Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4939/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mirasın kütləsi, xüsusi təyinatlı ödəmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə) qarşı “şəhadətnamələrin ləğvi və vərəsə kimi tanınma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3332/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mərhum X2 anası, Cavabdeh1 isə mərhumun arvadıdır. Fərrux Həşimov Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat idarəsində xüsusi tayinatlı kimi xidmət etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Ölümündən sonra onun vərəsələrinə Müdafiə Nazirliyi tərəfindən 56.874 manat məbləğində birdəfəlik müavinət, Dövlət Sığorta Şirkəti tərəfındən isə 11.000 manat məbləğində sığorta ödənişi hayata keçirilmişdir.
2. Həmin ödənişlər qanun üzrə vərəsəlik hüququ haqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli şəhadətnamələr əsasında ödənilmişdir.
3. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X6in şəhid olması ilə bağlı ödənilən 11.000 manat sığorta ödənişi, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə isə 56.874 manat kompensasiya miras əmlak kimi müəyyən edilmişdir və vərəsəli kimi Cavabdeh1 (3/5 hissədə), X7 (1/5 hissədə) və X8 (1/5 hissədə) tanınmışdır.
4. İddiaçı xx.xx.2021-ci il tarixli **********145 saylı notarial qaydada təsdiq olunmuş ərizəsində X1 miras qalmış əmlakın ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etdiyini bildirmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi, İddiaçı mərhum X2 qanun üzrə vərəsəsi kimi tanınması, şəhid X4 vəfat səbəbi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ailəsinə ödənilmiş 56.784 manat məbləğində birdəfəlik müavinət, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən isə 11.000 manat məbləğində sığorta ödənişinin miras əmlaka daxil edilməməsinə, ödənilən müavinət və sığorta ödənişi üzərində İddiaçı payının (1/5) müəyyən edilərək iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci iltarixli şəhadətnamələrin ləğv edilməsi, onun mərhum X2 qanun üzrə vərəsəsi kimi tanınması, şəhid X4 vəfat səbəbi ilə Müdafiə Nazirliyi tərəfindən ailəsinə ödənilmiş 56.784 manat məbləğində birdəfəlik müavinət, Dövlət Sığorta Şirkəti tərəfindən isə 11.000 manat məbləğində sığorta ödənişinin miras əmlaka daxil edilməməsinə, ödənilən müavinət və sığorta ödənişi üzərində onun payının (1/5) müəyyən edilərək iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlunun miras əmlakının sadəcə Dövlət Sığorta Şirkəti tərəfindən veriləcək 11000 manat olacağını düşünürdü. Bu səbəblə, Sumqayıt şəhəri 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli **********145 nömrəli ərizəni imzalayaraq miras əmlakdan gəlininin xeyrinə imtina etmişdir. Çünki həmin tarixə qədər yalnız Dövlət Sığorta Şirkətinin xx.xx.2021-ci il tarixli, 826 saylı arayışı əsasında 11000 manat sığorta məbləği verilmişdi. Müdafiə Nazirliyinin verdiyi 56874 manat kompensasiya isə yalnız 15/524 saylı arayışla xx.xx.2021 tarixində verildi. Burada vacib əhəmiyyətli yanılma faktı göz önündədir. Mülki Məcəllənin 347.2.3-cü maddəsinə əsasən tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyilsə, vacib əhəmiyyətli yanılma halı mövcuddur. Belə ki, onun miras əmlakdan imtina edərkən miras əmlaka sadəcə 11000 manat pulun daxil olduğunu düşünürdü, halbuki Müdafiə Nazirliyinin verəcəyi kompensasiya da bu miras əmlaka aid idi. Bu hüquq artıq mövcud olmaqla, miras əmlaka daxil idi. Yəni əqdi bağlamasına əsas kimi qəbul etdiyi hal mövcud deyildi, başqa vəziyyət mövcud idi. Müdafiə Nazirliyinin verəcəyi kompensasiyadan xəbərinin olmadığı aşkardır, çünki miras əmlakdan imtina etdikdən sonra Müdafiə Nazirliyi kompensasiya təyin etmişdir. Maddəyə əsasən də vicdanlılıq prinsipi belə bir vəziyyətin mümkün ola biləcəyini təsdiq edir. Yəni bir şəxsin öz ailə üzvü üçün 2200 manat (11000 manatın 1/5-i) miras əmlakdan imtina etməsi, miras əmlakın 7887 manat (11000 + 28437 (56874 manatın 1/2-i) manatın 1/5-i ) olduğunu bilsə idi, imtina etməyəcək olması mümkündür. Belə bir şeyin iddia edilməsi vicdanlılıq prinsipinə zidd deyildir. Həmçinin Mülki Məcəllənin 347.3-cü maddəsinin tələbinə əsasən yanılma imtinanın predmetinə, miras əmlaka aiddir. Mülki Məcəllənin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Miras əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən hal barəsində yanılmışdır. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma halında yanılanın təqsirli olub olmamasının əqdin mübahisələndirilməsi baxımından heç bir dəyəri yoxdur. Yanılanın təqsirli olub-olmaması sadəcə əqdin mübahisələndirilməsindən sonra dəymiş zərərin ödənməsi baxımından əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Bu cəhətdən onun yanılmağında təqsirinin olub-olmamasından asılı olmayaraq əqdi mübahısələndirmə hüququ vardır.
8. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3332/2021 saylı qətnaməsi ilə (hakim F.Əyyubov) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras əmlak qanun üzrə vərəsələr tərəfindən notarial qaydada verilmiş şəhadətnamələr əsasında təhvil alınmış, İddiaçı və onun həyat yoldaşı X5 miras əmlakdan notarial qaydada təsdiqlənmiş ərizələr əsasında Cavabdeh1 xeyrinə imtina etmişlər.
10. Məhkəmə qeyd etmişdir ki, mirasdan imtina barədə ərizə geri götürülə bilməz və iş materialları ilə notarial qaydada təsdiq olunmuş ərizələrin iddiaçının iddia etdiyi kimi aldatma və ya vacib əhəmiyyətli yanılma nəticəsində imzalandığı müəyyən edilməmişdir. Beləliklə, İddiaçı və X3 miras əmlakdan öz iradələrinə əsasən gəlinləri Cavabdeh1 xeyrinə imtina etmələri, həmin ərizələr əsasında Cavabdeh1 və mərhumun iki övladı qanun üzrə vərəsə kimi tanınmaqla onlara qanunun tələbinə uyğun olaraq şəhadətnamələrin verilməsi iş üzrə toplanmış sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən ödənilmiş 56.874 manat kompensasiya məbləğinin ½ hissəsi xx.xx.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhatədnaməyə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 verildiyindən, həmin məbləğin digər ½ hissəsi qanun üzrə vərəsələrə verilməlidir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə dindirilən şahidlərin ifadələri, onlar iddiaçı ilə qohumluq münasibətlərində olduğundan mötəbər sübut kimi qiymətləndirilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1151, 1257, 1261, 1262 və 1268-ci maddələri, habelə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsi ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13.İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri 1 saylı notariat ofisində qeydə alınmış xx.xx.2021-ci il tarixli **********145 nömrəli ərizəsinin etibarsız hesab edilməsi və onun X2 qanun üzrə vərəsəsi kimi tanınmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(103)-10794/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3332/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının miras əmlakdan notarial qaydada təsdiqlənmiş ərizələr əsasında Cavabdeh1 xeyrinə imtina etməsi mirasdan imtina hesab edilir və İddiaçı və X3 miras əmlakdan öz iradələrinə əsasən gəlinləri Cavabdeh1 xeyrinə imtina etmələri, həmin ərizələr əsasında Cavabdeh1 və mərhumun iki övladı qanun üzrə vərəsə kimi tanınmaqla onlara qanunun tələbinə uyğun olaraq şəhadətnamələrin verilməsi iş üzrə toplanmış sənədlərlə öz təsdiqini tapmışdır. İddiaçının tələbinin əsası kimi mirasdan imtina barədə ərizəsinin aldatma və ya vacib əhəmiyyətli yanılma nəticəsində imzalandığını bildirsə də mirasdan imtina barədə ərizə geri götürülə bilməz və iş materialları ilə notarial qaydada təsdiq olunmuş ərizələrin iddiaçının iddia etdiyi kimi aldatma və ya vacib əhəmiyyətli yanılma nəticəsində imzalandığı müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbini əsaslandırarkən göstərildiyi kimi mirasdan imtinanın aldatma nəticəsində olmasını bildirsə də həmin imtinanın ləğvini və ya etibarsızlığını xahiş etməmiş, apellyasiya şikayətində isə “Sumqayıt şəhəri 1 saylı notariat ofisində qeydə alınmış xx.xx.2021-ci il tarixli **********145 nömrəli ərizəsinin etibarsız hesab edilməsi”ni xahiş etsə də birinci instansiya məhkəməsi baxışı zamanı belə bir tələbi olmamışdır. Apellyasiya baxışında isə yeni tələblər qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli şəhid ailələrinə dövlət tərəfindən edilən ödənişlərin vərəsəlik hüququna aid olub-olmasının müəyyən edilməsindən bilavasitə asılı idi ki, işə baxan apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı əsaslandırma aparmamış, buna cəhd belə etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin ödənişlər vərəsəlik hüququna aid deyildir. Belə ki, şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının adlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvlərinin itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqlari maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır. Bu qanunvericilik aktlarının məqsədi şəhidin vərəsələrinə deyil, onun ailə üzvlərinə maddimənəvi dəstək olmaqdır. Qaldı ki, qüvvədə olan qanunvericiliyə görə, ailə üzvlərinin vərəsə ya da ki, vərəsələrin ailə üzvü olması hüquqi bir məcburiyyət deyildir. Məsələn, şəhid onunla ümumiyyətlə heç bir qohumluq əlaqəsi olmayan öz dostuna vəsiyyət etmişsə, həmin sağ qalan dostu da ona vərəsə olar, ancaq bu (yəni dostunun vərəsə olması) onun şəhidin ailə üzvü hesab olunması üçün qətiyyən əsas deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, ta vərəsəlik hüququ yaranandan üzü bəri həmişə və istisnasız olaraq miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Şəhid ailələri üçün nəzərdə tutulan imtiyaz və birdəfəlik ödənişlər isə öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Digər tərəfdən isə, verilən bu ödəniş və imtiyazların heç biri ümumiyyətlə heç miras əmlaka da aid deyildir. Çünki bunların hamısı şəhidliyə görə verilir, yəni bu imtiyaz və ödənişlər şəhidə deyil, onun ailəsinə aiddir. Bu imtiyaz və ödənişlərlə bağlı haqların (hüquqların) heç biri şəxs şəhid olmazdan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o da şəhid olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə keçsin. Nəticə etibarı ilə, birdəfəlik ödənişlər şəhidin birgə təsərrüfat fəaliyyəti içərisində ailə şəklində yaşadığı və onun mövcud və (və ya) gələcək dəstəyindən (himayəsindən) məhrum qalan ailə üzvlərinə verilməlidir. Şəhid ailələri üçün imtiyaz və birdəfəlik ödənişləri nəzərdə tutan qanunvericilik aktlarının qəbul olunması səbəbi və bütövlükdə qanunvericiliyin bu məsələ ilə bağlı ümumi vəziyyəti məhz bunu tələb edir. Bunun əksinə olan bir fikir (mövqe) isə hüquqi deyil, mexaniki bir yanaşmadır. 18.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1918/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021ci il tarixli, 2(103)- 10794/2021 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Kassasiya instansiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. İddiaçı birinci növbə vərəsə olmasının inkarı barədə yanaşma mövcud deyil, habelə onun birinci növbə vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə zərurət yoxdur. Çünki iddiaçı mərhumun «birinci növbə vərəsə» statusuna sahibdir. Belə olduğu təqdirdə iddia tələbinin vərəsə tanınma ilə bağlı hissəsinin məhkəmə baxışı predmetinin ola bilməsi məhkəmələr tərəfindən araşdırılmamışdır.
20. İddia tələbinin şəhadətnamələrin ləğv olunması barədə hissəsinin hüquqi təhlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın bu hissədə düzgün həlli üçün birdəfəlik müavinət və sığorta ödənişinin mirasın kütləsinə daxil edilib-edilməməsinin müəyyən olunması zəruridir. 21.İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh1 (3/5 hissədə), X7 (1/5 hissədə) və X8 (1/5 hissədə) xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri kimi tanınmış, şəhatədnamə verilən miras əmlaklar Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin xx.xx.2021-ci il tarixli 826 saylı arayışına əsasən 11.000 manat sığorta ödənişi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən 56.874 manat kompensasiya məbləğinin ½ hissəsindən ibarətdir.
22. Məhkəmə kollegiyası bildirir ki, sığorta ödənişi və birdəfəlik kompensasiya məbləğinin mirasın aktivinə daxil edilməsi həmin ödənişlər mirasqoyanın öldüyü məqama kimi sahib olmadığı üçün yolverilməzdir. Çünki ölmüş şəxsin vərəsələrinə yalnız o mülki hüquq və vəzifələr keçə bilər ki, onlar əmlak xarakterli olmaqla, miras qoyanın öldüyü məqamda mövcud olsun. Öz məzmununa görə mülki (əmlak) xarakterə malik olmayan hüquq və vəzifələr - o cümlədən əmək, sosial təminat və s. hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr vərəsəlik əsasında keçməsi mümkünsüzdür. 23.İddiaçı tərəf mərhum oğlunun həlak olması ilə bağlı ödənilən məbləğin miras əmlak olmadığı, kompensasiya kimi ailə üzvlərinə ödənilməsi barədə dəlillər irəli sürmüş, lakin işə baxmış məhkəmələr bu dəlilləri ətraflı təhlil etməmişdir. Halbuki, işin bu halı mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyət kəsb edirdi. Əgər ödənilən məbləğlərin mirasın kütləsinə aid olmadığı məhkəmə tərəfindən qəbul edilsəydi, bu halda ümumiyyətlə iddiaçının mirasdan ona çatası paydan imtina etməsi barədə ərizəsinin hazırki iddianın həlli baxımından əhəmiyyəti olmayacaqdı. 24.Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi «Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalar»ına istinad etməmiş, kompensasiya ödənilərkən həmin qaydalara əməl edilib-edilmədiyini müəyyən etməmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda sığorta ödənişi almaq hüququ vərəsələrə aid edilmişdir. Lakin sığorta ödənişinin miras əmlak olmadığına baxmayaraq, adı çəkilən qanunda bu məbləği almaq hüququ olan şəxslərin dairəsi kimi həlak olan hərbi qulluqçunun vərəsələrinin müəyyən olunması xüsusi tənzimləmədir. Yəni bu ödənişlər miras olmasa da, həmin vəsaiti almaq hüququ olan subyektlərin dairəsi kimi vərəsələr müəyyən edilmişdir.
26. Sözügedən vəsaitin miras olub-olmaması ilə bağlı dəyərləndirmə zamanı oxşar münasibətləri tənzimləyən hüquq mənbələri ilə həyata keçirilən tənzimləmələrin də təhlilinə ehtiyac vardır.
27. Bu baxımdan, şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının adlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvünün itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqları maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır. Başqa sözlə, şəhid ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlarla bağlı qanunvericilik aktlarının adlarından da göründüyü kimi bu qanunvericilik aktlarının məqsədi şəhidin ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Təsadüfi deyildir ki, bu məqsədlə çıxarılan Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının adı xüsusi olaraq “...ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” şəklində ifadə olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli AR Qanununda da bu çox bariz şəkildə öz əksini tapmaqdadır.
28. Şəhid ailələri üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs şəhid olmzadan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o da şəhid olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın.
29. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, şəhidin ailə üzvlərindən hər hansı birinin miras əmlakdan imtina etməsi, imtina edən şəxsin şəhid ailəsi üzvlüyündən imtina etməsi və ya onun şəhid ailəsi üzü hesab olunmaması üçün bir əsas ola bilməz.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
31. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Sığortanın aparılması qaydası Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Maddə 7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.
32. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.
33. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21. Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən məbləğdə müavinət ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
53. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.
Apelyasiya baxışının hədləri
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
58. İlkin olaraq qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(103)-4939/2022 saylı qərardadı ilə qətnamə qismən, yəni “İddiaçı mərhum X2 qanun üzrə vərəsəsi kimi tanınması” tələbinin rədd olunması hissədə ləğv edilmiş, iş üzrə icraata həmin hissədə xitam verilmişdir.bu səbəbdən də hazırda qətnamənin qanuniliyi digər iddia tələblərinin təmin olunmaması hissədə yoxlanılır.
59. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır.
60. Yuxarıda da qeyd edildiyi kimi, işin mübahisəsiz hallarına görə - İddiaçı mərhum X2 anası, Cavabdeh1 isə mərhumun arvadıdır. Fərrux Həşimov Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat idarəsində xüsusi tayinatlı kimi xidmət etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Ölümündən sonra onun vərəsələrinə Müdafiə Nazirliyi tərəfindən 56.874 manat məbləğində birdəfəlik müavinət, Dövlət Sığorta Şirkəti tərəfındən isə 11.000 manat məbləğində sığorta ödənişi hayata keçirilmişdir.
61. Notariat orqanı isə həmin pul vəsaitlərinə əsassız olaraq miras əmlak kimi yanaşaraq, qanun üzrə vərəsəlik hüququ haqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli şəhadətnamələr vermişdir.
62. Belə ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X6in şəhid olması ilə bağlı ödənilən 11.000 manat sığorta ödənişi, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə isə 56.874 manat kompensasiya miras əmlak kimi müəyyən edilmişdir və vərəsəli kimi Cavabdeh1 (3/5 hissədə), X7 (1/5 hissədə) və X8 (1/5 hissədə) tanınmışdır.
63. Halbuki, sığorta ödənişi və birdəfəlik kompensasiya məbləğinin mirasın aktivinə daxil edilməsi həmin ödənişlər mirasqoyanın öldüyü məqama kimi sahib olmadığı üçün yolverilməzdir. Çünki ölmüş şəxsin vərəsələrinə yalnız o mülki hüquq və vəzifələr keçə bilər ki, onlar əmlak xarakterli olmaqla, miras qoyanın öldüyü məqamda mövcud olsun. Öz məzmununa görə mülki (əmlak) xarakterə malik olmayan hüquq və vəzifələr - o cümlədən əmək, sosial təminat və s. hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr vərəsəlik əsasında keçməsi mümkünsüzdür.
64. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda sığorta ödənişi almaq hüququ vərəsələrə aid edilmişdir. Lakin sığorta ödənişinin miras əmlak olmadığına baxmayaraq, adı çəkilən qanunda bu məbləği almaq hüququ olan şəxslərin dairəsi kimi həlak olan hərbi qulluqçunun vərəsələrinin müəyyən olunması xüsusi tənzimləmədir. Yəni bu ödənişlər miras olmasa da, həmin vəsaiti almaq hüququ olan subyektlərin dairəsi kimi vərəsələr müəyyən edilmişdir.
65. Kassasiya instansiyası qeyd etmişdir ki, sözügedən vəsaitin miras olubolmaması ilə bağlı dəyərləndirmə zamanı oxşar münasibətləri tənzimləyən hüquq mənbələri ilə həyata keçirilən tənzimləmələrin də təhlilinə ehtiyac vardır. Bu baxımdan, şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının adlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvünün itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqları maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır. Başqa sözlə, şəhid ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlarla bağlı qanunvericilik aktlarının adlarından da göründüyü kimi bu qanunvericilik aktlarının məqsədi şəhidin ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Təsadüfi deyildir ki, bu məqsədlə çıxarılan Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının adı xüsusi olaraq “...ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” şəklində ifadə olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Qanununda da bu çox bariz şəkildə öz əksini tapmaqdadır. Şəhid ailələri üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs şəhid olmzadan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o da şəhid olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, şəhidin ailə üzvlərindən hər hansı birinin miras əmlakdan imtina etməsi, imtina edən şəxsin şəhid ailəsi üzvlüyündən imtina etməsi və ya onun şəhid ailəsi üzü hesab olunmaması üçün bir əsas ola bilməz.
66. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, iddiaçının miras əmlakdan imtina etməsini, mirasdan imtina barədə ərizə geri götürülə bilməməsini qeyd etmiş, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən ödənilmiş 56.874 manat kompensasiya məbləğinin ½ hissəsinin xx.xx.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhatədnaməyə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 verildiyindən, həmin məbləğin digər ½ hissəsi qanun üzrə vərəsələrə verilməsi qənaətinə gəlmişdir.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia - “vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci iltarixli şəhadətnamələrin ləğv edilməsi, şəhid X4 vəfat səbəbi ilə Müdafiə Nazirliyi tərəfindən ailəsinə ödənilmiş 56.784 manat məbləğində birdəfəlik müavinət, Dövlət Sığorta Şirkəti tərəfindən isə 11.000 manat məbləğində sığorta ödənişinin miras əmlaka daxil edilməməsi” hissələrində əsaslıdır.
68. Notariat orqanı qeyd edilən pul vəsaitlərinə münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri miras əmlak kimi deyil, qanunvericiliyin yuxarıda sadalanan tələbləri nəzərə alınmaqla verməli idi.
69. Belə olan halda iddiaçının miras əmlakdan imtina barədə ərizəsinin də əhəmiyyəti (hüquqi qüvvəsi) yoxdur.
70. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, vərəsələrə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq şəhadətnamənin verilməsi vəzifəsi notariat orqanına aid olduğundan, hazırki vəziyyətdə iddia tələbinin “ödənilən müavinət və sığorta ödənişi üzərində onun payının (1/5) müəyyən edilərək ödənilməsi” barədə tələbin təmin olunması mümkün deyildir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etdikdən sonra müvafiq tələb hüququnu özündə saxlayır.
71. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3332/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv olunsun, iddia qismən təmin olunsun. Sumqayıt şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. İddia yoxlanılan qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.