Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4925/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X34 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(005)- 328/2022 nömrəli qətnaməsindən İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrafil qızı cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 42-ci Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, atam X5 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 1988-ci ildə valideynlərilə birlikdə Ermənistan SSR-nin İcevan rayonundan qaçqın düşmüş və Bakı şəhərində məskunlaşmışdır. X3 olmuş, anası isə X12 olmuşdur. Ondan başqa 4 qardaşı və 3 bacısı olmuşdur. Onlar Bakı şəhərinə gəldikdən sonra Ermənistan SSR-nin İcevan rayonunun Salah kəndində yerləşən evi Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı, 2 otaqlı 30 kv metrdən ibarət olan fərdi yaşayış evi ilə dəyişmiş və həmin ev X3nun adına rəsmiləşdirilmişdir. Sonradan ailə üzvlərinin sayı çox olduğuna görə atasının müraciəti əsasında Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə evin sahəsi artırılaraq 88.1 kv metr təşkil etmişdir. 1999-2000-ci illərə qədər o və ailə üzvləri Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı, evdə qeydiyyatda olmuşlar. O, hərbi həkim kimi Ali Hərbi Məktəbində xidmət etdiyi üçün, həmin Məktəbin yataqxanasına köçmüşlər və orada yaşamışlar. X1 xx.xx.1998-ci ildə vəfat etmişdir. Bacılarından Zemfira və Qulara atasının yanında qalırdılar. X24 işləmək üçün Rusiya Federasiyasına gedib gəlirdi. Digər qardaşı iş üzrə Cavabdeh1 isə 2000-ci ildən Sumqayıt şəhərində qayınanasına məxsus evdə ailəsi ilə birlikdə yaşayırdı, təqribən 2002ci ildə Bakı şəhəri, Hövsan qəsəbəsində ev almış və bu günədək həmin evdə yaşayırlar. Qardaşı Cabbar Sumqayıt şəhərinə köçdükdən sonra atasına baxmamış, onun qayğısını çəkməmişdir. Buna görə də bacıları Zemfira və Qulara növbəliliklə atasına baxırdılar. O və həyat yoldaşı demək olar ki, hər gün atasına baş çəkir, onun səhhəti ilə maraqlanır və gündəlik tələbatının təmin olunmasına çalışırdılar. X3 14 iyul 2001-ci ildə vəfat etmiş və onun bütün dəfn xərclərini o və qardaşı Cümşüd çəkmişdir. Atasının vəfatından sonra, atasına məxsus ev sahibsiz qalmasın deyə, evi təmir etdirmiş və kirayəyə vermişdir. Hər ay kirayəşinlərlə razılaşdığı kirayə haqqını özü almışdır. 2016-cı ildə atasına məxsus fərdi yaşayış evi plana düşdü və evin yerində çoxmənzilli yaşayış binasının tikilməsi planlaşdırıldı. İddiaçı tez-tez ezamiyyətdə olurdu. Cümşüd isə Rusiyada olurdu. Buna görə də qardaşım, cavabdeh Cabbardan xahiş etmişdir ki, evin əvəzinə mənzil verilməsi məsələsi ilə məşğul olsun. Cabbar da razılaşdı və evin dəyişdirilməsi işlərini həll edəcəyini bildirdi. 2020-ci ilin sonlarında o, İddiaçı2 yaşayış yerim olmadığından atasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yeni işa edilmiş binadakı mənzildə yaşamaq istədiyini qardaşı Cəmilə bildirmişdir. Cəmil və digər qardaşı Cümşüd onun xahişini qəbul edərək, atasına məxsus mənzildə həyat yoldaşı ilə yaşamağına razılıq verdilər və onlar həmin evə köçdü və bu günə qədər həyat yoldaşı ilə birlikdə atasına məxsus mənzildə yaşayırlar. 2021-ci ilin oktyabr ayında İddiaçı2 məxsus ********** nömrəsinə Nərimanov rayon Məhkəməsindən Sms bildiriş gəldi və Sms bildirişdə Cavabdeh1 Yusif oğlunun ona qarşı iddia tələbinə dair məhkəməyə çağırılmağı qeyd edilmişdir. O də vəkili ilə birlikdə Nərimanov rayon Məhkəməsinə getmiş və məhkəmədə qardaşı Cavabdeh1 Yusif oğlunun ona qarşı qaldırdığı iddia ilə tanış olarkən məlum olmuşdur ki, Cavabdeh1 atam İsrafil Allahverdiyevə məxsus evi qanunsuz olaraq, vərəsələri gizlədərək, atası ölərkən ondan qalan miras əmlakı faktiki qəbul etmədiyi və ondan istifadə etmədiyi halda, yalnız həmin evdə qeydiyyatda olmasından istifadə edərək evi öz adına rəsmiləşdirmişdir. Bundan sonra o, İddiaçı2 vəkili 14 iyul 2001-ci ildə vəfat etmiş X3nun adına vərəsəlik işinin olub-olmaması ilə bağlı Ədliyyə Nazirliyinin Notariat Arxivinə sorğu vermiş və attasının adına xx.xx.2002-ci ildə Bakı şəhəri, 42-ci Dövlət Notariat Kontorunda açılmış Vərəsəlik işi vəkilə təqdim edilmişdir. Vərəsəlik işi ilə tanış olarkən məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2002-ci il tarixli ərizə ilə Notariat Kontoruna vərəsəlik işinin açılması ilə bağlı müraciət etmiş və atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşn ümumi sahəsi 30 kv metr olan 22 saylı evin 10 saylı mənzilinin ondan miras qaldığını qeyd etmişdir. Cavabdeh ərizəsində mərhum X3nun ondan başqa yalnız bir vərəsəsinin qardaşı X6 olmasını qeyd etmişdir. 42ci Dövlət Notariat Kontoru Cavabdeh1 xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Vərəsəlik Şəhadətnaməsinə əsasən, atamızdan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən ümumi sahəsi 30 kv metr olan 22 saylı evin 10 saylı mənzilinin ½ hissəsinə Cavabdeh1 vərəsəlik hüququnun verildiyi, ½ hissəsinin isə qardaşı X6 adına açıq qaldığı qeyd edilmişdir. Beləliklə Cavabdeh1 mərhum X3nun digər vərəsələrinin olmasını gizlətmiş, Bakı şəhəri 42-ci Dövlət Notariat Kontoru isə digər vərəsələrin axtarışını aparmamış və 42 saylı Dövlət Notariat Kontoru qanunsuz olaraq, atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən ümumi sahəsi 30 kv metr olan 22 saylı evin 10 saylı mənzilinə dair Cavabdeh1 adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 2V-68 saylı, 06 aprel 2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışının ləğv edilməsi; X3ndan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsini və Miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli ev xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissəsi onun adına qeydə alınaraq açıq saxlanılmışdır. Əldə etdiyi digər sənədlərə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2003-cü il tarixdə qanunsuz olaraq ona düşən ½ hissədə olan payı, guya onun və həyat yoldaşı Flora Allahvediyevanın razılığı əsasında onun xeyrinə imtina etmiş və nəticədə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı mənzilin 30 kv.metr hissəsinə yeganə vərəsə olaraq şəhadətnamə almış və nəticədə onların mülkiyyət hüquqları pozulmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X16, X8, X17 və X25 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 42-ci Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhər 14 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 2V-68 saylı, 06 aprel 2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 22, mənzil 10-a dair verilmiş qeydiyyat vəsiqəsinin və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışının ləğv edilməsi; X3ndan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı, Yeni qaydalarla AZ 1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 82, M4, m4 saylı mənzilinə dair payların müəyyən edilməsini və Miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli ev mərhum atası İsrafil Allahverdiyevin mülkiyyətində olmuşdur. Atasının ölümündən sonra iddiaçı qardaşı İddiaçı1 onlara bildirmişdir ki, müəyyən sənədlər qaydasına salındıqdan sonra atasından miras qalmış əmlak vərəsələr arasında bölüşdürüləcək. Bir müddət sonra məlum olmuşdur ki, miras qalmış əmlak sökülüb yerində yeni hündürmərtəbəli yaşayış binası inşa ediləcək və əvəzində həmin binada bir neçə mənzil veriləcək. Uzun müddətdir ki, vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün notariat kontoruna müraciət etmək üçün Cavabdeh1 cavab gözləmişlər. Buna baxmayaraq cavabdeh İddiaçı1 öz çirkin əmməllərini başa çatdırmaq üçün onların notariat kontoruna müraciət etməməyini istəməmişdir. Sonradan məlum olmuşdur ki, o 2002 və 2003-cü il tarixlərdə vərəsəlik işi açdırmış və ərizəsi ilə biz vərəsələri gizlətmişdir. İş materialları ilə tanış olarkən məlum olmuşdur ki, xx.xx.2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/2 hissəsi qardaşı Cümşüd Allahverdiyevin adına qeydə alınaraq açıq saxlanılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı mənzilin 30 kv.metr hissəsinə yeganə vərəsə olaraq şəhadətnamə almış və nəticədə onların mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, mərhum atasının ümumilikdə yeddi vərəsəsi vardır. Yuxarıda sadalanan hallardan göründüyü kimi Cavabdeh1 qanunsuz olaraq və saxta yollarla mərhum atası İsrafil Allahverdiyevdən miras qalmış mənzili öz adına rəsmiləşdirmişdir. Onu da qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu. Sabit Rəhman küçəsində yerləşən 22 saylı evin 10 saylı mənzili ümumi sahəsi 30 kv.metr yox, 88,1 kv.metrdən ibarət olmuşdur. Lakin, miras qalmış mənzilin qalan 58,1 kv.metr hissənin hansı formada Cavabdeh1 adına rəsmiləşdirilməsindən məlumatları yoxdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsindən bacısı olan İddiaçı2 qarşı qaldırdığı iddia zamanı məlumatı olmuşdur. Bundan başqa mərhum atasından miras qalmış mənzili faktiki olaraq Cavabdeh1 yox, onlar və iddiaçılar qəbul etmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair etiraz təqdim edərək, bildirmişdir ki, iddia tələbi aşağıdakılara əsasən qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Nərimanov rayon Xalq deputatları İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı evdə yerləşən sahəsi 11 kv.m olan bir otaq 6 nəfər ailə üzvü nəzərə alınaraq atasına verilərək digər otağa birləşdirilmiş və yaşayış sahəsi 2 olaq olmaqla 30 kv.m-dən ibarət olmuşdur. Həmin vaxt atasının ailə üzvləri - atası, anası, qardaşı Cümşüd, onun arvadı Flora və iki nəvəsi olmuşdur. X15 14 iyul 2001-ci ildə vəfat etdikdən sonra onun bütün dəfn xərclərini Cavabdeh1 və qardaşı Cümşüd Allahverdiyev çəkmişdir. Atasının vəfatından sonra Cavabdeh1 Nərimanov rayon İcra hakimiyyətinə müraciət etmiş və Nərimanov rayon İcra hakimiyyətinin 24 avqust 2001-ci il tarixli, 460 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzili yaşayış sahəsi 40.2 kv.m olmaqla 3 otaqlı hesab edilmiş və atası (özü, iki oğlu, 2 gəlini və 4 nəvəsi ilə) mənzilin əsas icarədarı hesab edilmişdir. Ailə üzvləri atası, anası, qardaşı Cümşüd, onun arvadı Flora, Cümşüdün uşaqları, Cavabdeh1, onun arvadı və iki uşağı olmuşdur. Bundan sonra Cavabdeh1 Nərimanov rayon İcra hakimiyyətinə müraciət etmiş və Nərimanov rayon İcra hakimiyyətinin 27 may 2002-ci il tarixli, 430 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilinə aid 24 avqust 2001-ci il tarixli, 460 nömrəli sərəncamın 2-ci və 3-cü bəndlərində dəyişiklik edilmiş və aşağıdakı oxunuşda qəbul edilmişdir: Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilinin yaşayış sahəsi 40.2 kv.m olmaqla 3 otaqlı hesab edilmiş və mənzilin icarə müqaviləsi 8 nəfər ailə üzvü olmaqla Cavabdeh1, arvadı, iki qızı, qardaşı Cümşüd, Cümşüdün arvadı Flora və qardaşı Cümşüdün iki oğlu olmaqla Cavabdeh1 adına dəyişdirilmişdir. Bundan sonra Cavabdeh1 ərizə 42 saylı notariat kontoruna müraciət etmiş və notariat kontorunun tələbi ilə mənzildə qeydiyyatda olan şəxslər barədə arayış təqdim etmişdir. 15 oktyabr 2002-cil tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilə 1/2 hissədə payı müəyyən edilmiş, 1/2 hissədə pay Cümşüd Allahverdiyevin adına açıq qalmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzili 14 noyabr 2002-ci ildə qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyət kimi adına qeydə alınmışdır. Qardaşı Cümşüd və arvadı Flora Rusiya Federasiyası, Çelyabinsk şəhərində yaşadığından və mənzildə qeydiyyatda olduqlarından 19 mart 2002-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilin Cavabdeh1 adına özəlləşdirməsində iştirak etməkdən imtina etmiş və mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Bunu həmin vaxt digər qardaş və bacıları da, bilmişlər. Bundan sonra Cavabdeh1 həmin mənzilin 1/2 hissəsini, yəni 11 kv.m olan bir yaşayış otağından və 10.1 kv.m olan girişdən ibarət hissəsini 16 yanvar 2003-cü il tarixli müqaviləyə əsasən X4. ÖM seriyalı 155021 nömrəli, 05 iyun 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı evin 3 otaqdan ibarət 10 nömrəli mənzilin 1/2 payı 2 otaq 29,2 kv.m Cavabdeh1, 1/2 payı 1 otaq 10 kv.m X31 adına mülkiyyət kimi qeydə alınmışdır. Daha sonra Cavabdeh1 Nərimanov rayon İcra hakimiyyətinə müraciət etmiş və Nərimanov rayon İcra hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli, 449 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu. Sabit Rəhman küçəsi 22 saylı evin həyətində yerləşən sahəsi 9 kv.m olan yardımçı təsərrüfat damının adına sənədləşdirilməsinə icazə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı evin 3 otaqdan ibarət 10 nömrəli mənzili atasının ölümündən sonra da, Cavabdeh1 sahiblik və istifadəsində olmuş, daha sonra mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçı1 atasının vəfatından sonra, atasına məxsus evin sahibsiz qalmaması üçün evi təmir etdirib kirayə verdiyini və hər ay kirayəçilərə razılaşdığı kirayə haqqını aldığını bildirsə də, onun bu dəlili də, yuxarıda göstərdiyi dəlillərə və təqdim etdiyi sübutlara əsasən tamamilə əsassızdır. Sonradan sözü gedən mənzil sökülərək onun əvəzində Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 76, 78, 80, 82 saylı evin 16 nömrəli mənzili verilmiş və həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 atasının ölümündən sonra mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə mirası qəbul etmişdir. Həmçinin Cavabdeh1 atasından miras qalmış əmlakın saxlanılması və orada ailəsi ilə yaşayıb təsərrüfat aparması üçün mübahisəli evi faktiki cəhətdən ələ keçirmiş və ona sahib durmaqla miras əmlaka faktiki sahiblik etmiş və həmin əmlakı faktiki idarə etmişdir. Cavabdeh1 evi təmir etdirmiş, yaşayış sahəsinin artırılması üçün dəfələrlə icra hakimiyyətinə müraciət etmişdir. Cavabdeh1 halhazıradək həmin evdə yaşamaqla evin bütün xərclərini ödəmişdir. Bundan başqa digər vərəsələr atalarının Ölümündən sonra vərəsəliyə çağırıldığını bilməli olduğu gündən nəinki üç ay ərzində, 20 il ərzində mirası qəbul etmək üçün müraciət etməmişlər. X21 miras əmlakda pay hüququndan imtina etmiş, İddiaçı1 isə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı evin 103 nömrəli mənzilində yaşamış, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı fərdi yaşayış evində yaşamamış və orada qeydiyyatda olmamışdır. Bacısı İddiaçı2 Srafıl qızı da, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı fərdi yaşayış evində yaşamamış və orada qeydiyyatda olmamışdır. İddiaçı2 ailə quraraq Bakı şəhərinə köçmüş və 1967-ci ildə Azər adlı oğlu Bakı şəhərində anadan olmuşdur. İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Yasamal 1 ünvanında 135 saylı evdə yaşamışdır. Sonradan isə Cavabdeh1 evində yaşamağa başlayanadək ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. Bacısı Allahverdiyeva (hazırda Abbasova) Ulduz isə 1980-ci ildə ailə quraraq Gəncə şəhərinə köçmüş və uşağı 1985-ci ildə Gəncə şəhərində doğulmuşdur. Təxminən 7 il olar ki, Bakı şəhərinə köçmüş və həmin vaxtdan hal-hazıradək ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. X22 isə 1988-ci ildə Böyük Şor qəsəbəsində yerləşən ev plana düşdükdən sonra evin əvəzində ona Nizami rayonu ərazisində verilmiş 1 otaqlı mənzildə yaşamışdır. X39 qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 2 ünvanında yerləşən və atası tərəfindən inşa olunmuş fərdi yaşayış evində yaşayır. İddiaçı1 ilə həmin ünvanda hasar qonşusudur. Masazır qəsəbəsində Zemfiranın iki fərdi yaşayış evi vardır. Göründüyü kimi Cavabdeh1 mübahisəli mənzilə sahiblik etməklə və əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və bununla da, miras əmlakı tam olaraq qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X37 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1 və Əliyeva Gülarə onun ata tərəfdən qohumlarıdır. Allahverdiyev Cümşüd onun qonşusu idi. Evin sahibi Cümşüd idi. O ailəsi birgə atasının yanında yaşayırdı. Cümşüd Rusiyaya getdikdən sonra Cəmil evə nəzarət etməyə başladı. Evin kommunal xərclərini Cəmil ödəyirdi. Atalarının adı İsrafil idi, İsrafil 2002-ci ildə rəhmətə getdi. Dəfndə Cəmil iştirak edirdi və dəfn xərclərini Cəmil qarşılayırdı. Atası Cümşüd ilə birlikdə yaşayırdı. Cümşüd Rusiyaya gedib-gəlirdi, həmin dövrdə bütün xərcləri, bütün məsələləri Cəmil həll edirdi. Cabbar hərbi sahədə işləyirdi. Cabbar Sumqayıtda qaynanasıgillə birlikdə yaşayırdı. Cabbara evin bir hissəsi verilmişdi. Bir otaqlı balaca evi Cabbara vermişdilər. Atası rəhmətə gedəndə də Cabbar orda yaşayırdı, daha sonra oranı satdı deyə xatırlayır. Öz evini satdıqdan sonra Cabbar Cəmilin yaşadığı evdə yaşamağa başladı. Onlarla qonşuluqda yaşayırdı, evləri bir həyətin içində idi. 2002-ci ildən sonra Cabbar ona verilən evdə qalırdı. Atası vəfat edəndən sonra Cabbar öz yaşadığı evi satdı. Birinci instansiya məhkəməsinin iclasında şahid X36 ifadəsində bildirmişdir ki, o, 1992-ci ildə Bakı şəhərinə məcburi köçkün kimi gəlmişdir. Həmin vaxt Sabit Rəhman küçəsində yerləşən mənzildə məcburi köçkün kimi məskunlaşdı. İddiaçı1lə qonşu idilər. Cəmil, Cəlil və Cabbar birlikdə yaşayırdılar. Cümşüd daha çox Rusiyada olurdu, amma o da tez-tez gəlibgedirdi. O ən çox Cəmil həkimlə ünsiyyətdə olurdu. Qonşuluqda yaşadığımız müddətdə Cəmil həkim o evi üç dəfə təmir etdirib. O da təmir işlərinə kömək edirdi. Həmin ünvanda onların 2 otaqlı, sahəsi 30 kvadrat olan balaca evləri var idi. 30 kvadrat olan evi Cabbara vermişdilər. Sonradan Cabbar o evi satdı deyəsən. İndi isə həmin evlərin hamısı sökülüb. Mənzil 1994, 2002 və 2009-cu illərdə təmir edilib. İsrafil müəllim rəhmətə gedəndə Cəmil həkim dəfn və yas mərasimlərində iştirak edib. Ataları rəhmətə gedəndə evə Cəmil həkim nəzarət edirdi. Cəmil həkim evin damını təmir etdirdi, evin üstünə şifer vurdurdu. Ataları rəhmətə gedəndən sonra həmin mənzildə Cəmil həkim ailəsi ilə yaşayırdı, bacısı da teztez gedib-gəlirdi. Cabbar atası rəhmətə gedəndən sonra öz evini satdı getdi. Cəmil həkim ailəsi ilə birlikdə təxminən 5-6 il yaşadı o mənzildə, sonra həmin mənzili kirayəyə verib getdilər. Kirayədə qalan iki nəfər var idi, bacı-qardaş idilər. Bəzən Cəmil həkim zəng edib mənə deyirdi ki, kirayə pulunu sən onlardan götür mən gəlib səndən götürərəm. Dəqiq xatırlamıram 200-250 manat məbləğində kirayə ödəyirdilər. Cabbar ona verilən evi satıb getmişdi. Cabbarın evi onun yaşadığı evin yanında idi, sahəsi 21 kvadrat idi. Həmin evi mətbəxi çöldə idi, onun sahəsi 9 kvadrat idi. Cəmilin ailəsi ilə birlikdə yaşadığı ev 2 otaqlı idi. Həmin ünvanda iki ev var idi, Cəmilin yaşadığı ev 67 kvadrat idi. Cabbar ona verilən 30 kvadrat olan balaca evi Oqtaya satdı. Mən 1992-ci ildən indiyədək həmin ünvanda yaşayır. Bina sökülən ərəfədə Cəmilin yaşadığı evi kirayəyə vermişdilər. Cabbar Rusiyada gələnə qədər Cəmil 30 kvadrat olan balaca evdə yaşayırdı, Cabbar gələndən sonra Cəmil o evi Cabbara verdi. Özü ailəsi birlikdə atasının yaşadığı 67 kvadrat olan evə köçdü. Cabbarın yaşadığı ev 21 kvadrat idi, balaca iki otaqlı kimi ev idi. Mətbəx evin içində deyildi, ayrıca 9 kvadrat mətbəxin sahəsi idi. Mətbəxlə birlikdə Cabbarın evi 30 kvadrat idi. 67 kvadrat olan ev normal iki otaqlı ev idi, sanitar qovşağı və balkonu da var idi. Cabbar öz yaşadığı evi Oqtaya satdı. Cəmil öz evini kirayəyə vermişdi. Cəmil orada qeydiyyatda deyildi, ailəsi ilə birlikdə orada yaşayırdı. Cabbar evi satandan sonra ailəsini götürüb getdi. 2007-ci ildə Cabbar evi əlavə olan 9 kvadrat mətbəxi ilə birlikdə Oqtaya satdı. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(005)- 328/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 İsrafil qızının cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X2, X13 və X18 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-328/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Nərimanov rayon Məhkəməsi Cavabdeh1 Notariat kontoruna ərizə verərkən, mərhum ataları X7 digər vərəsələrinin olmasını gizlətməyini, Bakı şəhəri 42-ci Dövlət Notariat Kontorunun isə digər vərəsələrin axtarışını aparmadığını və 42 saylı Dövlət Notariat Kontorunun qanunsuz olaraq, atalarından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən ümumi sahəsi 30 kv metr olan 22 saylı evin 10 saylı mənzilinə dair Cavabdeh1 adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyini haqlı sayaraq Mülki Məcəllənin qeyd edilən normalarının tələblərinin pozulduğunu nəzərə almamış, 42-ci DNKnın hərəkətlərinə haqq qazandırmışdır. Qətnamədən həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-328/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 apellyasiya şikayətini özünün iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini, tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Əvvəla qeyd olunur ki, iddiaçı və 3-cü şəxs birinci instansiya məhkəməsinin qətnaməsini tam hissədə mübahisələndirir, odur ki, qətnamə tam hissədə yoxlanır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş Bakı şəhəri İcra Hakimiyyətinin ÖM seriyalı, 121951 saylı qeydiyyat vəsiqəsinə əsasən , ünvan 4 ünvanında yerləşən mənzil X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 15 oktyabr 2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 42 saylı notariusu təsdiq etmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil miras əmlakıdır, X7 vərəsələri Cavabdeh1 (1/2 hissə) və X14 (1/2 hissə). İş materiallarına əlavə olunmuş 06 aprel 2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 42 saylı notariusu təsdiq etmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil miras əmlakıdır, X7 vərəsələri Cavabdeh1 (1/2 hissə) və X14 (1/2 hissə). İş materiallarına əlavə olunmuş DƏDRX 1 saylı ərazi idarəsinin ünvana dair müvafiq məlumatların və sənəd surətlərinin verilməsi barədə məktubundan görünür ki, Bakı şəhəri. Nərimanov rayonu. Sabit Rəhman küçəsi, ev 76,78,80,82. 16 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 israfii oğlunun adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu. S.Rəhman küçəsi, ev 22, 10 saylı mənzil xx.xx.1991-ci il tarixdə X7 adına «İkin qeydiyyatdan keçmişdir. 42 saylı DNK-nın 2-V-61 reyestr nömrəli xx.xx.2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzilin 1/2 hissəsi Cavabdeh1 israfii oğlunun adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə-1-46 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1/2 hissəsi X31 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 2V/68 reyestr nömrəli xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzilin 1/2 hissəsi Cavabdeh1 İsrafii oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 22, 10 saylı mənzil söküldüyü üçün Cavabdeh1 (********** nömrəli ərizəyə əsasən) və X31 (********** nömrəli ərizəyə əsasən) hüquqları ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş AZ № 103597 saylı, xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X15 14 iyul 2001-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Nərimanov rayon Xalq deputatları İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı evdə yerləşən sahəsi 11 kv.m olan bir otaq 6 nəfər ailə üzvü nəzərə alınaraq atasına verilərək digər otağa birləşdirilmiş və yaşayış sahəsi 2 olaq olmaqla 30 kv.m-dən ibarət olmuşdur. Həmin vaxt atasının ailə üzvləri - atası, anası, qardaşı Cümşüd, onun arvadı Flora və iki nəvəsi olmuşdur. Nərimanov rayon İcra hakimiyyətinin 24 avqust 2001-ci il tarixli, 460 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzili yaşayış sahəsi 40.2 kv.m olmaqla 3 otaqlı hesab edilmiş və atası (özü, iki oğlu, 2 gəlini və 4 nəvəsi ilə) mənzilin əsas icarədarı hesab edilmişdir. Ailə üzvləri atası, anası, qardaşı Cümşüd, onun arvadı Flora, Cümşüdün uşaqları, Cavabdeh1, onun arvadı və iki uşağı olmuşdur. Nərimanov rayon İcra hakimiyyətinin 27 may 2002-ci il tarixli, 430 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilinə aid 24 avqust 2001-ci il tarixli, 460 nömrəli sərəncamın 2-ci və 3-cü bəndlərində dəyişiklik edilmiş və aşağıdakı oxunuşda qəbul edilmişdir: Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilinin yaşayış sahəsi 40.2 kv.m olmaqla 3 otaqlı hesab edilmiş və mənzilin icarə müqaviləsi 8 nəfər ailə üzvü olmaqla Cavabdeh1, arvadı, iki qızı, qardaşı Cümşüd, Cümşüdün arvadı Flora və qardaşı Cümşüdün iki oğlu olmaqla Cavabdeh1 adına dəyişdirilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarətdir ki, X15 14 iyul 2001-ci il tarixdə ölmüşdür. Bakı şəhəri, Nərimanov rayonu. S.Rəhman küçəsi, ev 22, 10 saylı mənzil xx.xx.1991-ci il tarixdə X7 adına ilkin qeydiyyata alınmış, ölümündən sonra vərəsələri Cavabdeh1 (1/2 hissə) və X11 (1/2 hissə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 22, 10 saylı mənzil sökülmüş əvəzinə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 76,78,80,82. 16 saylı mənzil verilmişdir. İşin mübahisəli halı 42 saylı DNK-nın 2-V-61 reyestr nömrəli xx.xx.2002-ci il tarixli və 14 saylı DNK-nın 2V/68 reyestr nömrəli xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsidir. Qalan tələblər bu tələbə bağlıdır. Ona görə də məhkəmə prosessual qənaət prinsipinə əsasən ilk növbədə şəhadətnamələrin etibarsızlığı ilə bağlı məsələyə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, bu məsələyə qiymət verilməsi ondan törəyən tələblər barədə də nəticəyə gəlməyə imkan yaradacaqdır. İddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər Mülki Məcəllənin 1159.1.1, 1300, 1301.1, 1301.2, 1318-ci maddəsinin tələbləri pozulmaqla miras əmlakının Cavabdeh1 mülkiyyətində olması və mübahisəli mənzilə dair müvafiq şəhadətnamə alınarkən cavabdehin onlara yalan deməsi əsası ilə 42 saylı DNK-nın 2-V61 reyestr nömrəli xx.xx.2002-ci il tarixli və 14 saylı DNK-nın 2V/68 reyestr nömrəli xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsini xahiş edirlər. Cavabdeh tərəf iddianı qəbul etmir, etirazın mübahisəyə aid hissəsi barədə bildirir ki, Cümşüd və arvadı Flora Rusiya Federasiyası, Çelyabinsk şəhərində yaşadığından və mənzildə qeydiyyatda olduqlarından 19 mart 2002- ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilin Cavabdeh1 adına özəlləşdirməsində iştirak etməkdən imtina etmiş və mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Bunu həmin vaxt digər qardaş və bacıları da bilmiş, lakin mübahisələndirməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şahid ifadələri ilə işin hallarını təsdiq etsə də mübahisə ilə bağlı hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9- cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Mübahisə yaranan zaman qüvvədə olan Notariat haqqında Qanunun 55-ci maddəsinin (Açılmış miras haqqında vərəsələrə xəbər verilməsi) imperativ göstərişinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Hamin maddənin ikinci hissəsi isə Notariusa dispozitiv hüquq vermiş və kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra biləcəyini qeyd etmişdir. İşin hallarından və iddia ərizəsinə əlavə sübutlardan göründüyü kimi 14 və 42 saylı notarius mərhumun digər vərəsələri barədə məlumat olmadığı üçün miras qoyanın digər vərəsələrini qanun üzrə birinci növbə vərəsə kimi nəzərə almamışdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi cavabdehlər (14 və 42 saylı Notariat kontorlarının notariusları) mübahisə yaranan zaman qüvvədə olan Mülki Məcəllənin və Notariat haqqında Qanunun imperativ göstərişlərinə riayət etməmiş, mərhum X7 vərəsələrinin dairəsini müəyyən edərkən digər birinci növbə vərəsələri nəzərə almamış, onları qanunla müəyyən edilmiş qaydada vərəsəliyə çağırmamış, nəticədə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlakları Cavabdeh1 (1/2 hissə) və X11 verilmişdir. Lakin məhkəmə notariat işinə nəzər yetirərkən müəyyən etmişdir ki, sadalanan normalara riayət edilməsi müəyyən edilməməsi qeyd edilsə də Cümşüd Allahverdiyev və arvadı X30 Federasiyası, Çelyabinsk şəhərində yaşadığından və mənzildə qeydiyyatda olduqlarından 19 mart 2002-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilin Cavabdeh1 adına özəlləşdirməsində iştirak etməkdən imtina etmiş və mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Qeyd olunanlar ilə yanaşı Allahverdiyev İsrafilin 14 iyul 2001-ci il tarixdə ölməsi faktı işdə iştirak edən şəxslərin hamısına məlumdur. Belə olan təqdirdə onlar bilməli idilər ki, atasının ölümündən sonra MM-ə əsasən onlar notariusa müraciət edib mirası qəbul etməli və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etməlidirlər. Lakin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin Allahverdiyev İsrafilin ölümündən sonra mirasın qəbulu və onlara müvafiq şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmələri barədə iş materiallarında hər hansı dəlil mövcud deyil. Görünür ki, Allahverdiyev İsrafilin ölümündən sonra 20 il müddətində vərəsələr qanunla müəyyən edilmiş qaydada müvafiq müraciətləri etməmiş, birbaşa verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etmişlər. Ümumiyyətlə iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb etməmişlər. Məhkəmə Kollegiyası onu da bildirir ki, apellyatorlar tərəfindən miras əmlakın faktiki qəbulu da iş materialları ilə təsdiq edilmir.İşin mübahisəsiz hallar ondan ibarətdir ki, X15 14 iyul 2001-ci il tarixdə ölmüşdür.Bundan sonra isə iş materiallarından göründüyü kimi, Nərimanov rayon İcra hakimiyyətinin 27 may 2002-ci il tarixli, 430 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilinə aid 24 avqust 2001-ci il tarixli, 460 nömrəli sərəncamın 2-ci və 3-cü bəndlərində dəyişiklik edilmiş və aşağıdakı oxunuşda qəbul edilmişdir: Sabit Rəhman küçəsi 22 saylı 10 nömrəli mənzilinin yaşayış sahəsi 40.2 kv.m olmaqla 3 otaqlı hesab edilmiş və mənzilin icarə müqaviləsi 8 nəfər ailə üzvü olmaqla Cavabdeh1, arvadı, iki qızı, qardaşı Cümşüd, Cümşüdün arvadı Flora və qardaşı Cümşüdün iki oğlu olmaqla Cavabdeh1 adına dəyişdirilmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki. onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı) Beləliklə, göstərilənlər əsasında məhkəmə Kollegiyası hesab edir ki, mirasda payların müəyyən edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı faktiki qəbul edib-etməmələri müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada əsas məqam ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin (Vətəndaşların vəzifələrinin əsası) İİİ hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Mülki Məcəllənin 9.3-cü maddəsinə görə qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Beləliklə məhkəmə kollegiyası mübahisə ilə bağlı yuxarıda qeyd olunanları ümumiləşdirib, iddia tələblərini və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmədə baxılan iddia tələbləri üzrə iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş edir, lakin onlar mübahisəli şəhadətnamələri məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, mülki iş materiallarında olan sübutlardan görünür ki, iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisələndirdiyi şəhadətnamələr ilə bağlı hüquqlarının pozulmasını ataları Allahverdiyev İsrafil öləndən sonra bilməli idilər, onlar şəhadətnamələrin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişlər. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2- ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən şəhadətnamələrdən məlumatlı olsalar da, onlar, məhkəməyə xx.xx.2020-ci il tarixdə aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşlər. Bundan başqa məhkəmə kollegiyası iddiaçıların iddia tələblərinin digər hissələrinə münasibətdə qeyd edir ki, həmin hissələrdə iddia tələbi əsas tələbdən törəmə olduğundan, məhkəmə həmin tələblərə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 İsrafil qızının cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X2, X13 və X18 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 İsrafil qızının cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X2, X13 və X18 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 42 Saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(005)- 328/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4925/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4925/2022
01.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver