Məhkəmə qərarları › İş №2(103)-4916/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4916/2022

05.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4916/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(005)-851/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və ona məxsus olan ünvan 1 ünvanından istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, iddiaçının həmin mənzilə köçürülməsi, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(005)-3852 saylı qanuni qüvvə almış qətnaməsi əsasında İslam Abışov küçəsi 16 saylı evin 10 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün, Cavabdeh bu mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsində Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsində cavabdeh X2 qarşı X1 ünvan 2 ünvanından qeydiyyata alınmasına əsas olmuş saxta 2 il müddətinə bağlanmış, 05 yanvar 2019-cu il tarixli 78 saylı MKİS 01 nömrəli kirayə müqaviləsinin saxta olduğunun etibarsız hesab olunması tələbinə dair 2- 1(112)-7249/2022 saylı inzibati iş müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar mülki işə baxılıb qurtarana qədər 2(005)- 851/2022 saylı mülki iş üzrə İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzildən istifadə etməyinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, iddiaçının həmin mənzilə köçürülməsi və Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3852/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi əsasında İ.Abışov küçəsi ev 16 mənzil 10 ünvanında yerləşən guya iddiaçıya məxsus mənzildən cavabdehin istifadə hüququna xitam verildiyi üçün Cavabdeh bu mənzildən çıxarılması tələbinə dair icraatında olan mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(005)- 851/2022 saylı qərardadı ilə vəsatət təmin edilərək, iş üzrə icraat dayandırılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəməyə belə bir vəsatət verməsi və məhkəmənin bu vəsatəti qəbul etməsi, öz növbəsində işin icraatını dayandırması tam olaraq qanunsuzdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(005)-851/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli baxımından Bakı İnzibati Məhkəməsinin icraatında olan, iddiaçı Cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə işin nəticəsi mühüm əhəmiyyət kəsb etdiyindən hazırki iş üzrə icraat dayandırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(005)-851/2022 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(005)-851/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar