Məhkəmə qərarları › İş №2(103)-4893/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4893/2022

11.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4893/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh “subroqasiya qaydasında pulun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 528/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən, X3 adına sığortalanmış “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtonəqliyyat hadisəsi nəticəsində dəymiş zərər hesablanmış və 2.260 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

2. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh barəsində həmin tarixdə AP0113978 nömrəli protokol tərtib edilərək, o, “Kia” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

3. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, 2260 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh “subroqasiya qaydasında pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2260 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.790 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və “Kia” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019cu il tarixdə “Kia” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2.260 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ DYPŞ-dən "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 346.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəsimi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, ********* saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-528/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova), iddianın qismən təmin edilməsi, Cavabdeh 2260 (iki min iki yüz altmış) manat məbləğində sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsinin tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh, avtonəqliyyat vasitələrinin icbari sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə, yəni 09 avqust 2019-cu il tarixdə, X4 məxsus “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, bununla da o, maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati xəta haqqında qərarla da təsdiq olunmuşdur.

8. Cavabdeh tərəfindən “Kia” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, onun baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinməsi, “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması, buna görə həmin avtomobilin sığortalandığı "xxxx" ASC-nin hesabına 2260 manat məbləğində sığorta ödənişinin köçürülməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı sığorta ödənişi məbləğinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

9. Birinci instansiya məhkəməsi eyni zamanda iddia tələbinin 500 manat işlərin görülməsi ilə bağlı çəkilən xərcin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən həmin 500 manat xərcin nədən ibarət olması, nədə ifadə olunması və həqiqətən bu xərcin çəkilməsi barədə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1108.1, 1114.1ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apelyasiya şikayətində qətnamənin qismən, iddianın təmin edilməsi ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

13. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə avtonəqdiyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləğini düzgün müəyyən etməmiş, yalnız iddiaçının təqdim etdiyi sığorta aktına əsaslanaraq, birtərəfli, əsassız və ədalətsiz mövqe nümayiş etdirmişdir. İddiaçı məhkəməyə yalnız sığorta aktını təqdim etməklə kifayətlənmiş, lakin bu zaman iddiaçı sığortalanmış “Hyundai TG” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı hissələrinin dəyişdirilməli olması, hansı hissələrin təmir edilməsi, bu işlərin görülməsi üçün xidmət haqqının nə qədər olmasını özündə əks etdirən qüsur aktını məhkəməyə təqdim etməmiş, məhkəmə də bu sənədi iddiaçıdan tələb etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış oda üzürlü səbəbdən iddiaya qarşı müdafiə hüququndan istifadə edə bilməmişdir. Zərərin məbləğinin düzgün müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin olunmalı idi. Lakin, məhkəmə nəinki cavbadehi məhkəmə müdafisindən məhum etmiş, hətta iş üzrə ekspertiza təyin edilməsinə lüzum görməmişdir. İddiaçı tərəfindən vurulmuş zərərin məbləği şişirdilmişdir. Lakin, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə də rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

23. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

24. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

25. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

26. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

31. Maddə 1114.1. Başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

32. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

33. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Mülki Prosessual Məcəllə:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi vurduğu zərərə görə cavabdehdən sığorta ödənişinin tutulması barədə düzgün nəticəyə gəlsə də, tutulmuş sığorta məbləği düzgün müəyyən etmədiyindən, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan sığorta məbləği hissəsində dəyişdirilərək, ekspert rəyinə uyğun müəyyən edilməlidir.

40. Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

41. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, nəqliyyat vasitələrinin toqquşmasının Cavabdeh hüquqa zidd hərəkətləri üzündən baş verməsi və qanunvericiliyin tələbinə əsasən cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə zərərin məbləğinin düzgün müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edərək ekspert rəyi almamışdır.

43. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil vəsatətinə əsasən kollegiyanın 2(103)-4893/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək müvafiq ekspert rəyı almışdır.

44. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5285 saylı, 09 sentyabr 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən 2009-cu il buraxılışlı “Hyundai TG” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təmir-bərpa xərci hadisə baş verən tarixə, yəni 2019-cu ilin may ayına təxminən 1.342,00 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti 742,00 manat, təmir-bərpa işlərinin qiyməti 600,00 manat təşkil edir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

46. Məhkəmə kollegiyası ekspertin rəyini işdə olan digər sübutlarla əlaqəli yoxlayıb qiymətləndirərək hesab edir ki, ekspertiza rəyi işin faktiki və həqiqi hallarına uyğun olduğundan sübut kimi qəbul edilməlidir.

47. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, ekspertiza rəyi əsas götürülməklə "xxxx" ASC tərəfindən 2.260,00 manat həddində müəyyən edilmiş sığorta məbləğinin 1.342,00 manat həddində müəyyən edilməsi daha düzgün və ədalətli оlardı.

48. Göstərilənlərə əsasən məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-528/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi tutulmalı olan sığorta məbləği hissəsində dəyişdirilməlidir.

49. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini dəyişdirə bilər.

50. Məhkəmə kollegiyası həmçinin Cavabdeh apelyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması barədə dəlilini əsassız hesab edir.

51. Belə ki, iş materiallarında olan 2(008)-528/2022 saylı, 08 yanvar 2022-ci il tarixli bildirişdən və bildirişin tərəfə göndərilməsi barədə reyestrin surətindən gərünür ki, məhkəmə iclasının 31 yanvar 2022-ci il tarixə saat 10:40 təyin edilməsi barədə Cavabdeh rəsmi bildiriş göndərilmişdir.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

53. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda iddiaçı "xxxx" ASC-nin mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 2.790,00 (iki min yeddi yüz doxsan manat) manat təşkil edir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 385.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-528/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 1.342 (min üç yüz qırx iki) manat məbləğində sığorta ödənişi tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar