Məhkəmə qərarları › İş №2(103)-4883/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4883/2022

19.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4883/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1441/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun "xxxx" MMC-də tutduğu operator vəzifəsindən azad olunması barədə "xxxx" MMC-nin direktoru X2 xx.xx.2021-ci il tarixli 23K saylı əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli 03 nömrəli əmrə və tərəflər arasında bağlanmış 04-19 nömrəli xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-yə operator vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC-nin direktoru X2 xx.xx.2021-ci il tarixli 23K saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilibdir. Əmrə əsasən İddiaçı iyul-avqust 2021-ci il tarixlərdə www.bon.az (X5 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olna vəsaiti öz kart hesabına köçürərək maddi ziyan vurmaqla əmək vəzifələrini kobud surətdə pozmuşdur. Ona görə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi nəzərə alınmaqla həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Tərəflərdən şirkətə sorğu göndərilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surəti və işdən azad olunması barədə əmrin surəti tələb olunsa da, həmin sənədlər onlara təqdim olunmamış, iddiaçıya əmrin imzalanmamış forması çap edilərək iş yerində təqdim olunmuşdur. Tərəflərdən məhkəmədə iddia qaldırılmazdan əvvəl ilkin mediasiya prosesində iştirak olunmuş, cavabdeh təşkilatın nümayəndəsi ilə mübahisənin sülh yolu ilə məhkəmələn kənar qaydada həlli barədə ilkin razılıq əldə olunsa da, sonradan qarşı tərəf razılaşmanın rəsmiləşdirilməsindən imtina etmiş, ona görə də mübahisənin məhkəmədən kənar qaydada mediasiya prosesində həlli mümkün olmamışdır. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, işçinin öz kartına ödədiyi bildirilən məbləğ işəgötürən tərəfindən onun əmək haqqından tutulmuşdur. Yəni faktiki olaraq maddi ziyan aradan qalxmışdır. Bu isə bir əmələ görə iki intizam tənbeh tədbirinin tətbiq olunması deməkdir. Lakin işəgötürən işçinin izahatını almamış, iyul-avqust aylarında baş verdiyi iddia olunan pozuntuya görə 1 aylıq müddət keçəndən sonra intizam tənbehi vermiş, bu zaman ən ağır intizam tənbehini seçmiş və bununla da əmək qanunveriliciyinin tələbləri kobud surətdə pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1441/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işçinin öz kartına ödədiyi bildirilən məbləğ işəgötürən tərəfindən onun əmək haqqından tutulmuşdur. Yəni faktiki olaraq maddi ziyan aradan qalxmışdır. Bu isə bir əmələ görə iki intizam tənbeh tədbirinin tətbiq olunması deməkdir. Lakin işəgötürən işçinin izahatını almamış, iyul-avqust aylarında baş verdiyi iddia olunan pozuntuya görə 1 aylıq müddət keçəndən sonra intizam tənbehi vermiş, bu zaman ən ağır intizam tənbehini seçmiş və bnunla da əmək qanunveriliciyinin tələbləri kobud surətdə pozmuşdur. İşəgötürənin ona daha yumşaq intizam tənbeh tədbiri tətbiq etməli idi. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1441/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71, 72 və 76-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 və 76.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, ******* saylı, xx.xx.2019-cu il tarixli əmək kitabçasının kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad olunmuşdur.(İ.vər. 21 - 22). İş materiallarında olan, X5 Sanayi Ticaret Limited şirkəti tərəfindən Cavabdeh MMC şirkətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, X5 Sanayi Ticaret Limited şirkəti (Bonaz) və Cavabdeh MMC (Yayıncı) arasında imzalanan “Whitabel Yayıncı” müqaviləsinin şərtlərindən irəli gələn internet mağazalarından edilən alqısatqılarda “cashback” komissiyalarının hesablanmasını təmin edən platformanın fəaliyyətinə üçüncü şəxslərin müdaxiləsi ilə bağlı xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq: sistemin “saxtakardlığın qaşısının alınması detektoru” məktubunda qeyd olunan İPlərdən şübhəli əlaqələri qeydə aldı. Bu keçidlər haqqında məlumatlar sistem tərəfindən nəzərə alıb və təhlükəsizlik yoxlamaları üçün Yayıncıya göndərilmişdir. Yayıncı tərəfindən Bonaz Reklam şəkəbəsinə ötürülən məlumat əsasında sistem yoxlanıldı və bunun nəticəsində İddiaçı adlı istifadəçi (Yayıncı tərəfindən verilən ad və soyad) Bon.az. internet saytında şəxsi kabinet açdığı və şirkətin İP ünvanından internet mağazalara daxil olaraq alqı-satqı etdiyi və öz hesabına “cashback” komissiyası aldığı aşkarlandı. Apardığı əməliyyatların müqayisəli təhlili nəticəsində məlum oldu ki, İddiaçı adlı istifadəçinin Yayıncının sisteminə müdaxilə edərək, Yayıncının sisteminə müdaxilə edərək, Yayıncı ilə bağlı əməliyyatları onun adından sifariş edib və hesablanmış komissiya haqlarını onun hesabından özünə əldə etməyə nail olmuşdur. Bu kimi əməliyyatlar həm Bon.az İstifadəçi Qaydalarını, həm də Yayıncı ilə Reklam Şəbəkəsi arasında əməkdaşlıq qaydalarını pozduğu üçün sözügedən istifadəçinin hesabı dondurulub, Yayıncıya məxsus keçidlərin sayı və komissiya məbləğləri hesablanmışdır. Nəticədə Yayıncının ala biləcəyi komissiya haqqı 469 manat məbləğində hesablanır. Yayıncıya məxsus olmayan məbləğ bon.az platformasının qaydalarına uyğun olaraq istifadəçinin hesabında dondurulub və istifadəçinin hesabı bloklanmışdır. Eyni zamanda, bu komissiyanın məbləği Yayıncının saytı və onun üzvləri tərəfindən həyata keçirildiyi təqdirdə tərəflər arasında razılaşdırılmış komissiya dərəcələri nəzərə alınmaqla 720 manat təşkil edəcəyi müəyyən edilmişdir. Məlumatların yoxlanılması ərəfəsində qeyd etmək istəyirlər ki, hər hansı bir istifadəçinin şəxsi məlumatları heç bir tərəfə verilməyib və yalnız araşdırma məqsədləri üçün Yayıncıya sistem vasitəsilə əməliyyatların mənbəyinin və qeyd alınmış əməliyyatların hansı hesaba aid olduğu yoxlanılaraq göndərildi.(İ.vər. 40) İş materiallarında olan, Cavabdeh MMC-nin işçiləri X3, Fərid Arif oğlu, X4 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş işçidən izahatın alınmasına dair aktından görünür ki, Cavabdeh MMC-də operator vəzifəsində çalışan İddiaçı iyul-avqust 2021-ci il tarixlərində www.bon.az (X5 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan 469 manat vəsaiti öz kart hesabına köçürməklə Cavabdeh MMC-yə vurduğu 469 manat maddi ziyanla əlaqədar izahat verməsi məqsədi ilə ofisə dəvət olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən ofisinə gəlsə də, törətdiyi hüquq pozuntusu ilə əlaqədar ona məlumat verildikdən sonra o, səhhətinin yaxşı olmadığını bildirmiş və izahat verməkdən imtina etmişdir.(İ.vər. 36) İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış 15 oktyabr 2021-ci il tarixli, 22 K nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də operator vəzifəsində çalışan İddiaçı iyul-avqust 2021-ci il tarixlərində www.bon.az (X5 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan 469 manat vəsaiti öz kart hesabına köçürməklə Cavabdeh MMC-yə 469 manat maddi ziyan vurmuşdur. Həmin ziyanın məbləğinin İddiaçı orta əmək haqqından çox olmamasını nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin İİ hissəsinin “c” bəndini və Azərbaycan Respulikası Əmək Məcəlləsinin 205-ci maddəsinin İ hissəsini rəhbər tutaraq Cavabdeh MMC-də operator vəzifəsində çalışan İddiaçı iyulavqust 2021-ci il tarixlərində www.bon.az (X5 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan vəsaiti öz kart hesabına köçürməsi nəticəsində şirkətə vurduğu 469 manat maddi ziyan İddiaçı əmək haqqından tutulması əmr edilmişdir. Əsas: Bon.az (X5 Sanayi Ticaret Limited) şirkətinin xx.xx.2021-ci il tarixli məktubu, xx.xx.2021-ci il tarixli akt.(İ.vər. 37) İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış 15 oktyabr 2021-ci il tarixli 23 K nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də operator vəzifəsində çalışan İddiaçı iyul-avqust 2021-ci il tarixlərində www.bon.az (X5 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan 469 manat vəsaiti öz kart hesabına köçürərək şirkətə maddi zərər vurmaqla əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh MMC-nin operator vəzifəsində çalışan işçisi İddiaçı ilə bağlanmış 04-19 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tularaq, həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Əsas: Bon.az (X5 Sanayi Ticaret Limited) şirkətinin xx.xx.2021-ci il tarixli məktubu və xx.xx.2021-ci il tarixli akt.(İ.vər. 3) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 70-ci maddəsinini “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “B” və “Ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı işdə tərəf olan Cavabdeh MMCnin İddiaçı ilə arasında olan əmək və hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də operator vəzifəsində işləyərkən 2021-ci ilin iyul-avqust aylarında www.bon.az (X5 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan 469 manat vəsaiti öz kart hesabına köçürməklə Cavabdeh MMC-yə 469 manat maddi ziyan dəymişdir. Vurduğu ziyanla əlaqədar İddiaçı izahat verməsi məqsədi ilə cavabdeh şirktə dəvət olunmuş, xx.xx.2021-ci il tarixdə iddiaçı ofisə gəlsə də, törətdiyi hüquq pozuntusu ilə əlaqədar ona məlumat verildikdən sonra o, səhhətinin yaxşı olmadığını bildirmiş və izahat verməkdən imtina etmişdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC arasında əmək münasibətləri mövcud olmuş və xx.xx.2021-ci il tarixdə həmin münasibətlərə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə kollegiyası, İddiaçı apelyasiya şikayətində göstərdiyi hallar, yəni onun öz kartına ödədiyi bildirilən məbləğin işəgötürən tərəfindən onun əmək haqqından tutulduğu, faktiki olaraq maddi ziyanın aradan qalxması barədə dəlilləri ilə qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilmə. Həmçinin, İddiaçı apelyasiya şikayətində işəgötürən tərəfindən onun izahatının almadiğını qeyd etsə də, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş işçidən izahatın alınmasına dair aktından görünür ki, İddiaçı səhhətinin yaxşı olmadığını bildirmiş və izahat verməkdən imtina etmişdir. Beləliklə məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1441/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1441/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar