Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4884/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X10 və X3 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İlk iddia üzrə iddiaçıların vəkili Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı, eyni zamanda “xxxx” MMC-nin nümayəndəsi Cavabdeh, vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair ilk, iddiaçı Cavabdeh və “xxxx” MMC-nin cavabdeh İddiaçı2 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-205/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh depozit kimi məsul saxlanca təqdim olunmuş və qanunsuz olaraq özündə saxladığı 55.000 manat pul vəsaitinin alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh və “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı2 70.848,85 manat, 58.293,99 ABŞ dolları və 3.572 avro və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh və “xxxx” MMC qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdeh İddiaçı2 83.281,78 manat, 59.168,50 ABŞ dolları və 3.273,41 avro və 30 manat dövlət rüsumunun tutulub Cavabdeh və “xxxx” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-205/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 55.000 manat pul vəsaitinin tutularaq ilkin iddia üzrə İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 83.281,78 manat, 59.168,50 ABŞ dolları, 3.273,41 avro və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə Cavabdeh və “xxxx” MMCnin qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və “xxxx” MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edib ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tələb olunub mülki işə əlavə edilmiş ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş sənədləri nəzərdən keçirdikdən sonra müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh qismində çıxış edən, barəsində cinayət işi olmuş İddiaçı2 Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi Ə.Ə. Babayev tərəfindən rəsmiləşdirilmiş şübhəli şəxs qismində dindirilməsinə dair xx xxxxxxxx 2016-cı il tarixli protokolu mövcuddur. Həmin protokolu nəzərdən keçirəndə İddiaçı2 ifadələri onun vəkilinin iştirakı ilə alınmaqla qeydiyyatı aparılmışdır. Elə həmin vaxt İddiaçı2 öz ifadəsində 9522 manat, 1220 Avro pulu ələ keçirəndən və polis tərəfindən yaxalandıqdan sonra həmin pul vəsatindən başqa qeyd edilən üsulla 20000 (iyirmi min) - 30000 (otuz min) manat pulun ələ keçirilməsini də təsdiqləmişdir. İddiaçı2 istintaqa verdiyi ifadəsində əlavə olaraq bildirmişdir ki, təhrif olunmuş sənədlərdə 9522 manat, 1220 Avro pulun guya qaytarılması adı ilə qəbzlərdə göstərdiyi Səfərov Orxana-2.567 manat, Hacıyevə 1.726 manat, Səmədov Ayxana 2.658 manat və 420 Avro, Kərimova 3.154 manat, Kamilova 800 Avro və Atakişiyev Səlimə qaytarılması kimi qeyd etsə də belə, bu adlı və soyadlı şəxslər mövcud olmamış və onların adlarını və soyadlarını uydurma qaydasında pula dair qəbzlərdə özü yazmış və həmin rəqəmləri müvafiq olaraq ofisdə satdığı digər tur-paketlərə və xidmətlərin qiymətlərinə ilişdirmişdir ki, ondan şübhələnən olmasın. Beləliklə də, İddiaçı2 verdiyi ifadəsində göstərilən qaydada sistematik olaraq vəzifəsindən sui-istifadə edərək sənədləri təhrif etməklə “xxxx” MMC-dən və birbaşa qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pullarını qeyri-qanuni ələ keçirməsi halını birbaşa təsdiqləmişdir. İddiaçı2 özü ifadəsində qeyd etdiyi qaydada növbəti dəfə sənədləri təhrif edib 9522 manat, 1220 Avro pul vəsaitlərini “xxxx” MMC-dən ələ keçirib ofisdən çıxararkən, onu polis işçiləri ələ keçirilmiş pul vəsaiti ilə yaxalamışdır. Elə həmin vaxt vəkilin iştirakı ilə verdiyi ifadəsində İddiaçı2 qeyd edilən üsulla 20000(iyirmi min) - 30000(otuz min) manat pulu ələ keçirilməsini də etiraf etmişdir. Bundan sonra xx xxxxxx 2017-ci il tarixdə İddiaçı2 təqsirləndirilən şəxs kimi cəlb olunub, onun barəsində xx xxxxxxxx 2017-ci il tarixdə Yasamal Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi anında o külli məbləğdə pul vəsaitini sənədləri təhrif etməklə “xxxx” MMC-nin kassasından və ondan ələ keçirməsini vəkilinin iştirakı ilə etiraf etmişdir. Elə həmin vaxt o peşimançılıq çəkməsini bildirib, “xxxx” MMC-yə, habelə ona qarşı etdiyi qanunsuz hərəkətlərini etiraf edib ələ keçirdiyi pul vəsaitinin bir hissəsini zərər kimi ödəmək üçün 55000 manat pul vəsaitini məhkəmədə təqdim etmişdir. Daha sonra İddiaçı2 vəkilinin Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi xx xxxxxxx 2016-cı il tarixli apelyasiya şikayətinin verilməsi və müddətin bərpa edilməsi haqqına vəsatətinin rədd edilməsi barədə qərarında qeyd olunubdur ki “təqsirləndirilən şəxsin müdafiəçisi iclasda iştirak edərək İddiaçı2 özünü təqsirli bildiyini, dəymiş zərərdən 55000 manat ödədiyini, ödənilməmiş hissəsini ödəyəcəyini, bununla bağlı ona vaxt lazım olduğunu bildirib külli məbləğdə zərər vurmaqla cinayəti etiraf etmişdir”. İddiaçı2 barəsində Yasamal Rayon Məhkəmsində həbs qətimkan tədbiri seçilən anda, onu nədənsə həmin iclasa dəvət etməyi “unutmuşdular”. Bundan başqa N. Mehdiyeva tərəfindən zərərin ödənilməsi ilə bağlı 55000 manat pul vəsaiti təqdim olunan vaxt ona bildirilmişdir ki, həmin pul vəsaiti zərər əvəzi kimi ona verilir. Bu pula dair hansı qaydada sənədləşmənin aparılması anında ona hər hansı izah verilməmişdir. Bundan başqa, o azərbaycan dilində yazıb, danışmaqda çətinlik çəkməsi faktı mövcuddur. Əgər həmin pul vəsaiti maddi sübutdursa, onu polis orqanı özü saxlamalı idi. Onun maddi sübutu pul halında saxlamaq üçün hüquqi əsası olmamışdır. O bank deyil. Pul halında maddi sübut polis orqanının depozitində saxlanılmadır. O, pul ilə bağlı hər hansı sənədi imzalamamış, həmin sənədi oxumamış və həmin sənədin hansı hüquqi cavabdehlik daşıması ona izah olunmamışdır. Belə olan halda ona tərcüməçi verilməli olduğu halda tərcüməçi ilə də təmin edilməmişdir. Həmin pul vəsaitini vurulmuş zərərin bir hissəsi kimi qəbul etmişdir. Daha sonra adı çəkilən müstəntiq tərəfindən təqsirləndirilən şəxs kimi əlavə dindirilməsinə dair İddiaçı2 xx xxxxxxx 2017-ci il tarixli protokolunu nəzərdən keçirəndə müəyyən olunur ki, müstəntiq İddiaçı2 1 nömrəli gündəlik hesabat və kassa dəftərinin 45-ci səhəfisində +934 Rufat tur v İstanbul sözləri qeyd olunmuş yazı təqdim olunur. Həmin xətt Sizə məxsusdurmu sualı verilməklə cavablandırmasını xahiş edir.İddiaçı2 bu suala cavab verməkdən imtina edirəm kimi bildirmişdir. Cavabdeh və İddiaçı2 arasında 2016-cı ilinin sentyabr ayından Yasamal RPİnin istintaq şöbəsində üzləşmə aparılan zaman, o birbaşa bildirmişdir ki, İddiaçı2 yuxarıda qeyd edilən üsul ilə MMC-dən və ondan 100000 (yüz min) manatdan artıq pulu ələ keçirməsi aktını təsdiqləmişdir. Lakin ona və MMC-yə qeyd edilən məbləğdə zərər vurulması ilə bağlı tam həcmdə materialları əldə edib tam araşdırma aparılmamışdır. AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin müstəntiqi X5 tərəfindən İddiaçı2 təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx xxxxxx 2017-ci il tarixli protokolu nəzərdən keçirəndə müəyyən olunur ki, İddiaçı2 ilə bağlı 9522 manat və 1120 Avro pul vəsaiti ilə əlaqədar ifadəsinin alınması ilə kifayətlənib, həmin həcmdə ittiham verilməklə, Cinayət Məcəlləsində edilmiş dəyişikliklər ilə bağlı həmin məbləğdə ödəniş etməklə onun barəsində cinayət işininin icraatına xitam verilmişdir. Beləliklə natamam, hərtərəfli istintaq hərəkətləri edilməmiş, sənədləri tam həcmdə toplayıb onun ətrafında müvafiq prosessusal hərəkətlər tam həcmdə aparılmamışdır. İlkin olaraq onun və MMC-nin 100000 manat pul vəsaitinin İddiaçı2 tərəfindən ələ keçirilməklə zərər vurması halı ibtidai istintaq orqanı tərəfindən tam araşdırılmadan, düzgün hüquqi qiymət verilmədən həll olunmuşdur. Hazırki qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etməklə N. Mehdiyeva tərəfindən təhrif olunmuş sənədlərlə qeydiyyata alınmış hər bir epizod üzrə keçən turist, ona dair turpaketin sənədləşməsini təhlil etməklə izahat kimi, müvafiq sübutedici sənədlər əlavə olunmaqla təqdim edilmişdir. Hazırki mülki iş üzrə İddiaçı2 tərəfindən sənədlərin təhrif olunmuş qaydada rəsmləşdirməklə pul vəsaitlərinin ələ keçirilməsi hallarına dair məhkəmyə təqdim edilmiş sənədlər ibtidai istintaq müddətində prokurorluq və polis orqanı tərəfindən götürülməmiş,onun ətrafında istintaq hərəkətləri aparılmamışdır. Buna görə də natamam istitaq halında cinayət işinin icraatına əsassız və qanunsuz xitam verilmişdir. Birdə ki, İddiaçı2 əgər külli məbləğdə MMC-dən və ondan pul vəsaitini ələ keçirməmişdirsə, nə səbəbə görə 55000 manat pul vəsaitini məhkəməyə təqdim edib və külli məbləğdə ziyan vurmasını etiraf etmişdir, özü də vəkilinin iştirakı ilə, halbuki onun həmin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Qarşılıqlı iddia ərizəsi üzrə təqdim olunmuş sübutlarsənədlər cəm şəkildə hər bir turist kimi İddiaçı2 birbaşa özü icra etməklə, təhrif olunmuş qaydada pul vəsaitlərinin ələ keçirilməsi nömrələnmiş izahatların və şəxslərin soyadları və adları qeyd olunmaqla təqdim edilmişdir. Buna görə həmin turist adı ilə qeydə alınıb təhrif olunmuş sənədlərdə göstərilən şəxslərin şahid qismində çağırılıb dindirilməsi barədə dəfələrlə vəsatət verilsə də, məhkəmə vəsatətdə göstərilən şəxslərin şahid qismində əsassız olaraq dindirilməsini təmin etməmişdir. Bununla yanaşı İddiaçı2 birbaşa məhkəmədə iştirak etməməsi və mülki işə əlavə edilmiş sübutlar ətrafında izahatının alınması barədə məhkəmə qarşısında dəfələrlə vəsatət qaldırılsa da, məhkəmə bu vəsatəti əsassız olaraq təmin etməmişdir. Bununla da, məhkəmə obyektiv, hərtərəfli araşdırma aparmadan birtərəfli mövqedən çıxış edərək qətnamə qəbul etmişdir. Məhkəmə İddiaçı2 məhkəmədə iştirakını təmin etməməməsi, izahatının alınmaması faktını hüquqi cəhətdən əsaslandırmamışdır. Halbuki, İddiaçı2 ibtidai istintaq zamanı ona verilmiş ittiham həcmindən artıq pul vəsaitini ələ keçirməsini etiraf etmişdir. Bununla yanaşı, İddiaçı2 elan edilmiş ittihamın hir hissəsi üzrə cinayət təqibinə xitam verilmişdir. Tərəflərindən məhkəməyə təqdim olunmuş iddia ərizəsindəki pul məbləğləri ilə bağlı hər hansı istintaq hərəkətləri aparılmamış və məhkəməyə təqdim olunmuş sənədlər ilə pul vəsaitlərinin ələ keçirməsini təsdiq edən sübutlar ətrafında da hər hansı istintaq hərəkətləri aparılmamışdır. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, eyni zamanda “xxxx” MMC-nin nümayəndəsi Cavabdeh və vəkili X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçıların vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, “xxxx” MMC xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, 10.00 manat nizamnamə kapitalı olan Qəhrəmanova Hicran Məmmədağa qızı və Cavabdeh tərəfindən təsis edilmiş hüquqi şəxsdir. xx xxxxxx 2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, X8 ilə “xxxx” MMC arasında əmək münasibətlərini tənzimləyən (X6 işə götürülməsinə dair ) müqavilə imzalanmışdır. xx xxxxxxxx 2016-cı il tarixli maddi sübutu məsul saxlanışa təhvil vermə haqında protokoldan görünür ki, Cavabdeh təqsirləndirilən İddiaçı2 tərəfindən vurulmuş maddi ziyanın hissəvi ödənişi kimi İddiaçı2 ailə üzvləri tərəfindən müdafiəçisi X7 vasitəsi ilə təqdim olunmuş 55.000 manat nəğd pul vəsaiti məhkəmə iclasında müvafiq protokol tərtib edilməklə götürülmüş və pul vəsaitinin depozit hesaba yerləşdirilməsi və sonradan zərərçəkmiş Cavabdeh təqdim edilməsi üçün istintaqa təhvil verilmişdir. Lakin sonradan üç gün ərzində Respublika ərazisində qeyri-iş günü olduğundan və zərərçəkənin 7 gün ərzində Bakı şəhərində olmaması səbəbindən 55.000 manat miqdarında nəğd pul zərərçəkən Cavabdeh özünə təhvil verilmiş və Cavabdeh məhkəmə baxışınadək həmin pul vəsaitini tam sayda və miqdarda özündə saxlayacağına dair öhdəlik götürmüş və protokolu imzalamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4268/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-7334/2018 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh X9 qarşı 55.000 (əlli beş) manat pul tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-2321/2019 saylı qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4268/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-2321/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qərarda qeyd edilmişdir ki, «İddiaçı1 hazırda Cavabdeh qanunsuz sahibliyində olan qeyd edilən vəsaitin (55000 manat pulun) qaytarılması üçün məhz ona qarşı iddia qaldırmaq hüququndan yararlanmalı olduğu halda, hazırda əsl olmayan cavabdehə qarşı əsassız iddia qaldırılmışdır”. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçılar cavabdehdən əsassız olaraq saxladığı 55.000 manat pulu tələb edirlər. Cavabdeh bu pulun onun tərəfindən götürülməsini mübahisələndirmir, lakin qeyd edir ki, bu pul vəsaitini İddiaçı2 ona vurduğu ziyanı ödəmək üçün, borc aldığı şəxslərə qaytarmışdır. Bu halda iş materiallarında olan cinayət işinə xitam verilməsinə dair qanuni qüvvəyə minmiş qərarla İddiaçı2 Cavabdeh 55000 manat ziyan vurulması sübuta yetirilməmiş, əksinə cinayət işinə xitam verilmiş və 55000 manat maddi sübut qismində tanınmış pulun mülki qaydada istənilməli olması izah edilmişdir ki, bütün bu sübutlarla bir daha təsdiq olunur ki, 55000 manat pulun sahibi Cavabdeh deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsində qeyd olunan pul məbləğlərinin İddiaçı2 tərəfindən ona ödənilməli olmasını qeyd etsə də, iş materialları ilə bu hallar da öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddiaçılar iddia ərizəsində xx xxx 2017-ci il tarixli müstəqil auditorun hesablamasına əsasən İddiaçı2 tərəfindən onlara 83.281,78 manat, 59.168,50 ABŞ dolları və 3.273,41 avro ziyan vurulduqlarını bildirmiş, həmçinin qarşılıqlı iddiaçı özü müstəqil araşdırma apararaq iş materiallarına əlavə edilmiş sənədlərə əsasən bu ziyanın vurulduğunu sübut etməyə çalışımışdır. Məhkəmə qeyd edir ki, sırf bu məsələyə dair ibtidai istintaqda 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, sonuncu rəy audit rəyinin yoxlanılması ilə bağlı olmuşdur ki, iş materialarında olan xitam qərarına əsasən də müəyyən olunur ki, bu məbləğdə ziyanın vurulması təsdiq olunmamış və İddiaçı2 barəsində icraata xitam verilmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından müəyyən olunur ki, İddiaçı2 anası İddiaçı1 xx.xx.2016-cı il tarixdə zərərin ödənilməsi məqsədi ilə 55.000 manat məbləğində pulu istintaqa təqdim etmiş, qeyd edilən miqdarda vəsait xx.xx.2016-cı il tarixli protokolla götürülmüş və həmin tarixdə saxlanması üçün Cavabdeh təhvil verilmişdir. Cinayət işinə xitam verilməsinə dair qanuni qüvvəyə minmiş qərara əsasən İddiaçı2 Cavabdeh 55000 manat ziyan vurması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsiqarşılıqlı iddianı rədd etməklə də mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-205/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-4884/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4884/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver