Məhkəmə qərarları › İş №2(103)-4877/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4877/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4877/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-155/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 əsas borcun əvəzinə 15553,02 manat və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 777,65 manat, ümumilikdə 16330,67 manat (on altı min üç yüz otuz manat altmış yeddi qəpik), Cavabdeh2 əsas borcun əvəzinə 15576,48 manat və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 778,82 manat, ümumilikdə 16355,30 manat (on altı min üç yüz əlli beş manat otuz qəpik), Cavabdeh3 Siyavş oğlundan əsas borcun əvəzinə 7323,21 manat və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 366,16 manat, ümumilikdə 7689,37 manat (yeddi min altı yüz səksən doqquz manat otuz yeddi qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsas borcun əvəzinə 15553,04 manat və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 777,65 manat, ümumilikdə 16330.69 manat, Cavabdeh2 əsas borcun əvəzinə 15576,48 manat və gecikdrrilmiş vaxt üçün illik 5% olmaqla 778,82 manat, ümumilikdə 16355,30 manat, Cavabdeh3 əsas borcun əvəzinə 7323,21 manat və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 366,16 manat, ümumilikdə 7689,37 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sabunçu Filialı ilə iddiaçı və o cümlədən də «xxxxxxxxx» MTK arasında xx xxxxxx 2016-cı il tarixdə “X5” müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı zamin kimi çıxış etmişdir. Müqavilənin 1.2-ci bəndinə görə müqavilənin predmetini «xxxxxxxx» MTK tərəfindən tiikntisi aparılan çoxmərtəbəli yaşayış komplekslərində müştərilərə satılmış mənzillərin və qeyri-yaşayış sahələrinin dəyərinin 90 faizindən artıq olmayan hissəsinin minimum illik 8 faiz dərəcəsi ilə 240 ay müddətinədək kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.«xxxxxxxxx» MTK tərəfindən xx xxxxx 2016-cı il tarixdə cavabdehlərə mənzillər satılmışdır. Həmin alqı-satqı müqavilələrinin 3.1 və 3.2-ci bəndlərinə görə mənzillərin dəyərinin bir qismi cavabdehlərin şəxsi vəsaiti hesabına, digər bir qismi isə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən götürülmüş kredit vəsaiti hesabına ödənilməlidir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sabunçu Filialı ilə iddiaçı və o cümlədən də «xxxxxxxxx» MTK arasında xx xxxxxx 2016-cı il tarixdə “BirgəFəaliyyət Haqqında” müqavilənin şərtləri çərçivəsində iddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC və cavabdehlər arasında xx xxxxx 2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən borclu kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Cavabdehlər kredit müqavilələri ilə öz üzərlərinə düşən öhdəlikləri lazımi şəkildə icra etmədikləri üçün iddiaçı sürücüsü X1 vasitəsi ilə xx xxxx 2018‑ci il tarixdə Cavabdeh1 əvəzinə banka 15.553.04 manat, Cavabdeh2 əvəzinə banka 15.576, 48 manat və Cavabdeh3 əvəzinə banka 7323,21 manat məbləğində pul vəsaiti ödəmişdir. İddiaçı cavabdehlərin əvəzinə tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilmiş vəsaitlərin ona qaytarılması barədə xəbərdarlıq məktubları ilə müraciət etsə də, cavabdehlər həmin məktubları cavabsız qoymuşlar. Cavabdehlər artıq 1 ildir ki, iddiaçı tərəfindən onların əvəzinə ödədiyi pul vəsaitlərini qaytarmır, bu vəsaitləri qanunsuz olaraq saxlayırlar. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-155/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan “xxxxxxxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, RA-013 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə inşa edilən binanın 6-cı mərtəbəsində, ümumi sahəsi 177.7 kv.m olan 4 otaqlı 17 nömrəli mənzili təmirsiz alıcıya təhvil verməyi, alıcı ilə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, müqavilənin qiyməti 267,190 manat təşkil edir, 3.2-ci maddəsinəəsasən, müqavilənin qiymətinin 100360 manat hissəsi alıcının şəxsi vəsaiti hesabına, qalan 166,830 manat isə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. İş materiallarında olan “xxxxxxxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, RA-012 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə inşa edilən binanın 6-cı mərtəbəsində, ümumi sahəsi 97.81 kv.m olan 2 otaqlı 16 nömrəli mənzili təmirsiz alıcıya təhvil verməyi, alıcı ilə bunun müqabilində cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, müqavilənin qiyməti 177139 manat təşkil edir, 3.2-ci maddəsinə əsasən, müqavilənin qiymətinin 50000 manat hissəsi alıcının şəxsi vəsaiti hesabına, qalan 127139 manat isə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. İş materiallarında olan “xxxxxxxxx” MTK ilə Nuriyev Sevinc Rövşən qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, RA-011 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə inşa edilən binanın 5-ci mərtəbəsində, ümumi sahəsi 177.7 kv.m olan 4 otaqlı 12 nömrəli mənzili təmirsiz alıcıya təhvil verməyi, alıcı ilə bunun müqabilində cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, müqavilənin qiyməti 267,190 manat təşkil edir, 3.2-ci maddəsinə əsasən, müqavilənin qiymətinin 100360 manat hissəsi alıcının şəxsi vəsaiti hesabına, qalan 166,830 manat isə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. İş materiallarında olan “xxxxxxxxx” MTK ilə Nuriyev Sevinc Rövşən qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, RA-010 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə inşa edilən binanın 5-ci mərtəbəsində, ümumi sahəsi 97.81 kv.m olan 2 otaqlı 11 nömrəli mənzili təmirsiz alıcıya təhvil verməyi, alıcı ilə bunun müqabilində cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, müqavilənin qiyməti 177139 manat təşkil edir, 3.2-ci maddəsinə əsasən, müqavilənin qiymətinin 50000 manat hissəsi alıcının şəxsi vəsaiti hesabına, qalan 127139 manat isə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 11-xx-xx-2016-RA-RA saylı zaminlik müqaviləsinə əsasən, Səfərov X3 Leyla Faiq qızı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 11.xx.xx.2016-RA-RA saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhədliklərini icrasının təminatı kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında zamin olmuşdur. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 8-xx-xx-2016-RA-RA saylı zaminlik müqaviləsinə əsasən, Səfərov X3 Leyla Faiq qızı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 8.xx.xx.2016-RA-RA saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhədliklərini icrasının təminatı kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında zamin olmuşdur. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 10-xx-xx-2016-RA-RA saylı zaminlik müqaviləsinə əsasən, Səfərov X4 Sevinc Rövşən qızı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 10.xx.xx.2016-RA-RA saylı kredit müqaviləsi üzrə Nuriyev Sevinc Rövşən qızının öhədliklərini icrasının təminatı kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında zamin olmuşdur. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 9-xx-xx-2016-RA-RA saylı zaminlik müqaviləsinə əsasən, Səfərov X4 Sevinc Rövşən qızı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 9.xx.xx.2016-RA-RA saylı kredit müqaviləsi üzrə Nuriyev Sevinc Rövşən qızının öhədliklərini icrasının təminatı kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında zamin olmuşdur. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 36-xx-xx-2017-FC-RA saylı zaminlik müqaviləsinə əsasən, İddiaçı Cavabdeh3 ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 36-xx-xx-2017-FC-RA saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhədliklərini icrasının təminatı kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında zamin olmuşdur. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məxsus mədaxil orderlərinin təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə X2 tərəfindən Nuriyev Sevinc Rövşən qızının kredit ödənişi kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCyə 6685,13 manat və 8891,35 manat ödənişlər edilmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məxsus mədaxil orderlərinin təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə X2 tərəfindən Cavabdeh1 kredit ödənişi kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə 6685,12 manat və 8867,9 manat ödənişlər edilmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məxsus mədaxil orderlərinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə X2 tərəfindən Cavabdeh3 kredit ödənişi kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə 7323,21 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 11.xx.xx.2016-RA-RA saylı və xx.xx.2016-cı il tarixli 8.xx.xx.2016-RA-RA saylı kredit müqavilələri üzrə Cavabdeh1, Nuriyev Sevinc Rövşən qızı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 10.xx.xx.2016-RA-RA saylı və xx.xx.2016-cı il tarixli 9.xx.xx.2016- RA-RA saylı kredit müqavilələri üzrə Nuriyev Sevinc Rövşən qızının, Cavabdeh3 ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 36-xx-xx- 2017-FC-RA saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhədliklərinin icrasının təminatı kimi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında zamin olmuşdur. Cavabdehlər həmin kredit müqavilələri üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, ödənilməli olan borcu vaxtında ödəməklərindən, zaminində onlarla bərabər məsuliyyət daşıması səbəbindən iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə Cavabdeh1 kredit ödənişi kimi 15553,02 manat, Nuriyev Sevinc Rövşən qızının kredit ödənişi kimi 15576,48 manat, Cavabdeh3 kredit ödənişi kimi 7323,21 manat ödənişlər etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki iddia tələbini bu hissədə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 15553,02 manat, Nuriyev Sevinc Rövşən qızından 15576,48 manat, Cavabdeh3 7323,21 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini qət etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur Məhkəmə kollegiyası hesasb edir ki, iddia tələbinin cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanılmaqla pulun tutulması hissəsində də əsaslıdır və həmin hissədə də haqlı olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və Nuriyev Sevinc Rövşən qızının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh Nuriyev Sevinc Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh Nuriyev Sevinc Rövşən qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar