Məhkəmə qərarları › İş №2(103)-4937/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4937/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4937/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı X6, nümayəndəsi X3 və X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)195/21 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki,İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 29.03.2013-cü il təvəllüdlü X8 və 22.07.2016-cı il təvəllüdlü X15 adlı uşaqları ilə birlikdə 2013-cü ildə gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26.01.2013-cü il tarixdə rəsmi olaraq nikah qurmuş və cavabdeh ilə birgə nikah daxil olarkən ünvan 2 ünvanında yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evdə 6 il müddətində yaşamış və birgə nikahlarından 29.03.2013-cü il tarixdə Nuranə və 22.07.2016-cı il tarixdə Rəvan adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə nikahları hazırda Sabunçu məhkəməsində pozulma mərhələsindədir. Hal-hazırda valideyinlərinin yanında müvəqqəti olaraq yaşayır cavabdeh onu və uşaqlarını evdən zorla çıxararaq evə buraxmır. Həmin evdən başqa yaşayış yeri yoxdur. Cavabdeh ona və uşaqlarına yamaqları üçün yardım belə etmir. Hazırda yaşadığı evdə isə onun və uşaqlarının daimi yaşaması üçün imkan yoxdur. Onun mübahisəli fərdi yaşayış evinə gəlin köçməsini və orada yaşamağı onun qonşuları, toylarında iştirak edən qonaqları, habelə toy zamanı çəkilmiş video çəkilişlər təsdiq edə bilər. Cavabdeh onu və uşaqlarını mübahisəli evdən çıxardıqdan sonra həmin evə ayı 250 manata tanımadığı şəxslərə kirayəyə vermiş və həmin evdə hal-hazıradək onun cehiz və şəxsi əşyaları durmaqdadır. Qeyd olunanları nəzərə alıb, iddiasının təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia əsassız hesab edilərək təmin olunmamışdır. İddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İşin faktiki hallarından və hüquqi istiqamətlərindən də görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-195/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsində olduqca çoxlu sayda maddi və prosessual pozuntular mövcuddur. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-195/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməlidir.Qeyd olunan qətnamədən görünür ki, məhkəmə tərəfindən işin halları tam şəkildə öyrənilmədən, qətnamə qəbul edilmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətnin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayan və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasını əsas göstərməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında iddiaçı izahatında cavabdehlə münasibətləri pozulduğundan 2020-ci ilin yanvar ayında məhkəməyə nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etdiyini və həmin ilin mart ayında onların nikahlarının pozulması haqqında məhkəmə qətnaməsinin qəbul edilməsini, həmin qətnamədən apelyaisiya şikayəti vermədiyini və qətnamənin qanuni qüvvəyə minməsini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, o cavabdehin qardaşının qonşusudur, evi Cabir tikdirib, 2015-ci ilə kimi iddiaçı ilə cavabdeh orada yaşamış, toylarının vaxtı yadında deyil, Cabir həmin evə arabir gəldiyini, rayonda yaşadığını, evin tikintisinin 2 ilə yaxın çəkdiyini, cavabdehin onun bibisi oğlu olduğunu, 2003-cü ildən qonşuluqda yaşadığını, evin 2007-ci ildə tikildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, cavabdehin qardaşı ona zəng vuraraq evinin tikilməsini bildirdi, hörgü və tavan işlərini görüdyünü, orada fəhlələrlə birlikdə usta kimi işlədiyini, Cabirin rayonda yaşadığını, pulu Bakıya gələndə veridyini, ayda 1-2 dəfə Bakıya gəldiyini, materialları birlikdə aldıqlarını, evin 2007-ci ildə tikildiyini, evin tikintisinin 1 ilə yaxın çəkdiyini, iddiaçının bu evə gəlin köçdüyünü, toyda iştirak etsə də, tarix yadında olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, evin tikintisi 2007-ci ildə başalayıb, 2010-cu ildə bitib, tikinti başa çatdıqdan sonra cavabdeh arabir gəlib oarada qalırdı, iddiaçı bu evə gəlin köçüb 2015-ci ilə kimiç orada yaşayıb, cavabdehin qardaşı kəndə müəllim işlyir, 200 manat maaş alırdı, xeyli təsərrüfatı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, o ğzü Lökbatan qəsəbəsində yaşayır, cavabdehin qardaşıdır, 2007-ci ildə Cabir onunla razılaşəb ki burada torpaq alsın, iddiaçının o evə gəlin köçdüyünü 4 ilə yaxın oarada yaşadığını, toylarının 2012-2103-cü illərdə olduğunu, evin 3 ilə tikildiyini, işığın qazı Cabirin çəkdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsindən görünür ki, o iddiaçının atasıdır, iddiaçı ünvan 1 ünvanında cavabdehlə birgə yaşadığını, qızının həmin evə gəlin köçdüyünü, toylarının 2011-ci ildə olduğunu, qızı o evə gəlin köçəndə evin hazır olduğunu, qızının nəvələri ilə birlikdə onlarla birlikdə yaşadığını, o evin cavabdehə məxsus olduğunu bildirmişdir. iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialalrında olan 28.08.2020-ci il tarixli 209 № li arayışın məzmunundan aydın olur ki, Cavabdeh Lerik rayonu Zenonu kəndində qeydiyyatda olsa da, Zenonu kəndində yaşamır, olan məlumata əsasən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv keçid-1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İş materiallarına əlavə olunmuş 70 nömrəli aktla rəsmiləşdirilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 26 yanvar 2013-cü ildə Bakı şəhəri Qaradağ rayonundan nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 059689 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29.03.2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 682523 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 22.07.2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarından görünür ki,elektrik enerjisinin sərfiyyatına dair ünvan 4 ünvan üzrə abonentin adı Cavabdehdur, sayğac 10.12.2009-cu il tarixdə quraşdıırlmışdır. İş materiallarından görünür ki, qaz sərfiyyatına dair ünvan 5 ünvan üzrə abonentin adı Cavabdeh qeyd edilmiş, sayğacın quraşdıırlması tarixi 30.09.2011-ci il tarix kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.03.2016-cı il tarixli 190 saylı arayışın məzmunundan görünür ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, ev 65B ünvanında qeydiyyatsız yaşayır. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində özbaşına tikili olan fərdi yaşayış evinə köçürülmə ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə kollegiyası hazırki mülki iş üzrə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş iddi tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə aid olduğundan, özbaşına tikiliyə köçürülmə məsələsi ilə bağlı hüquq münasibətlərini birbaşa tənzimləyən norma olmadığından, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz anoloji hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1- dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, tərəflər arasında münasibətlər 2011-cı il tarixində yarandığından Azərbaycan Respublikası MPMnin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş) müddəaları tətbiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qəraraına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qəraraına əsaən yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. İşin hallarından müəyyən olundu ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikili olmaqla, həmin evə dair hüquq daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı 2011-ci ildə həmin evə gəlin köçmüş, orada yaşamışdır. Hazırda tərəflər arasında rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların anasnın himayəsində qalmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı yaşamağa yerinin olmadığını əsas gətirərək, uşaqları ilə birlikdə mübahisə predmeti olan evə köçürülməsinə dair iddia tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə iclasında cavabdehin veridyi izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı həmin evə 2011-ci ildə gəlin köçmüş, iddiaçı ilə birlikdə həmin evdə 2015-ci il tarixə kimi yaşamışlar, 2015-ci ildən 2018-ci ilə kimi hazırda yaşadığı evdə yaşamışlar, mübahisə predmeti olan yaşayış evinin qardaşının olduğunu bildirmişdir. İddiaçı isə həmin evdə 2011-ci ildən 2018-ci ilə kimi yaşadığını, evin cavabdehə məxssus olduğunu, 2018-ci ildə evi tərk edərək, atasının evinə köçdüyünü, hazırda uşaqları ilə birlikdə atasının evində yaşadığını bildirmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsinin (özbaşına tikilinin) kimə məxsus olması halı mübahisəlidir. Həmçinin, məhkəmə araşıdrması zamanı da mübahisə predmeti olan özbaşına tikilinin cavabdehə və ya onu qardaşına məxsus olması halını müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən özbaşına tikilinin cavabdehə məxsus olmasına dair sübut qismində elektrik enerjisi və qaz sərfiyyatı üzrə abonent məlumatları və şahid ifadəsi təqdim edilmişdir. Abonent məlumatları ilə bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, həmin abonent məlumatlarının cavabdehin adına olması, həmin tikilinin cavabdehə məxsus olmasını birbaşa təsdiq edən sübut qismində çıxış edə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş digər sübut növü olan şahid ifadəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin iddiaçının atası, yaxın qohumu olması, həmin şahid ifadəsinin mötəbərliyini şübhə altına alır. Həmçinin, cavabdeh mübahisə predemti olan yaşayış evinin qardaşına məxsus olduğunu bildirsə də, ona dair yeganə sübut qismində yalnız şahid ifadələrini təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş şahid ifadələri ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, məhkəmədə şahid qismində dindirilmiş şəxslər cavabdehin qohumu olması halı həmin şahid ifadələrinin mötəbərliyini şübhə altına aldığından, həmin sübut növü iş üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilməsi məqəsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası mübahisəli özbaşına tikilinin kimə məxsus olması halı müəyyən edilməsi mümkün olmadığından qeyd edir ki, hətta mübahisəli yaşayış sahəsi cavabdehin qardaşına məxsus olmuş olsaydı belə, mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçı cavabdehin qardaşının ailə üzvi olmadığından, habelə ondan özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxs olmadığından, mənzil qanunvericiliyinin tələbinə əsasən onun həmin yaşayış sahəsindən istifadə etməsi üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən mübahisəli yaşayış sahəsi cavabdehin qardaşına məxsus olmuş olsaydı, mülki qanunvericiliyinin tələbinə əsasən iddiaçının həmin yaşayış sahəsində istifadə etməsi üçün onların arasında həmin yaşayış sahəsindən istifadə etmək imkanının tanınmasına dair razılaşma mövcud olmalıdır. Lakin məhkəmə araşdırması zamanı, tərəflər arasında belə bir məzmunu razılaşmanın olması halı aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı X2 hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar