Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4928/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi Qaracayev Vüqar Yasinəli oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(008)-176/2020 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16.09.2013-cü il tarixli, 117178-1- 8738 saylı Avtomobil krediti müqaviləsinə əsasən Cavabdeh illik 18% ilə 60 ay müddətinə 27894 ABŞ dolları məbləğində kredit verilmişdir. 30.10.2015-ci il tarixdə əlavə razılığa əsasən əsas borc üzrə gecikmədə olan 233.51 manat məbləğində kredit restruktrizasiya olunmuş, bununla da kreditin ümumi məbləği 22555 manat təşkil etmişdir və kreditin illik faiz dərəcəsi 23 faiz hesablanması şərti ilə 35 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan “Kia Sportage minik” markalı, qara rəngli mühərrik G4KDDH406168, ban KNAPC811DD7483452 olan **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.09.2013-cü il tarixli 117178-16-12485 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “Kredit Müqaləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 16.09.2013-cü il tarixli 117178-16-12485 saylı “ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı 30.10.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri 22 may 2018-ci il tarixdən icra etməmişdir. Buna görə məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20727.35 manat əsas, 3494.35 manat faiz və 329.98 manat cərimə borcu, cəmi 24551.68 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sportage minik” markalı, qara rəngli mühərrik G4KDDH406168, ban KNAPC811DD7483452 olan **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2020-ci il, tarixli 2(008)-176/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 18430.40 manat əsas, faiz borcu üzrə 2837.77 manat faiz borcu, 30 manat cərimə, cəmi 21298.17 manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh məxsus “Kia Sportage minik” markalı, qara rəngli mühərrik G4KDDH406168, ban KNAPC811DD7483452 olan **-SK-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-176/2020 saylı iş üzrə 11.06.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsinə və İddiaçı ASC-nin iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə borcun müəyyən olunması hissəsində əsassızdır. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və Bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi ekspert rəydə olan məlumatların düzgünlüyünü araşdırmamış və bununla da prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Sübut kimi qəbul edilən 25.09.2019-cu il tarixli 28416 saylı və 27.02.2020-ci il tarixli 966 saylı ekspert rəylərində aparılmış hesablamalar, ödənişlərin silinmə qaydası, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə ziddir. Hesab edirlər ki, sözügedən ekspert rəyləri işin faktiki hallarına uyğun deyil, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 16.09.2013-cü il tarixli 117178-1-8738 saylı kredit müqaviləsi və 30.10.2015-ci il tarixli 117178-1-8738/1 saylı əlavə razılaşma üzrə ekspertin verdiyi rəy üzrə: 1.16.09.2013-cü ildə Cavabdeh 27894 USD məbləğində kredit verilmişdir, 30.10.2015-ci ildə isə qalıq borc manatla (22555 AZN) restrukturizasiya olunmuşdur. 2. 30.10.2015-ci ildən 22.05.2018-ci il tarixinədək Cavabdeh 11003 AZN məbləğində ödəniş etmişdir. 3. 22.05.2018-ci il tarixinədək əsas borcdan ekspert rəyində qeyd edildiyi kimi 2384,30 manat deyil 1827.65 manat ödənilmişdir. 4. 22.05.2018-ci il tarixinədək faiz borcuna ekspert rəyində qeyd edildiyi kimi 8618,70 manat deyil 9175.35 manat ödənilmişdir. 5. Cavabdeh kredit borcuna dair 30.10.2015-ci ildən 22.05.2018-ci tarixinədək 311.72 AZN dəbbə hesablanmışdır, bu barədə ekspert rəyində qeyd yoxdur. 6. Restrukturizasiyadan əvvəl Cavabdeh ödənilməmiş 18.26 AZN dəbbəsi mövcuddur. Qeyd edirlər ki, ekspert tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq özü qayda müəyyən etmiş və bununla da qanunsuz və əsassız rəy tərtib etmişdir. Tərəflər arasında bağlanmış 16.09.2013-cü il tarixli 117178-1-8738 saylı kredit müqaviləsinə 01 saylı əlavə razılaşmaya əsasən “Kredit alan”ın 30.10.2015-ci il tarixə olan borcu 22555 manat məbləğində müəyyən edilmiş və eyni tarixdə yeni ödəniş cədvəli tərtib edilmişdir. Əlavə razılaşma tərəflərin sərbəst iradəsi əsasında imzalanmış və həmin əlavə razılaşma bu günə qədər mübahisələndirməmişdir. Hətta “Kredit alan” illərcə qeyd olunan razılaşmanın ödəniş cədvəlinə əsasən ödənişlərini həyata keçirmişdir. Tərəflər arasında bağlanmış və 17.09.2018-ci il tarixə qədər qüvvədə olan ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə ödənişlər yerinə yetirilir. Müqavilə şərtlərinə əsasən cari hesaba edilən ödənişlər vaxtı çatdığı zaman kredit borcuna silinir. Əgər kredit alan vaxtından əvvəl və ya məbləğdən artıq ödəniş edərsə, ödənilmiş vəsait kredit alanın ərizəsi əsasında aparılır. Lakin ekspert özündən qaydalar müəyyən edərək edilmiş ödənişlərin faktiki vaxtını əsas götürmüş və ona əsasəndə silinmələr aparmışdır . 16.09.2013-cü il tarixli 1 17178-1-8738 saylı kredit müqaviləsinin 4.8-ci bəndinə görə “Kredit alan” ödəniş cədvəlində göstərilmiş müddətdən əvvəl və ya məbləğdən artıq ödəniş etdikdə, vəsaitin silinməsi “Kredit alan”ın ərizəsi əsasında həyat keçirilir və “Kredit alan”ın arzusu ilə anuitet ödəniş məbləği azaldılır və ya kredit ödəniş müddəti qısaldılır. Birinci instansiya məhkəməsi bütün bunlara baxmayaraq iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Bu səbəbdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(008)-176/2020 saylı qətnaməsi Bankın iddia tələblərinin təmin edilməməsi hissəsində qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.09.2013-cü il tarixli 117178-1-8738 saylı, “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik : faiz hesablanması şərti ilə 60 ay müddətinə 27894 ABŞ dolları məbləğində kredit erilmişdir. İş materiallarında olan xxxx ASC ilə Cavabdeh arasında bağlanmış 16.09.2013-cü il tarixli 117178-1-8738 saylı kredit müqaviləsinə dəyişiklik və avələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən Cavabdeh 30 oktyabr 2015-ci il tarixinə mövcud olan 22555 AZN məbləğində borcu illik 23 faiz hesablanması şərti ilə 30 (otuz) ay müddətinə uzadılmışdır. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh «xxxx» ASC-dən 27338 AZN qəbul etmişdir. İş materiallarında olan Cavabdeh ilə «xxxx» ASC ararsında bağlanmış 16.09.2013cü il tarixli ***-***-**-**485 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 16.09.2013-cü il tarixli 117178-1-8738 saylı “Avtomobil krediti müqaviləsi” üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh mülkiyyətində olan “Kia Sportage minik” markalı, qara rəngli mühərrik G4KDDH406168, ban KNAPC811DD7483452 olan **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil 16.09.2013cü il tarixli 117178-16-12485 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 16.09.2013-cü il tarixli 117178-1-8738 saylı “avtomobil kredit müqaviləsinə dəyişiklik edilməsi barədə» 30.10.2015-ci il tarixli Razılaşmadan görünür ki, kredit alanın 30.10.2015-ci il tarixə mövcud olan borcu AR Mərkəzi Bankının 30.10.2015ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 22555 AZN məbləğdə müəyyən edilmişdir və krediti 35 ay müddətinə istifadə etməyi və 16.09.2018-ci il tarixədək qaytarmağı və həmin kredit üzrə illik 23 % ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin AC seriyalı 066049 №-li 17.09.2013-cü il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sportage minik” markalı, qara rəngli mühərrik G4KDDH406168, ban KNAPC811DD7483452 olan **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur və həmin avtomobil «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 102150 nömrəli 17.09.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs Cavabdeh “Kia Sportage minik” markalı, qara rəngli mühərrik G4KDDH406168, ban KNAPC811DD7483452 olan **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.09.2013-cü ildən 16.09.2018-ci ilədək «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoymuşdur. İş materiallarında olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə ünvanladığı 22.12.2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan «KİA Rio» markalı, göy (metal) rəngli, mühərrik G4FACS449131, ban KNADN412BD6219930 olan ** SC *** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında Bank tərəfindən Cavabdeh təqdim edilmiş bildirişin qeydiyyata alınması xahiş olunmuş və ərizə qeydə alınmışdır. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 28416 saylı, 25 sentyabr 2019cu il tarixli rəyindən görünür ki, Cavabdeh Bank «xxxx» (Azərbaycan) ASC-yə 16.09.2013cü il tarixli 117178-1-8738 saylı avtomobil kredit müqaviləsi və 30 oktyabr 2015-cı il tarixli, 01 saylı Razılaşmanın şərtlərini əsas götürməklə Cavabdeh 22.05.2018-ci il tarixə “İddiaçı ASC-yə əsas borc üzrə 18430.40 manat, faiz borcu üzrə 2837.77 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş vəsatətdən görünür ki, göstərilin ekspert rəyi ilə razılaşmadıqlarına görə təkrar ekspertizanın təyin olunması xahiş edilmişdir. Həmin vəsatətə əsasən təyin edilmiş təkrar ekspertizanın məhkəməyə daxil olduğu 27.02.2020-ci il tarixli 966 saylı rəydən görünür ki, Cavabdeh Bank «xxxx» (Azərbaycan) ASC-yə 16.09.2013-cü il tarixli 117178-1-8738 saylı avtomobil kredit müqaviləsi və 30 oktyabr 2015-cı il tarixli, 01 saylı Razılaşmanın şərtlərini əsas götürməklə Cavabdeh 22.05.2018-ci il tarixə “İddiaçı ASC-yə əsas borc üzrə 18430.40 manat, faiz borcu üzrə 2837.77 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh kredit vəsaitindən istifadə etməsinə baxmayaraq, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı avtomobil krediti müqaviləsinin şərtlərini pozaraq, 18430.40 manat əsas, 2837.77 manat cərimə cəmi 21268.17 manat borcunu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdınİmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309.1,-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin maddənin 445.2-ci maddəsinə müvafiq olaraq aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır; öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş avtomobil hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ilə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İddiaçı cavabdehdən ödənilməli olan əsas və faiz borcu ilə birlikdə 329.88 manat məbləğində cərimə tələb etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası, bu məbləği tənasübsüz surətdə yüksək məbləğlər hesab edir və cərimə borcunun 30 manat məbləğinədək azaldılmasını mümkün hesab edir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.09.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi” nin şərtləri pozulduğu üçün iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borc üzrə 18430.40 manat, faiz borcu üzrə 2837.77 manat, 30 manat cərimə, cəmi 21298.17 manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh məxsus “Kia Sportage minik” markalı, qara rəngli mühərrik G4KDDH406168, ban KNAPC811DD7483452 olan **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş vəsatətdən görünür ki, göstərilin ekspert rəyi ilə razılaşmadıqlarına görə təkrar ekspertizanın təyin olunması xahiş edilmişdir. Həmin vəsatətə əsasən təyin edilmiş təkrar ekspertizanın məhkəməyə daxil olduğu 27.02.2020-ci il tarixli 966 saylı rəydən görünür ki, Cavabdeh Bank «xxxx» (Azərbaycan) ASC-yə 16.09.2013-cü il tarixli 117178-1-8738 saylı avtomobil kredit müqaviləsi və 30 oktyabr 2015-cı il tarixli, 01 saylı Razılaşmanın şərtlərini əsas götürməklə Cavabdeh 22.05.2018-ci il tarixə “İddiaçı ASC-yə əsas borc üzrə 18430.40 manat, faiz borcu üzrə 2837.77 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(008)-176/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4928/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4928/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver