etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, mübahisəli Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binanın 1-ci mərtəbəsində 78.9 kv.m ümumi sahədən ibarət 34 saylı mağazanın yarısı X2, qalan yarisi isə Maraqlı şəxs mülkiyyət hüququ ilə 2007-ci ildən məxsus olmuş, lakin sonradan həmin əmlakın ½ hissəsi əvvəlki mülkiyyətçi“xxxxxxxx” MMC tərəfindən cavabdeh 2013-cü ildə Cavabdeh2 adına özgəninkiləşdirilmiş, sonuncu isə 2017-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən həmin əmlakı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Göründüyü kimi, “xxxxxxxx” MMC 2007-ci ildə bağlanmış alqı-satqı müqavilələri əsasında mülkiyyətindən çıxmış, özünə aid olmayan əmlakı 2013-cü ildə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Başqa sözlə, həmin əmlakın “xxxxxxxx” MMC tərəfindən özgəninkiləşdirilməsi və sonradan Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən 34 saylı mağazaya ( ½ hissə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 52642.00 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin satışdan əldə edilən vəsaitin «xxxxxxxxxxx» QSC-nin hesabına ödənilməsi, həmin əmlakın satıldıqdan sonra bir ay müddətində boşaldılmasına dair hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş № 2(006)-258/2019-cu il saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən 34 saylı mağazaya ( ½ hissə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 52642.00 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin satışdan əldə edilən vəsaitin «xxxxxxxxxxx» QSC-nin hesabına ödənilməsi, həmin əmlakın satıldıqdan sonra bir ay müddətində boşaldılmasına dair hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar