Məhkəmə qərarları › İş №2(103)-4927/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4927/2022

19.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4927/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-368/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka qeydinin silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-ci il tarixli İP1-1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə görə X3 30 ay müddətinə 50.000 manat kredit verilmişdir. Həmin öhdəliyin təminatı üsulu kimi eyni tarixli ipoteka müqaviləsi ilə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 ipoteka ilə yüklü edilmişdir. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi X2 heç bir kredit borcu qalmamışdır. Bununla bağlı cavabdehlərə əmlakın girovdan azad olunması barədə müraciət edilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, bank əməliyyat sistemində X2 6.530,69 manat faiz, 5.869,21 manat cərimə borcu olmaqla 12.399,90 manat borc öhdəliyi mövcuddur. Hesab edilir ki, cavabdehin mövqeyi əsassızdır və əgər olsa belə qeyd edilən əlavə öhdəliklərə xitam verilməli, əmlak ipoteka yüklülüyündən azad edilməlidir. İlk olaraq ərizəyə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, borclu X2 ümumiyyətlə qalıq borcu mövcud deyildir. Eyni zamanda cavabdehin məktubundan da görünür ki, kredit müqaviləsi üzrə borclunun əsas məbləğ (əsas öhdəlik) üzrə heç bir borcu qalmamışdır. Həmçinin müqavilədən göründüyü kimi kredit müqaviləsi üzrə son bitmə tarixi xx.xx.2016-cı ildir. Göründüyü kimi cavabdeh qarşısında əsas məbləğlə bağlı hər hansı öhdəlik mövcud deyildir. Cavabdeh öz məktubunda yalnız faiz və dəbbə borcunun olmasını qeyd edir ki, həmin məbləğlər əsas məbləğə münasibətdə əlavə (aksessor) xarakter daşıyır ki, əsas məbləğ artıq tamamilə ödənilmişdir. Belə olan halda qanunun tələbinə görə öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə müqavilədən, yəni öhdəlikdən artıq ödənilmiş 5.183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq X3 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2013-cü il tarixli İP 1-1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsinə dair ipoteka qeydinin silinməsi tələbi üzrə mülki iş vardır. Qeyd edir ki, Cavabdeh1 ASC ilə o, yəni X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə görə X3 30 ay müddətinə 50.000 manat kredit verilmişdir. Həmin öhdəliyin təminatı üsulu kimi eyni tarixli ipoteka müqaviləsi ilə oğlu İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 ipoteka ilə yüklü edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8889 saylı rəyindən ona məlum olmuşdur ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə X2 heç bir borcu qalmamış, əksinə həmin kredit müqaviləsi üzrə cavabdehə 5.183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat artıq pul ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi öz öhdəliyindən kənar, artıq pul ödədiyi halda cavabdehlər bunu hüquqdan sui-istifadə edərək o gizlətmiş, nəticə etibarı ilə bu hal cavabdehlərin əsassız varlanmasına gətirib çıxarmışdır. Odur ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 5.183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) artıq ödədiyi pul ona geri qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-368/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka qeydinin silinməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, xx.xx.2013-cü il tarixli İPİ-1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydinin silinməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlikdən artıq ödənilmiş 5.183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının borcunu müəyyən edən zaman ekspert rəyinə istinad etmiş, lakin ekspertin düzgün hesablama aparmadığını nəzərə almamışdır. Belə ki, təqdim etdikləri hesabdan çıxarışdan da göründüyü kimi borclu ödəniş cədvəlinin şərtlərini pozmuş, aylıq ödəniş məbləğini vaxtında və tam həcmdə ödəmədiyindən faizlər və cərimə yaranmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki, X2 xx.xx.2021-ci il tarixə 6.530,69 (altı min beş yüz otuz manat, 69 qəpik) manat faiz borcu, 5.869.21 (beş min səkkiz yüz altmış doqquz manat, 21 qəpik) manat cərimə borcu qalmışdır. Lakin ekspertin kobud səhvə yol verdiyi, düzgün hesablama aparmadığını və nəticədə əsassız rəy tərtib etdiyini müəyyən etmək olar. Belə ki, ekspert rəyinin təqdqiqat hissəsində ekspert tərəfindən tərtib olunmuş cədvəldə borcalan tərəfindən ödənilən məbləğlər tarix ardıcıllığı ilə əks olunmuşdur. Ekspertin rəyindən məlum olur ki, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdəki əsas borcdan silinməni ekspert ümumilikdə 14.993 manat hesablamış, lakin təqdim etdiyimiz hesabdan çıxarışdan isə həmin tarixlərdə əsas borcdan silinmələrin 7.854 manat məbləğində olduğu müəyyən edilir. Ekspert öz rəyində həmçinin digər tarixlərdə də kiçik fərqlər yaradan müxtəlif hesab səhvləri etmişdir. Ekspertin düzgün hesablamalar aparmayaraq öz rəyində bu kimi səhvlərə yol verməsi nəticəsində ödənişlər arasında böyük məbləğdə fərq yaranmışdır ki, bu da iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Banka qarşı “artıq ödənilmiş 5.183,44 manat məbləğində pulun qaytarılması”na dair əsassız tələbin yaranmasına səbəb olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən ipotekaya əsas öhdəliyə xitam verildikdə xitam verilir. Hazırda qətnamədə hakim əsassız ekspert rəyini mötəbər sübut növü qiymətləndirərək səhv nəticəyə gəlməklə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırda borcalan X2 bank qarşısında ümumilikdə 12.399,90 manat məbləğində borc öhdəliyi mövcuddur. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 368/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-368/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Eldar Hacıyevin nümayəndəsi və vəkili Vəkil LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizələrində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-368/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvərə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh1 ASC-nin “Qazax” filialı ilə X4 arasında bağlanmış 1250/18 AZN saylı, 28 noyabr 2013-cü il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 ASC borcalan X3 illik 24 dərəcəsi ilə 30 ay müddətinə 50.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 23 - 29) İş materiallarında оlan, Cavabdeh1 ASC-nin “Qazax” filialı ilə X4 arasında bağlanmış 1250/18 AZN saylı, 28 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Eldar Hacıyev 50.000 manat məbləğində əsas bоrc və 16.962 manat faiz məbləği оlmaqla hər ay 2.233 manat оlmaqla banka 66.962 manat məbləği xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixə kimi ödəməli idi.(İ.vər. 30) İş materiallarında оlan, Cavabdeh1 ASC-nin “Qazax” filialı ilə İddiaçı arasında bağlanmış 1250/18 AZN saylı, 28 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, kreditor Cavabdeh1 ASC, “borcalan” X4 və “ipoteka qoyan” İddiaçı arasından bağlanmış xx.xx.2013-cü il tarixli, İP1-1250/18-AZN saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi: 64,73 kv.m, yaşayış sahəsi: 46,73 kv.m olan, 3 otaqdan ibarət 4 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 85000 manat müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır.(İ.vər. 16 - 22) İş materiallarında olan, LPO Cavabdeh1 ASC-nin **********392 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ləğv prosesində olan Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx/xx/2013-cü il tarixli, 1250/18AZN saylı kredit müqaviləsinə əsasən borcalana 30 (otuz ay) ay müddətinə qaytarılmaq şərti ilə 50000 (əlli min) AZN məbləğində kredit verilmişdir. Bildirilir ki, ləğv prosesində olan Cavabdeh1 ASC-yə X2 xx/xx/2013cü il tarixli, 1250/18AZN saylı kredit müqaviləsi üzrə 16 iyul 2021-ci il tarixinə, bank əməliyyat sistemində, 6.530,69 (altı min beş yüz otuz manat, 69 qəpik) AZN məbləğində faiz, 5.869,21 (beş min səkkiz yüz altmış doqquz manat. 21 qəpik) AZN məbləğində cərimə borcu olmaqla, 12.399,90 (on iki min üç yüz doxsan doqquz manat, 90 qəpik) AZN məbləğində borc öhdəliyi mövcuddur.(İ.vər. 12) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-mühasibatlıq ekspertizasının 9/8889 saylı, 10 mart 2022ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28 noyabr 2013-cü il tarixli, İP1-1250/18 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının tarixinə) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka 5.183,44 manat (75117,63-50000,00-19934,44=5183,44) artıq ödənişin olması müəyyən edilmişdir.(İ.vər. 109 - 112) Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ASC girov saxlayan, X4 - borclu və İddiaçı-girov qoyan arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə əsasən, girov qoyan mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi: 64,73 kv.m, yaşayış sahəsi: 46,73 kv.m olan, 3 otaqdan ibarət 4 saylı mənzilinin girov saxlayanın xeyrinə girov qoyulması barədə razılığa gəlmişlər. Tərəflər arasında girov qoyulmuş əmlakın dəyəri 85.000 (səksən beş min) manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında girov qoyulan əmlak İddiaçı Cavabdeh1 ASC-yə 50.000 (əlli min) manat məbləğində vəsaitin 27 may 2016-cı il tarixədək qaytarılacağının təminatı olmuşdur. Mülki iş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, “borcalan” X4 tərəfindən vaxtaşırı olaraq kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə ödənilməmiş qalıq borcun hansı məbləğdə olmasının müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilmiş və bunun nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8889 saylı ekspert rəyi ilə kredit müqaviləsi üzrə ödənilməmiş borcun qalmadığı, illik 5 faizlə hesablanmaqla banka 5.183,44 manat artıq ödənişin olması müəyyən edilmişdir. Birinci instansiya məhkənəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1, 269.5, 270.1, 294.1.1, 294.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 və 48.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, işin araşdırılmış və sübuta yetirilmiş halları ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli, İP1-1250/18-AZN saylı ipoteka müqavilənin əsası olan İP1-1250/18 saylı, 28 noyabr 2013cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyi tam həcmdə yerinə yetirilmişdir. Belə olduğu halda məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməli və ipoteka qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməli, xx.xx.2013-cü il tarixli İPİ - 1250/18 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1, mənzil 4 üzərində girova (ipotekaya) xitam verilməli və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydi silinməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə qeyd etmişdir ki, işdə olan ekpert rəyinə əsasən, Cavabdeh1 ASC-yə X4 tərəfindən 1250/18AZN saylı, xx/xx/2013-cü il tarixli kredit müqaviləsi üzrə 5.183,44 (beş min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində pulun artıq ödənilməsi müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh həmin ödəniş hesabına 5.183,44 manat məbləğdə əsassız olaraq varlanmışdır və Mülki Məcəllənin 1092.1-ci maddəsi tələb edir ki, əsassız varlanmış cavabdeh əldə etdiyi 5183,44 manatı ona qaytarmalıdır. Birinci instansiya məhkənəsi hesab etmişdir ki, hazırki iddia tələbi üzrə ekspert rəyi ilə müəyyən edilmiş 5.183,44 manat məbləğində pul vəsaiti artqı ödənilmiş pul olduğundan öhdəlikdən kənar ödənilmiş pul vəsaiti hesab edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Deməli, ipoteka müqaviləsi əsas müqavilə üzrə icra edilməyən və ya lazımınca icra edilməyən öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf əsas öhdəliyinin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətdə üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Həmin Məcəllənin 294.2-ci ci maddəsinə əsasən Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətində məhkəmə-mühasibatlıq espertizası tərəfindən düzgün hesablamalar aparılmadığını göstərsə də, cavabdeh təşkilat tərəfindən həmin dəlilləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə edilməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 368/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-368/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar