Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-494/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X11 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1708/2007 saylı, 13 iyul 2007-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı, Bakı şəhəri, Nardaran qəsəbəsində Ləhic bağ massividə yerləşən, ümumi sahəsi 0,50 ha-dan ibarət 3284 və 3285 saylı bağ sahələrinə istifadə hüququnun tanınması və həmin bağ sahələri üzrə onunla icarə müqaviləsinin bağlanmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Tələbdə göstərilib ki, Bakı şəhəri, Nardaran qəsəbəsində, Ləhic bağ massivində yerləşən, ümumi sahəsi 0,50 ha-dan ibarət 3284 və 3285 saylı torpaq sahələri əvvəllər babası İmamverdi Mirzəqulu oğlunun, sonradan atasının istifadəsində olmuş, hazırda isə özünün və ailə üzvlərinin istifadəsindədir. Bağ sahəsinə dair sonuncu dəfə 1960-cı illərdə, indiki Bakı şəhəri İcra Hakimiyyətinin X6 və İstismarı Birliyi arasında formal icarə müqaviləsi bağlanmış, müqavilənin müddəti bitdikdən sonra yeni icarə müqaviləsi bağlanılmamışdır. Uzun müddət həmin bağ sahələri onların istifadəsində olduğundan həmin müqavilələr formal xarakter daşımışdu. Hazırda özü və ailəsi tərəfindən torpaq sahəsinə aqrotexniki qulluq göstərilir. İddiaçı əlavə etdi ki, həmin bağ sahələrindən ondan və ailə üzvlərindən başqa heç kəs istifadə etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul edib və Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən 3284 və 3285 saylı bağ sahələrinə iddiaçının və onun ailə üzvlərinin ıstifadə hüququnun tanınmasına və həmin bağlar üzrə iddiaçı ilə icarə müqaviləsinin bağlanmasına etirazının olmadığını bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1708/2007 saylı, 13 iyul 2007-ci il tarixli qətnaməsi ilə (hakim İlham Əsədov) iddia tələbinin təmin edilərək Bakı şəhəri, Nardaran qəsəbəsində, Ləhic bağ massivində yerləşən, ümumi sahəsi 0,50 ha-dan ibarət 3284 və 3285 saylı bağ sahələrinə İddiaçı istifadə hüququnun tanınması və həmin sahələrə dair müvafiq qeydin aparılmasının Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, təqdim edilmiş sənədlərdən görünür ki, 3284 saylı bağ sahəsi üzrə sonuncu müqavilə 1965-ci ildə, 3285 saylı bağ sahəsi üzrə isə 1991-ci ildə müqavilələr bağlanmış, müqavilələrin müddəti uzadılmamışdır. Tərəflərin izahatlarından bəlli olur ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 3284 və 3285 saylı bağ sahələrindən uzun müddətdir ki, İddiaçı istifadə edir, bağlardan başqa şəxslər istifadə etmirlər. Beləliklə, müəyyən edilmişdir ki, on beş ildən artıqdır ki, mübahisəli sahələrə sahiblik və həmin sahələrdən istifadə hüququ hazırki iş üzrə İddiaçı və onun ailə üzvlərinə məxsusdur. X7 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 1969-cu il tarixli müqaviləsi ilə Sadil Əminağa oğluna Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində 0.25 ha ərazisi olan 3285 № li bağ sahəsi icarəyə verilmişdir. Sadil Əminağa oğlu razılıq ərizəsi ilə X6 və İstismarı Birliyinə müraciət edərək 3285 № li bağın ½ hissəsini Gülsurə Baba qızına icarəyə verilməsini xahiş etmişdir. Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Komissiyasının xx.xx.1991-ci il tarixli, 14/688 № li qərarına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən 3285 “A” № li bağ sahəsinin Gülsurə Baba qızına icarəyə verilməsi üçün 23818 № li müqavilə bağlanmış və 0.12 ha ərazisi olan 3285 “A” № li bağ sahəsi xx.xx.1991-ci il tarixdə Gülsurə Baba qızına icarəyə verilmişdir. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən 3285 № li bağ sahəsinin 0.12 ha hissəsi isə X9 və İstismarı Birliyinin xx.xx.1991-ci il tarixli, 17726 № li müqaviləsi ilə Sadil Əminağa oğluna icarəyə verilmişdir. İddiaçı Allahverdiyeva (Məhərrəmova) Şəhla Lətif qızının anası, Gülsurə Baba qızı xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. xx.xx.1991-ci il tarixli, 23818 № li müqavilənin 11-ci bəndində qeyd edilmişdir ki, icarədar vəfat etdikdən sonra “İcarədarın” özü ilə birgə yaşamış ailə üzvlərindən biri ilə müqavilə bağlanır. Bakı şəhər İcra hakimiyyəti Aparatının Abadlaşdırma və X3 Departamenti X6 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 484 nömrəli məktubuna və Bakı şəhər İcra hakimiyyəti Aparatının 15.10.86-cı il tarixli, 18/924 № li, 14.06.88-ci il tarixli, 6/333 № li qərarlarına əsasən ,3285 № li bağ sahəsinin 0.25 ha ərazisi mişar daşı ilə hasara alınmışdır. X18 və ailə üzvləri bağdan təyinatı üzrə istifadə etmiş, meyvə və bəzək ağacları əkmiş, bağda dincəlmək üçün külafirəngi (4 tərəfi eyvan) inşa etmişlər. Gülsurə Baba qızının vəfatından sonra, 2003cü ildən etibarən hər il bağ mövsümündə Gülsurə Baba qızının ailə üzvlərindən yalnız qızı, iddiaçı Allahverdiyeva (Məhərrəmova) Şəhla Lətif qızı öz ailəsi ilə birlikdə bağa köçmüş və bağdan istifadə etmişdir. Allahverdiyeva (Məhərrəmova) Şəhla Lətif qızı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə bağın darvazasını qıfıllayaraq bağdan köçmüşdür. xx.xx.2023-cü il tarixdə iddiaçı Allahverdiyeva (Məhərrəmova) Şəhla Lətif qızı bağa gəlmiş, bağın köhnə darvazasının yeni darvaza ilə əvəzlənməsini və bağda kənar şəxslər tərəfindən Sadil Əminağa oğluna məxsus hissədə fərdi yaşayış evinin tikintisinin aparıldığının şahidi olmuşdur. Bağın konfiqurasiyası dəyişilmiş, 3285 “A” № li bağ sahəsindəki külafirəngi isə sökülmüşdür. Həmin şəxslər 3285 saylı bağın onlara məxsus olmasını bildirsələr də, heç bir hüquqtəsdiqedici sənəd təqdim etməmişlər. xx.xx.2023cü il tarixdə iddiaçı Allahverdiyeva (Məhərrəmova) Şəhla Lətif qızı Bakı şəhəri, 9 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş və Bakı şəhəri, 9 saylı Notariat Ofisinin 18 may 2023-cü il tarixli,1235 № li arayışına əsasən adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı Maraqlı şəxs ********** qeydiyyat nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən 0,12 ha ərazisi olan 3285 “A” saylı bağ sahələrinə Dövlət Reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, **********95 saylı məktubunda əsassız olaraq 3285 “A” saylı bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinaya səbəb kimi Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2007-ci il tarixli, 2- 1708/2007 saylı qətnaməsi (hakim İlham Əsədov) qeyd edilmişdir. İddiaçı Allahverdiyeva (Məhərrəmova) X15 Rayon Məhkəməsinin 13 iyul 2007-ci il tarixli, 2- 1708/2007 saylı qətnaməsindən yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubundan sonra xəbərdar olmuşdur. Maraqlı şəxslər məhkəmə baxışına çağırılmadan, məhkəmə prosesində iştirakı təmin edilmədən çəkişmə prinsipinə əməl edilməmiş və faktiki olaraq yalnız iddiaçının təqdim etdiyi dəlil və mülahizələri əsasında iddiaçının iştirakı ilə məhkəmə 13 iyul 2007-ci il tarixdə 2-1708/2007 saylı qətnamə qəbul etmiş və həmin qətnamə icarədarların ailə üzvlərinə təqdim edilməmişdir. İddiaçı Allahverdiyeva (Məhərrəmova) Şəhla Lətif qızı xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinə rəsmi qaydada ərizə ilə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1708/2007 saylı qətnaməsini rəsmi qaydada ona təqdim olunmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1708/2007 saylı qətnaməsi rəsmi qaydada maraqlarına toxunan üçüncü şəxs Allahverdiyeva (Məhərrəmova) Şəhla Lətif qızına verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında 3285 və 3285 “A” № li bağın sahiblərinə lazımi qaydada xəbərdar edilməmiş və ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada bağ sahiblərinə göndərildiyi, çatdırıldığı barədə hər hansı bir sübut aşkar edilməmişdir. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş Bağlar massivində yerləşən 3285 “A” № li bağ sahəsi hal-hazırda iddiaçı Allahverdiyeva (Məhərrəmova) Şəhla Lətif qızının istifadəsindədir və digər bağ sahəsi ilə bir hasar daxilində olsa da, heç kim bu günə kimi 3285 “A” № li bağ sahəsinə iddia etməmişdir. Mülki iş apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etmişdir ki, iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 3284 və 3285 saylı bağ sahələrinin əvvəlki dövrlərdən halhazıradək kimlərin istifadəsində, icarəsində və mülkiyyətində olması, hansı razılaşma, vərəsəlik və müqavilələr əsasında hüquq sahiblərinin dəyişməsi barədə məlumat verilməsi, eləcə də həmin bağ sahələri ilə məlumatda göstəriləcək bütün hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3572 (köhnə nömrə) saylı bağ sahəsi xx.xx.1970cı il tarixli 17726 nömrəli müqavilə ilə Sadil Əminağa oğlunun istifadəsinə verilmişdir. Arxiv qovluğunda mövcud olan 1973-cü il tarixli cizgi və aktda bağ sahəsinin nömrəsi 3572/3285 kimi qeyd edilmişdir. 3285 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair bağlanılmış müqavilə müddəti xx.xx.1982-ci il tarixdə yenilənmişdir. Daha sonra Sadil Əminağa oğlu və ailə üzvləri Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3285 saylı bağ sahəsinin 0.12 hektar hissəsinin Gülsurə Baba qızının adına keçirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş Gülsurə Baba qızının adına keçirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizələri keçmiş X6 və İstismarı Birliyinə müraciət etmişlər. Belə ki, həmin razılıq ərizələri və Birliyin xx.xx.1991-ci il tarixli, 14/688 saylı protokolu ilə Ləhiş bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 3285 saylı bağ sahəsi 26.11 1991-ci il tarixli, 23818 nömrəli müqavilə əsasında Gülsurə Baba qızının icarəsinə verilmişdir. Ləhiş bağ massivində yerləşən 3285 saylı bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsinə dair Sadil Əminağa oğlu ilə xx.xx.1991-ci il tarixli, 17726 nömrəli müqavilə bağlanılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3571 (köhnə nömrə) saylı bağ sahəsi xx.xx.1965-ci il tarixli 10039 nömrəli müqavilə ilə Mülük Orucovun istifadəsinə verilmişdir. Arxiv qovluğunda mövcud olan 1973-cü il tarixli cizgi və aktda bağ sahəsinin nömrəsi 3571/3284 kimi qeyd edilmişdir. Qovluqda Ləhiş bağ massivində yerləşən 3284 və 3285 saylı bağ sahələrinin İddiaçı adına keçirilməsi ilə bağlı X8, X1 və X5 notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcuddur. Daha sonra Sabunçu Rayon Məhkəməsinin 2-1708/02007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Ləhiş qəsəbəsində yerləşən 3285 və 3284 nömrəli bağ sahəsinin İddiaçı istifadə hüququnun tanınması qət edilmişdir və xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olmuş Ləhiş bağ sahəsi, 3284-3285 saylı bağ sahəsi ünvanında yerləşən 0.4728 hektar torpaq sahəsi Bakı şəhəri 17-ci dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə/1-116 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X13 adına keçirilmiş və xx.xx.2016-cı il tarixdə isə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-1095 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6729/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-17725/2024 saylı, 14 may 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gülsurə Baba qızının vərəsəsi (X7) tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasardaxili 0.1387 ha təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. İddiaçı adına Sabunçu Rayon Məhkəməsinin qətnaməsi və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında ilkin olaraq 3284-3285 saylı bağ sahəsi 0.4728 ha olaraq **********70 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sonradan özgəninkiləşdirilmiş, hazırda "xxxx" MMC-nin mülkiyyətindədir. Qeydiyyatdan keçmiş 3284-3285 saylı bağ sahəsi Gülsurə Baba qızının vərəsəsi (Maraqlı şəxs) tərəfindən göstərilən 3285 saylı bağ sahəsi ilə naturada üst-üstə düşmür. Lakin ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından sahələrin iddiaçı və cavabdehlər tərəfindən istifadəsini, üst-üstə düşməsini dəqiq müəyyən etmək mümkün deyildir. Əlavə olaraq bildiririk ki, X2 göstərdiyi bağ sahəsi faktiki olaraq öz istifadələrindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə ümumi hasara alınmış sahənin bir hissəsinə düşür. Ümumi hasar daxilində bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3285 və 3286 saylı bağ sahələri və bölünənləri yerləşməlidir. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X19 verdiyi 14 mart 2024-cü il tarixli rəyi müdafiə etdi, həmçinin bildirdi ki, qeydiyyatdan keçmiş 3284-3285 saylı bağ sahəsi Gülsurə Baba qızının vərəsəsi Maraqlı şəxs tərəfindən göstərilən 3285 saylı bağ sahəsi ilə naturada üst-üstə düşmür. X2 göstərdiyi bağ sahəsi faktiki olaraq öz istifadəsindədir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3285 və 3286 saylı bağ sahələri və bölünənləri yerləşməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki birinci instansiya məhkəməsi 2(008)-1708/2007 saylı 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs “maraqlı şəxs” kimi tanıyıb Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1708/2007 saylı, 13 iyul 2007-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməzdən əvvəl həmin qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb və bunun nəticəsinə dair qərardad qəbul etməli idi. Ancaq birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1708/2007 saylı, 13 iyul 2007-ci il tarixli qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını müəyyən etmədən onu “maraqlı şəxs” kimi tanıyaraq, apellyasiya şikayətini mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-6729/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1708/2007 saylı, 13 iyul 2007-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 366.2, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-6729/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1708/2007 saylı, 13 iyul 2007-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-494/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-494/2024
10.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver