Məhkəmə qərarları › İş №2(103)-4926/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4926/2025

30.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4926/2025 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin və tikilinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması, cavabdehin çıxarılması, pul”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı iddiaçı3 nümayəndəsi və iddiaçı iddiaçı2, iddiaçı3 nümayəndəsi və vəkili vəkil2, iddiaçı iddiaçı1, Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 Babalı oğlunun iştirakları ilə, Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı3 və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin və tikilinin boşaldılması, qanunsuz tikilinin sökülməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehin ünvan 7 ünvanında yerləşən onların istifadəsində və sahibliyində olan torpaq sahəsindən və «B» tikilisindən məcburi qaydada çıxarılmasını, cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq inşa olunmuş hasarın, darvazanın və qapının sökülərək əmlaklarının əvvəlki vəziyyətinin bərpa olunması, ünvan 7 ünvanında yerləşən və iddiaçılara məxsus olan «C» yarımtikilisinin əsassız olaraq qərəzli şəkildə dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 32.700 (otuz, iki min yeddi yüz) manat pul vəsaitinin onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə tərəflərindən ünvan 7 ünvanında 10 (on) sot torpaq sahəsi alınmışdır. Həmin torpaq sahəsində yalnız iddiaçıların vəsaiti hesabına 2 (iki) yaşayış evi və bir yardımçı tikili inşa olunmuşdur. Yaşayış evlərindən «A» tikilisi qardaşı Azərə, «B» tikilisi isə ona – Idrisə məxsusdur. Sahibliyində və istifadələrində olan «C» yarımtikilisi isə hər ikisinə məxsusdur. Bütün kommunal xərclər, əmlak və torpaq vergisi onlar tərəflərindən ödənilir. Bu hal ərizəyə əlavə olunmuş sənədlərlə təsdiq olunur. Mövcud qanunvericiliyə görə istifadə hüququ da mülkiyyət hüququ hesab olunur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan torpaq sahəsinin alınmasına səbəb 1996-cı ilin mart ayında onlara məxsus olan və ünvan 12 ünvanında yerləşən 3 otaqlı mənzilinin yanğın nəticəsində yaşayış üşün yararsız vəziyyətə düşməsi olmuşdur. Hal-hazırda da Xətai rayon Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli sərəncamına əsasən 4 (dörd) nəfər ailə tərkibi ilə ümumi əsaslarla yaşayış yeri üzrə mənzil növbəsindədir. (Arayış №*-11/H-45-068/23; ##.##.2023). Bundan başqa bildirir ki, mülki iş üzrə iddiaçı olan iddiaçı3 Xətai Rayon Məhkəməsinin *-****/**** saylı ##.##.2000-ci tarixli qətnaməsi əsasında Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən ** saylı evə köçürülmüş və onun həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri Xətai rayon Icra Hakimiyyəti Xətai rayon MKTB-nin ** saylı MKIS tərəfindən verilmiş arayışdan da görünür ki, iddiaçı iddiaçı3 ##.##.2001-ci ildən qeydiyyatda olmaqla yaşayır (Arayış № ***; ##.##.2024 və şəxsiyyət vəsiqəsi Seriya AZE No 00038364).Həmçinin mülki iş üzrə iddiaçı olan iddiaçı1 da ünvan 5 saylı evin sahibi, istifadəçisi olmaqla ## ##### 2002-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan ünvanda iddiaçılardan başqa X18 və Hüseynov Vüsal Azər oğlu da rəsmi qeydiyyatda olmaqla yaşayırlar. Qeyd olunan hallar Azərbaycan Respublikasının DIN tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş arayışla öz təsdiqini tapır (Arayış №*******; ##.##.2023; ASAN 6). ünvan 5 ünvanında yerləşən sahibliyində və istifadəsində olan torpaq sahəsinə və əmlaklara görə Xətai Bələdiyyəsinin büdcəsinə tərəflərindən hər il ödənişlər edilmışdir. Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin sədri tərəfindən verilmiş arayışdan görünür ki, onlar 2024-cü ilin sonunadək bələdiyyə büdcəsinə əmlak və torpaq vergisi borcu yoxdur (Arayış № **/N***; ##.##.2024). Hüquqları pozulmuş şəxslər kimi məhkəməyə müraciət etməyinə səbəb isə mülki iş üzrə cavabdeh Cavabdeh MKTB-nin və ** saylı MKIS-nin əməkdaşları ilə birgə ona qarşı etdikləri qanunsuz hərəkətlərdir. Belə ki, Cavabdeh saxta sənəd əldə edib, iddiaçı iddiaçı2 məxsus olan evi zəbt edib. Kommunal xidmətlər üçün qanunsuz olaraq adına hesab açdırıb və ümumi istifadə yerlərini qanunsuz və əsassız olaraq zəbt etmişdir. Tərəflərindən inşa olunmuş divarı dağıdaraq səlahiyyətli orqanlardan rəsmi icazə almadan qanunsuz və əsassız olaraq darvaza qoymuş və torpaq sahəsində uzunluğu 37 metr, hündürlüyü 2.20 metr olan mişar daşından divar hörmüşdür. Hətta özünə qanunsuz yeni ünvan da almışdır. Bundan başqa cavabdeh Cavabdeh ona heç bir aidiyyəti olmayan onlara məxsus olan həyətyanı torpaq sahəsində onlar tərəfindən inşa edilmiş ümumi istifadə yerləri olan hamamı, sanitar qovşağını və 2014-cü ildə qanuni əsaslarla inşa edilmiş «C» yarımtikilisini dağıtmış və tikinti materiallarını talayaraq qanunsuz olaraq başqa şəxslərə satmışdır. Onun qanunsuz, cinayətkar hərəkətləri nəticəsində onların ailəsinə ümumilikdə 32.700 (otuz iki min yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. «xxxx” MMC-nin Daşınmaz Əmlakın qiymətləndirilməsinə dair hesabatla öz təsdiqini tapır (№**/**; ##.##.2023). Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Cavabdeh 1997-ci ildən Ukrayna Respublikasının Xarkov şəhərində daimi yaşayış oturumu əsasında ailəsi ilə birlikdə yaşayır. Onlarda olan məlumata görə cavabdeh Cavabdeh qanunsuz zəbt etdiyi iddiaçı2 məxsus olan evi gizlincə satıb Ukraynaya qaçmaq istəyir. Bunu özü deyib. Cavabdeh Cavabdeh qanuna zidd əməllərinə hüquqi qiymət verilməsi və barəsində müvafiq qanuni tədbirlər görülməsi üçün Xətai rayon prokuroru tərəfindən material RPI-nin Istintaq Şöbəsinə göndərilmişdir. Hal-hazırda material üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılır (məktub №**/***-24; ##.##.2024). Iddiaçıların müvəqqəti təminat tədbiri barədə ərizələri əsasında Xətai Rayon Məhkəməsi tərəfindən ##.##.2024-cü il tarixində qərardad qəbul olunaraq ərizələri təmin olunmuş və ünvan 2 ünvanında yerləşən ərizəçilərin istifadəsində və sahibliyində olan torpaq sahəsindəki "B" tikilisinə daxil olmaqla hər hansı təmir işlərinin və həmin ünvanda əlavə tikinti işlərinin aparılması Cavabdeh qadağan edilmişdir. Qərar qüvvədədir. Cavabdeh bu qanunsuzluqları havadarlarının vasitəsi ilə iddiaçı iddiaçı2 ölkə hüdudlarından kənarda olduğu müddətdə etmişdir.

3. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək *(***)- ***/**** saylı müiki iş üzrə iddia tələblərinin tam təmin olunması və vurulmuş maddi zərərə görə cavabdeh Cavabdeh 46.000 (qırx altı min) manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı3 və iddiaçı1 ata və bala olmaqla Xətai rayonu, Aşıq Qurban küçəsi 25də yaşayırlar, qeydiyyatdadırlar. iddiaçı2 isə ümumiyyətlə başqa yerdə qeydiyyatda olmaqla yaşayır. iddiaçı3 ilə aralarında kubik daşdan hasar mövcuddur, yəni onların evləri və torpaqları ayrı-ayrıdır və bölünmüşdür. Məhkəmədə işə baxılarkən aralarında olan divardan 10 kubik daşı sökülərkən tərəflərindən polisə müraciət olunmuş və söküntü dayandırılmışdır. Bununla əlaqədar fotoşəkil və polisə müraciət barədə qəbzin surəti əlavə olunur. Bunlarla əlaqədar olaraq bildirir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Iddiaçılar məhkəmə hazırlıq iclasında bildirmişdirlər ki, hal-hazırda qaldırdıqları iddia üzrə torpaq dövlət mülkiyyətindədir. Ona görə məhkəmədən iddiaçıların məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından qaldırılmış iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Samirə Eyvazova) ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 7 ünvanında yerləşən "C" yarımtikilisinin dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq müştərək qaydada iddiaçılar iddiaçı2 və iddiaçı3 ödənilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat cavabdeh Cavabdeh tutularaq X23, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944 SFIFT BIK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ**CTRE******************** nömrəli hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Iddiaçı iddiaçı3 və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər, iddiaçılar iddiaçı1 və iddiaçı2 qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi düzgün araşdırma aparmamışdır. Mübahisəli mənzil 1998-ci ilin təxminən iyul-avqust aylarında Fərmanov Şahin, Hüseynova Xanımgül şahidliyi ilə 9000 min ABŞ dollarına alınmışdır. Həmin torpaq sahəsi alınan zaman 10 sot torpaq sahəsi 2,80 cm hasarın içində olmaqla həyətdə 4 ayaqqabı sexi və eləcə də, 2 mərtəbəli ev vardı. Qardaşım iddiaçı2 Imişli rayonun Bəhrəmtəpə postunda işləyərkən, Çaxırlı kəndindən Rüstəm Adilli usta təxminən 1999-cu ilin oktyabr, noyabr aylarında hər iki tikilinin damını vurmuşdur. Həmin ildən iddiaçı ilə həyat yoldaşı X18, övladları Hüseynov Vüsal Azər oğlu və iddiaçı1 həmin ünvanda daimi pasport qeydiyyatındadır. Həmin ildən məhkəmə qətnaməsi ilə Xətai rayonu, A. Qurbanov 25 ünvanında yerləşən hər iki mənzildə həm A, həmdə B yarımtikilisinin qaz, su, işıq sayğacları onun adında və istifadəsindədir. ##.##.2021-ci il tarixdə “xxxx” Xidməti MMC tərəfindən tikililərin eskizi tərtib olunmuşdur. Eyni zamanda qeyd etmək istəyir ki, 2014-cü ildə avqustsentyabr aylarında Ağ şəhər lahiyəsi əsasında həmin həyətdə 3 daş üstündə, 6 otaqdan ibarət ev tikməyə başlayıblar. ##.##.2022-ci il tarixdə “xxxx” MMC ilə onun arasında “antena” qoyulmasına görə müqavilə bağlanılmışdır. Həmin ünvana Energetika Nazirliyi tərəfindən ##.##.2022-ci il tarixdə işıq xəttinin quraşdırılması üçün “texniki-şərt” alınmışdır. Bunun əsasında həmin ünvana iddiaçı3 adına işıq xətti çəkilmiş və sayğac qoyulmuşdur. O,Azərbaycandan getdikdən sonra cavabdeh qanunsuz şəkildə onun tikdiyi evə daxil olmuşdur. Rayon məhkəməsi ARDS Xidmətinə sorğu göndərmiş və sorğunun cavabı olaraq Cavabdeh ##.##.2022-ci il tarixdə Azərbaycana giriş etdiyi məlum olmuşdur. Xətai rayonu, Aşıq Qurban 25 ünvanında eyni torpaq sahəsində iddiaçının sahibliyində və istifadəsində yerləşən “C” 6 otaqdan ibarət olan yarımtikili fərdi yaşayış evinə cavabdeh öz bacanağının qızı olan əslən Ukraniya vətəndaşı X8 adına Xətai rayonu ** saylı MKSI-nin vəzifəli şəxslərin əli ilə qanunsuz, qeyri-qanuni yolla Aşıq Qurban 25/300 ünvanı adı ilə hesab cədvəli açdırmışdır. X9 ümumiyyətlə Azərbaycanda yaşamayıb və gəlməmişdir. Belə olduğu halda saxta yollarla sənəd düzəltmiş və iddiaçılara maddi, mənəvi zərər vermişdir. Bununla bağlı dəfələrlə polis mühafizə orqanlarına müraciət edib. ** saylı MKIS-nin və Cavabdeh qanunsuz əməlləri ilə bağlı Baş prokurorluğa, Bakı şəhər prokurorluğuna, Xətai rayon prokurorluğuna etdiyi şikayətlərin nəticəsi olaraq ##.##.2024-cü il tarixdə həmin şəxslərə ARCM-nin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdı və ##.##.2024-cü il tarixdə qardaşı iddiaçı2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bildirir ki, 2000-ci ildən A.Qurbanov 25 ünvanında yerləşən fərdi yaşayış evinə ##.##.2025-ci il tarixə qədər torpaq və əmlak vergisi ödəyib. Eyni zamanda qeyd edir ki, “xxxx” MMC ev üzrə qiymətləndirmə aparmış və mübahisələndirilən fərdi yaşayış evinin bazar qiyməti 32700 (otuz iki min yeddi yüz) manat civarında hesablanmışdır. Daha sonra ##.##.2025-ci il tarixdə Xətai Rayon Məhkəməsi tikintinin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, №**/**-337 saylı rəyinə əsasən mübahisəli fərdi yaşayış üzrə bazar tikinti dəyəri 46000 manat müəyyən edilmişdir. Rayon məhkəməsi onlara dəyən maddi zərərin məbləğini səhv müəyyən etmişdir. Buna görə də qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddia tələbləri əsassız olaraq qismən təmin edilmişdir, iddia ümumiyyətlə təmin edilməməli idi. Belə ki, mübahisə predmeti olan "C" yarımtikilisi onun vəsaiti hesabına qardaşı Idris tərəfindən tikilmişdir. Məhkəmə iclasında şahid kimi X2 bildirmişdir ki, o, Sübhanla yaxın qonşudur. ”C” yarımtikilisinin damının suyu onların həyətinə töküldüyündən bununla bağlı Idrisə müraciət edərək iradlarını bildirmiş, o da cavabında bildirmişdir ki, bununla əlaqədar Sübhana müraciət edin, ev Sübhanındır. Bu da onu sübut edir ki, iddiaçı iddiaçı2 özü də mübahisəli və sökülmüş evin Sübhana məxsus olmasını təsdiqləyir. Xətai Rayon Məhkəməsinin ##.##.2000-ci il tarixli, *-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı3 həyat yoldaşı X18 tərəfindən evdən qovulduğundan məhkəməyə müraciət edərək, onu Bakı şəhəri,A.Qurbani küçəsi ** saylı, 3 otaqlı evə köçürülməyə həmin sahədən istifadə hüququn tanınmasını xahiş etmiş, məhkəmə də iddianı təmin etmişdir. Belə olan halda necə ola bilir ki, iddiaçı3 ona məxsus həyətdə guya ev tikmişdir. O, 2022-ci ildə öz evi ilə qardaşı Azərin yaşadığı evin ortasında daş hasardan divar hörüb və həmin divar bu günə qədər qalır. Nəyə görə o, hasarı tikəndə, ustalar işləyəndə Azər və Idris bu barədə hər hansı hüquq-mühafizə orqanlarına şikayətlər etməmiş, tikintini dayandırmamışlar. Məhkəmə öz təşəbbüsü ilə hal-hazırda sökülmüş yarımtikilini qiymətləndirməsini aparması üçün ekspertiza təyin etsə də, nəyə görəsə, həmin ekspertin xərcini Idris tərəfindən ödənilir. Onun tərəfindən məhkəməyə vəsatət verilərək ekspertizanın keçirilməsi xahiş olunsa da, bu vəsatət təmin olunmamışdır. Onlar tərəfindən X27 təşkilatına müraciət olunmuş və mütəxəssis rəyi alınmış və həmin mütəxəssis rəyində gösərilmişdir ki, hal-hazırda sökülmüş yarımçıq tikiliyə çəkilmiş xərc 7477,6 manat təşkil edir. Həmin məbləği də o, 2014-cü ildə qardaşı Idrisə 11000 ABŞ dolları pul göndərib, o, da həmin məbləğin bir qismini evə sərf etmişdir. Heç bir bünövrə qazmamış, tövlə kimi bir tikinti aparmış, heç bir işıq və su xətləri çəkməmiş, döşəmə və tavan vurulmamışdır. Məhkəmə araşdırması zamanı rayon məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyində göstərilib ki, “C” tikilisinin materialları hələ də, Sübhanın həyətində qalmaqdadır və həmin materialın ümumi dəyəri 3284,8 manat təşkil edir. Belə olan halda necə ola bilər ki, rayon məhkəməsi tərəfindən 27307 manat usta pulu kimi qanunsuz olaraq hesablanır. Rayon məhkəməsi işin bütün faktiki hallarını araşdırmamış, beləliklə əsassız qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı3 nümayəndəsi və iddiaçı iddiaçı2 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh qanunsuz yollarla torpaq sahəsinə və evə cizgi plan tərtib etdirmiş, özünə saxta ünvan almışdır. Cizgi planı imzalayan Füzuli Ələsgərov həmin dövrdə işləməmişdir, onun imzası saxtalaşdırılmışdır. Sübhan həmin torpaq sahəsinin alınmasında, tikililərin tikilməsində heç bir maddi vəsait xərcləməmişdir. Bildirdi ki, 1998-ci ildə torpaq sahəsini özü şəxsən alıb, “A” və “B” tikililərini tikdirib, “C” tikilisi Azərlə onun vəsaiti hesabına 2014-cü ildə tikilib. Sübhan Azərlə onun Azərbaycanda olmamasından istifadə edərək qanunsuz olaraq onlara məxsus sahəni zəbt edib. Sübhan evlərin arasında hasar çəkdirəndə onlar Ukraynada olublar. Bu barədə xəbər tutanda isə polisə şikayət ediblər.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı1 da iddiaçı iddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi və iddiaçının nümayəndəsi ilə eyni məzmunlu izahat verdi.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçılar 1998-ci ildə həmin torpaq səhəsini alıb. Həmin torpaq sahəsində Azərlə Idris bir yerdə “A” və “B” tikilisini tikiblər. Hər iki tikili Azərələ idrisə məxsusdur. Orada işıq, su, qaz sayğacları Azərin adınadır. Bununla bağlı müqavilələr də mövcuddur. Cavabdeh saxta sənədlərdən istifadə edərək evin birini öz adına sənədləşdirməyə cəhd etmiş, onun bu qanunsuz əməlləri aşkar olunmuş və o cinayət məsuliyyətinə cəlb edilmişdir, rayon məhkəməsi bu halı nəzərə almamış və aşkar səhvə yol verərək iddiaçıların subyektiv hüququnun olmaması əsası ilə iddia tələblərini həmin hissədə rədd etmişdir, baxmayaraq ki, buna dair qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Vəkil eyni zamanda cavabdeh tərəfin təqdim etdiyi qiymətləndirmə rəyi ilə razılaşmadığını, Məhkəmənin təyin etdiyi ekspertiza nəticəsində alınan mütəxəssis rəyinin əsaslı olduğunu bildirdi.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək öz şikayətinin təmin edilməsi, iddiaçı tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi və rayon məhkəməsində əldə olunmuş mütəxəssis rəyinin əsassız olduğunu, ancaq fotoşəkillər əsasında verildiyini qeyd edərək, eyni zamanda apellyasiya icraatı zamanı verilmiş mütəxəssis rəyləri ilə razılaşmadığını, özlərinin təşəbbüsü ilə əldə etdikləri rəyin əsaslı və işin hallarına uyğun olduğunu bildirdi. O, qeyd etdi ki, “C” tikilisinin tikilməsi üçün Idrisə Ukraynadan 11000 (on bir) manat pul göndərib, tikinti işləri ilə Idris məşğul olub. “C” tikilisini qonşunun hasarının üzərində tikildiyinə görə özü söküb.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddiaçı tərəfin şikayəti ilə razı olmadığını, cavabdehin şikayətinin əsaslı olduğunu və təmin edilməsini xahiş etdi və bildirdi ki, “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyində tikintiyə çəkilən xərclərin, görülən işlərin real bazar dəyəri kimi müəyyən edilən məbləğ işin hallarına uyğun qeyd edilməmişdir. Sübutların tədqiqi:

14. Xətai Rayon Məhkəməsinin ##.##.2000-ci il tarixli, *-****-**** saylı qətnaməsinə əsasən iddiaçı3 Bakı şəhəri, A.Qurbani küçəsi, ** saylı evə köçürülməsi və onun həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir.

15. Xətai Rayonu Icra Hakimiyyəti Başçısının Aparatının ##.##.2023-cü il tarixli məktubuna əsasən iddiaçı2 Xətai Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli sərəncamına əsasən 4 nəfər (özü, h/yoldaşı, 2 oğlu) ailə tərkibi ilə ümumi əsaslarla yaşayış yeri üzrə mənzil növbəsindədir.

16. Daxili Işlər Nazirliyi tərəfindən iddiaçı1 verilmiş ##.##.2002-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” № ******* saylı arayışa əsasən iddiaçı3, X18 və Hüseynov Vüsal Azər oğlu ünvan 7 ünvanında qeydiyyatdadır.

17. ünvan 15 Kommunal Təsərrüfat Birliyinin ** saylı MKIS-nin ##.##.2024-cü il tarixli, № *** saylı arayışına əsasən iddiaçı3 ünvan 18 ünvanında qeydiyyatdadır və ##.##.2001-ci ildən ailə tərkibi ilə birlikdə qeydiyyatda olmuşdur.

18. Xətai Rayon Xətai BələdiyyəsiniN **.04.2024-cü il tarixli arayışına əsasən ünvan 20 sot) ünvanında yerləşən əmlakına görə 2024-cü ilin sonunadək bələdiyyə büdcəsinə əmlak və torpaq vergisi borcu yoxdur.

19. ##.##.2024-cü il tarixli qəbzə əsasən iddiaçı2 X19 Ödəniş Portalı vasitəsilə 38.49 manat məbləğində rüsum ödəmişdir.

20. “xxxx” MMC tərəfindən təqdim edilən ##.##.2021-ci il tarixli Hesabat Cədvəlinə əsasən ünvan 10 ünvanında yerləşən, iddiaçı3 özünə məxsus evin, həyətyanı sahəsi 218.09 m² əmlakın sahəsinin 218.09 m² olan hazırkı bazar qiyməti: 32700 (otuz iki min yeddi yüz) manat təşkil edir.

21. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024cü il tarixli məktubuna əsasən iddiaçılar və cavabdehin adına ünvan 9 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, ünvan 9 ünvanına dair dövlət reyestrində bir neçə fərdi yaşayış qeydiyyata alınmışdır.

22. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışa əsasən Xətai rayonu, (MKIS-66,kod 2661) A. Qurban 25/52T fərdi yaşayış evində yaşayan Cavabdeh ##.##.2024-cü il tarixinədək məişət tullantılarının daşınmasına görə ödəmə borcu yoxdur.

23. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, CVN/M **-**/** saylı rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban 25/52t ünvarında 3 otaqlı özütikili fərdi yaşayış evinin ümumi sahəsi (ölçüləri) 80,42 (səksən tam yüzdə qırx iki) kvadratmetr təşkil edir.

24. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, CVN/İ 10- ***/** saylı “Tikinti materiallarının dəyərinin müəyyən edilməsi barədə” arayışa əsasən 2500 ədəd mişar daşının dəyəri 1000 manat, 5x15 sm, 4 metrəlik, 60 ədəd taxtanın dəyəri 588 manat, 4x5 sm, 4 metrəlik, 55 ədəd reykanın ümumi dəyəri 46,8 manat, 170 ədəd asbest şiferin dəyəri 1105 manat, 50 kisə sementin dəyəri 385 manat, 1 maşın qumun dəyəri 160 manat məbləğində olmaqla ümumilikdə tikinti materiallarının bazar dəyəri 3284,8 manat məbləğində müəyyən edilmişdir.

25. Xətai Rayon Polis Idarəsinin ##.##.2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərarına əsasən iddiaçı2 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokuroruna və Xətai RPI-nə muraciət edərək qardaşı iddiaçı3 ilə birlikdə aldıqları torpaq sahəsində inşa etdikləri Xətai rayonu Aşıq Qurban 25 ünvanında yerləşən və Xətai rayon məhkəməsinin qətnaməsinə əsasən iddiaçı3, X14, X6, Huseynov Vüsal Azər oğlunun yaşamaq hüququ olan iki evdən birinə qardaşı Cavabdeh Xətai rayon ** saylı MKIS-in rəisi X3 və Xətai rayon ** saylı MKIS-in mühəndisi Arif Qasımovla əlbir olaraq öz adına Aşıq Qurban 25/52t ünvanı verdirərək, saxta şəxsi hesab vəsiqəsi aldığını bildirmişdir. Toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır.

26. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli, N **/** saylı hesabatına əsasən ünvan 1 №** ünvanında iddiaçı3 məxsus torpaq sahəsində yerləşən sahəsi 218,09 m² "C" yarımtikilisinin hazırki, bazar qiyməti 32700 (otuz iki min yeddi yüz) manat təşkil edir.

27. ##.##.2007-ci il tarixli ərizəyə əsasən iddiaçı3 ünvan 16 ünvanında ona məxsus fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş etmişdir.

28. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Baş Istehsalat Qaz Idarəsinin ##.##.2007-ci il tarixli № *** saylı razılaşdırmasına əsasən iddiaçı3lə Xətai rayonu, A.Qurban küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasının qeyd edilən şərtlər daxilində razılaşdırılmışdır.

29. iddiaçı3 ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli birgə fəaliyyət müqaviləsindən müəyyən olur ki, bu müqavilənin mövzüsunu ünvan 11 ünvanındakı yaşayış sahəsinin damında “ikinci tərəf” özünə məxsus radio-baza stansiyasının qurulması, “birinci tərəf” isə bu stansiyanın kabinet avadanlıqlarının və antenlərin qurulması üçün qeyd edilən binanın damında 12 (on iki) kvadrat metrlik (eni 3 metr və uzunluğu 4 metr) sahənin ayrılması, stansiyanın elektrik enerjisi ilə təmin edilməsi və mühafizəsinin təşkil edilməsi sahəsində tərəflərin birgə fəaliyyət göstərmələri və gəlir götürmələri ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.

30. Xətai Rayon Polis Idarəsinin 37-ci Polis Şöbəsinin ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olur ki, vətəndaş X10 müraciəti, iddiaçı1 və iddiaçı3 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli, № *-38-2/33-3011/24 saylı məktubu ilə iddiaçı3 və Cavabdeh ##.##.2002-ci ildən ##.##.2024-cü il tarixədək dövlət sərhədindən hərəkətləri barədə IAMAS bazasındakı məlumatlar göstərilmişdir.

32. ##.##.2024-cü il tarixli “zərərçəkmiş qismində tanınmaq haqqında” qərarına əsasən iddiaçı2 zərərçəkmiş şəxs qismində tanınmışdır.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «A» literli fərdi yaşayış evinin inşası zamanı monolit betondan və mişar daşından istifadə edildiyi, «B» literli fərdi yaşayış evinin inşası zamanı beton plitələrdən və mişar daşından istifadə edildiyi müəyyən edilmişdir. ünvan 6 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsində inşa edilmiş «A» və «B» literli fərdi yaşayış evlərinin dam örtüyündə atma taxtalardan və şiferdən istifadə edildiyi müəyyən edilmişdir. ünvan 4 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsində inşa edilmiş «A» va «B» literli fərdi yaşayış evlərinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşə) və tikililərin sayı tərtib edilmiş plan-sxemin göstiricilərinə uyğun olduğu, ölçülərinin isə uyğun olmadığı müəyyən edilmişdir.

34. Xətai Bələdiyyəsi tərəfindən iddiaçı3 verilmiş ##.##.2025-ci il tarixli, **/H*** saylı arayışa əsasən ünvan 17) ünvanında yerləşən əmlakına görə 2025-ci ilin sonunadək bələdiyyə büdcəsinə YVÖK-20011OUH56Z8 üzrə əmlak və torpaq vergisi borcu yoxdur.

35. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş abunə haqqında çıxarışa əsasən ünvan 21 sayı 2) ünvanında yerləşən ************X** saylı abunə kodu iddiaçı3 adına qeydiyyata alınmışdır.

36. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş № AB ****** saylı arayışa əsasən ünvan 24 ünvanında yaşayan 12040030025A052 kodlu abonent Cavabdeh ##.##.2025 tarixi üçün “xxxx” ASC-yə elektrik enerjisindən borcu yoxdur.

37. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş abunə haqqında çıxarışa əsasən ünvan 22 ünvanında yerləşən ***********A*** saylı abunə kodu Cavabdeh adına ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

38. Bakı Şəhəri ünvan 15 Kommunal Təsərrüfat Birliyinin ** saylı MKIS tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, № **** saylı arayışa əsasən Cavabdeh Aşıq Qurban küçəsi **/**t saylı evin özünə məxsus, öztikili evdə qeydiyyatsız yaşayır.

39. ##.##.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh “xxxx” MMC-yə müraciət edərək ünvan 13 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir.

40. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli müqaviləyə əsasən Xətai rayonu, Aşıq Qurban 25 ünvanında telekommunikasiya xidmətlərinə qoşulması üçün aylıq abunə haqqı 17.99 AZN olmaqla, müqavilə bağlanmışdır.

41. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “xxxx” Istehsalat Birliyi “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən Cavabdeh Aşıq Qurban küçəsi 25/52X ünvan üzrə təbii qazdan istifadəyə görə ##.##.2025-ci il tarixinə borcu yoxdur.

42. Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxs Xətai rayon Sukanal Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən ünvan 23 ünvanında yaşayan Cavabdeh Qurban oğlunun ##/##/2025-ci il tarixinə sudan istifadəyə ve tullantı sualrın axıdılması xidmətinə görə borcu yoxdur.

43. Bakı Şəhər Prokurorunun cinayət işinin dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Xətai RPI-nin IŞ-nin müstəntiqi, R Həmid Ağayevin ## ####### 2024-cü il tarixli "cinayət işi üzrə icraatın dayandırılması haqqında" qərarı əsassız olduğundan ləğv edilmişdir.

44. Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, **/*** saylı məktuba əsasən ünvan 14 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsinin hüquqi statusuna, həmin torpaq sahəsində yerləşən tikililərin hüquqi statusuna, kimə məxsus olmasına, hansı tarixdə kim tərəfindən inşa edilməsinə dair hər-hansı bir məlumat aşkar edilməmiş, lakin Xətai rayon Məhkəməsinin ## ####### 2000-ci il tarixli qərarına əsasən (surəti əlavə olunur) vətəndaş iddiaçı3 sorğuda qeyd olunan Xətai rayonu A.Qurban küçəsi ** saylı evə köçürülmüş və ona həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş iddiaçı3 bu qərara əsasən Bələdiyyənin BAMS proqramı üzərində uçota alınmış, bələdiyyə büdcəsinə əmlak və torpaq vergisini ödəmişdir.

45. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, №**/**-337 saylı rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin (yarımtikili) ##.##.2025-ci il tarixinə olan bazar (likvid) dəyəri 46000 (qırx altı min) manat, maddi ziyanın əvəzi məbləği 46000 (qırx altı min) manat təşkil edir. Ekspertizanın aparılması üçün 400 (dörd yüz) manat xidmət haqqı təyin edilmişdir və xidmət haqqı iddiaçı2 tərəfindən ödənilmişdir.

46. Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli Cavabdeh Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılması qərara alınmışdır.

47. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən olur ki, ünvan 7 ünvanında yerləşən "C" yarımtikilisinin tikintisi üçün görülən işlərin və çəkilən xərclərin (işçilik və material xərci daxil olmaqla) real bazar dəyəri 43075 (qırx üç min yetmiş beş) manat təşkil edir. Həmin ünvanda söküntüdən qalan materialların istifadəyə yararlılığı və real bazar dəyəri ilə bağlı vizual baxış zamanı materialların əksər hissəsinin bütövlüyünü saxladığı və təkrar istifadə üçün yararlı hesab edilə biləcəyi qeyd edilmişdir. Həmin materialların real bazar dəyəri 1068 (min altmış səkkiz) manat müəyyən olunmuşdur.

48. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi haqqında” qərardan müəyyən olur ki, Cavabdeh CM-in 186.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cavabdeh ərizə ilə müraciət edərək, CM-in 186.1-ci maddəsi ilə özünü təqsirli bildiyini və Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarın tətbiq olunaraq onun barəsində istintaq elan olunan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

49. Bakı şəhər Xətai RPI-nin Istintaq şöbəsinin müstəntiqi, R X4 icraatında olan ********* nömrəli cinayət işinin materialları əsasında cinayət işinin icraatına xitam verilməsi haqqında ##.##.2026-cı il tarixli qərara əsasən toplanmış istintaq materiallarından müəyyən olur ki, Cavabdeh cinayət əməli tam sübuta yetmiş və onun əməlində CM-in 186.1-ci maddəsinin tərkib əlamətləri var, lakin Cavabdeh cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən və barəsində CM-in 186.1-ci maddəsi ilə ibtidai istintaqı aparılmış ********* №-li cinayət işinin icraatına xitam verilmiş, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilmiş, iş üzrə təqsirləndirilən şəxs Cavabdeh barəsində CMin 177, 188.1, 188.2, 320.1 və 322-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir.

50. Xətai rayon prokurorluğunun ##.##.2026-cı il tarixli, HK-*/*** nömrəli məktubu ilə ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında Xətai RPI-nin Istintaq şöbəsinin müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassız olduğundan hissəvi ləğv edilərək ayrılmış material Xətai RPI-nin 37-ci PŞ-də əlavə araşdırmanın aparılmasının təmin edilməsi üçün göndərilmişdir.

51. Xətai rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarından müəyyən olur ki, qanunsuz verilmiş Aşıq Qurban 25/52 t ünvanında "Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar" (onların təyinat məqsədi və sahələri göstərilməklə) adlı ##.##.2022-ci il tarixli sənəd əsasında Cavabdeh kommunal xidmətlərə təqdim etməsi üçün verilmiş 2287, 2288 və **** saylı arayışları hər hansı yoxlanış aparmadan verdiyinə görə X5 intizam məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq icra hakimiyyət orqanına təqdimatla müraciət edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirəm prokuror qarşısında vəsatət qaldırılması, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və onlara həmin qərardan Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessuall rəhbərliyi həyata keçirən prokurora yuxarı prokurora və məhkəmə nəzarəti funksiyasımı həyata kçeirən Xətai rayon məhkəməsinə şikayət etmək hüququ izah edilməsi, eyni zamanda ərizə müəllifləri iddiaçı3 və iddiaçı2 Aşıq Qurban 25/52 t ünvanında "Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar (onların təyinat məqsədi və sahələri göstərilməklə) adlı ##.##.2022-ci il tarixli sənədim Cavabdeh qanunsuz və əsassız verilməsi ilə bağlı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar mülki qaydada aidiyyəti məhkəmələrə müraciət etmək hüququnun olduğunun izah edilməsi qərara alınmışdır.

52. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, QCM/A ***-***/** nömrəli mütəxəssis rəyindən müəyyən olur ki, təqdim edilmiş fototəsvirlərə və məlumatlara əsasən ünvan 7/52t ünvanında yerləşən həyətyanı tikiliyə çəkilən xərclərin (işçilik və material xərci daxil olmaqla) real bazar dəyəri 7569.30 (yeddi min beş yüz altmış doqquz manat otuz qəpik), həmin ünvanda söküntüdən qalan materialların real bazar dəyəri isə 1884.0 (min səkkiz yüz səksən dörd) manat təşkil edir.

53. “xxxx” MMC-nin UNI/İ **-***/**** saylı, ##.##.2026-cı il tarixli ekspert rəyindən müəyyən olur ki, ünvan 7 ünvanında yerləşən "C" yarımtikilisinin tikintisi üçün görülən işlərin və çəkilən xərclərin (işçilik və material xərci daxil olmaqla) real bazar dəyəri 21.700,0 (iyirmi bir min yeddi yüz) manat təşkil edir. Həmin ünvanda söküntüdən qalan materialların ayrı-ayrılıqda sayı və dəyəri göstərilməklə, ümumi dəyəri 1170,0 (min yüz yetmiş) manatdır. Mülki iş üzrə bundan əvvəl verilmiş mütəxəssis rəyləri arasındakı uyğunsuzluğun səbəbləri isə belə izah edilmişdir ki, rəylər arasındakı uyğunsuzluqla əsasən tədqiqat obyektinin faktiki vəziyyətinin müəyyən edilməsində istifadə olunmuş məlumat mənbələrinin, baxış imkanlarının, hesablamalarda nəzərə alınmış tikinti elementlərinin və tətbiq edilmiş qiymətləndirmə yanaşmalarının fərqli olması ilə izah olunur. Xüsusilə sökülmüş tikiliyə çəkilmiş xərclərin və söküntüdən qalmış materialların dəyərinin müəyyən edilməsində tikilinin faktiki qalıqlarının araşdırılması, bünövrə və digər konstruktiv elementlərin hesablamalara daxil edilməsi, habelə materialların istifadəyə yararlılıq dərəcəsinin müxtəlif qiymətləndirilməsi rəylər arasında fərqlərin yaranmasına səbəb olmuşdur. Eyni zamanda, söküntüdən əldə olunmuş materiallar yeni tikinti materialları deyil, ikinci əl tikinti materialları kimi qiymətləndirildiyindən onların bazar dəyəri yararlılıq səviyyəsindən, fiziki vəziyyətindən və qiymətləndiricinin qəbul etdiyi bazar yanaşmasından asılı olaraq dəyişə bilir.

54. Iş materiallarına əlavə edilmiş qəbzlər, fotoşəkillər, sxemlər və digər sənədlər. Tətbiq edilən maddi hüquq normaları:

55. Azərbaycan Respublikasinin Konstitusiyası

56. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

57. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

58. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

59. II. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

60. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

61. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

62. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

63. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

64. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

65. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

66. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

67. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

68. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

69. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;

70. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

71. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

72. Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.

73. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

74. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2010-cu il tarixli qərarı.

76. ...mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

77. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Insan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

78. «Mançini Italiyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

79. Insan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

80. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

83. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

84. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

85. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

86. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

87. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

88. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

89. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

90. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

91. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

92. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

93. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

94. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

95. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

96. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

97. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

99. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı iddiaçı3 və cavabdeh Cavabdeh apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya məhkəməsinin mövqeyi:

100. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri qismən təmin edilməlidir.

101. Hazırkı işdə iddia tələbləri iki hissədən ibarətdir: 1) cavabdehin iddiaçıların istifadəsində və sahibliyində olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən və «B» tikilisindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq inşa olunmuş hasarın, darvazanın və qapının sökülərək əmlaklarının əvvəlki vəziyyətinin bərpa olunması; 2) «C» yarımtikilisinin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 46.000 (qırx altı min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi.

102. Rayon məhkəməsi iddia tələbinin birinci hissəsini iddiaçıların həmin iddia tələbini irəli sürməyə subyektiv hüquqlarının olmaması əsası ilə təmin etməmişdir. Rayon məhkəməsi həmin mövqeyini mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması ilə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçılar cavabdehin onlara məxsus olan mülkiyyəti mənimsəməsi nəticəsində mülkiyyət hüququnun pozulmasına iddia etsələr də, məhkəmə araşdırması nəticəsində mübahisəli fərdi yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi statusu etibarilə özbaşına tikili olduğu müəyyən edilmişdir. Nə iddiaçıların, nə də cavabdehin mübahisə predmeti olan özbaşına tikiliyə hər hansı mülkiyyət hüququ yoxdur.

103. Məhkəmə hesab edir ki, rayon məhkəməsinin hazırkı iş üzrə gəldiyi bu qənaət aşkar əsassız olmuş və iş üzrə tədqiq olunmuş sübutlara, eləcə də müəyyən olunmuş münasibətlərə tətbiq olunmalı maddi hüquq normalarının tələblərinə zidd olmuşdur.

104. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

105. Məhkəmə qeyd edir ki, iddiaçıların həmin torpağa hüququ dövlət reyestrində qeydə alınmasa belə, həmin torpaq sahəsi qanuni əsaslarla onlara məxsus olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından bu, «qanuni gözləntiyə» malik hüquqdur.

106. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə ##.##.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər.

107. «Akimova Azərbaycana qarşı» işində də (iş № *****/**.##.##.2008-ci il) Avropa Məhkəməsi ərizəçinin mənzilə köçməsinə dair verilmiş orderə məhz bu konteksdən yanaşaraq, onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir.

108. «Axverdiyev Azərbaycana qarşı» işində də (iş № *****/**. ##.##.2015-ci il) Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur.

109. Belə olan halda müəyyən olunur ki, hazırkı işdə iddiaçıların subyektiv hüququnun olmamasına dair rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmamışdır.

110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, ...mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

111. Həmçinin Qərarda göstərilir ki, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

112. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və II bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ qanunla qorunur.

113. «xxxx» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

114. Bu baxımdan, rayon məhkəməsi iddiaçıların mülkiyyət hüquqlarını reyestrdə qeydə aldırmamasına əsaslanmaqla iddia tələblərini həmin hissədə rədd etməkdə haqlı olmamışdır. Göründüyü kimi rayon məhkəməsi işin faktiki hallarını tam qiymətləndirməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

115. Mülki iş materiallarında olan Xətai Rayon Məhkəməsinin ##.##.2000-ci il tarixli, *- ****-**** saylı qətnaməsinə əsasən iddiaçı3 Bakı şəhəri, A.Qurbani küçəsi, ** saylı evə köçürülməsi və onun həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir.

116. Göründüyü kimi iddiaçı iddiaçı3 mübahisə olan mənzilə sahibliyi və istifadəsi qanuni əsaslarla – qüvvəyə minmiş məhkəmə aktının əsasında müəyyən olunmuşdur. Eyni zamanda müəyyən olunur ki, bundan sonra həmin ünvanda qaz, su, işıq sayğacları iddiaçı3 adına rəsmiləşdirilmişdir.

117. Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, **/*** saylı məktuba əsasən ünvan 14 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsinin hüquqi statusuna, həmin torpaq sahəsində yerləşən tikililərin hüquqi statusuna, kimə məxsus olmasına, hansı tarixdə kim tərəfindən inşa edilməsinə dair hər-hansı bir məlumat aşkar edilməmiş, lakin Xətai rayon Məhkəməsinin ## ####### 2000-ci il tarixli qərarına əsasən (surəti əlavə olunur) vətəndaş iddiaçı3 sorğuda qeyd olunan Xətai rayonu A.Qurban küçəsi ** saylı evə köçürülmüş və ona həmin mənzildəki yaşayış sahəsindən istifadə hüququ müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş iddiaçı3 bu qərara əsasən Bələdiyyənin BAMS proqramı üzərində uçota alınmış, bələdiyyə büdcəsinə əmlak və torpaq vergisini ödəmişdir.

118. Eləcə də iddiaçıların təqdim etdikləri iddiaçı3la “xxxx” QSC-nin Baş Istehsalat Qaz Idarəsinin ##.##.2007-ci il tarixli Xətai rayonu, A.Qurban küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasa dair müqaviləsi, Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin ** saylı MKIS-nin ##.##.2024-cü il tarixli, № *** saylı iddiaçı3 qeyd edilən ünvanda ##.##.2001-ci ildən ailə tərkibi ilə birlikdə qeydiyyatda olmasına dair arayışı da mübahisəli torpaq sahələri və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evlərinin iddiaçılara məxsus olduğunu təsdiqləyir.

119. Iddiaçı iddiaçı2 həm rayon məhkəməsində, həm də apellyasiya baxışı zamanı verdiyi izahatlarda torpaq sahəsini 1998-ci ildə 9000 (doqquz min) ABŞ dollarına aldığını, həmin torpaq sahəsində iki ev tikdiyini, bunlardan “A” tikilisinin qardaşı Azərə, “B” tikilisinin özünə məxsus olduğunu, “Ağ şəhər” layihəsinə görə daha artıq ödəniş almaq üçün Azərlə birlikdə, ikisinin vəsaitləri hesabına “C” yarımtikilisini inşa etdirdiklərini qeyd etmişdir. 1998-ci ildən həmin torpaq sahəsi və evlərə görə torpaq və əmlak vergisi ödəyir. Xətai Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/H*** saylı arayışa əsasən ünvan 19) ünvanında yerləşən əmlakına görə 2025-ci ilin sonunadək bələdiyyə büdcəsinə YVÖK-20011OUH56Z8 üzrə iddiaçı3 əmlak və torpaq vergisi borcunun olmadığı müəyyən olur. Eləcə də “A” və “B” tikililəri eyni torpaq sahəsində yerləşdiyinə görə onlara qaz, su, işıq sayğaclarına görə 1 abonent kodu verilmiş, həmin sayğaclar da iddiaçı3 adına olmuşdur.

120. Cavabdeh torpaq sahəsini Azərlə birlikdə pul qoyaraq aldıqlarını, “B” və “C” tikililərinin ona məxsus olmasını, “B” tikilisini özünün tikdirdiyini, “C” tikilisini 11000 (on bir min) ABŞ dolları pulu Idrisə göndərməklə öz vəsaiti hesabına tikilməsini qeyd etsə də, bunu heç bir dəlillə sübuta yetirə bilməmişdir. Cavabdeh yalnız ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin və torpaq sahəsinin “cizgi sənədlərinə”, həmin sahəyə yeni ünvan almasına, özünün adına ayrıca sayğaclar olmasına əsaslanmışdır.

121. Mülki iş materiallarından müəyyən olur ki, cavabdehin iddiaçıların istifadəsində və sahibliyində olan ünvana yeni ünvan (!!!) alması da iddiaçılar tərəfindən mübahisələndirilmiş, bununla bağlı Xətai RPI-də araşdırmalar aparılmışdır. Xətai rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarından müəyyən olur ki, Aşıq Qurban 25/52 t ünvanı qanunsuz verilmişdir və ##.##.2022-ci il tarixli sənəd əsasında Cavabdeh kommunal xidmətlərə təqdim etməsi üçün verilmiş 2287, 2288 və **** saylı arayışların da hər hansı yoxlanış aparmadan verildiyi müəyyən edilmişdir. Bu əsasla da, iddiaçı3 və iddiaçı2 Aşıq Qurban 25/52 t ünvanında "Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar (onların təyinat məqsədi və sahələri göstərilməklə) adlı ##.##.2022-ci il tarixli sənədin Cavabdeh qanunsuz və əsassız verilməsi ilə bağlı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar mülki qaydada aidiyyəti məhkəmələrə müraciət etmək hüququnun olduğu izah edilmişdir.

122. Beləliklə də müəyyən olur ki, yuxarıda da qeyd edildiyi kimi rayon məhkəməsinin iddiaçıların subyektiv hüququnun olmaması barədə mövqeyi aşkar əsassız olmuşdur, iddiaçıların cavabdehin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və əvvəlki vəziyyətin bərpa edilməsi barədə tələbləri əsaslıdır.

123. Odur ki, iddia tələbləri həmin hissədə təmin edilməli, cavabdeh Cavabdeh iddiaçıların istifadəsində və sahibliyində olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən və «B» tikilisindən çıxarılmalı, cavabdeh Cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq inşa olunmuş hasar, darvaza və qapı sökülərək əmlakların əvvəlki vəziyyəti bərpa olunmalıdır.

124. Məhkəmə iddiaçıların ünvan 7 ünvanında yerləşən və iddiaçılara məxsus olan «C» yarımtikilisinin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 46.000 (qırx altı min) manat tələbinə dair qeyd edir ki, iddiaçılar iddiaçı2 və iddiaçı3 “C” tikilisini şəxsi vəsaitləri hesabına tikdirdiklərini qeyd etmişlər, rayon məhkəməsində dindirilən şahidlərin ifadələrindən də “C” yarımtikilisinin iddiaçı2 tərəfindən tikildiyi müəyyən olur. iddiaçı2 da izahatlarında “C” tikilisinin tikintisində qardaşı iddiaçı3 maddi vəsait sərf etdiyini bildirmişdir. Cavabdeh isə “C” yarımtikilisinin öz vəsaiti hesabına qardaşı iddiaçı2 tərəfindən tikdirildiyini qeyd etsə də, bununla bağlı iddiaçı2 pul verməsinə dair, ümumiyyətlə “C” tikilisinin ona məxsus olmasına dair mötəbər sübutlar verə bilməmişdir. Eləcə də, cavabdeh özü həm rayon məhkəməsinin iclaslarındakı izahatlarında, həm də apellyasiya baxışı zamanı “C” yarımtikilisini özünün sökdüyünü etiraf etmişdir.

125. Həmçinin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi haqqında” qərardan müəyyən olur ki, Cavabdeh ərizə ilə müraciət edərək, CM-in 186.1-ci maddəsi ilə özünü təqsirli bildiyini və Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarın tətbiq olunaraq onun barəsində istintaq elan olunan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Cinayət işinin icraatına xitam verilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarla da Cavabdeh əməlində CM-in 186.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir.

126. Buna görə də cavabdeh həmin tikilinin sökülməsi nəticəsində iddiaçılara dəyən zərəri ödəməlidir. Həmin yarımtikilinin qiymətinin müəyyənləşdirilməsi üçün həm birinci instansiyada, həm də apellyasiya instansiyasında ekspertizalar təyin edilmiş, müxtəlif qiymətlər müəyyən edilmişdir.

127. Belə ki, “xxxx” MMC ##.##.2023-cü il tarixli, N **/** saylı hesabatına əsasən "C" yarımtikilisinin bazar qiyməti 32700 (otuz iki min yeddi yüz) manat, “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, №**/**-337 saylı rəyə əsasən 46000 (qırx altı min) manat, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, QCM/A ***-***/** nömrəli mütəxəssis əsasən 7569.30 (yeddi min beş yüz altmış doqquz manat otuz qəpik) manat, “xxxx” MMC-nin UNI/İ **-***/**** saylı, ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən 21.700,0 (iyirmi bir min yeddi yüz) manat müəyyən edilmişdir.

128. Məhkəmə rayon məhkəməsinin iddia tələbini həmin hissədə qismən təmin edilməsi ilə bağlı mövqeyi ilə razılaşsa da, hesab edir ki, rayon məhkəməsi tərəfindən müəyyənləşdirilən məbləğ - 27.307 (iyirmi yeddi min üç yüz yeddi) manat əsaslı olmamışdır. Məhkəmə mülki iş materiallarında olan qiymətləndirmə rəylərini müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə verilmiş sonuncu rəy - “xxxx” MMC-nin UNI/İ **-***/**** saylı, ##.##.2026-cı il tarixli ekspert rəyi daha dolğun, əsaslandırılmış olmaqla, həm rəylə müəyyənləşdirilən məbləğ - "C" yarımtikilisinin tikintisi üçün görülən işlərin və çəkilən xərclərin (işçilik və material xərci daxil olmaqla) real bazar dəyərinin 21.700,0 (iyirmi bir min yeddi yüz) manat olması daha ağlabatan və ədalətlidir. Həmçinin həmin ekspert rəyində mülki işdəki rəylər arasında uyğunsuzluğun səbəbləri də ətraflı şəkildə izah edilmişdir. Buna görə də Məhkəmə həmin rəylə müəyyən edilən məbləği hazırkı işin hallarına uyğun hesab edir.

129. Odur ki, iddiaçı iddiaçı3 və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi aşkar əsassız olduğundan ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbləri qismən təmin edilməli, cavabdeh Cavabdeh iddiaçıların istifadəsində və sahibliyində olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən və «B» tikilisindən çıxarılmalı, cavabdeh Cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq inşa olunmuş hasar, darvaza və qapı cavabdehin vəsaiti hesabına sökülərək əmlakların əvvəlki vəziyyəti bərpa olunmalı, ünvan 7 ünvanında yerləşən "C" yarımtikilisinin dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 21.700,0 (iyirmi bir min yeddi yüz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq müştərək qaydada iddiaçılara ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

130. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

131. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

132. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

133. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

134. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

135. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

136. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

137. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

138. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri qismən təmin edilməli, cavabdeh Cavabdeh iddiaçıların istifadəsində və sahibliyində olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən və «B» tikilisindən çıxarılmalı, cavabdeh Cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq inşa olunmuş hasar, darvaza və qapı cavabdehin vəsaiti hesabına sökülərək əmlakların əvvəlki vəziyyəti bərpa olunmalı, ünvan 7 ünvanında yerləşən "C" yarımtikilisinin dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 21.700,0 (iyirmi bir min yeddi yüz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq müştərək qaydada iddiaçılara ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir..

139. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

140. Məhkəmə hesab edir ki, şikayətlər qismən təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır.

141. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı iddiaçı3 və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbləri qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçıların istifadəsində və sahibliyində olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən və «B» tikilisindən çıxarılsın, cavabdeh Cavabdeh tərəfindən icazəsiz və qanunsuz olaraq həmin ünvanda inşa olunmuş hasar, darvaza və qapı cavabdehin vəsaiti hesabına sökülərək əmlakların əvvəlki vəziyyəti bərpa edilsin. ünvan 7 ünvanında yerləşən "C" yarımtikilisinin dağıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 21.700,0 (iyirmi bir min yeddi yüz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçılara ödənilsin. Cavabdeh Cavabdeh məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul tutularaq X23, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944 SFIFT BIK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE00000000000002088501 hesabına, 300 (üç yüz) manat məbləğində pul “xxxx” MMC, H/h: № AZ**IBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ01350100000000002944, S.W.İ.F.T BIK: IBAZAZ2X hesabına, 400 (dörd yüz) manat məbləğində pul "xxxx” MMC-nin (VÖEN: **********, Hesab No AZN: AZ77AIIB400600C9447929844218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296; SWIFT kod: AIIBAZ2XXXX) hesabına köçürülsün. Iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar