Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-489/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “torpaq sahəsinin boşaldılması”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-338/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-338/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Səlimova Səadət) ilə iddia ərizəsi təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Hazırkı işə apellyasiya qaydasında baxılarkən Cəfərova Afaq Teymur qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyaiya şikayəti vermiş, qeyd etmişdir ki, iş üzrə cavabdeh ünvan 2 ünvanında M.Ə.Rəsulzadə Bələdiyəsinə məxsus 0.01794 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh AN – İ№ ******* saylı 01 noyabr 2012-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında X2 ünvan 2 ünvanında yerləşən istifadədə olan 0.10216 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini (üç otaqlı, ü/s 102.7 kvşm, y/s 53 kv.m, yard. S 49.7 kv.m olan) X2 almışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.7 kv.m olan fərdi yaşayış evinə çıxarış almış və ona Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2013-cü il olan dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış verilmişdir.
6. Cavabdeh 2014-cü il taixdə qanunsuzluq edərək özünə məxsus olmayan hasarı sökərək, özünə məxsus olmayan və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Məhkəmə öz qətnaməsinin onunla əsaslandırmışdır ki,iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının mövcud olması barədə sübutlarıməhkəməyə təqdim edə bilmədiyindən, iddiaçı cavabdehdən həmin torpaq sahəsinin boşaldılmasını tələb etmək üüçün subyektiv hüquqa malik deyildir.
7. Bu hal ilə qəti olaraq razılaşmırlar, Belə ki, Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 saylı sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.1999cu il tarixli Fərmanına əsasən Binəqədi Qanununun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Təhvil verilmiş ərazilərdə və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhələrinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır. 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05- 197 saylı qiyabi qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq edilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxildir.
9. Məhkəmə onun mülkiyyət hüququnu pozmuş, əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
12. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş üçüncü şəxs A.Cəfərova məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
14. X1 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı 0.10216 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Faiq Rüstəmov küçəsi 38 saylı fərdi yaşayış evini alıcıya 572320 manata satılmışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RN seriyalı 295126 saylı xx.xx.2013-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, 0,012 ha dövlət mülkiyyətində olan torpaqda inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Faiq Rüstəmov küçəsi 38 saylı fərdi yaşayış evinə dair Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmışdır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)- 1344/2015 saylı qətnaməsindən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cəfərova Afaq Teymur qızının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mirzəli oğluna qarşı müqavilə əsasında istifadədə olan torpaq sahəsindən cavabdehin çıxarılması və həmin sahənin uçurulmuş hasarının bərpa edilməsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mirzəli oğlunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cəfərova Afaq Teymur qızına və qarşılıqlı iddia üzrə cavabdeh Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı icarə müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
17. Həmin qətnamədən məlum olur ki, №-06/19U saylı, xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə və icarəyə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi planının notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 4 ünvanının yanında 150 kv.m torpaq sahəsi abadlaşdırma və yaşıllaşdırma məqsədi ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən Cəfərova Afaq Teymur qızına icarəyə verilmişdir (i/v 40).
18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-5273/2017 saylı qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-1344/2015 saylı qətnaməsi Cəfərova Afaq Teymur qızının iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)- 8732/2017 saylı qərarından müəyyən olunur ki, iddiaçı Cəfərova Afaq Teymur qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 5273/2017 saylı qətnaməsinin iddiaçı Cəfərova Afaq Teymur qızına münasibətdə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və ünvan Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazisinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən plan hazırlanmışdır.
21. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri İddiaçı ərazisində yerləşən Cavabdeh istifadəsində olan 1120 m2 torpaq sahəsi dövlət mülkiyyətindədir. Bakı şəhəri və ətraf qəsəbələr üzrə bələdiyyə xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir.
22. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 saylı Sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Təhvil verilmiş ərazilərdə və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhələrinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır.
23. 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05-197 saylı qiyabi qətnaməsinin surətindən müəyyən olunur ki, iddia tələbi ödənilərək Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq edilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc-xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir.
24. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxildir.
25. X3 xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 5 ünvanında yerləşən 4 saylı mənzili xx.xx.2012-ci ildə Cavabdeh AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi 0,10216 ha olmuşdur. Evin yanında olan zibilli ərazi 1988-ci ildən Cəfərova Afaq Teymur qızı tərəfindən təmizlənərək abadlaşdırılmış və 150 m2 sahədə ağac və gül kolları əkilmiş, həmin ərazi 1999-cu ildə Cəfərova Afaq Teymur qızı tərəfindən daş hasara alınmışdır. M.Ə.Rəsulzadə bələdiyyəsi həmin 150 m2 torpaq sahəsini 2006-cı ildə Cəfərova Afaq Teymur qızına icarəyə verilmişdir. ünvan 5-in yanında yerləşən Cəfərova Afaq Teymur qızının icarəsində olan 150 m2 torpaq sahəsi heç vaxt X4 mülkiyyətində, sahibliyində olmamış, onun tərəfindən həmin ərazidə hər hansı abadlıq-yaşıllaşdırma işləri aparılmamış və həmin torpaq sahəsini heç kimə satmamışdır.
26. Bakı şəhəri Binəqədi RİH-in xx.xx.2023-cü il tarixdə Məhkəməyə üvanladığı məlumatında göstərir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin geri qaytarılması ilə bağlı iddia tələbi üzrə həmin torpaq sahəsi İddiaçı inzibati ərazisində yerləşir, bələdiyyə torpaqlarına aiddir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyası
27. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
28. Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə:
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
34. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
35. Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarı.
36. Həmin Qərarda qeyd edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
37. Həmçinin Qərarda göstərilir ki, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
45. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
46. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
49. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
50. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:
51. Maddə 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
52. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
54. Belə ki, iddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-nin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
55. Daha sonra birinci instansiya məhkəməsi göstərir ki, imperativ xarakterli normaların məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir.
56. Rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, Bələdiyyə iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının mövcud olması barədə sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, iddiaçı cavabdehdən həmin torpaq sahəsinin boşaldılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir.
57. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
58. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 saylı sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Təhvil verilmiş ərazilərdə və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhələrinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır.
59. 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05-197 saylı qiyabi qətnaməsinin surətindən müəyyən olunur ki, iddia tələbi ödənilərək Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq edilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc-xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir.
60. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxildir.
61. Yuxarıda qeyd edilən sənədlərə əsasən, mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması, eyni zamanda cavabdehin həmin torpaq sahəsini qanunsuz zəbt etməsi hazırkı işin mübahisəsiz halıdır.
62. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RN seriyalı 295126 saylı xx.xx.2013-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, 0,012 ha dövlət mülkiyyətində olan torpaqda inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Faiq Rüstəmov küçəsi 38 saylı fərdi yaşayış evinə dair Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmışdır.
63. Məhkəmə kollegiyası rayon məhkəməsinin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranması, belə qeydiyyatın aparılmadığı halda isə dövlətin bu hüquqların müdafiəsinə təminat verməməsi barədə yanaşmasına münasibətdə isə aşağıdakıları qeyd edir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, ...mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
65. Həmçinin Qərarda göstərilir ki, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
66. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ qanunla qorunur.
67. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələblərinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələblərinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
74. Bundan başqa rayon məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsin 67-ci və 68-ci maddələrinə istinad etmişdir.
75. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin maddənin 2-ci bəndində qeyd edilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, həmin maddənin 4-cü bəndində qeyd edilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
76. Həmin məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
77. Kollegiya qeyd edir ki, rayon məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Torpaq Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
78. Beləliklə, kollegiya hesab edir ki, mübahisələndirilən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə 501,26 hektar torpaq sahəsi ayrıldığından, Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsinin M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə aid olduğu təsdiq olunduğundan iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.
79. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
82. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
83. Qeyd edilən Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
84. Kollegiya onu da qeyd edir ki, mülki iş materiallarında olan qətnamələrdən məlum olur ki, iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı hazırkı iş üzrə cavabdehlə A.Cəfərova arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur.
85. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-1344/2015 saylı qətnaməsindən məlum olur ki, №-06/19U saylı, xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə və icarəyə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi planının notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 4 ünvanının yanında 150 kv.m torpaq sahəsi abadlaşdırma və yaşıllaşdırma məqsədi ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən Cəfərova Afaq Teymur qızına icarəyə verilmişdir (i/v 40).
86. Rayon məhkəməsində işə baxılarkən Bələdiyyə ilə qüvvədə olan icarə müqaviləsinin tərəfi kimi A.Cəfərova cəlb edilməmişdir.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Nəticə:
88. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh (çıxarışda qeyd edilmiş 0,012 ha dövlət mülkiyyətində olan torpaq istisna olmaqla) ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsi boşaldılmalıdır.
89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
90. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-338/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsi boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov