Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4924/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-506/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,64 (dörd min üç yüz yetmiş dollar altmış dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsümunun tutulması, tutmanın Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat məbləğində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) və Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305: qeydiyyat tarixi: 18 iyun 2014-cü il) yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh2 arasında 11 iyun 2014-cü il tarixdə kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı tərəfindən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir. 100/14/72592/14 nömrəli kredit müqaviləsinə 28 iyun 2016-cı il tarixli 02 nömrəli əlavə sazişə əsasən, Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 36.000 (otuz altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdeh2 iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankına 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,84 (dörd min üç yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdiriimiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri cavabdeh şəxslər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh2 tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankına zərər dəyməsi ilə nəticələnmişdir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-506/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,64 (dörd min üç yüz yetmiş dollar altmış dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 49.112,61 (qırx doqquz min bir yüz on iki dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsümunun Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə ödənilməsi, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borc üzrə tutmanın Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat məbləğində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) və Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305: qeydiyyat tarixi: 18 iyun 2014-cü il) yönəldilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır və iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia rədd edilməlidir. O, «xxxx» QSC-dən dollar krediti götürməmişdir, krediti manatla olub, sonradan həmin kreditin restruktizasiyası ilə bağlı müqavilə bağlamışlar. Müqaviləyə 1 və 2 saylı əlavələrdə göstərilən kreditlər tərəfindən götürülməmişdir, varsa bununla bağlı sənədlərin məhkəməyə təqdim edilməsi zəruridir, ona görə də qalıq borcu dollar şəklində ondan tələb edilə bilməz. Bununla bağlı müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi barədə vəsatətini məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası X8 Heyətinin 10.04.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 2009-cu il tarixdə qeydiyyatdan keçmiş Kredit Təşkilatlarında Kassa Əməliyyatların aparılmasının təşkili Qaydalarının 7.1-ci bəndində göstərilmişdir ki, Nağd pulu məxaric etmək üçün kredit təşkilatlarında məxaric kassaları yaradılır. 7.2-ci bəndinə əsasən nağd pulun məxarici pul çekləri, (əlavə 6) və kassa məxaric orderlərinə əsasən həyata keçirilir. Azərbaycan Respublikasının Milli X5 33 saylı, "07" noyabr 2005-ci il tarixli protokolu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 11.11.2005-ci il tarixdə razılaşdırılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3201 sayla. "21" noyabr 2005-ci il tarixdə qeydiyyatdan keçmiş Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydalarına əsasən, nağd pulun və digər qiymətlilərin verilməsi üçün əsas olan pul çeklərində, məxaric kassa orderlərində və balansdankənar orderlərdə alıcıların imzaları olmalıdır. Bundan başqa, həmin sənədlərdə alıcının şəxsiyyət vəsiqəsinin (pasportunun) və ya onu əvəz edən sənədin təqdim olunduğu barədə qeydlər edilməlidir. Bu qeydlərin alıcıların özləri tərəfindən aparılmasına yol verilmir, əməliyyat işçisi alıcının təqdim etdiyi şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi yoxladıqdan sonra həmin sənədin rekvizitlərinin düzgünlüyünü yoxlamalı, sənəddə olan imza nümunəsini alıcının çekdə və ya məxaric orderində olan imzası ilə tutuşdurmalıdır. Şəxsiyyət vəsiqəsi və ya alıcının şəxsiyyətini təsdiq edən digər sənəd haqqında qeydin düzgünlüyü, çekdə və ya orderdə əməliyyat işçisinin imzası ilə təsdiq olunur. Pul çek kitabçasının verilməsi hesab sahiblərinin hesab barəsində sərəncam verməyə vəkil edilmiş şəxslər tərəfindən imzalanmış ərizəsi əsasında aparılır. Müştərinin ərizəsində müvafiq surətdə ona bir hesab üzrə eyni vaxtda yalnız bir pul çek kitabçası verilə bilər və bu zaman çeklərin nömrələrinin ardıcıllığına əməl edilməlidir. Çek kitabçasının verilməsi üçün banka bir nüsxədə ərizə təqdim olunur. Əməliyyat işçisi ərizənin düzgünlüyünü, ərizədəki imzaların və möhürün, hesab üzrə sərəncam verməyə vəkil edilmiş şəxslərin imza və möhür nümunələrinə uyğunluğunu yoxlayır, çek kitabçasının verilməsi üçün icazəni və ərizəni talonla birlikdə kassaya verir. Xəzinədar ərizəni aldıqdan sonra bankın məsul işçilərinin ərizədə imzalarının olub-olmadığını yoxlayır, verilən çek kitabçasındakı çeklərin nömrələrini ərizədə və ərizəyə aid talonda qeyd edir, talonda imza etdirərək, çek kitabçasını ərizə ilə birlikdə əməliyyat işçisinə verir. Ərizəyə aid talon kassada qalır. Əməliyyat işçisi kitabçada bütün çeklərin olub-olmadığını yoxlayır və kitabça müştəriyə verilməzdən əvvəl mütləq doldurulmalı rekvizitləri (müəssisənin admı və kitabça bir hesab üçün tələb olunduqda, hesablaşma hesabının və ya cari hesabın nömrəsini) bütün çeklərdə əks etdirir və ərizəni xəzinədara verir. Qüvvədə olan Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydalarının 14.2-ci bəndinə əsasən əks etdirilən əməliyyatların xarakterinə görə bütün bank sənədləri kassa, memorial və balansdankənar sənədlərə bölünür. Kassa sənədləri ilə pulların mədaxil və məxarici üzrə əməliyyatlar rəsmiləşdirilir və mədaxil və məxaric sənədlərinə bölünür. Mədaxil kassa sənədlərinə - pulların bankların kassalarına daxil edilməsi üçün müştərilərin elanları, mədaxil kassa orderləri, pulların qəbul edilməsi barədə qəbzlər aiddir. Məxaric kassa sənədlərinə nağd pulun alınması üçün çeklər və məxaric kassa orderləri aiddir. Yəni, qanunveciliyə əsasən bank tərəfindən kassa məxaric və digər qəbzlər verilməli, həmin sənədlər imzalanmalıdır ki, belə bir sənəd iş materiallarında yoxdur. Krediti dollar şəklində götürsə belə, borclar həddən artıq şişirdilmişdir, əsas borca ödədiyi vəsaitlər faiz borcuna silinmiş, ödədiyi vəsaitlər borcundan çıxılmamışdır. Bankın borcu hansı əsaslarla, hansı meyarla, hansı müddətə hesablaması, gegikdirilmiş günlərin sayının nə qədər olması iş materialları ilə müəyyən edilmir, bank yalnız rəqəm təqdim etmiş, borcu əsaslandıran sənədlər təqdim edilməmişdir. Borcun nə qədər təşkil etməsini müəyyən etmək üçün mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Məhkəmə tərəfindən tutulmuş faiz borcu əsas borcdan 100 %-ə yaxın çoxdur. Əsas borcun özünün bu həcmdə olması mümkünsüzdür. Məhkəmə o faktı nəzərə almalı idi ki, onun borcu bir neçə il əvvəl yaranıb, banka bu hal məlum idi və bankın əlində onun girov qoyduğu əmlaklar vardı, bankı bu iddianı bir neçə il əvvəl qaldırsaydı, faiz borcu bu qədər şişə bilməzdi. Bankın əlində təminat olduğu halda bank faizin şişirdilməsi üçün hərəkətsizlik etməməli idi. 1-ci instansiya məhkəməsi bu halı nəzərə almalı idi ki, bankın əlində onun girovu var və X4 və kredit müqaviləsinə əsasən bank borcun 3 ay ərzində ödəmədiyi halda məhkəməyə müraciət edə bilərdi. İddia ərizəsinə əlavə edilən sənədlərdən bəlli olur ki, girov müqaviləsi 11.06.2014-cü il tarixdə bağlanılmaqla, kredit müqaviləsinə 1 saylı əlavəyə uyğun olaraq 11.06.2015-ci il tarixdə ona dəyişiklik edilsə də, kredit müqaviləsinə 2 saylı əlavəyə uyğun olaraq 28.06.2016-cı il tarixdə ona əlavə edilməmişdir. Eyni zamanda 11.06.2015-ci il tarixli əlavə əsasən girovun müddəti 11.06.2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçı isə bu müddətdən 4 ildən artıq sonra məhkəməyə müraciət elməklə idia müddətini ötürmüşdür. Digər əsaslarla yanaşı həm kredit, həm də girov müqaviləsi üzrə iddia müddəti tətbiq edilməklə iddiaların rədd edilməsini xahiş etsə də, məhkəmə buna münasibət bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-506/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsinə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı tərəfindən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir; İş materiallarında olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsinə 28 iyun 2016-cı il tarixli 02 nömrəli əlavə sazişin məzmunundan görünür ki, müvafiq sazişə əsasən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 36.000 (otuz altı min) ABŞ dolları məbləğində kredit verilmişdir; İş materiallarında olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 100/14/72592/14/1 nömrəli girov müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir; İş materiallarında olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 100/14/72592/14/2 nömrəli girov müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir; İş materiallarında olan Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının 27 avqust 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə 21 avqust 2020-ci il tarixə Cavabdeh2 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün (11 iyun 2014-cü il-28 dekabr 2017-ci il) hesablanmış 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,64 (dörd min üç yüz yetmiş dollar altmış dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcu yaranmışdır; İş materiallarında olan Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda ünvanladığı 26 avqust 2020-ci il tarixli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərin surətlərindən və məzmunlarından görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsi məqsədi ilə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcun 3 (üç) gün müddətində banka ödənilməsinin və ya ipoteka predmetinə tutmanın yönəldilməsinin təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə, bankın müvafiq kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, səhmlərin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı ilə bağlı cavabdeh şəxsləri xəbərdar etmişdir; İş materiallarında olan Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı 31 avqust 2020-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizəsinin surətindən və məzmunundan görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 100/14/72592/14/1 nömrəli girov müqaviləsinə əsasən Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) qismində olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınmasını xahiş etmişdir. Müvafiq bildiriş “xxxx” Qapalı Səhmdar Cəmiyyətində 03 sentyabr 2020-ci il tarixdə qeydə alınmışdır; İş materiallarında olan Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı 02 sentyabr 2020ci il tarixli bildirişin qeydə alınmasına dair ərizəsinin surətindən və məzmunundan görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 100/14/72592/14/2 nömrəli girov müqaviləsinə əsasən Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) qismində olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınmasını xahiş etmişdir. Müvafiq bildiriş “xxxx” Qapalı Səhmdar Cəmiyyətində 03 sentyabr 2020-ci il tarixdə qeydə alınmışdır; İş materiallarında olan 20 oktyabr 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının nümayəndəsi tərəfindən məhkəmədə müvafiq iddia tələbini qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh2 arasında 11 iyun 2014-cü il tarixdə kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı tərəfindən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir. 100/14/72592/14 nömrəli kredit müqaviləsinə 28 iyun 2016-cı il tarixli 02 nömrəli əlavə sazişə əsasən, Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 36.000 (otuz altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2- 3304; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdeh2 iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankına 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,84 (dörd min üç yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdiriimiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri cavabdeh şəxslər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankına olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh2 tərəfindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankına ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas və müqavilə müddəti üçün (11 iyun 2014-cü il-28 dekabr 2017-ci il) hesablanmış 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu təmin edilməli, müvafiq borc məbləği Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankınının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin tərəflər arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 4.370,84 (dörd min üç yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankınının xeyrinə tutulması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 4.370,84 (dörd min üç yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankınının xeyrinə tutulması hissəsində də təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də müvafiq məbləğdə hesablanmış faiz borcu Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulmalıdır. İddia tələbinin “32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc məbləğində hesablanmış 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcunun Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankınının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə kolllegiyası aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə əsas borca hesablanmış 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsi ilə bağlı haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 2.000 (iki min) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 300-cü maddəsinə əsasən pul vəsaitinin girovu girovun növlərindəndir; 304-cü maddəsinə əsasən girov predmeti olan pul vəsaiti bankın və ya notariusun depozit hesabında saxlanılır. Bu məbləğin üstünə hesablanan faizlər, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyana mənsubdur. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instasniya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsi üzrə 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,64 (dörd min üç yüz yetmiş dollar altmış dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 49.112,61 (qırx doqquz min bir yüz on iki dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə ödənilməli, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” X2 filialı ilə Cavabdeh2 arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borc üzrə tutma Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat məbləğində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: 18 iyun 2014-cü il) və Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305: qeydiyyat tarixi: 18 iyun 2014-cü il) yönəldilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsinə 28 iyun 2016-cı il tarixli 02 nömrəli əlavə sazişin məzmunundan görünür ki, müvafiq sazişə əsasən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 36.000 (otuz altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, tərləflər arasında bağlanmış müavilə manatla ifadə olunsa da, sonradan həmin müqaviləyə əlavələr edilmiş və hər iki tərəf bu əlavəni öz iradə ifadəsi ilə rəsmiləşdirmişdir. Eyni zamanda cavabdeh kredit müqaviləsi üzrə iddia müddətini keçdiyini qeyd edir. Kollegiya apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit verilməsi haqqında 100/14/72592/14 nömrəli kredit müqaviləsinə 11 iyun 2015-ci ildə 01 nömrəli əlavə saziş və 28 iyun 2016-cı il tarixli 02 nömrəli əlavə saziş edilmiş və sonuncu əlavə ilə kreditin ödənilməsi 18 (on səkkiz) ay müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddiaçı hazırki tələb üzrə iddia müddətini ötürməmiş və qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-506/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-506/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4924/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4924/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver