Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4929/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1007/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (AR İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar) Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-2723/2022 saylı və Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 585/2022 saylı mülki işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Həmin qərardaddan iddiaçı tərəfin verdiyi şikayət Məhkəmənin 01 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılanadək iddiaçı MMC (direktoru E.Mustafazadə) tərəfindən elektron qaydada şikayətdən imtinaya dair ərizə daxil olmuşdur. Ərizədə qeyd olunmuşdur ki, tərəflər arasında razılıq əldə olunduğu üçün hazırki mübahisəni məhkəmədən kənar qaydada həll edilməsini məqbul hesab edilib, buna görə də şikayətdən imtinanın qəbul olunması və apellyasiya icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və iddiaçının şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, iddiaçı "xxxx" MMC-nin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 402-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin şikayətindən imtinası qəbul edilsin və baxılan iş üzrə şikayətə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4929/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4929/2022
06.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver