Məhkəmə qərarları › İş №2(103)-4940/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4940/2020

18.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4940/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X10 və X5 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 632/2020 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh" X2 baş direktoru Azər Əlizadənin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2019-cu il tarixli 877/K nömrəli əmrin ləğv edilməsi, onun “P- AQRO” X2 baş direktoru Azər Əlizadənin əmri ilə Cavabdeh X16 Zavodunda avtokar sürücüsü vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ‘'Cavabdeh” X4 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “Cavabdeh" X2 X16 Zavodunda avtokar sürücüsü vəzifəsinə təyin edilmişdir. “Cavabdeh" X2 baş direktoru Azər Əlizadənin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2019-cu il tarixli 877/K nömrəli əmri ilə işdən azad olunmuşdur. İddiaçı bu əmri qanunsuz və əsassız hesab edir. Belə ki, “Cavabdeh" X2 baş direktoru Azər Əlizadənin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2019-cu il tarixli 877/K nömrəli əmrində öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və qanuni əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə istinad edilmişdir. Bu baxımdan hesab edir ki, Cavabdeh baş direktoru Azər Əlizadənin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2019 cu il tarixli 877/K nömrəli əmri hüquqa və haqqa-ədalətə əsaslanmamışdır. Belə ki, o, xx xxxxxx 2019-cu ıl tarixdən xx xxxxxx 2019-cu il tarixə kımı Cavabdeh X16 Zavodunda avtokar sürücüsü vəzifəsində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam tənbehinə məruz qalmamış, işlədiyi müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən kiçik də olsa belə heç bır qanun pozuntusuna yol verməmiş, əksinə olaraq kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. Həmçinin, himayəsində 2 azyaşlı uşağı vardır və işlədiyi ış onun yeganə qazanc mənbəyidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 632/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh MMC-nin İddiaçı işdən azad edilməsinə dair 877/k saylı xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də avtokar sürücüsü vəzifəsində işə bərpa olunmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması və iddiaçıya məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı Ələkbərov X6 161/K nömrəli, xx.xx.2019-cu il tarixli əmrinə əsasən Cavabdeh MMC-nin X16 Zavoduna avtokar sürücüsü peşəsinə qəbul edilmiş və Azərbaycan Respublikası ƏM-nin 47-ci maddəsinin “b” bəndinə əsasən «13» fevral 2019-cu il tarixindən «13» may 2019-cu il tarixinədək «3» ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı 31 oktyabr və xx xxxxxx 2019-cu il tarixlərində heç bir üzürlü səbəb olmadan bütün iş günü iş yerinə gəlməmiş və bu barədə zavod rəhbərliyinə və digər zavod əməkdaşlarına heç bir məlumat verməmişdir. Qeyd olunanlarla bağlı ətraflı izahat verilməsi üçün İddiaçı yaşadığı ünvana “02” noyabr 2019-cu il tarixdə teleqram göndərilmiş, lakin buna baxmayaraq, izahat verilməsi üçün iş yerinə gəlməmişdir. Bununla da o, əmək vəzifələrini kobud şəkildə pozmuşdur.İddiaçı avtokar sürücüsü olaraq qəsdən əmək funksiyasını, vəzifə borcunu və öhdəliklərini yerinə yetirmədiyinə görə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq, istehsalın axın xəttinin və işin dayandırılmasına səbəb olmuşdur. Cəmiyyətin 877/K nömrəli, 05..11.2019-cu il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir..Apellyasiya baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, o, həqiqətən də 31 oktyabr və xx xxxxxx 2019-cu il tarixlərində bütün iş günü iş yerinə gəlməmiş və bu barədə zavod rəhbərliyinə və digər zavod əməkdaşlarına heç bir məlumat verməmişdir.Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə onun qardaşının uşağı itmişdir, uşağı axtardıqlarından işə getməmişdir və işəgötürənə məlumat verməmişdir.Həmin gün iş vaxtının bitməsinə bir saat qalmış işə getmiş, “Tabel kitabı”ında 31 oktyabr tarixdə “Gəldi “ qrafasına imza etmiş, izahatı alınmadan çıxıb getmişdir.Səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə isə ümumiyyətlə işə getməmişdir.Belə ki, o, digər işçilərlə birgə əməkhaqqının artırılmasını tələb etmişlər.Lakin xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya iş yerindən rəhbərlikdən teleqram göndərilərək İddiaçı işə çıxmaması səbəbi barədə məlumat verilməsi tələb edildikdən sonra o da işəgötürənə cavab olaraq teleqram göndərmiş və bildirmişdir ki, işə gəlmiş , lakin mühafizəçi onu buraxmamışdır. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-632/2020 nömrəli qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh” MMC-nin 877/k saylı xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixdən xitam verilmişdir, istifadə etmədiyi məzuniyyət üçün 15 təqvim gününün kompensasiyasının ödənilməsi qeyd edilmişdir. Həmin əmrlə X8 və X11 da həmin əsasla tutduğu vəzifələrdən azad edilmişlər. Cavabdeh MMC-nin baş direktoru Azər Əlizadəyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı tərəfindən “xxxxx” MMC-nin X16 Zavodunun Avtokar sürücüsü kimi işə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli, 402/19 №-li əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin baş direktoru cənab X14 ilə İddiaçı arasında 3 ay sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında tam maddi məsuliyyət haqqında da müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 402/19 №-li əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin baş direktoru cənab X14 ilə İddiaçı arasında 3 ay sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 161/K №-li əmrdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 1 aylıq sınaq müddətilə Cavabdeh MMC-nin X16 Zavoduna Avtokar sürücüsü peşəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xidməti məruzədən görünür ki, X13 Emalı Zavodunda aşağıda adları qeyd olunan işçilər 30 və xx xxxxxxx 2019-cu il tarixlərində heç bir üzürlü səbəb olmadan bütün iş günü iş yerlərinə gəlməmişdirlər və bu barədə zavod əməkdaşlarına heç bir məlumat verməmişdirlər. Bununla da özlərinin əmək funksiyalarını və əmək müqavilələri üzrə öhdəliklərini tam yerinə yetirməmişdirlər. İddiaçı ünvanlanmış teleqramdan görünür ki, 30 və xx xxxxxxx 2019-cu il tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü yerində olmamış və bu barədə zavod əməkdaşlarına məlumat verməmişdir Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəkdir. Cavabdeh MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin X16 X9 Hüseynovun təqdimatına əsasən avtokar sürücüsü peşəsində işləyən İddiaçı xx xxxxxx 2019-cu il tarixində heç bir üzrlü səbəb olmadan bütün iş günü iş yerinə gəlməmiş və bu barədə zavod əməkdaşlarına heç bir məlumat verməmişdir. Bununla da X16 Zavodunun avtokar sürücüsü peşəsində işləyən İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin X16 X9 Hüseynovun təqdimatına əsasən avtokar sürücüsü peşəsində işləyən İddiaçı xx xxxxxxx 2019-cu il tarixində heç bir üzrlü səbəb olmadan bütün iş günü iş yerinə gəlməmiş və bu barədə zavod əməkdaşlarına heç bir məlumat verməmişdir. Bununla da X16 Zavodunun avtokar sürücüsü peşəsində işləyən İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh MMC-nin X16 Zavodunun əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, avtokar sürücüsü peşəsində işləyən İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə işə 08:00-da başlamalı olduğu halda işə saat 14:00-da gəlmiş və tabel kitabında gəlməyi barədə imza etmişdir.İddiaçı işə gec gəlməyi barədə izahat verilməsi bildirilmişdir.Lakin izahat verməkdən imtina edərək heç bir üzrlü səbəb olmadan iş yerini tərk etmişdir. Bununla da X16 Zavodunun avtokar sürücüsü peşəsində işləyən İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Apellyasiya baxışı zamanı əslinə baxış keçirilərək müvafiq səhifəsinin surəti iş materiallarına əlavə olunmuş “Tabel kitabı”ından müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə “Tabel kitabı”ında “Gəldi “ qrafasına imza etmiş, getdi qrafasında isə, həmçinin səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə isə heç bir imza yoxdur, yəni boşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC-nin X16 Zavodunda avtokar sürücüsü vəzifəsində çalışmışdır. Cavabdeh MMC-nin 877/k saylı xx xxxxxx 2019-cu il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.Hazırda iddiaçı əmək müqaviləsinin ləvğ edilməsinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, 72-ci maddəsinin "a" bəndinə uyğun olaraq işdən azad edildiyindən, ilk növbədə iddiaçının hərəkətlərində onun işdən azad olunmasına əsas olmuş Əmək Məcəlləsinin yuxarıda istinad edilən müddəalarının dispozitiv şərtlərinin mövcud olub-olmamasına qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan Aktlardan, Xidməti məruzədən, işəgötürən tərəfindən edilmiş teleqramdan və xüsusilə İddiaçı izahatından müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərində heç bir üzürlü səbəb olmadan bütün iş günü iş yerinə gəlməmişdir.Belə ki, İddiaçı xx xxxx 2020-ci il tarixli Məhkəmə kollegiyasının iclasında həqiqətən də 31 oktyabr və xx xxxxxx 2019-cu il tarixlərində bütün iş günü iş yerinə gəlmədiyini və bu barədə zavod rəhbərliyinə və digər zavod əməkdaşlarına heç bir məlumat vermədiyini bildirmişdir.İddiaçı apellyasiya baxışı zamanı verilən suallara cavab olaraq qeyd etmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə onun qardaşının uşağı itmişdir, uşağı axtardıqlarından işə getməmişdir və işəgötürənə məlumat verməmişdir.Həmin gün iş vaxtının bitməsinə bir saat qalmış işə getmiş, “Tabel kitabı”ında 31 oktyabr tarixdə “Gəldi “ qrafasına imza etmiş, izahatı alınmadan çıxıb getmişdir.Səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə isə ümumiyyətlə işə getməmişdir.Belə ki, o, digər işçilərlə birgə əməkhaqqının artırılmasını tələb etmişlər.Lakin xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya iş yerindən rəhbərlikdən teleqram göndərilərək İddiaçı işə çıxmaması səbəbi barədə məlumat verilməsi tələb edildikdən sonra o da işəgötürənə cavab olaraq teleqram göndərmiş və bildirmişdir ki, işə gəlmiş, lakin mühafizəçi onu işə buraxmamışdır.Lakin iddiaçı mühafizəçinin iddiaçını işə buraxmaması, buna görə də işəgötürənə müraciət etməsi, teleqram göndərməsi barədə hər hansı sübutu təqdim etməmişdir.Əksinə iddiaçı bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya iş yerindən rəhbərlikdən teleqram göndərilərək İddiaçı işə çıxmaması səbəbi barədə məlumat verilməsi tələb edildikdən sonra o da işəgötürənə cavab olaraq teleqram göndərmiş və bildirmişdir ki, işə gəlmiş, lakin mühafizəçi onu işə buraxmamışdır. Məhkəmə arşdırması zamanı iddiaçının irəli sürdüyü hallar təsdiq olunmamış və İddiaçı xx xxxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərində işə gəlməməsinin üzürlü hesab olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, İddiaçı xx xxxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərində işə gəlməməsinin üzürlü hesab olunmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və işəgötürən tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, 72-ci maddəsinin "a" bəndinə uyğun olaraq işdən azadedilməsi üçün əmrin verilməsinə əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri iddia tələblərini təsdiq etmədiyindən birinci instansiya məhkəməsi iddianın rədd olunmasına dair qətnamə qəbul etməli idi. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, belə qənaət gəlir ki, mübahisələndirilən əmr qanunidir və onun ləğvi üçün əsas yoxdur. İddianın işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsi əmrin ləğv edilməsi tələbindən irəli gəldiyindən kollegiya bu tələbləri də əsassız hesab edir. Beləliklə, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 632/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar