Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4930/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə "İddiaçı" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə olunan pulun qaytarılması” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 "İddiaçı" ASC-nə qarşı “əmanət və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: "İddiaçı" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC- nin xeyrinə 35234,56 manat pulun və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı ASC ilə bağladığı 650251 saylı Kompleks bank xidməti müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 №-li Əlavəyə əsasən 12 ay müddətinə illik faiz dərəcəsi 11% olmaqla 20000 manat, həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 1 №-li Əlavəyə əsasən 12 ay müddətinə illik faiz dərəcəsi 9% olmaqla 15000 manat banka əmanət qoymuşdur. Cavabdeh xx.xx.2020-ci ildə əmanətçi Tamilla Məmmədovanın 30 il müddətinə ona verdiyi xx.xx.2018-ci il tarixli etibarnamənin əslini bankın “Neftçilər” filialına təqdim edərək təmsil etdiyi şəxsin bankda olan əmanətlərini vaxtından əvvəl götürmək istədiyini bildirmişdir. Cavabdehin şəxsiyyəti və etibarnaməyə əsasən belə bir səlahiyyətinin olduğu müəyyən edildikdən sonra elə həmin gün, yəni xx.xx.2020-ci ildə kassa məxaric orderlərinə əsasən 20000 manat və 15234,56 manat olmaqla, cəmi 35234,56 manat cavabdehə verilmiş və o, həmin məbləğləri almasına dair kassa məxaric orderlərinə imza etmişdir. Əmanətçinin banka təqdim etdiyi sənədə əsasənmüəyyən olunmuşdur ki, o, cavabdehə verdiyi xx.xx.2018-ci il tarixli etibarnaməni xx.xx.2018-ci ildə ləğv etmişdir. Cavabdeh etibarnamənin əslinin onda olmasından istifadə edərək və etibarnamənin ləğv olunduğunu gizlədərək özünü banka əmanətçinin səlahiyyətli nümayəndəsi kimi təqdim etmiş və etibarnamənin ləğv olunduğu xx.xx.2018-ci ildən səlahiyyətinin olmamasına baxmayaraq əmanətçiyə məxsus 35234,56 manat pulu bankdan almışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 "İddiaçı" ASC-nə qarşı əmanət və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiasını qəbul edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 "İddiaçı" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-də əmanət hesablarına qoyduğu 35234.56 manat əmanət məbləğinin İddiaçı ASCdən və Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qıəbul edilməsini xahiş etmişdir. Tamilla Məmmədova iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ASC ilə Kompleks Bank Xidməti müqaviləsi bağlayaraq xx.xx.2019-cu il tarixdə 15000 manat pul vəsaitini 12 ay müddətinə illik faiz dərəcəsi 9% olmaqla, həmçinin xx.xx.2019-cu il tarixdə 20 000 manat pul vəsaitini 12 ay müddətinə illik faiz dərəcəsi 11% olmaqla İddiaçı ASC-yə əmanət qoymuşdur. 15000 manat pul pul vəsaiti Bankda AZE61BRES******************** saylı əmanət hesabına, 20000 manat pul vəsaiti isə AZ29BRES******************** saylı əmanət hesabına yerləşdirilib. xx.xx.2020-ci il tarixdə Banka yaxınlaşaraq əmanətlərinin çıxarılmasını istədi zaman bankdan ona bildirmişlər ki, onun Bank Resbublika ASC-də olan hesablarındakı pul vəsaitləri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə AR-İ663818 nömrəli xx.xx.2018-ci il tarixli etibarnamə əsasında çıxarılmışdır. Həqiqətən də onun tərəfindən həyat yoldaşı Cavabdeh xx.xx.2018-ci il tarixdə etibarnamə verilsə də xx.xx.2018-ci il tarixdə həmin etibarnaməyə onun ərizəsi əsasında xitam verilmişdir. O etibarnaməyə xitam verməsi barədə dərhal Cavabdeh bildirmiş, həmçinin Bank Resbublika ASC-yə gələrək onları da məlumatlandırmışdır. Bankdan ona bildirdilər ki, etibarnaməyə xitam verilməsi haqda məlumat bankın elektron baza sisteminə yerləşdirilmişdir və onun bankda olan əmanət hesabları üzərində yalnız o sərəncam verə bilər. Lakin göründüyü kimi İddiaçı ASC qanunvericiliyin tələblərini pozaraq ona məxsus əmanəti heç bir qanuni əsas olmadan N. Mursaquliyevə vermişdir. Halbuki Cavabdeh verilən etibarnaməyə xx.xx.2018-ci il tarixdə xitam verilmiş və o bu barədə etibarnamə veriləni və Bank Resbublika ASC-ni xəbərdar etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı "İddiaçı" ASC-nin iddiası təmin edilərək, Cavabdeh 35234,56 manat pulun və ödənilmiş 30 manat dövlət rusumunun alınaraq "İddiaçı" ASC-nin xeyrinə ödəniməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası təmin edilərək, "İddiaçı" ASC-dən 35234,56 manat alınaraq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o “Paşa Həyat” sığorta şirkəti tərəfindən 2018-ci ildə əldə olunmuş vəsaiti bölərək, həyat yoldaşı Tamilla Məmmədovanın adına və öz adına İddiaçı ASC-də hesab açaraq, hər birilərinə ayrıca 15000 və 20000 manat məbləğində əmanət qoymuşdur. xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-yə müraciət edərək həyat yoldaşının 30 il müddətinə ona verdiyi xx.xx.2018-ci il tarixli etibarnəminin əslini “Neftçilər” filialına təqdim edərək təmsil etdiyi şəxsin və öz hesabında olan əmanətləri götürmüşdür. O, ona verilmiş etibarnamənin ləğv edilməsindən xəbərsiz idi. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikaytinin məzmununa uyğun izahat vermiş,əlavə olaraq bildirmişdir ki, hesaba qoyulan vəsaitlər onların birgə nikahları dövründə əldə edilmişdir və həmin vasitin yarısı ona məxsusdur. Həmçinin ona verilmiş etibarnamə ləğv olunsaydı bank tərəfindən həmin pullar ona verilməzdi. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, bankın etibarnamənin qüvvədə olub-olmamasını araşdırma kimi imkanları yoxdur. Həmçinin bank üçün vəsaitin birgə nikah dövründə əldə edilib-edilmədiyi heç bir məna kəsb etmir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onlar tərəfindən verilmiş iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 650251 saylı Kompleks bank xidməti müqaviləsindən görünür ki, X5 İddiaçı ASC ilə bağladığı kompleks bank xidməti müqaviləsinə 1 №-li Əlavəyə əsasən 12 ay müddətinə illik faiz dərəcəsi 11% olmaqla 20000 manat əmanət qoymuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 650251 saylı Kompleks bank xidməti müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 №-li Əlavəyə əsasən X5 İddiaçı ASC 12 ay müddətinə illik faiz dərəcəsi 9% olmaqla 15000 manat əmanət qoymuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kasaa məxaric orderindən görünür ki, Cavabdeh X2 bank hesabından 20000 manat və 15234,56 manat olmaqla, cəmi 35234,56 manat kassa məxaric orderlərinə imza etməklə əldə etmişdir. İş materiallarında olan AR–İ seriyalı 663818 nömrəli etibarnamənin surətindən görünür ki, Tamilla Məmmədova Cavabdeh xx.xx.2018-ci il tarixdən 30 il müddətinədək etibarnamə vermişdir. İş materialalrında olan AR ƏN xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il taruxdə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 50/28 mənzil 6da qeydiyyatda olan X5 tərəindən ünvan 1 ünvanında qeydiyyatda olan X3 müvafiq idarələrdə nümayəndəlik hüquqlarına dair verilmiş reyestrdə 7E-9258 nömrə ilə qeyd edilmiş etibarnaməyə X1 xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə görə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 366.3-cü maddəsinə görə etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, xx.xx.2020-ci ildə kassa məxaric orderlərinə əsasən Cavabdeh 20000 manat və 15234,56 manat olmaqla, cəmi 35234,56 manat cavabdehə verilmişdir. Sonradan məlum olmuşdur ki,həmin etibarnamə xx.xx.2018-ci ildə ləğv etmişdir. Cavabdeh etibarnamənin əslinin onda olmasından istifadə edərək və etibarnamənin ləğv olunduğunu gizlədərək özünü banka əmanətçinin səlahiyyətli nümayəndəsi kimi təqdim etmiş və etibarnamənin ləğv olunduğu xx.xx.2018-ci ildən səlahiyyətinin olmamasına baxmayaraq əmanətçiyə məxsus 35234,56 manat pulu bankdan almışdır. Bununla da Cavabdeh əsassız olaraq varlanmışdır. Həmçinin kollegiya qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatda iddia ona qarşı yönəldilən iddia tələbini qismən qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Kollegiya apellyasiya şikayətində bank hesabına yatırılan vəsitin birgə nikah dövründə əldə edilməsi barədə irəli sürülənlərə dair qeyd edir ki, X5 İddiaçı ASC ilə bağladığı kompleks bank xidməti müqaviləsinə əsasən həmin vəsaitlər Tamilla Məmmədovanın hesabına qoyulmuş və həmin vəsaitlər birgə nikah dövründə əldə olunması cavabdehə həmin hesabdan Tamilla Məmmədovanın razılığı olmadan vəsaitlərin götürməyə hüququ vermir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, ilkin və müstəqil iddia tələbləri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-976/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Valeh Ağayev Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4930/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4930/2020
29.07.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver