Məhkəmə qərarları › İş №2(103)-4925/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4925/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4925/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nın cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı ("xxxx" ASC və Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: öhdəliyə xitam verilməsi; sənədlərin verilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi tələbinə dair” ilkin, Cavabdeh "xxxx" MTK-ya qarşı ("xxxx" ASC və Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sənədlərin verilməsi və s. tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1037/2023 nömrəli 16 may 2023-cü il tarixli qətnaməsindən "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Seriya: RX, 0065125) əsasən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən daşınmaz əmlak (reyestr nömrəsi: **********10-05101-093045, qeydiyyat nömrəsi: **********) üzərində hüquq xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1748 nömrəli reyestr kitabının 160692 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. xx.xx.2019-cu tarixli 57 nömrəli müqaviləyə görə (tərəflərin razılığı ilə xitam verilib) Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına onun etirazı yoxdur. Hazırki müqavilənin bağlanmasında məqsəd Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlmişlər: - xx.xx.2019-cu tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar mənzil ipotekadan azad edildikdən sonra "xxxx" MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqı ödənilməyəcəkdir.

3. 1.1. “Gözəl ünvan 3 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "xxxx"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən "xxxx"nin mülkiyyətinə verilməsi, "xxxx"nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən "xxxx" Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir. Bundan sonra "xxxx" adlandırılacaq Cavabdeh bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X4 şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar:

4. 1.2. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin (FHN) yaşayış üçün qəzalı olması haqqındakı aktına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən "xxxx"yə mənzili təhvil vermək.

5. 1.3. Binanın tikintisi başa çatıb yeni mənzilə köçənədək "xxxx"nin qalacağı mənzilin kirayə haqqı "xxxx" MTK tərəfindən ödənilməyəcəkdir.

6. 1.4. "xxxx"nin qalmaq üçün kirayələdiyi otaq sayı, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" MTK-nın binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən asılı olaraq müəyyən edilir.

7. 1.5. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixinədək mənzili boşaldaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir.

8. xx.xx.2019-cu tarixli 57 nömrəli müqaviləyə (hazırda qüvvədədir) görə - Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına onun etirazı yoxdur. Hazırki müqavilənin bağlanmasında məqsəd Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlmişlər: - xx.xx.2019-cu tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqı ödənilməyəcəkdir.

9. 1.1. “Gözəl ünvan 3 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "xxxx"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m təmirli mənzilin (faktiki sahə 107 kv.metr + 6 kv.metr həyətdəki saxlanc anbar) dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən "xxxx"nin mülkiyyətinə verilməsi, "xxxx"nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Qeyd edilən 2 mənzilin (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsindəki 2 otaqlı 64,8 kv.m ibarət və İ girişində, 7-ci mərtəbəsində 2 otaqlı 92,3 kv.m olan mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.5 kv.metrdən ibarət 2 (iki) ədəd mənzillərlə (binanın 13-14-cü mərtəbələrində) dəyişdirilməsini "xxxx" MTK üzərinə götürür və "xxxx"nin buna etirazı yoxdur, həmin mənzillər təqdim ediləcəyi halda "xxxx" qeyd edilən mənzilləri təhvil verəcək. Razılaşmaya əsasən "xxxx" Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir. Mənzilin sökülməsi, ipoteka predmetinə ziyan vurulması ilə əlaqədar bank və ipoteka fondu qarşısında "xxxx" MTK məsuliyyət daşıyır. Bundan sonra "xxxx" adlandırılacaq Cavabdeh bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X4 şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar:

10. 1.2. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin (FHN) yaşayış üçün qəzalı olması haqqındakı aktına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən "xxxx"yə mənzili təhvil vermək.

11. 1.3. Binanın tikintisi başa çatıb yeni mənzilə köçənədək "xxxx"nin qalacağı mənzilin kirayə haqqı "xxxx" MTK tərəfindən ödənilməyəcəkdir.

12. 1.4. "xxxx"nin qalmaq üçün kirayələdiyi otaq sayı, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" MTK-nın binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən asılı olaraq müəyyən edilir.

13. 1.5. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixinədək mənzili boşaldaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir. Əks halda müqavilə xx.xx.2019-cu il tarixində ləğv olunacaqdır.

14. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 86 nömrəli protokolundan xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Qanbayev X1 üzv qəbul olmaqla, MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 9, 8-ci mərtəbə, ümumi sahəsi 64.8 kv.m olan 2 otaqlı 1 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Sənədlər payçıya qabaqcadan qeydiyyat haqqında arayış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə göndərilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 9, M8, m1 ünvanında yerləşən daşınmaz əmlak (reyestr nömrəsi: **********78-05301-093084, qeydiyyat nömrəsi: **********) üzərində hüquq xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3013 nömrəli reyestr kitabının 281336 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Mənzilin 8-ci mərtəbədə yerləşməsi, 2 otaqdan, 64.8 kv.m ümumi sahədən ibarət olması arayışda öz əksini tapmışdır.

16. xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə görə ipoteka qoyan-borcalan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 9. M8, m1 ünvanında yerləşən və Bakı şəhər Ərazi İdarəsi tərəfindən 19 mart 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********78-05301-093084 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən ona məxsus yaşayış sahəsini (ipoteka predmetini) ipoteka qoyan-borcalan Cavabdeh və ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhərində bağlanmış 04 oktyabr 2012-ci il tarixli 015/İK/B-12 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayana ipotekaya verir. İpoteka predmeti 70000 manat dəyərində qiymətləndirilir.

17. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilmişdir ki, 21 fevral 2019-cu il tarixində tərəflər arasında bağlanmış olan müqavilənin şərtləri "xxxx" MTK-nı olduqca çətin vəziyyətə salmışdır. Belə ki, ərazidə olan yaşayış evlərinin mülkiyyətçilərinin mənzilərinin sökülməsi və tez bir zamanda həmin yaşayış evlərinin tikilərək mülkiyyətçilərə təhvil verilməsi öhdəliyi MTK-nı özü üçün ağır şərtlərlə Cavabdeh ilə müqavilə bağlamağa vadar etmişdir. Lakin həmin dövrdə bu vəziyyətdən istifadə edərək Cavabdeh ilə MTK-nı eyni tarixli başqa müqavilə bağlamağa vadar etməklə Q.Emilin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin sökülməsinin qarşılığı olaraq Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişinin 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m təmirsiz mənzil və İ girişinin 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m təmirsiz mənzilin Cavabdeh mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Həmin mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m və İ girişinin 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m təmirsiz mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.5 kv.metrdən ibarət 2 ədəd mənzillərlə (binanın 3-14-cü mərtəbələrində) dəyişdiriləcəyi həmin mənzilləri Cavabdeh təhvil verəcəyi müəyyən edilmişdir. Əvvəla bu müqaviləyə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilənin bağlanılması üçün sənədləri "xxxx" MTK-ya təqdim etmək öhdəliyini götürsə də, imperativ olan bu öhdəliyi bu günədək icra etməmişdir. İkincisi isə müddətin həddindən artıq uzanması səbəbindən "xxxx" MTK-nın sahibliyində və istifadəsində yuxarıdakı müqavilədə qeyd edilən 2 ədəd 67.5 kv.m sahələr artıq qalmamışdır və onların Cavabdeh verilməsi MTK-nın imkanı xaricindədir. Bu səbəbdən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin sökülməsi qarşılığı olaraq "xxxx" MTK üçün kifayət qədər ağır şərtlərlə olsa belə, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci və 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 2 ədəd 64,8 kv.m təmirsiz mənzili "xxxx" MTK-dan təhvil almaq, əvəzləşmə müqaviləsinin notarial qaydada bağlanması üçün zəruri sənədləri "xxxx" MTK-ya təqdim etmək və xx.xx.2020-ci il tarixinədək notarial qaydada təsdiq ediləcək əvəzləşmə müqaviləsinin bağlanmasını təmin etmək xahiş edilmişdir.

18. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış pretenziyaya cavabda göstərilmişdir ki, xx.xx.2019-cu tarixli müqavilənin 1.1-ci bəndinin 2-ci abzasına əsasən müqavilə tərəfləri razılığa gəlmişlər ki, "xxxx" Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilənin bağlanılması üçün sənədləri, yəni ipotekada olan mənzilin ipotekadan çıxarılması və həmin mənzildə qeydiyyatda olan, 18 yaşına çatmış şəxslərin razılıq ərizələrini "xxxx" MTK-ya təqdim etməli idi. Eyni zamanda, müqavilənin 1.1-ci bəndinə əsasən Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə veriləcəyi göstərilmişdir. Cavabdeh bu öhdəliyi icra etmədiyindən "xxxx" MTK 21 fevral 2019-cu tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmaqla işə hazırlıq iclası 27 mart 2023-cü il tarixinə təyin edilmişdir. Bu səbəbdən pretenziyaya məktubundakı tələblərlə bağlı qeyd olunan işin nəticəsinin gözlənilməsi qeyd edilmişdir.

19. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, aralarında bağlanmış 21 fevral 2019-cu tarixli müqavilənin 1.1-ci bəndinin 2-ci abzasında müəyyən edilmiş şərtə əsasən Cavabdeh tərəfindən 30 mart 2019-cu il tarixinədək mülkiyyətində olmuş və yuxarıda adı çəkilən mənzilə dair sənədlərin notarial qaydada müqavilənin bağlanması üçün MTK-ya verilməsi öhdəliyi icra olunmadığından MTK Cavabdeh qarşı 21 fevral 2019-cu tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iş hazırda həmin məhkəmənin icraatındadır. Bu səbəbdən MTK-ya ünvanlanan 06 sentyabr 2021-ci il tarixli müraciətdə MTK tərəfindən müqavilənin şərtlərinə əməl edilməməsi ilə bağlı göstərilənlər yalan və böhtandan savayı bir şey deyildir. Əslində isə Cavabdeh MTK-nın düşdüyü çətin durumdan istifadə etməklə MTK-nı bu müqaviləni bağlamağa məcbur etməklə bərabər müqavilə üzrə öhdəliyini də icra etməmiş, bu isə onun bu müqaviləni bağlamaq niyyətinin olmadığına dəlalət edir. Halbuki, müvafiq orqanda qeydiyyatı aparılan daşınmaz əmlaklar üzərində sərəncam verilməsi yalnız notarial müqavilənin bağlanması ilə mümkündür. Bu, mülki qanunvericiliyin imperativ müddəasıdır. Yaranmış mübahisənin məhkəmə müstəvisində olduğundan məhkəmə qərarının gözlənilməsi tövsiyə edilmişdir.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(103)-2610/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayətinin qismən, Cavabdeh apellyasiya şikayətinin tam təmin olunması, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5033/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli 2(103)-2610/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Eyni zamanda Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu tarixli müqaviləyə əsasən Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların və layihədən təsdiq edilmiş çıxarışın, eyni zamanda mənzillərin özəlləşdirilməsi, çıxarışın verilməsi, mənzilin dövlət qeydiyyatı üçün zəruri sənədlərin Cavabdeh verilməsinin, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının Mənzil- Tikinti Kooperativinə tapşırılması, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 64,8 kv.m 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində 92,3 kv.m 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsinin və təmir üçün şəraitin yaradılmasının Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun Mənzil- Tikinti Kooperativindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddia tələbi belə əsaslandırılmışdır ki, MTK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Nəsimi rayonu ərazisində də Ak.Topçubaşov, Abbas Səhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin əhatə etdiyi məhəllədə “Pilot” layihə icra olunmaqdadır. Həmin ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin bütün mülkiyyətçiləri (160 mülkiyyətçi) ilə razılaşma əldə olunaraq sahələr boşaldılmış və tikinti işlərinə başlanılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti ilə MTK arasında bağlanmış müqaviləyə əsasən sakinlərin malik olduqları sahələrə əlavə olaraq 15 %-dən artıq olmaqla sahələr verilmişdir. Həmin vaxtda cavabdehin yaşadığı mənzilin yerləşdiyi binanın yerində inşa ediləcək yeni binanın bütün sakinləri ilə razılıq əldə edilmiş və həmin sakinlər mənzilləri üçün kirayə haqqı ödənilməklə mənzillərini təhvil vermişdilər. Bu isə 2017-ci ilin iyun ayına təsadüf etmişdir. Belə olan halda MTK-nın bu sakinlər qarşısında müqavilədən doğan öhdəliyini və həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlamış olduğu müqavilədən doğan öhdəliyini icra etməsi üçün yeni binanın tikinti işlərinə başlaması vacib idi. Cavabdeh isə 1 il 6 ay ərzində MTK ilə razılığa gəlməyərək bu işləri gecikdirmişdir. Cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 1 saylı evin 33 saylı mənzili "xxxx" ASC-dən götürülmüş kreditin təminatı olaraq ipotekaya qoyulduğundan cavabdehin təklifi ilə 21 fevral 2019-cu il tarixdə cavabdehin mülkiyyətində olan bu mənzilin xx.xx.2019-cu il tarixinədək ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında əvəzləşmə müqaviləsinin bağlanması məqsədi ilə əvvəlcə mülkiyyətində olan 64,5 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün MTK ilə əvvəlcə 4 otaqlı 174 kv.m təmirsiz mənzil, 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və 64.8 kv.m 2 otaqlı təmirsiz mənzilin verilməsi ilə bağlı müqavilə bağlanmış, sonra isə mülkiyyətçi mənzilinin ipotekadan çıxarılması üçün müddəti xx.xx.2019-cu il tarixinədək uzatmaq üçün bağlanmış bu müqavilə tərəflərin iradə ifadəsi ilə ləğv edilərək MTK ilə mülkiyyətində olan 64,5 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzil ilə bağlı 57 saylı 2-ci yeni İlkin müqavilə bağlanmışdır. Qeyd olunan müqavilədən də göründüyü kimi, müqavilənin bağlanmasının məqsədi məhz cavabdehin mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair əvəzləşmə müqaviləsinin bağlanması olmuşdur. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə tərəfləri razılığa gəlirlər ki, "xxxx" Cavabdeh xx.xx.2019-cu il tarixədək notarial qaydada müqavilənin bağlanması üçün sənədləri yəni, ipotekada olan mənzilin ipotekadan çıxarılması və həmin mənzildə qeydiyyatda olan, 18 yaşına çatmış şəxslərin razılıq ərizələrini "xxxx" MTK-ya təqdim etməli idi. Eyni zamanda müqavilənin 1.1-ci bəndinə əsasən Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə veriləcəyi göstərilmişdir. Məlumdur ki, müqavilə tərəflərin iradə azadlığını əks etdirir və tərəflərdə bu müqaviləni imzalayarkən qarşılıqlı razılıq əsasında müqavilədə göstərilən mənzillərin yalnız hazırki iş üzrə cavabdehin mülkiyyətində olan mənzili ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən cavabdehin mülkiyyətinə veriləcəyini razılaşdırmışlar. Cavabdeh isə bu öhdəliyini icra etməmiş və tərəflər arasında həmin mənzillərlə bağlı notarial təsdiqli müqavilə bağlanmamış, qeyd olunan öhdəliyin icrası ilə bağlı cavabdeh tərəfin nəzərinə çatdırılmasına dair 27 yanvar 2020-ci il tarixdə məktubla xəbərdar edilməsinə baxmayaraq qarşı tərəf heç bir cavab verməmiş, bu səbəbdən də həmin mənzillərin cavabdehin mülkiyyətinə keçməsində tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin icrası şərti baxımından mümkünsüzdür. Göründüyü kimi, cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında əvəzləşmə müqaviləsinin bağlanması məqsədi ilə razılığa gələrək bağlamış olduğu 21 fevral 2019- cu il tarixli müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ləğvi tələb olunan xx.xx.2019-cu tarixli müqavilənin mahiyyətindən göründüyü kimi tərəflər arasında ifadə olunan iradə xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin ipotekadan çıxarılmasına dair və digər zəruri sənədləri MTK-ya təqdim etmək, bununla da notarial qaydada təsdiq olunacaq əvəzləşmə barədə əsas müqavilənin bağlanmasına yönəlmişdir. Lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, əsas müqavilənin bağlanması ilə bağlı ilkin müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. İlkin müqavilənin bağlandığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, xx.xx.2019-cu tarixli ilkin müqavilədən irəli gələn öhdəliyini icra etməmiş, bu öhdəliyini icra edərək əsas müqaviləni bağlamaq barədə təklif göndərməmiş, hətta 27 yanvar 2020-ci il tarixli xəbərdarlıq məktubuna cavab verməmişdir.

25. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, F.Qasımzadə küçəsi, ev 1, mənzil 33 onun mülkiyyətindədir. ünvan 10 ünvanı üzrə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq 33 saylı mənzilin mülkiyyətçisi kimi ona bildirilmişdir ki, “şifahi razılaşmaya uyğun olaraq müqavilə hazırdır, gəl qol çək”. xx.xx.2019-cu il tarixdə Mənzil-Tikinti Kooperativinin ofisinə getmiş, və müqaviləyə qol çəkdikdən sonra ona maliyyə arayışı, protokoldan çıxarış verilmişdir. Həmin sənədləri evə gətirib oxuduqda görmüşdür ki, müqavilədə göstərilən 64,5 kv.metrlik 2 mənzil Topçubaşov küçəsinə baxan binadadır və dərhal ofisə qayıdıb səbəbini soruşmuşdur. Kooperativi faktiki idarə edən və sədrin etibarnamə üzrə nümayəndəsi Elmar adlı şəxs ona bildirmişdir ki, F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv.metrlik 2 mənzili verməyi söz versələr də, anlaşılmazlıq olub, onları satıblar, lakin həmin mənzili alıb geri qaytaracaqlar. Elmar adlı şəxs ciddi danışdığını və omnu arxayın etmək üçün 92,3 metrlik 2 otaqlı mənzili verdiyini, əgər 1,5 il ərzində F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv.metrlik mənzili ona verə bilməsələr, müqavilənin olduğu kimi qalacağını bildirmişdir (174+92,3+64,5). O Elmarın təklifi ilə razılaşmış və onlar bu şərtlərlə müqavilə bağlamışlar. Müqavilənin bağlanmasından xeyli müddət keçsə də, cavabdeh Mənzil- Tikinti Kooperativi müqavilə şərtlərini icra etmir. Ona yalnız 4 otaqlı mənzil təhvil verilmiş, 64,5 kv.metrdən ibarət mənzilin qapısının üst açarları təhvil verilsə də və mənzilə əşyalarını yığsa da, sonradan mənzilin qapısı alt açarlarla bağlanmışdır. Həmin mənzilin 1 açarı onda, digər açarı isə Mənzil-Tikinti Kooperativindədir. Ona görə də müqavilə şərtlərinə əməl edilməli, mənzillər və mənzillərə dair maliyyə arayışı və protokoldan çıxarış, mənzillərin cizgisi ona təhvil verilməlidir. Bununla bağlı Mənzil-Tikinti Kooperativinə etdiyi pretenziyaya verilmiş xx.xx.2021-ci il tarixli və sonrakı cavabda ona aralarında olan məhkəmə işinə uyğun gözləmək tövsiyə edilmişdir.

26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2023-cü il tarixli 2(006)-1037/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) ilkin iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv.m, 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 80 manat hissəsinin "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməsi, qalan hissəsinin isə Cavabdeh aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

27. Məhkəmə ilkin iddia tələbinə münasibətdə göstərmişdir ki, ilkin iddia tələbi əsassızdır və hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, MTK-nın Cavabdehlə müqavilə bağlamaqda əsas niyyəti Cavabdeh də digər mənzil sahibləri kimi razı salaraq, mənzilini təhvil alıb sökmək və yerində yeni bina tikmək olmuşdur. Müqavilə bağlandıqdan sonra Cavabdeh mənzilinin MTK-ya təhvil verildiyi an MTK əsas niyyətinə çatmışdır. MTK Cavabdeh məxsus mənzili əldə etmək üçün danışıqlar əsnasında, öz istəyi ilə və qarşılıqlı razılığa əsasən ümumi sahələri Cavabdeh məxsus mənzildən artıq olan 3 ədəd təmirsiz mənzili Cavabdeh təhvil vermək barədə öhdəlik götürmüş, lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, müqavilə üzrə verilən mənzillərdən sadəcə biri – sahəsi 174 kv.m olan mənzil Cavabdeh təhvil verilmiş, sahəsi 64.8 kv.m olan digər mənzili ipoteka ilə yüklü etmək üçün zəruri sənədləri isə məhz özünün Cavabdeh təhvil aldığı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi üçün təhvil vermiş, sahəsi 92.3 kv.m olan mənzil barəsində isə ümumiyyətlə heç bir hərəkət edilməmişdir. Sahəsi 64.8 kv.m olan mənzilin açarlarından biri Cavabdeh verilmiş, o, əşyalarını həmin mənzilə yığdıqdan sonra MTK-da olan başqa bir açarla həmin mənzil bağlanmış, faktiki olaraq mənzil Cavabdeh təhvil verilməmişdir. Göründüyü kimi, MTK müqavilə üzrə əldə etmək istədiyinə nail olduqdan sonra hüququndan suiistifadə edərək müxtəlif bəhanələrlə Cavabdeh qarşısında öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. İş materialları əsasında müəyyən edilir ki, MTK mənzilləri təhvil verməmək məqsədilə “müqavilənin etibarsız hesab olunması”na dair qaldırdığı iddia tələbində haqlı olmadığından iddiası təmin edilməmişdir. Bundan sonra MTK hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, MTK bu hərəkətləri Cavabdeh qarşısında olan müqavilə öhdəliyini icra etməmək üçün işin hüquqi çərçivə imkan verdiyi müddətdə uzadılması məqsədilə edir.

28. Aralarında olan müqavilənin ilkin müqavilə olması barədə MTK-nın dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən müqavilə məhkəmə tərəfindən ilkin müqavilə hesab edilmir. Belə ki, göründüyü kimi, müqavilə üzrə öhdəliklərin bir qismi tərəflərin öz arzusu və iradəsi ilə həyata keçirilmiş, MTK müqaviləni bağlayarkən nəzərdə tutduğu əsas niyyətinə nail olmaq üçün müqaviləni qismən icra etmiş, əsl niyyətinə çatdıqdan sonra isə öhdəliklərini icra etmək istəmədiyindən həmin müqaviləni ilkin müqavilə adlandırmış və müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müqavilə araşdırılan zaman həqiqətən də müəyyən edilir ki, tərəflər gələcəkdə notariat qaydasında təsdiq edilən müqavilə bağlanması barədə razılığa gəlmişlər. Lakin belə razılığın olması hazırda mübahisələndirilən müqaviləyə ilkin müqavilə statusu vermək və nəzərdə tutulan müqavilə bağlanmadığından mübahisələndirilən müqavilə üzrə öhdəliklərə xitam vermək üçün əsas hesab edilə bilməz. Ona görə ki, yuxarıda da qeyd olunduğu kimi, tərəflər müqavilə üzrə öhdəliklərini qismən də olsa yerinə yetirmiş, həmin müqaviləni bəyənərək aralarında olan münasibətləri növbəti səviyyələrə gətirmişlər. Lakin, yenə də yuxarıda qeyd edildiyi kimi, MTK artıq istədiyini əldə etdikdən sonra müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq istədiyini nümayiş etdirmişdir.

29. Məhkəmə hesab etmişdir ki, MTK-nın hazırki iddia tələbi mülki qanunvericilik baxımından hüquqdan sui-istifadənin xüsusi növü olan “öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirmə” xarakteri daşıyır.

30. Bundan başqa, MTK-nın “Cavabdeh tərəfindən verilən mənzilin ipoteka yüklülüyündən azad edilmədiyi” dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MTK tərəfindən Cavabdeh təqdim edilən mənzil (müqavilədə nəzərdə tutulan ikinci mənzil), həqiqətən də ipoteka ilə yüklü edilmiş, lakin həmin vaxt ipoteka yüklülüyündən azad edilməsi nəzərdə tutulan MTK-ya təhvil verilən mənzil artıq söküldüyündən müqavilənin bu şərti icra edilməmiş qalmışdır.

31. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, tərəflər Cavabdeh məxsus mənzilin alınıb MTK tərəfindən sökülməsi ilə Cavabdeh 3 ədəd yeni təmirsiz mənzil verilməsi barədə razılığa gəlmişlər, Cavabdeh öhdəliyini yerinə yetirərək mənzilini MTK-ya təhvil vermiş, lakin MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Buna görə də müqavilənin icrasının təmin edilməsi, yəni mənzillərin Cavabdeh mülkiyyətinə keçməsi məqsədilə Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın verilməsi, həmçinin, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv.m, 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməlidir.

32. Qarşılıqlı iddia tələbinin “mənzilin dövlət qeydiyyatı üçün zəruri sənədlərin Cavabdeh verilməsi, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının Mənzil-Tikinti Kooperativinə tapşırılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələb bu hissədə qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edildiyi kimi, “mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın verilməsi” tələbinin təmin edilməsi hər iki tərəfin hüquqları və qətnamənin icrasının həyata keçirilməsi zamanı qeyrimüəyyənlik yaranmaması baxımından daha məqsədəmüvafiqdir.

33. Qarşılıqlı iddia tələbinin “təmir üçün şəraitin yaradılmasının Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı Cavabdeh bildirmişdir ki, mənzillər təmirsiz olduğundan həmin mənzilləri təmir etmək zərurəti vardır. Lakin o ehtimal edir ki, MTK mənzilləri ona təhvil versə də, həmin mənzilləri təmir etməyə şərait yaratmayacaq, lifti bağlayacaq, işıqları söndürəcək və digər maneələr yaradacaqdır. Hazırda belə maneələrin olmasına dair sübutlar olmadığından, tələb bu hissədə təmin edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddia edilən hərəkətlər gələcəkdə MTK tərəfindən törədildiyi təqdirdə Cavabdeh müvafiq tələblərlə məhkəməyə müraciət etmək hüququ istisna olunmur.

34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1.2, 324.1, 324.4, 390.1, 402.1, 402.4, 402.5, 404.1-404.2, 405.1, 560.1-560.3, 560.3, 560.3.2, 6.2, 385.1, 386.1, 442, 445.2, 445.2.1, 448.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

35. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Əgər MTK-nın niyyəti məhkəmənin qeyd etdiyi kimi, Cavabdeh aid mənzilin tez bir zamanda sökülməsi idisə onda, həmin mənzil boşaldılan kimi MTK tərəfindən sökülərdi. Cavabdehlə bağlanmış olan 21 fevral 2019-cu il tarixli ilkin müqavilə üzrə öhdəliyə əsasn xx.xx.2019-cu ilə qədər mənzilin ipotekadan çıxarılması üçün Cavabdeh imkanı olduğu halda o, bu öhdəliyini icra etməmiş və xx.xx.2019-cu tarixli müqavilənin mahiyyətindən göründüyü kimi xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin ipotekadan çıxarılmasına dair və digər zəruri sənədlərin MTK-ya təqdim etmək, bununla da notarial qaydada təsdiq olunacaq əvəzləşmə barədə əsas müqavilənin bağlanmasına dair öhdəliyi icra edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdehlər apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

38. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

43. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

44. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

45. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

46. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

47. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

48. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə, ilkin iddia tələbinə və qarşılıqlı iddia tələbinin təmin edilməsinə aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə qarşılıqlı razılıq əsasında 57 nömrəli 2 ədəd müqavilə bağlanmışdır. Belə ki, tərəflər 57 nömrəli bir müqaviləni bağladıqdan sonra qarşılıqlı razılığa gələrək, 57 nömrəli növbəti müqaviləni bağlamışlar və bununla da əvvəlcə bağladıqları müqaviləyə xitam vermişlər. Hazırda qüvvədə olan müqavilənin şərtlərinə əsasən tərəflər bir-biri qarşısında üzərinə götürdüyü öhdəliklər və onların icra vəziyyəti aşağıdakı kimidir:

58. 1. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1 ünvanında yerləşən 33 saylı mənzilin MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına etirazı olmadığını bildirmişdir. - Cavabdeh, həqiqətən də, etiraz etməmişdir.

59. 2. Müqavilənin bağlanmasında məqsədin Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanması olduğu göstərilmiş, bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqların dövlət qeydiyyatından keçməsi və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33-ün yüklülükdən azad edilməsi razılaşdırılmışdır. - Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 9, M8, m1 ünvanında 2 otaqlı 64.8 kv.m ümumi sahəsi olan mənzil verilmiş, mənzil xx.xx.2019cu il tarixdə onun adına qabaqcadan qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə müvafiq bankın razılığı alınmaqla bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən MTK-ya verilən mənzilin yüklülükdən azad edilməsi razılaşdırılsa da, faktiki olaraq həmin mənzil artıq MTK tərəfindən sökülmüşdür.

60. 3. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqavilənin bağlanması ilə əlaqədar razılığa gəlmişlər. - Lakin faktiki olaraq, MTK mənzili Cavabdeh təhvil alıb sökmüş, təhvil verdiyi mənzil Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş, MTK istədiyinə nail olmuşdur. Bununla da, nə sökülən mənzili ipotekadan azad etmək, nə də Cavabdehlə notariat qaydasında təsdiq edilən müqavilə bağlamamışdır.

61. 4. xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqının ödənilməməsi razılaşdırılmışdır. - Həqiqətən də, ödənilməmişdir.

62. 5. MTK Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda "xxxx"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m təmirli mənzilin (faktiki sahə 107 kv.metr + 6 kv.metr həyətdəki saxlanc anbar) dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən "xxxx"nin mülkiyyətinə verilməsi, "xxxx"nin isə söküləcək mənzilin MTK-nın istifadə və sahibliyinə verməsidir. - Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil MTK tərəfindən Cavabdeh təhvil verilmiş, Cavabdeh həmin mənzili təmir etmiş, hazırda orada yaşayır. Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzilə dair qabaqcadan Cavabdeh adına qeydiyyata alınması üçün hərəkətlər MTK tərəfindən edilib və bankın razılığı ilə ipoteka predmetinə çevrilib. Həmin mənzildə Cavabdeh əşyaları ola-ola MTK mənzili başqa açarla bağladığından, hazırda Cavabdeh həmin mənzildən istifadə edə bilmir. Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın İ girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m olan təmirsiz mənzillə əlaqədar isə heç bir təhviltəslim işi həyata keçirilməmişdir.

63. 6. Qeyd edilən 2 mənzilin (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsindəki 2 otaqlı 64,8 kv.m ibarət və İ girişində, 7-ci mərtəbəsində 2 otaqlı 92,3 kv.m olan mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.5 kv.metrdən ibarət 2 (iki) ədəd mənzillərlə (binanın 13-14-cü mərtəbələrində) dəyişdirilməsini MTK üzərinə götürür və "xxxx"nin buna etirazı yoxdur, həmin mənzillər təqdim ediləcəyi halda "xxxx" qeyd edilən mənzilləri təhvil verəcək. - Bu barədə razılıq olsa da, bununla bağlı MTK tərəfindən heç bir hərəkət həyata keçirilməmiş, buna görə də müqavilənin şərtləri olduğu kimi qalmışdır.

64. 7. Razılaşmaya əsasən "xxxx" Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri MTK-ya təqdim etməlidir. - Cavabdeh bu öhdəliyini yerinə yetirməmiş, buna görə də aralarında notariat qaydasında təsdiq edilən müqavilə bağlanmamışdır.

65. 8. Mənzilin sökülməsi, ipoteka predmetinə ziyan vurulması ilə əlaqədar bank və ipoteka fondu qarşısında MTK məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

66. 9. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixinədək mənzil boşaldılaraq MTK-nın əməkdaşlarına təhvil verilməlidir. Əks halda müqavilə xx.xx.2019-cu il tarixində ləğv olunacaqdır. - Cavabdeh müqavilə bağlandıqdan sonra bu öhdəliyini yerinə yetirmiş, mənzilini MTK-ya təhvil vermiş, buna görə də müqavilə qismən icra olunduğundan, ləğv edilməmişdir. Hazırda da qüvvədədir.

67. MTK hazırda həmin müqavilənin ilkin müqavilə olmasını iddia edərək, gələcəkdə bağlanması barədə razılığa gəlinən notariat qaydasında təsdiq edilən müqavilənin tərəflər arasında bağlanmadığına, Cavabdeh tərəfindən verilən mənzilin ipoteka yüklülüyündən azad edilmədiyinə görə ilkin müqavilə üzrə öhdəliyə xitam verilməsini tələb etmişdir.

68. Kollegiya hesab edir ki, məhkəmə mübahisələndirilən müqavilənin ilkin müqavilə olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

69. İkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əslində, bu müqavilə əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. İlkin təşkilati müqavilədir, əsas müqavilənin meydana gəlməsinin təminatçısıdır. Onun məqsədi gələcəkdə bu və ya digər müqavilənin bağlanmasını təşkil etməkdir.

70. Lakin sözügedən müqavilə üzrə tərəflər öhdəliklərinin bir qismini icra etmişlər, cavabdeh müqavilə bağlandıqdan dərhal sonra mənzilini təhvil vermiş, mənzil MTK tərəfindən sökülmüşdür, eyni zamanda MTK 3 ədəd təmirsiz mənzili Cavabdeh təhvil vermək barədə öhdəlik götürmüş, mənzillərdən biri – sahəsi 174 kv.m olan mənzil Cavabdeh təhvil verilmiş, sahəsi 64.8 kv.m olan olan mənzil Cavabdeh adına ilkin qeydiyyata alınmaqla açarlarından biri ona verilmiş, o, əşyalarını həmin mənzilə yığdıqdan sonra MTK-da olan başqa bir açarla həmin mənzil bağlanmış, faktiki olaraq isə mənzil Cavabdeh təhvil verilməmiş, sahəsi 92.3 kv.m olan mənzil barəsində isə ümumiyyətlə heç bir hərəkət edilməmişdir.

71. Göründüyü kimi tərəflərin hər ikisi müqavilə üzrə öhdəliklərini qismən icra etmişlər, məhkəmə haqlı olaraq göstərmişdir ki, tərəflər müqavilə üzrə öhdəliklərini qismən də olsa yerinə yetirmiş, həmin müqaviləni bəyənərək aralarında olan münasibətləri növbəti səviyyələrə gətirmişlər. MTK artıq istədiyini əldə etdikdən sonra müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq istədiyini nümayiş etdirmişdir.

72. Məhkəmə əsaslı olaraq MTK-nın hazırki tələbinin hüquqdan sui-istifadə xarakteri daşınması qənaətinə gələrək ilkin iddianı rədd etmişdir.

73. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

74. Mülki Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.

75. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

76. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

77. Qarşılıqlı iddianın mübahisələndirilən hissəsinə münasibətdə isə artıq qeyd edildiyi kimi MTK müqaviləyə əsasən 3 ədəd təmirsiz mənzil verməyi öhdəsinə götürsə də, bu barədə öhdəliyini tam icra etməmişdir. Belə olan halda qarşılıqlı iddiaçı da haqlı olaraq təhvil verilməmiş digər iki mənzilin təhvil verilməsini tələb etmişdir.

78. Məhkəmə də əsaslı olaraq MTK tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilmədiyindən mənzillərin Cavabdeh mülkiyyətinə keçməsi məqsədilə Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın verilməsi, həmçinin, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv.m, 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsinin Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi qənəatinə gəlmişdir.

79. İddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1037/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar