Məhkəmə qərarları › İş №2(103)-4923/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4923/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4923/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-83*/2022, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi “iş stajı faktının müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi Məhəmməd Əsədov adına Üzümçülük Sovxozunda *973-*975-ci illərdə fəhlə, *977-2002-ci illərdə isə ferma müdiri işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (Ərizə dəqiqləşdirilmişdir). Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-83*/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi Məhəmməd Əsədov adına Üzümçülük Sovxozunda *973-*975-ci illərdə fəhlə, *977-ci il tarixdən *993-cü il iyulun 4-nə qədər isə ferma müdiri işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi A.Ağayeva apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasından ərizəçi apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxsin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçi hüquqi fakt kimi Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi Məhəmməd Əsədov adına Üzümçülük Sovxozunda *973-*975-ci illərdə fəhlə, *977-2002ci illərdə isə ferma müdiri işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi M.Əsədov adına Üzümçülük Sovxozunun direktoru tərəfindən verilmiş 03.*2.202*-ci il tarixli 204 №-li arayışdan görünür ki, Ərizəçi *973-*975-ci illərdə sovxozda fəhlə işləmişdir. *975-ci ildə əsgərliyə getmiş, *977-ci ildən *993-cü ilə kimi sovxoz təsərrüfatında briqadir işləmişdir. *993-cü ildən 2002ci il tarixinə kimi sovxozun qoyun fermasında ferma müdiri işləmişdir. Azərbaycan Respublikası Ağdam Rayonu İcra Hakimiyyəti Başçısının Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ** nömrəli məktubundan görünür ki, nümayəndəliyin Şıxbabalı kənd sakini Ərizəçi M. Əsədov adına savxozda *973-*975-ci illər ərzində fəhlə kimi işləyib və *977-*993-cü illərdə həmin savxozda ferma müdiri işləyib işləməməsi barədə tərəflərindən araşdırma aparılmışdır. M. Əsədov adma savxozun arxiv sənədləri işğalda qaldığı üçün Şıxbabalı kənd sakinləri M. Əsədov adma savxozda işləmiş X3, X4 və X* şahidliyi ilə məlum olmuşdur ki, Ərizəçi *973-*975-ci il tarixində fəhlə kimi işlədiyini və *977-*993- cü illər ərzində M. Əsədov adma savxozda ferma müdiri kimi işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Normanın mənasından da açıq-aşkar göründüyü kimi məhkəmə o hüquqi əhəmiyyəti faktları müəyyən edir ki, həmin faktları təsdiq edən sənədləri ərizəçi tərəfindən başqa qaydada əldə etmək qeyri-mümkün olsun. Yuxarıda qeyd olunanlardan isə müəyyən olunur ki, ərizəçinin müəyyən olunmasını istədiyi faktı təsdiq edən sənədin başqa qaydada əldə edilməsi mümkündür və işdən də məlum olur ki, həmin fakta dair bir sıra sübutlar ərizəçidə mövcuddur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim müki iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda ərizəçiyə ərizədə göstərdikləri ilə bağlı müvafiq orqanlara müraciət etmək, müraciətinin nəticəsindən asılı olaraq isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 39*-ci maddəsinə əsasən bu Məcəllənin *9-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (202*-ci il * oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 202*-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-83*/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Ərizədə göstərdikləri ilə bağlı müvafiq orqanlara müraciət etmək, müraciətinin nəticəsindən asılı olaraq isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Qərardaddan *0 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar