Məhkəmə qərarları › İş №2(103)-490/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-490/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-490/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X24 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, iddiaçı "İddiaçı" MMC-nin (X11, X1 Polina Petrovna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1582/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1338,31 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014-cü il tarixli AN-İ№ ******* saylı müqavilənin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1235,1 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014-cü il tarixli AN-İ№ ******* saylı müqavilənin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1572,43 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014-cü il tarixli AN-İ№ ******* saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X12 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1338,31 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014-cü il tarixli AN-İ№ ******* saylı müqavilənin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1235,1 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014- cü il tarixli AN-1№ ******* saylı müqavilənin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1572,43 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014-cü il tarixli AN-İ№ ******* saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə hüquqi şəxs kimi fəaliyyət göstərir. İddiaçı MMC-nin nizamnamə kapitalının 10%-i X9, 10%-i X13, 80%-i “xxxx” MMC-yə məxusdur. “xxxx” MMC-nin nizamnamə kapitalı 90% X9 məxsusdur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan- ZaqulbaBilgəh yolu, 3-cü km, 6 və 6A saylı sahədə 4,2 ha və 0,1 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olmuşdur. İddiaçı MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Zaqulba-Bilgəh yolu, 3-cü km, 6 və 6 A saylı sahədə 4,2 ha torpaq sahəsi və 0,1 ha torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində dövlət reyestrində 22.07.2014-cü il tarixdə qeydiyyata alınmış və ******* saylı, 0,1 ha torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsində dövlət reyestrində 08.07.2014-cü il tarixdə qeydiyyata alınmış və ******* saylı çıxarış verilmişdir. İddiaçı MMC-yə məxsus olan 4,2 ha və 0,1 ha torpaq sahəsinin 1338,31 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 ilə 08 avqust 2014-cü il tarixdə AN-İ№ ******* saylı, 1235,1 kv. metr torpaq sahəsinin satılmasına dair həmin tarixdə AN-İ№ ******* saylı və 1572,43 kv. metr hissəsinin satılmasına dair həmin tarixdə AN-İ№ ******* saylı “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. İddiaçı MMC-yə məxsus olan 4,2 ha torpaq sahəsinin 1338,31 kv. metr, 1235,1 kv. metr və 1572,43 kv. metr hissəsinin satılmasına dair “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” bağlanarkən alıcı Cavabdeh tərəfindən İddiaçı MMC-yə və Cəmiyyətin nümayəndəsi X8 müqavilələrdə göstərilmiş 10.000 manat məbləğində pul ödənilməmişdir. İddiaçı MMC-yə məxsus olan 4,2 ha və 0,1 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsinin dəyəri üçün 10.000 manat pulun ödənilməsi qeyd edilmişdir. Faktiki olaraq müqavilə bağlanarkən tərəflər arasında razılığa gəlinmişdir ki, torpaq sahəsinin alqı-satqısına dair müqavilələr formal olaraq bağlanır. Tərəflər arasında müqavilə bağlanmamışdan əvvəl Cavabdeh ilə torpaq sahəsinin alqısatqı müqaviləsinin bağlanması üçün hər hansı bir məbləğdə pul ödənişinin edilməyəcəyi razılaşdırılmışdır. Torpaq sahələrinin faktiki olaraq Cavabdeh deyil, yaşayış sahəsinin tikintisinə dair layihələr təsdiq edilib, yaşayış sahəsi inşa edildikdən sonra digər şəxslərə satılması məqsədi ilə alıcıların adına sənədləşmə işlərinin aparılacağına dair razılıq olmuşdur. Həmçinin İddiaçı MMC-yə məxsus olan 4,2 ha və 0,1 ha torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisinin aparılması planlaşdırıldığından torpağın bölgü sxemi notarial qaydada təsdiq edilmiş və nömrələnməklə 12 fiziki şəxsin adlarına sənədləşdirilmişdir. Torpaq sahələri üzrə yaşayış sahələri inşa edildikdən sonra formal olaraq adlarına alqısatqı müqavilələri ilə sənədləşdirilmiş torpaq sahələri X18, Cavabdeh, X10, X23, X19, X2, X20, X21, X5, X6 X3 verdikləri etibarnamələr əsasında onun tərəfindən X17 ilə alqı-satqı müqavilələri bağlanmışdır. X9 torpaq sahələrinin satılmasına dair müqavilə bağlanarkən satıcılara və ya onların nümayəndələrinə hər hansı bir məbləğdə pul ödənilməmişdir. İddiaçı MMC-yə məxsus torpaq sahəsinin alqı-satqısına dair 08 avqust 2014-cü il tarixdə müqavilə bağlanarkən Cavabdeh subay olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsi ilə iddiaçını inandırmışdır ki, subaydır. Həyat yoldaşı olmuş X7 cavabdehlər Cavabdeh, Bakı şəhəri 48 saylı notariat kontoruna və X9 qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi ilə bizə məlum olmuşdur ki, müqavilə bağlanarkən cavabdeh aldatmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1582/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1338,31 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014-cü il tarixli AN-İ№ ******* saylı müqavilənin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1235,1 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014-cü il tarixli AN-İ № ******* saylı müqavilənin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 48 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 4,2 ha olan torpaq sahəsinin 1572,43 kv. metr hissəsinin Cavabdeh satılması barədə İddiaçı MMC-nin nümayəndəsi X11 tərəfindən bağlanmış 08 avqust 2014-cü il tarixli AN-İ№ ******* saylı müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxs X15 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Ə.Əhmədov məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçınını nümayəndəsi və vəkili Ə.Əhmədov iddiadan imtina barədə ərizənin qəbul edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə və 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı "İddiaçı" MMC-nin (X11, X1 Polina Petrovna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1582/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin. iddiaçı "İddiaçı" MMC-nin (X11, X1 Polina Petrovna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1582/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar