Məhkəmə qərarları › İş №2(103)-4880/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4880/2025

11.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4880/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1443/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində özbaşına tikilmiş evə uşaqları xx.xx.2008-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 onunla birlikdə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1443/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı uşaqları xx.xx.2008- cı il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində tikilmiş fərdi yaşayış evindən ibarət özbaşına tikiliyə köçürülmələri qət edilmiş, məhkəmənin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1443/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1443/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə cavabdehin ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək qətnaməni rəsmi şəkildə almışdır. Bununla da müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1443/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1443/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət ötürməklə verildiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh şikayət vermiş və şikayətin təmin edilməsi, Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il il tarixli, 2(003)-1443/2025-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə verilmiş apellyasiya şikayətinin MPM-in tələblərinə riayət edilməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ın 16 avqust 2006-cı il tarixli qərarının Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikasının Konstitusiyasının 60; 125-ci maddəsinin 7-ci bəndi və 127-ci maddələrinin 2, 7, 8-ci bəndlərinə; Mülki Məcəllənin 6, 18; Mülki Prosessual Məcəllənin 14, 88, 135.6, 227.3, 227.4, 233.1, 268, 269.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qərardad əsassızdır, həmin qərardad ləğv edilməli, şikayət təmin edilməli və apellyasiya şikayəti MPM-in tələblərinə riayət edilməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunmalıdır ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-1443/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin xx.xx.2025-ci il tarixdə alınması ilə bağlı xəbərnamədəki imza ona məxsus deyildir. O da xüsusilə qeyd olunmalıdır ki,ünvan 1 ünvanında yaşamır (faktiki yaşadığı ünvan ünvan 2c sənəd şikayətə əlavə olunur) və sözügedən qətnamə iddiaçı tərəfin digər ailə üzvlərinə (mənim qeydiyyatda olduğu ünvanda iddiaçının anası, qardaşı və onun həyat yoldaşı və övladları yaşayırlar) təqdim edilmiş, onlar xəbərnaməyə də şəxsən onun əvəzinə imza etməklə qətnaməni rəsmi qaydada almışlar. Həmçinin, məhkəmədə işə baxılan zaman, o cümlədən məhkəmə qətnaməsi qəbul edildikdən sonra da qeydiyyat ünvanı üzrə olan poçt şöbəsinə müraciət etmişdir, həmin poçt şöbəsindən heç bir poçt göndərişinin daxil olmaması bildirilmişdir (hər bir halda faktiki yaşadığım ünvanı üzrə 3 saylı poçt filialının 67 saylı poçt şöbəsinə məhkəmə sənədinin poçt göndərişi vasitəsilə gələcəyinə etibar etmişdi, çünki bu barədə Xəzər rayon məhkəməsinə işə baxılan zaman məlumat vermişdi), bundan əlavə, yuxarıda qeyd olunan məhkəmə qətnaməsini xx.xx.2025-ci il tarixdə şəxsən Xəzər rayon məhkəməsində məhkəmə iclas katibi tərəfindən təqdim edilmiş qəbzə imza etməklə qəbul etmişdir. Bundan başqa, sözügedən qətnamənin iddiaçı tərəfin yuxarıda qeyd olunan ailə üzvləri tərəfindən qəbul edilməsi barədə məlumat ona ümumiyyətlə verilməmişdir (təkrarən qeyd edirə ki, məhkəmə qətnaməsini xx.xx.2025-ci il tarixdə şəxsən Xəzər rayon məhkəməsində məhkəmə iclas katibi tərəfindən təqdim edilmiş qəbzə imza etməklə qəbul etmişdir).Onu da qeyd edir ki, elektron kabineti aktiv olmasına (elektron kabineti yeni istifadə etməyə başlasam da) baxmayaraq, həmin qətnamə ona elektron qaydada göndərilməmişdir (sözügedən qətnamənin elektron kabinetinə yerləşdirilməsi barədə mənə elektron qaydada bildiriş daxil olmamışdır). Məhkəmə tərəfindən qərardad elektron kabinetə yerləşdirildikdən sonra (Azərbaycan Respublikası Mülk Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən) bu barədə məlumat ona həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalı olduğu halda, buna əməl edilməmişdir. Həmçinin təkrarən qeyd edir ki, hər bir halda məhkəmə qətnaməsini şəxsən Xəzər rayon məhkəməsində xx.xx.2025-ci il tarixdə qəbul etdiyinə görə qətnamədən şikayət vermə müddətinin xx.xx.2025-ci il tarixdən hesablanacağına da etibar etmişdir. Sözügedən qətnamə elə həmin gün məhkəmə iclas katibi tərəfindən təqdim edilmiş qəbzə imza etməklə rəsmi qaydada ona verilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsində bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılması, zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilməsi göstərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1443/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6, 135.7, 135.8-ci maddələrinə əsasən: 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş, lakin cavabdeh müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün müddətin bərpasına dair ərizə təqdim etməmiş, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı isə dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir və bunun üçün müraciət olmadan müzakirə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1443/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar