Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4913/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1326/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işgüzar nüfuzun zədələnməsi səbəbindən şəxsə vurulan maddi və mənəvi zərərə dair 50.000 manat həcmində kompensasiya, ödənilmiş vəkil xidmətlərinə görə 330 manat, mediasiya sessiyasinda iştiraka görə 55 manat, dövlət rüsumuna görə 190 manat, ümumilikdə isə 50.575 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasına; İddiaçı barəsində yayılmış böhtan xarakterli uydurma məlumatlara görə birbaşa İddiaçı yazılı şəkildə üzr istənilməsi, iddiaçının hazırki iş yeri və böhtan xarakterli uydurma məlumatların göndərildiyi digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin Cavabdeh MMCnin üzərinə qoyulmasına; İddiaçı əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulmasına; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarına əsasən İddiaçı hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı işgüzar nüfuzun zədələnməsi səbəbindən şəxsə vurulan 3000 manat maddi (vəkil xərci, mediasiya, dövlət rüsumu və s.) və mənəvi zərərə dair 50000 manat həcmində kompensasiya məbləğinin Cavabdeh MMC-dən tutulmasına; İddiaçı barəsində yayılmış böhtan xarakterli uydurma məlumatlara görə birbaşa İddiaçı yazılı şəkildə üzr istənilməsi, iddiaçının hazırki iş yeri və böhtan xarakterli uydurma məlumatların göndərildiyi digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına; İddiaçı əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulmasına; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarına əsasən İddiaçı hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1326/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-399/2023 saylı mülki işi üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, İddiaçı Cavabdeh MMC-yə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1326/2023 saylı mülki işin icraatı dayandırılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün təyin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsindən də görünür ki, o, iddia ərizəsini cavabdehin ona qarşı işgüzar nüfuzunun pozulması məqsədilə onun iş yerinə böhtan xarakteri məktublar göndərilməsi və prokurorluğa müraciət etməsi ilə əsaslandırmış, iddia ərizəsində bir abzas olaraq “Cavabdeh MMC Bakı Şəhər Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş,məlumatların təqdim edilməsinə və dəymiş maddi zərərin ödənilməsinə dair” öhdəliyin İddiaçı üzərinə qoyulmasını xahiş etməsini göstərmişdir. O, Nizami Rayon məhkəməsində ona qarşı verilmiş iddia ərizəsində onun işgüzar nüfuzuna toxunulacaq hər hansı bir məlumatın olmasını hazırki iddiasında göstərməmiş, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Hətta iddiaçı öz ərizəsində əsaslandığı Nizami Rayon Məhkəməsində olan iddia ərizəsinin və prokurorluğa yazılan şikayətin surətini də məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə sübutlar toplamaq məqsədi ilə hazırki iş üzrə icraat ıdayandırmış, hazırki iddianın Nizami Rayon Məhkəməsində olan iddianın nəticəsindən asılı olması qərarına gəlmişdir. Halbuki biz Nizami Rayon Məhkəməsinə iddia ilə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən vergi hesabatlarının təqdim edilməsi üçün tərtib edilmiş cədvəllərin və digər məlumatların iddiaçı Cavabdeh MMC-yə təhvil verilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması və İddiaçı toplanmış məlumatların iddiaçıya təqdim etməməsi səbəbindən iddiaçı Cavabdeh MMC-yə dəymiş 24.000 manat məbləğində zərərin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişik. Yəni bizim iddiamızın hazırki iddia ilə heç bir bağlılığı yoxdur və biz həmin iddia ərizəsində İddiaçı işgüzar nüfuzunun zədələnməsinə əsas ola biləcək hər hansı bir ifadə işlətməmişik. Əgər həmin iddiada hər hansı bir belə ifadə olsaydı , bu zaman həmin ifadənin İddiaçı işgüzar nüfuzunun zədələnməsinə əsas ola bilməsini sübut etmək üçün iddiaçı həmin iddia ərizəsini məhkəməyə sübut qismində təqdim etməli idi. Lakin iddiaçı bizim ona qarşı Nizami Rayon Məhkəməsinə verdiyimiz iddia ərizəsini sübut qismində məhkəməyə təqdim etməmiş, məhkəmə isə bu halı nəzərə almadan hazırki iş üzrə icraatı dayandırmışdır. Belə hesab edirəm ki, məhkəmə hazırki iş üzrə icraatı dayandıran zaman Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbini pozmuşdur. Yəni məhkəmə bizim Nizami Rayon Məhkəməsinə verdiyimiz iddia ərizəmizdə hər hansı bir nalayiq ifadənin, təhqir və ya böhtanın olması nəticəsinə gəlsəydi, bu zaman iş üzrə məhkəmə linqvistik ekspertizası keçirərək icraatı dayandıra bilərdi, bunun üçün Nizami Rayon Məhkəməsində yekun qərar qəbul edilməsini gözləmək lazım deyildir. Çünki Nizami rayon məhkəməsində bizim iddiamız yalnız məlumatların İddiaçı tələb edilməsi barədədir. Hətta gələcəkdə biz iddiamızı Nizami Rayon Məhkəməsində sübuta yetirə bilmədiyimiz təqdirdə iddiamızın rədd edilməsi, hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə bir mövqe tam yanlışdır və bu mövqe ilə yanaşılsa, hər iddiaya qarşı qarşılıqlı iddia verərək əsassız iddia qaldırılması nəticəsində işgüzar nüfuzun zədələnməsi tələbi irəli sürmək olar ki, bu da yolverilməzdir. Yəni, bu gün iddiaçının bizə qarşı qaldırdığı iddia, hətta qismən rədd edildiyi təqdirdə, belə çıxır ki, biz də ona qarşı iddia qaldıraraq onun iddiasının rədd edilməsi hissəsində bizə dəymiş mənəvi zərərin əvəzini tələb edə bilərik. Bu mövqe tam yanlışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1326/2023 saylı, 04 iyul 2023-cü qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1326/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. AZEMİS-dən əldə edilmiş məlumatdan görünür ki, hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “sənədlərin təqdim edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair 2(007)-399/2023 saylı mülki iş vardır. Göründüyü kimi, həmin məhkəmənin icraatında olan iddia ərizəsinin dəlilləri hazırda cavabdehin etirazının dəlilləri ilə demək olar ki, eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı iddia tələbi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1326/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4913/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4913/2023
25.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver