Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-488/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edildiyi “plan və ölçünün ləğv edilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, “Toxucu” X5 xx xxx 1989-cu il tarixli qərarı ilə həmin Birliyin 4 saylı protokoluna əsasən Zirə qəsəbəsində 0,115 ha ölçüdə ayrılaraq ona verilmiş və halhazıradək onun istifadəsində və sahibliyində olan bağ sahəsinin “69/78” saylı bağ sahəsi kimi Cavabdeh adına Dövlət Torpaq Kadastr kitabında xx.xx.2007-ci il tarixdə 4226 nömrəsi ilə aparılmış qeydin və bununla əlaqədar verilmiş “torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi, həmin torpaq sahəsinə dair Dövlət Torpaq Kadastr kitabında aparılmış qeydiyyatın dəyişdirilərək, həmin torpaq sahəsinə dair onun adına “plan və ölçünün” tərtib edilməsi öhdəliyinin DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia rədd olunmuşdur. İddiaçı, həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, hakim iddiaçının gətirdiyi şahidlərinin dindirilməsinə məhəl qoymayaraq, onların işdə lazımsız olduğunu hesab etmiş, onun təkidi ilə dindirdiyi şahidlərin izahatını da tam əhatə etmədən, belə ki, onlar bağ sahəsinin mişar daşları ilə hasarlandığını, qapı qoyulmasını, iddiaçının orada abadlıq işləri aparmasını bildirsələr də, bunlar qətnamədə qeyd olunmamışdır. Bağ sahəsi bu günə kimi iddiaçının istiafdəsində və mülkiyyətindədir. Ona verilən sənədlərdən üvzlük kitabçasında bağ nömrəsi 69/78 kimi göstərilmişdir. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli 69/78 saylı bağ torpaq sahəsinə cavabdehin adına qeydiyyat çıxarışının verilməsi əsassızdır. BYB-nin sabiq sədri Orucəli Durmuşov öz qohumluq əlaqələrindən sui-istifadə edərək, sənədlərdə qəsdən uyğunsuzluq yaratmaqla bir neçə torpaq sahəsini qohumlarının adına, eləcə də qardaşı oğlu Vidadi Durmuşovun arvadı Cavabdeh adına sənədləşməsinə nail olmuşsa da, hakim qətnamədə 67-68 saylı bağın O.Durmuşovun öz mülkiyyəti olmasını və onu Erus Bağırova satmasını qeyd etdiyi, 68/77 saylı bağ sahəsinin də O.Durmuşovun mülkiyyətində olmasını göstərdiyi halda, təkrarlanan 68 saylı bağ nömrəsini görməzdən gəlmişdir. Əslində Cavabdeh onun torpağına heç bir marağı yoxdur, bu səbəbdən də, 7 aylıq yubadılan məhkəmə prosesinə nə özü, nə də vəkili gəlməmişdir. Bundan başqa, DƏDRX-nin Bakı Ərazi İdarəsinin nümayəndəsinin 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə öz arxivlərindən təqdim etdiyi sənəddə iddiaçının bağ nömrəsinin 71/80 olduğu göstərilmişdir. Lakin BYB-nin sədri isə həmin məhkəməyə 73/82 saylı bağ sənədinin surətini təqdim etmişdir. İddiaçını yerindən etmək üçün 68/77 saylı nömrəni 69/78 saylı hesab etməklə, həm 73/82, həm də 71/80 saylı bağ sahəsi O.Durmuşovun imza və möhürü ilə təsdiqlənmişdir. Məhkəmə isə, qeyd olunanlara diqqət yetirmədən ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, iddiaçını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri XDS İK-nin 17/310 saylı, xx.xx.1987ci il tarixli qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Zirə qəsəbəsi ərazisində “Toxucu” X6 (BYB) bağ sahəsi ayrılmışdır. BYB-nin 4 saylı protokolunu və xx.xx.1989-cu il tarixli qərarını əsas tutaraq İddiaçı bağ evi və təsərrüfat tikintisi üçün 68/77 saylı, 5,75 sot, 21x50 metr torpaq sahəsi ayrılmışdır. İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli üzvlük kitabçasında göstərilmişdir ki, o, BYB-nin üzvlərinin xx.xx.1989-cu il tarixli, 3 saylı protokoluna əsasən, Birliyə üzv qəbul edilmiş və ona Zirə qəsəbəsi ərazisində Birliyin bağından sahəsi 5,75 kv.m. olan 69/78 saylı bağ sahəsi xx.xx.1989-cu il tarixli qərara əsasən daimi istifadə üçün verilmişdir. Bakı şəhəri XDS İK-nin 17/310 saylı, xx.xx.1987-ci il tarixli qərarı və BYB-nin xx.xx.1993-cü il tarixli, 05 saylı protokolu ilə Əzizbəyov rayonu (indiki Xəzər), Zirə qəsəbəsi ərazisində Cavabdeh bağ evi tikintisi üçün sahəsi 10.62 sot, 21x50,6 kv.metr, 69/78 saylı bağ sahəsi ayrılmışdır. Cavabdeh adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN seriyalı, 024012 saylı, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Əİ-nin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, 69/78 saylı bağ sahəsinin ayrılmasına dair Cavabdeh adına verilmiş üzvlük kitabçası arxiv qovluğunda mövcuddur. DƏDRX-nin 1 saylı Bakı Əİ-nin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Orucəli Durmuşova (sənəddə olduğu kimi) BYB-nin nəzdində Xəzər rayonu, Zirə qəsəbəsində xx.xx.1993-cü il tarixdə tərtib edilmiş üzvlük kitabçası əsasında 68/77 nömrəli bağ sahəsi ayrılmışdır. İcarədar sözügedən bağ sahəsinin müqaviləyə keçirilməsinə dair keçmiş X2 və İstismarı Birliyinə müraciət etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 0,1062 hektar torpaq sahəsi olan xx-xx/2311-2320 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə Orucəli Durmuşov arasında xx.xx.2006-cı il tarixli, 38768 nömrəli müqavilə bağlanmışdır. Daha sonra həmin müqavilə və xx.xx.2006cı il tarixli Torpaq sahəsinin Kadastr planı əsasında sözügedən bağ sahəsi Orucəli Durmuşovun adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 4Ə/353 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 0,08 hektar torpaq sahəsi olan 2311 nömrəli bağ evi (yeni ünvan kimi) xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətdədir. Qeyd olunanlar iddia ərizəsi, “Toxucu” X5 xx.xx.2005-ci il tarixli, 41 saylı məktubu, xx.xx.2005-ci il tarixli üzvlük kitabçası, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN seriyalı, 024012 saylı, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü, DƏDRX-nin 1 saylı Bakı Əİ-nin xx.xx.2019-cu il tarixli, **********18 saylı, xx.xx.2019-cu il tarixli, **********30 saylı, **********29 saylı, **********29 saylı məktubları və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə veriməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu, “Torpaq icarəsi haqqında” Qanun, “İcarə haqqında” Qanun və digər normativ hüquqi aktlar ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı, BYB-nin 4 saylı protokoluna və xx.xx.1989-cu il tarixli qərarına əsasən ona 68/77 saylı bağ sahəsinin ayrıldığını, həmin sahəsinin bu tarixdən onun istifadəsində olduğunu, lakin qanunsuz olaraq 69/78 saylı bağ sahəsi kimi cavabdehin adına qeydə alındığını, bununla da, həmin sahəni əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək imkanından məhrum olduğunu və BYB-nin sədri tərəfindən onun adına qanunsuz olaraq müxtəlif saylı bir neçə torpaq sahəsi rəsmiləşdirilməklə sənədlərdə uyğunsuzluq yaradıldığını bildirərək, qətnaməni mübahisələndirir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə iş üzrə mühəndis-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi, ona əlavə edilmiş torpaq sahələrinin yerləşmə sxemi və Məhkəmə Ekspertizası Mərkəzinin 31899 saylı, xx.xx.2020ci il tarixli rəyinə əsasən, müəyyən olunmuşdur ki: - “Toxucu” X5 xx.xx.1989-cu il tarixli qərarı ilə Birliyin 4 saylı protokoluna əsasən, X8 Cavadovaya ayrılmış 0,115 ha, 68/77 nömrəli torpaq sahəsinin heç bir texniki sənədi təqdim edilmədiyi və aşkar olunmadığı üçün İddiaçı ayrılmış 0,115 ha, 68/77 nömrəli torpaq sahəsinin naturada mövcud olub-olmamasını, coğrafi baxımdan yerləşmə vəziyyətini və sənədləri müəyyən etmək mümkün deyil. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu, Zirə qəsəbəsində yerləşən 69/78 saylı bağ evinə dair Cavabdeh adına tərtib olunmuş “torpaq sahəsinin plan və ölçüsü” sənədinin koordinatlarına və Cavabdeh adına reyestr nömrəsi **********56, sahəsi 1062 kv.m. olan (çıxarışın əlavəsi olan) plan və ölçü sənədində qeyd edilən koordinatlara əsasən, naturada mövcud olan 1062 kv.m. torpaq sahəsinin coğrafi baxımdan yerləşmə vəziyyəti və sərhədləri müəyyən edilir. - Mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Cavabdeh adına tərtib olunmuş “torpaq sahəsinin plan və ölçüsü” sənədinin koordinatları, eləcə də, Cavabdeh adına reyestr nömrəsi **********56, sahəsi 1062 kv.m. olan (çıxarışın əlavəsi olan) plan və ölçü sənədində qeyd edilən koordinatlar üst-üstə düşür. - Cavabdeh ayrılmış torpaq sahəsinə dair sənədlər arxivdə movcuddur və həmin sənədlər əsasında qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu, Zirə qəsəbəsində yerləşən 69/78 saylı bağ evinə dair Cavabdeh adına“torpaq sahəsinin plan və ölçüsü” sənədi, eləcə də, bu sənədə uyğun reyestr nömrəsi **********56, sahəsi 1062 kv.m. olan çıxarış və plan və ölçü sənədi verilmişdir. Kollegiya, bu halın xüsusi bilik tələb etdiyini nəzərə alıb mütəxəssis və ekspert rəyləri əsasında belə qənaətə gəlir ki, İddiaçı iddia etdiyi 0,115 ha, 68/77 nömrəli torpaq sahəsi ilə Cavabdeh ayrılmış 1062 kv.m. 69/78 saylı torpaq sahələri üst-üstə düşür və Cavabdeh ayrılmış torpaq sahəsinə dair sənədlər qanunvericiliyə uyğun olduğu halda, İddiaçı ayrılmış torpaq sahəsinə dair arxiv sənədlərində heç bir texniki sənəd aşkar olunmamış, eyni zamanda iddiaçı da məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Odur ki, Kollegiya, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-722/2019 saylı iş üzrə xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 130,15 (bir yüz otuz beş manat on beş qəpik) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-488/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-488/2020
03.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver