Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4918/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-61/2022 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-61/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və bu mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 234002 saylı müqavilə etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Cavabdeh "İnşaat Konstruksiyaları” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 61/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-61/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 61/2022 saylı qətnaməsindən cavabdeh "İnşaat Konstruksiyaları” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır. Cavabdeh "İnşaat Konstruksiyaları” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 həmin qərardaddan şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin icraata götürülməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-61/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 61/2022 saylı qərardadından cavabdeh "İnşaat Konstruksiyaları” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətin geri qaytarılması, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun iddiaçıya izah olunması qərara alınmışdır. Cavabdeh tərəfindən həmin qərardaddan şikayət verilərək xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-61/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 61/2022 saylı qərardadından cavabdeh "İnşaat Konstruksiyaları” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 362-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bundan başqa, apellyasiya şikayətinin forması ilə bağlı Mülki Prosessual Məcəlləyə 2 saylı əlavənin məzmunundan da görünür ki, həmin forma həm qətnamə, həm də qərardadlardan verilən şikayətlərin bu qaydada riayət edilməklə verilməli olması müəyyən edilmişdir. Mülki Prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə baxılan mülki işlər üzrə istənilən şikayətin təqdim edilməsi və qəbulu elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Bu zaman şikayətin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formasına riayət edilməlidir. Lakin şikayətçi qanunun bu tələbinə əməl etməmişdir. Şikayətçi öz mövqeyini əsaslandırmaq üçün Mülki Prosessual Məcəllənin 267.3-cü maddəsinə istinad edir. Həmin maddəyə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Kollegiya qeyd edir ki, şikayətin yazılı formada verilməsi onun mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formaya uyğun şəkildə tərtib edilməsini istisna edən hal deyildir. Beləliklə, müəyyən edilir ki, cavabdeh tərəfindən məhkəməyə verilmiş şikayət müəyyən edilmiş formaya uyğun olmamış, cavabdeh tərəfindən qərardaddan şikayət verilərkən Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan 363.1.1-1-ci maddəsinin tələblərinə riayət edilməmiş, qanunvericilik tərəfindən müəyyən edilmiş formada tərtib edilməmiş və elektron qaydada düzgün formada göndərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərardadın ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-61/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4918/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4918/2022
30.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver