Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4886/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3268/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı X2 Cavabdeh Azərbaycan Respublikası Elmvə Təhsil Nazirliyi-nə qarşı “30 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanına və 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanına iddiaçının cəlb olunması ilə bağlı əmrlərin və həmin əmrlərin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanına və 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanına iddiaçının cəlb olunması ilə bağlı əmrlərin və həmin əmrlərin hüquqi nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3268/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı X2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3268/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, Məhkəmə qənaətində göstərib ki, hazırki iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. İddia ərizəsindən görünür ki, iddiaçının mübahisələndirdiyi məqam cavabdeh tərəfindən aparılmış ilkin və təkrar keçirilmiş sertifikatlaşdırma imtahanına cəlb edilməsi ilə bağlı əmrin və həmin əmrin nəticələrinin ləğvi ilə bağlıdır. Belə olanda qeyd olunmalıdır ki, hazırda iddiaçı cavabdeh olan inzibati orqanın hərəkətlərini mübahisələndirir, həmin dövlət orqanının hərəkət və ya hərəkətsizliyinin qanunsuz olduğunu hesab edir. Nəticə etibarilə hesab edirəm ki, keçirilmiş sertifikatlaşdırma imtahanının nəticələrinin ləğvi məsələsi rayon (şəhər) məhkəməsinin səlahiyyətinə aid deyil. Bu baxımdan hesab edirəm ki, iddiaçı cavabdeh AzərbaycanRespublikasının Elm və Təhsil Nazirliyinə müvafiq ərizə ilə müraciət edəbilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Hesab edirik ki, məhkəmənin gəldiyi nəticə qanuni deyildir və qanunvericiliyin tələblərinə cavab vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddianın mahiyyəti tam yoxlanılmadan, yəni münasibətlərin ümumi (publik) yaxud xüsusi hüquq sahəsinə aid olub-olmaması dəqiq müəyyən edilmədiyindən düzgün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3268/2025 saylı, 25 iyun 2025-ci il tarixli tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4383/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının mübahisələndirdiyi məqam cavabdeh tərəfindən aparılmış ilkin və təkrar keçirilmiş sertifikatlaşdırma imtahanına cəlb edilməsi ilə bağlı əmrin və həmin əmrin nəticələrinin ləğvi ilə bağlıdır. Qeyd olunmalıdır ki, hazırda iddiaçı cavabdeh olan inzibati orqanın hərəkətlərini mübahisələndirir, həmin dövlət orqanının hərəkət və ya hərəkətsizliyinin qanunsuz olduğunu hesab edir. Məhkəmə hesab edir ki, keçirilmiş sertifikatlaşdırma imtahanının nəticələrinin ləğvi barədə iddia tələbinə baxılması rayon (şəhər) məhkəməsinin səlahiyyətinə aid deyil. Qeyd edilənlərdən göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş vardır. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, ərizənin qəbulundan sırf bu əsasla imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən ərizəçinin verdiyi ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müvafiq ərizə ilə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Ona görə də, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “sertifikatlaşdırma imtahanına və təkrar sertifikatlaşdırma imtahanına iddiaçının cəlb edilməsi ilə bağlı əmrlərin və həmin əmrlərin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3268/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3268/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4886/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4886/2025
13.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver