Məhkəmə qərarları › İş №2(103)-4931/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4931/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4931/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Cavabdeh nümayəndəsi vəkil X2 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-922/2018 saylı işi üzrə 18 mart 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 24496,17 manat əsas borc, 3290,02 manat faiz borcu, 2190,18 manat dəbbə pulu olmaqla ümumilikdə 29976,37 manat məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutulması; tutmanın cavabdehə məxsus “Porsche Cayenne” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə (şassi-WP1ZZZ92ZDLA10622, tipuniversal rəngi qara, buraxılış ili-2013,**-LG-*** dövlət qeydiyyat nişanlı) yönəldilərək açıq hərracda satılması, iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-922/2018 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.07.2013-cü il tarixli, 145/2013 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 24.07.2013-cü il tarixli, 145/2013 saylı kredit müqaviləsi üzrə 24496,17 manat əsas borc, 3290,02 manat faiz borcu, 190,18 manat dəbbə pulu olmaqla cəmi 27976,37 manat borcun və ödənilmiş dövlət rüsumunun 27,90 manat hissəsinin İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “Porsche Cayenne” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı (şassi-WP1ZZZ92ZDLA10622, tipuniversal rəngi qara, buraxılış ili-2013) avtomobilə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə olunmuş vəsaitin iddia tələbinin təmin edilmiş hissəsi həcmində borcun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Mülki iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-922/2018 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsində tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus “Porsche Cayenne” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin (şassi-WP1ZZZ92ZDLA10622, tipuniversal rəngi-qara, buraxılış ili-2013) əvəzinə səhv olaraq, “Porsche Cayenne” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə (şassi-WP1ZZZ92ZDLA10622, tip universal,rəngi-qara, buraxılış ili-2013) yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi qeyd edilmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-922/2018 saylı, işi üzrə 18 mart 2021-ci il tarixli qərardadı ilə yol verilmiş yanlışlığın aradan qaldırılması və qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissələrində ipoteka predmeti olan “Porsche Cayenne” markalı (şassi-WP1ZZZ92ZDLA10622, tip-universal, rəngi-qara, buraxılış ili-2013) avtomobilin dövlət qeydiyyat nişanının “**-LG-***” əvəzinə “**-HO-***” kimi oxunması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası MPM-in 228.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, mülki iş materiallarını araşdıraraq və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2(004)-922/2018 nömrəli qətnaməsini nəzərdən keçirərək müəyyən etdi ki, qeyd edilən qətnamədə ipoteka predmeti olan "Porsche Cayenne” markalı (şassi-WP1ZZZ92ZDLA10622, tip-universal, rəngi-qara, buraxılış ili- 2013) avtomobilin dövlət qeydiyyat nişanı **-HO-*** əvəzinə səhvən **-LG-*** kimi göstərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş AC seriyalı 008665 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Porsche Cayenne” minik markalı, 2013-cü il buraxılışlı, qara rəngli, WP1ZZZ92ZDLA10622 ban nömrəli, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanda qeydiyyyatda olan Cavabdeh mülkiyyətindədir. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh məxsus olan "Porsche Cayenne” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx” ASCdə 26.07.2013-cü il tarixli VİC-P-13445 saylı "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsi üzrə 5 il müddətinə sığortalanmışdır. Odur ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 2(004)-922/2018 nömrəli qətnaməsindəki yol verilmiş yanlışlıq düzəldilməlidir. Cavabdeh şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 922/2018 saylı mülki iş üzrə 18 mart 2021-ci il tarixli qərardadının ləğv edilərək iddiaçının ərizəsinin geri qaytarılması barədə qərardad çıaxrılmasını, əks halda şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddiaçının Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-922/2018 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qalıdırlması məsələsinə onun iştirakı olmadan baxaraq qərardad qəbul edib. Belə ki, o xəstə olması səbəbindən məhkəməyə teleqram göndərərək gələ bilməyəcəyini, baxılan məsələdə iştirakının vacib olduğunu və bu səbəbdən də məhkəmə iclasının başqa vaxta keçrilməsini xahiş etsə də, məhkəmə göstərilənləri nəzərə almayaraq onun iştirakı və xəbəri olmadan işə baxaraq qərar qəbul edib. Məhkəmə qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə qərar qəbul edərkən nəzərə almayıb ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(004)-8978 saylı işi üzrə 31 Avqust 2017-ci il tarixli qərardadı ilə mülkiyyətindəki 10-110-500 dövlət qeydiyyat nişanlı ban WPİZZZ92ZDLA10622 “Porsche Cayenne” markalı avtomobil barəsində hər hansı hərəkətlər edilməsi cavabdehlər “xxxx” ASC-yə, Ləğv prosesində olan ’İddiaçı” ASC-yə və digər şəxslərə qadağan edilməsi və bu qadağanın icrasına nəzarət Azərbaycan Respublikası DİN-nin DYPİ-nə həvalə edilməsini qərara alınıb; həmin qərardad qüvədə ola-ola 28 Fevral 2018-ci il tarixli qətnamə üzrə borcun tutulmasının “Porsche Cayenne” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və bununla əlaqədar məhkəmə qətnaməsində yol verilmiş yanlışlığın düzəldilərək mülkiyyətindəki **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi əsassız və qanunsuzdur. O, İddiaçı ASCnin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna kredit müqaviləsi üzrə olan borcunu tam ödəyib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-922/2018 saylı işi üzrə 16.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 922/2018 saylı işi üzrə 18 mart 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228, 372, 385, 387, 397-ci maddələrinə uyğun hesab edir ki, məzmunca formal şikayətin əsasında qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 402-405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-922/2018 saylı işi üzrə 18.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar