Məhkəmə qərarları › İş №2(103)-4882/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4882/2024

23.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4882/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürtmə” tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X16 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(004)-1866/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı anasından miras qalmış ünvan 1 ünvanında yerləşən evdə yaşamasına bacısı olan Cavabdeh tərəfindən maneələr yaradıldığını iddia edərək özünün həmin evə köçürülməsini xahiş etmişdir. 2.İddiaçı və cavabdeh hər ikisi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 121 saylı evdə qeydiyyatdadırlar. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “mənzilə köçürtmə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atasının evi olan ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma bacısıdır, 5 ilə yaxındır ki aralarında ciddi problemlər yaranmağa başlamış və və neçə aylardır ki, onu ata evindən məhrum etmişdir. Belə ki, onun tərəfindən təhqirlərə məruz qalaraq döyülür. Dəfələrdlə DİN-ə şikayət etmiş, aralarında barışıq olan zamanlar da, şikayətinə baxılmayana zamanlar da mövcud olmuşdur. Sonradan ona tövsiyyə edilmişdir ki, cavabdehin hərəkətləri qanunsuzdur, evə köçüb yaşamağı üçün aiddiyatı üzrə məhkəməyə müraciət etməlidir. Cavabdehin bu hərəkəti nəticəsində ona hər gün zərər dəyməkdədir. Belə ki, iddiaçı hazırda öz evində yaşaya bilmir, öz əşyalarından istifadə edə, təsərrüfat apara bilmir. 5.Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 iyun 2024-cü il tarixli, 2(004)-1866/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Fariz Əlizadə) iddia tələbi təmin edilməmişdir. 6.İş materiallarında olan Yasamal RPİ 27-ci Polis Bölməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı şikayət ərizəsi əsasında fakt üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. 7.Sözügedən qərarın əsaslandırma hissəsində İddiaçı döyülməsi faktının öz təsdiqini tapmaması qeyd edilmişdir. 8.Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən yuxarıda göstərilən qərardan başqa məhkəməyə hər hansı sübut, material, sənəd təqdim edilməmiş və ya sübutların təmin olunması məqsədilə məhkəməyə vəsatətlə müraciət edilməmişdir. 9.“Elektron məhkəmə” informasiya sistemində aparılmış axtarış nəticəsində İddiaçı və ya Cavabdeh mülkiyyətində hər hansı daşınmaz əmlak, o cümlədən ünvan 2 ünvanının sonuncuların mülkiyyətində olması barədə hər hansı məlumat əldə edilməmişdir. 10.Məhkəmə hesab etmişdir ki, İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Belə ki, mübahisə predmeti olan əmlaka dair iddiaçının hər hansı hüququ müəyyən edilmir. Həmçinin, həmin əmlakın cavabdehin mülkiyyətində olması da müəyyən edilmir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b)Apellyasiya şikayətinin dəlilləri 12.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlə iddiaçı bacıdırlar. X13. Analarının qeydiyyatda olduğu evdə ikisi də yaşamışlar. Qeydiyyat yerinə dair arayışı və digər sənədləri də məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə bununla da kifayətlənməyərək subyektiv hüququnun olmamasını bildirir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan da göründüyü kimi həmin ev iddiaçının mərhum anası Xalıqova Tükəzbanın paylı mülkiyyətində olmuşdur. Onun vəfatını təsdiq edən ölüm haqqında şəhadətnamə qoşmaya əlavə edilmişdir. Onun vəfatından sonra vərəsələr kimi onlar yəni onun övladlarımirasıfaktiki olaraq qəbul etmişlər. Aralarında yaranmış mübahisələrin bir çox hissəsi də elə həmin miras əmlak üzərində olurdu. Belə ki, cavabdeh miras qalmış əmlakdan mərhum qardaşına düşən payı da mənimsəmək istəyirdi. İddiaçı isə buna daim etiraz edərək onun payının digər vərəsələr arasında bərabər şəkildə bölünməsi üçün hüquqi addımlar atmağını, aidiyyatı üzrə notariusa və məhkəməyə müraciət etməyin zəruri olduğunu bildirmişdir. O isə bütün bunlara etiraz edərək “bütün bu həyət mənimdir və mənim də olacaq sizə burada yer yoxdur” kimi fikirlər irəli sürmüş və iddiaçını da evdən qovmuşdur. Dəfələrlə səlahiyyətli orqanlara şikaytələr edərək evdən məhrum olduğunu bildirmiş, bununla bağlı illərdir mülki xarakterli mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qoşmaya həmin cavab məktublarını da əlavə edir. Məhkəmə öz qərarında əsaslandırmışdır ki, guya iddiaçı sübutedici hər hansısa sənəd təqdim etməmişdir. Halbuki qoşmaya müvafiq icra hakimiyyəti orqanlarına etdiyi şikayətlərin surətini, onların cavabını hətta qərarını da əlavə etmişdir ki, onların məzmununda da mənzillə bağlı aralarında mübahisənin olmasına dair təsdiqli fikirlər mövcuddur. Məhkəmə tərəfindən birtərəflik prinsipi pozularaq işə obyektiv baxılmamış, tərəfindən iddia ərizəsinə qoşma olaraq əlavə edilmiş sənədlər araşdırılmamış və nəticədə iddianın təmin edilməməsi barədə əsassız bir qətnamə qəbul edilmişdir. Halbuki hakim tərəfindən iş ətraflı araşdırılsaydı zərurət yarandığından müvafiq icra hakimiyyəti orqanına sorğu verilərək onların illərdir bu günədək aralarında mübahisələrin və şikayətlərin olması faktlarını təsdiq edən sənədlər əldə edilə bilinərdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında iddiaçı X9 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 16.İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 2.1.Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məəcəlləsi: 19.Maddə 27.1.Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. xx.xx.2000-ci ilə tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 527.Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 21.Maddə 528.Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 22.Maddə 529.Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 23.Maddə 532.Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 24.Maddə 552.Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 27.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, mübahisəli evə yerli baxış keçirərək işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(004)-1866/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. 31.Belə ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər X5 İcpaiyyə Komitəsinin Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin 1/2 hissəsi X6 mülkiyyətindədir. 32.İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarxli məktubundan görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021ci il tarixli, 2V-01-154 reyestr nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 121 saylı fərdi yaşayış evinin 1/8 hissəsi X2, 1/8 hissəsi X12, 1/8 hissəsi X3, 1/8 hissəsi X1, 5 saylı DNK-nın 3P*1258 reyestr nörməli, xx.xx.1959-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən ünvanın 1/2 hissəsi (hazırda 4/8) X7 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. 33.Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1987-ci il tarixdə ölmüşdür. 34.AR Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömərli arayışından görünür ki, X10 xx.xx.2003-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. 35.Beləliklə iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə doğma bacı olmaqla hər ikisi mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 121 saylı evin mülkiyyətşisi olmuş mərhum X8 qızları olmaqla sonuncunun birinci növbə vərəsələridir. Miras 1987-ci ilə açılmışdır. İddiaçı miras açılandan əvvəl və hal-hazırda da mübahisəli evdə qeydiyyatda olmaqla yaşamışdır. 36.Məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvana xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilərək müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 121 saylı evin həyətinə bir giriş qapsı vardır. Həmin həyətdə iddiaçının və cavabdehin ayrıca yaşadığı mənzillər mövcuddur. Həmin mənzilin qapısını iddiaçı öz açarı ilə açdı. Evdə yaşamaq üçün bütün şərait və iddiaçıya məxsus əşyalar mövcuddur. Yerli baxış zamanı cavabdehlə iddiaçının münasibətlərinin normal olmaması, cavabdehin iddiaçıya süni maneələrin yaratdığı müşahidə olunmuşdur. 37.Beləliklə işdən görünür ki, mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 121 saylı ev X11 məxsus olmuş, onun ölümündən sonra vərəsələri iddiaçı və cavabdeh tərəfindən həmin ev miras amlak kimi fakitki qəbul edilərək hər ikisi həmin evdə yaşamışlar. Həmin ünvanda hazırda iddiaçının və cavabdehin yaşadıqları mənzillər ayrıdır. Cavabdehlə iddiaçının münasibəti münaqişəli vəziyyətdə olduğundan, hazırda cavabdeh iddiaçını mübahisəli evə buraxmamaqla, yaşamasına maneçiliklər yaradır. 38.Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 39.Kollegiya qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilədaxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. 40.İş materiallarından müəyyən olunduğu kimi ünvan 1 ünvanında iddiaçının ona anasından miras əmlak kimi keçən ayrıca yaşadığı evi vardır, həmin ev onun yaşayış yeridir, lakin cavabdeh tərəfindən onun həmin evdə yaşamasına maneələr yaradılır. 41.Cavabdehin iddiaçını qeyd edilən evdə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. 42.Kollegiya qeyd edir ki, iddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əks yanaşması, yəni iddiaçının evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, həmin evə köçürülməlidir. 43.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun olmaması nəticəsində gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Buna görə də, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir 44.Belə olan halda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(004)-1866/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən evinə köçürülməlidir. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(004)-1866/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzlinə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar