Məhkəmə qərarları › İş №2(103)-4917/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4917/2022

08.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4917/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə cavabdehlər Cavabdeh1, Azərbaycan Əfqanıstan Veteranları İcyimayi Birliyinə və Nizami Rayon Bələdiyyəsinə qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən xx.xx.2021-ci il tarixli qərardadla Bakı şəhəri,Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0,05 tarixli torpaq sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın icrasının Azərbaycan Respublikasə ƏMDK yanında DƏRX-nə həvalə olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-93/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1435/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadın ləğv olunmasını və torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1435/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0,05 tarixli torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, qərardadın icrasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır (hakim: Fikrət Mirzəyev). Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya iş materialları əsasında qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-93/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Kollegiya iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edildiyini və həmin qərardaddan şikayət verilmədiyini nəzərə alaraq əmlak üzərində həbsin qalması zərurətinin aradan qalxmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.5.2-ci maddəsiniə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslalağına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardaddan şikayət versə və həmin şikayət təmin olunmuş olsa da, bu onun gələcəkdə yenidən müvəqqəti təminat tədbiri ilə bağlı ərizə verməsinə mane deyildir. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar