Məhkəmə qərarları › İş №2(103)-4890/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4890/2022

05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4890/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Ərizəçi “ananın milliyyətinin alman olması faktının müəyyən edilməsi və yeni “Doğum haqqında şəhadətnamələrin” verilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli qətnamədən Ərizəçi verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ananın milliyyətinin alman olması faktının müəyyən edilməsi və yeni “Doğum haqqında şəhadətnamələrin” verilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Balaxanı Qəsəbə İcra Nümayəndəliyində uşaqları- Təhminə Şükürova barəsində xx.xx.1986-cı il tarixli 34 saylı doğum, Yeganə Şükürova barəsində xx.xx.1989-cu il tarixli 42 saylı doğum, Natəvan Şükürova barəsində xx.xx.1977-ci il tarixli 178 saylı doğum, Nərminə Şükürova barəsində xx.xx.1980-ci il tarixli 157 saylı doğum, Şahid1 barəsində xx.xx.1983-cü il tarixli 67 saylı doğum akt qeydlərində ananın (ərizəçinin) milliyyətinin alman olması faktının müəyyən edilməsi və yeni “Doğum haqqında şəhadətnamələrin” verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə maraqlı şəxs kimi Bakı Şəhəri Maraqlı şəxs göstərilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ərizənin təmin edilməməsini qət etmişdir. Ərizəçi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçi qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki ərizəçinin tələbi mülki hüquq münasibətləri ilə deyil, inzibati hüquq münasibətləri ilə bağlıdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, AZərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (İPM) 2-ci maddəsinin mənasına görə, inzibati hüquq münasibətlərindən yaranmış mübahisələr ilə bağlı irəli sürülən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. AZərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” AZərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına görə, məhkəmə aidiyyəti əsassız və qeyriqanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” AZərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, AZərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş ümumi məhkəmənin icraatına qəbul edilmişsə, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hAZırki işin icraatının başlanmasına əsas olmuş ərizəyə baxmaqla səhvə yol vermiş, məhkəmə aidiyyətini pozmuşdur. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.1-ci maddəsinin mənasına görə isə, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə icraata xitam verir. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə isə, yuxarıda qeyd edilən hal apellyasiya icraatı zamanı aşkar edilərsə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 261, 384 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. HAZırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, o, ərizəsində göstərilən məsələlərin həll edilməsi ilə bağlı müvafiq inzibati orqana (orqanlara) müraciət etməli və onun müraciəti müsbət həllini tapmAZsa və o, bundan narAZı qalarsa, onda müvafiq iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə AZərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar