Məhkəmə qərarları › İş №2(103)-4930/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4930/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4930/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(011)-124/2019 saylı qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(011)-124/2019 saylı qətnaməsilə Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı evin 6 saylı mənzilinin yerləşdiyi binanın arxa hissəsində ünvan 1 ünvanındakı fərdi yaşayış evinin isə giriş hissəsində (yol tərəfdən olan hissədə) taxta hasar və mişar daşı ilə hörülümüş hasarın (maneə yaranan hissədə, yəni X1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı evin, 6 saylı mənzilin yerləşdiyi bina ilə X5 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi arasında olan məsafədə) sökülməsi qət edilmişdir. Daha sonra cavabdeh X6 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(011)-124/2019 saylı qətnaməsinə ünvan 2 ünvanında yerləşən mübahisəli hasara yerində baxış keçirməklə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(011)-124/2019 saylı qərardadına əsasən cavabdeh X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(011)-124/2019 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(011)- 124/2019 saylı qərardadından şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2(011)-124/2019 saylı qəradadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2019 saylı, 16.05.2019- cu il tarixli qətnaməsində mübahisəli hasarın iddiaçıya mane olan hissədə sökülməsi qət edilməsinə baxmayaraq, icra məmuru və iddiaçı cavabdehə məxsus olan hasarın bütövlükdə sökülməsini tələb edirlər və bunu sözü gedən qətnamədə göstərildiyini iddia edirlər. Halbuki, qeyd edildiyi kimi iddiaçı özü qətnaməyə izah verilməsi barədə məhkəməyə ərizə ilə mürciət etmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən mübahisə predmetinə yerində baxış keçirmədən sözügedən qətnaməyə obyektiv və əsaslı izah verilməsi mümkün deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə digər tərəflər qətnamənin izah edilməsi məsələsinə baxılması ilə bağlı məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası ərizəni araşdıraraq hesab edir ki, qətnamənin izah edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir; 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2019 saylı, 16.05.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsi aydın şəkildə qeyd olunmuşdur. Belə ki, qətnamənin qət etdi hissəsində açıq-aydın qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu Pivzavod küçəsi, 24 saylı evin, 6 saylı mənzilinin yerləşdiyi binanın arxa hissəsində ünvan 3 ünvanındakı fərdi yaşayış evinin isə giriş hissəsində (yol tərəfdən olan hissədə) taxta hasar və mişar daşı ilə hörülmüş hasar (maneə yaranan hissədə, yəni X1 məxsus olan Bakı şəhəri Xətai rayonu Pivzavod küçəsi, 24 saylı evin, 6 saylı mənzilinin yerləşdiyi bina ilə X5 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi arasında olan məsafədə) sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Kollegiya yuxarıda qeyd edilənlərə və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(011)-124/2019 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Kollegiya, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263, 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(011)-124/2019 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar