Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4904/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1427/2022 saylı işi üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Kommessiya Şirkətindən əmlaka dəymiş zərərə görə 1080 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 106 gün) hesablanmış 114,48 manat (1080x0,1%=1,08, 106x1,08=114,48) dəbbə pulu, vəkilin göstərdiyi hüquqi yardıma görə 250 manat xidmət haqqı, etibarnamənin təsdiqi üçün 17,25 manat rüsum və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : -"Azərsığorta» DSKŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli İCR-16366 nömrəli akta əsasən «Hyundai Sonata» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 605 manat vəsait hesablanmışdır; -«Azərsığorta» DSKŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sığorta ödənişi ilə bağlı AKT-16108 akta əsasən həmin şirkətdə sığortalanmış «BMW 318» markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus «Hyundai Sonata» markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 605 manat ziyan dəymişdir, zərərçəkən üçüncü şəxs İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir; - "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2021 -ci il tarixli AA340 nömrəli akta əsasən «Hyundai Sonata» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1080 manat vəsait hesablanmışdır; -xx.xx.2022-ci il tarixli 28197 nömrəli ödəniş tapşırığa əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı sığorta aktına əsasən 605 manat sığorta ödənişi ödənilmişdir; -İddiaçı ilə «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 0016 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılığa 250 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir(iş səh.5-7,15-17, 24-26). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1427/2022 saylı işi üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, sığorta ödənişinin gecikdirilmiş hər günə hesablanmış 64,13 manat dəbbə pulu, hüquqi yardımla bağlı vəkilə 250 manat vəkil xərci, həminin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və etibarnamənin təsdiqi üçün 17,25 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dölvət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə “İcbari Siğortalar haqqında” Azərbaycan Respublikası qanunun 16.2, 18.1, 18.2; Mülki Məcəllənin 385.1, 427.4, 442, 922.1, 923.1, 934, 925.2; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 119.1, 121, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir, irəli sürülmüş iddia tələbi 1080 manat pulun tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir, sığorta şirkəti tərəfindən müəyyən olunmuş 605 manat məbləğində pul iddiaçıya 7 iş günü ərzində verilməmiş, sığorta hadisəsi xx.xx.2021-ci il tarixində baş vermiş, sığorta şirkəti ilə iddiaçı arasında isə xx.xx.2021-ci il tarixdə sığorta ödənişi ilə bağlı razılaşma olmasında baxmayaraq, ödəniş tapşırığı məhkəməyə iddia verildiyi tarixdən ( xx.xx.2022-ci il) sonra yəni, xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Cavabdeh tərəf iddiaçıya müəyyən edilmiş 605 manat məbləğində pulun ona xx.xx.2021 -ci il tarixdə verildiyini qeyd etsə də, bununla bağlı rəsmi sənədləri (sübutları) məhkəməyə təqdim edə bilməmiş, təqdim etmiş olduğu sənəd isə yalnız ödəniş tapşırığı olmuşdur ki, hesablanmış pulun verilmiş tapşırıqdan sonra icra edilməsinə dəlalət etmir. Bunun əksinə olaraq da, həmçinin cavabdeh tərəfinin məhkəməyə vermiş olduğu etirazda da bu halların ( xx.xx.2021-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra edilmədən geri dönməsi barədə) baş verdiyini qeyd etmişdir. İddia tələbi hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulun tutulması hissəsində qismən təmin edilməli, yalnız tərəflərin xx.xx.2021- ci il tarixli razılaşması ilə müəyyən edilmiş 605 manat məbləğində pulun iddiaçıya məhkəməyə müraciət etdiyi vaxtadək (xx.xx.2022-ci il) gecikdirilmiş günlərin sayına uyğun olaraq hər günə hesablanmış (605 manat x0,1% x106 gün= 64,13 manat) 64,13 manat dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin qismən əsaslı olmasını nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş 35 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutulmalı, 5 manatı isə iddiaçıya aid edilməli, həmçinin etibarnamənin təsdiqi üçün 17,25 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli e-2(006)-1427/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsinə dair apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 925.3, “İcbari sığortalar haqqında"Azərbaycan Respublikası Qanunun 3.1.2, 18.1, 18.2, Mülki Prosessual Məcəlləsinin 9.1, 87.2, 88, 97.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamənin təmin edilməyən hissəsi əsassız olduğu üçün ləğv edilməli, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilmədir. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalı olan “BMW 318” minik markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının mülkiyyətində olan “HYUNDAİ SONATA” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya şifahi məlumat verilmişdir ki, “HYUNDAİ SONATA minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 605 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı mülkiyyətində olan avtomobilə dəymiş ziyanın 605 manat məbləğində qiymətləndirilməsi mövcud tələblərə ziddir. Belə ki, qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. “HYUNDAİ SONATA” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanması ilə əlaqədar təmir servisinə müraciət edilmişdir. xx.xx.2021 -ci il tarixli Qüsur aktına əsasən “HYUNDAİ SONATA” minik markalı **-GY-***iövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 1080 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qanunla müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixində pretenziya qaydasında müraciət edilərək mübahisənin məhkəməyədək həll edilməsi təklif edilsə də, cavabdeh təşkilatdan bununla bağlı heç bir hərəkət aparılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli e-2(006)-1427/2022 saylı qətnaməsi ilə dəymiş maddi ziyan 605 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən əmlaka dəymiş real zərərlə bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmədən, dəymiş maddi ziyan 605 manat məbləğində müəyyən edilmişdir. Cavadbeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(006)-1427/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılması, iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 17.50 dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmisdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0, 115.0.6, 119.1, 121.1, 217.3, 385.1. 1 , 385.1.2 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə araşdırması natamam olmuş, eyni zamanda işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılarkən mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən “HYUNDAİ SONATA MİNİK” markalı, 99GY133 d.q.n.-lı avtomobilə dəymiş zərər Şirkət tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən 605 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkən sığorta hadisəsi ilə əlaqədar tərtib olunmuş 16108 nömrəli sığorta aktını imzalamış, bununla da ona məxsus sözügedən nəqliyyat vasitəsinə dəyən zərər üçün müəyyən edilmiş 605 manat sığorta ödənişinin miqdarı ilə razılaşdığını təsdiq etmişdir. Bundan sonra zərərçəkənə xx.xx.2021-ci il tarixində 605 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin təqdim edilmiş bank hesabında yanlışlıq olduğu səbəbindən ödəniş geri qaytarılmış və bu hal iş üzrə iddiaçının məhkəməyə müraciət etməsi ilə əlaqədar müvafiq sənədlərə yenidən baxıldığı zaman aşkar olunmuşdur. Bununla əlaqədar dərhal lazımi tədbirlər görülmüş və sığorta ödənişi yenidən zərərçəkənin bank hesabına tam olaraq köçürülmüşdür. Birinci instansiya məhkəməsi Şirkət tərəfindən sığorta ödənişinin vaxtında ödənilməsi ilə əlaqədar zəruri hərəkətləri etməsinə və ödənişi etməsinə baxmayaraq, ödənişin geri qaytarılmasını nəzərə almadan, ödənişin qanunvericiliklə müəyyən olunmuş müddətdə ödənilmədiyi əsası ilə sığorta ödənişinin verilməsinin gecikdirildiyi günlər üçün hesablanmış dəbbə pulunun cavabdehdən tutulmasını qət etmişdir.Buna görə də iddia dəbbə pulunun tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə iddiaçının məhkəməyə müraciəti ilə əlaqədar çəkdiyi xərclər, yəni məhkəmə xərcləri birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli olduğu halda vəkilin göstərdiyi hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 250 manat və etibarnamənin təsdiqi üçün ödənilmiş 17.25 manat vəsaitin bütünlüklə, ödənilmiş 35 manat dövlət rüsumunun isə təqribən 86%, yəni 30 manat hissəsinin cavabdehdən tutulması qət olunmuşdur. Lakin iddia tələbi əsas hissədə təmin olunmadığı kimi, dəbbə pulunun tutulması hissəsində də təmin olunmazsa, məhkəmə xərcləri bütünlüklə iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək hadisədən sonra dəfələrlə siğorta şirkətinə müraciət etdikdən sonra şirkəti tərəfindən ona dəymiş ziyanın məbləği kimi 605 manat pulun müəyyənləşdirildiyini, şirkətinin əməkdaşına bu məbləğlə razı olmadığını bildirdiyini, əlavə 100-200 manat vermələrini xahiş etdiyini, siğorta şirkəti tərəfindən göndərilən servisdə dəyişdirilməli olan detalların deyildiyini, məbləğin deyilmədiyini, siğorta aktını imzaladıqdan sonra isə ona pulun ödənilmədiyini, yanvar-fevral ayına qədər gözlədiyini, dəfələrlə bunu şirkət əməkdaşlarına bildirdiyini, qaynar xəttə zəng etdiyini, ona cavab verilmədiyini, bundan sonra Mərkəzi Banka müraciət edərək yazılı şikayət verdiyini, lakin heç bir şikayətinə baxılmadığını, məhkəməyə müraciət etdikdən sonra ona 605 manatın ödənildiyini, siğorta ödənişi ilə bağlı aktı imzalayarkən həmin məbləğin avtomobilin təmiri üçün yetərli olmadığını bilmədiyini, bunun ona sonradan məlum olduğunu, maşının hələ də təmirsiz vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə uyğun izahat verməklə iddiaçının apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək qarşı tərəfin apellyasiya şikayətində qeyd etdiyini halların birinci instansiya məhkəməsində ətraflı araşdırıldığını, iddiaçı şirkətə müraciət etdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmədən siğorta hadisəsinə görə dəymiş zərərin məbləğinin müəyyən edildiyini və iddiaçının siğorta aktına imza ataraq dəymiş zərərin məbləğini ilə razılaşdığını, işin bundan sonra ödənişə yönəldiyini, lakin bu zaman bank hesabında yanlışlıq olduğunu səbəbindən ödənişin geri qaytarıldığını, bu halın siğorta şirkətinin təqsiri ucbatından olmadığını bildirmiş, bundan əlavə birinci intansiya məhkəməsinin prosessual hüquq normalarına münasibətdə yanlışlığa yol verdiyini, iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq məhkəmə xərclərinin tərəflər arasında bölünməli olduğunu qeyd etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən: Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddətdə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 934-cü maddəyə əsasən: Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq, sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1 və 121.1-ci maddəsinə əsasən: Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385-390, 404, 425, 442, 560, 883-886; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385-390cı maddələri və müqavilə (öhdəliyi) üzrə mülki hüquq münasibətlərinə dair qeyd edir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərarı maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma, ödəniş və sair barədə) mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətlərinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilən mülki qanunvericilik şərtlərinə müvafiq dəlillərin hazırki tələbə münasibətdə sübut etməməsi onların əsassız olduğunu şərtləndirir. Razılığa gələrək iddiaçı tərəfindən sığorta aktını imzalaması və bu aktı mübahisələndirmədən əlavə tələblərlə müraciət edilməsi hüquqlardan sui-istifadə kimi qiymətləndirilən haldır və iddianın bu hissədə təmin edilməsinə (ekspertizaya) hüquqi əsaslar müəyyən edilmir. Bank hesabında yanlışlıq olduğu səbəbindən cavabdeh tərəfindən ödənişin geri qaytarılması halının siğorta şirkətinin təqsiri ucbatından olmadığı barədə dəlil sonuncunun banka qarşı müvafiq tələblə müraciət hüququnu məhdudlaşdırmır və iddiaçının mülki məsuliyyətinə aid edilən fakt kimi qiymətləndirilə bilməz. İddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq məhkəmə xərclərinin tərəflər arasında bölünməli olması isə, iddiaçının iddia qaldırılmasına yönəlik düçar olduğu məcburiyyət meyarına müvafiq olduğundan bu dəlil də əsassızdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8- 14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1427/2022 saylı işi üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4904/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4904/2022
18.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver