Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4944/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X27 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X8 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı X15, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə Cavabdeh1, və ilk iddia üzrə Cavabdeh3, X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(002)-72/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şantralı İsrafil İslamoviç cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi, torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X12 və 2008-ci il təvəllüdlü X29 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvana olan istifadə hüquqlarının olmamasının müəyyən edilməklə istifadə hüquqlarına xitam verilməsi, torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişidirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, X4 ilə Cavabdeh1 arasında bağlanılmış 18.07.2017-ci il tarixli ilkin müqavilənin və X4 ilə Cavabdeh1 arasında bağlanılmış AN-İ ******* saylı 16.09.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ******* saylı 03.10.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X12 və 2008-ci il təvəllüdlü X29 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvana olan istifadə hüquqlarının olmamasının müəyyən edilməklə istifadə hüquqlarına xitam verilməsi, torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanı mülkiyyət hüququ ona məxsus olmaqla 08.11.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Belə ki, həmin ünvanda yerləşən torpaq və torpaq üzərində olan tikililər Sovet dövründən atasına mərhum atası İslama məxsus olmuşdur. Atası 1981ci ildə vəfat edəndən sonra həmin evdə qardaşı yaşamışdır. O vaxtaşırı qardaşına baş çəkirdi. 2017-ci ildə cavabdehlər yaşamağa yerləri olmadığından ondan orada yaşamaq xahiş etdilər və o onlara icazə verdi. 2019-cu ilin mart ayında qardaşı vəfat etdi. Bundan sonra o vərəsəlik qaydasına həmin əmlak öz adına rəsmiləşdirilmişdi. O Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiyada yaşasa da vaxtaşırı həmin evə gedib gəlmişdir. Cavabdehləri müvəqqəti olaraq ona məxsus evdə yaşamasına heç bir narazılığı olmamışdır. Lakin hazırda ona məlum olmuşdur ki, cavabdehlər hansı yollasa ona məxsus evə qeydiyyada düşmüşlər və onu mülkiyyətində olan evə buraxmaq istəmirlər. Onlardan onun əmlakını tərk etmələrini tələb etsə də onlar buna etiraz edirlər. Həmin torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ev ona məxsus olmaqla cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehlər hazırda ona məxsus torpaq sahəsində tikirdikləri evdən istifadə edir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizəni onunla əsaslandırmışdır ki, o cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 azyaşlı uşaqları 2006-cı il təvəllüdlü X12 və 8-ci il təvəllüdlü X29 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvana olan istifadə hüquqlarının olmamasının müəyyən edilməklə istifadə hüquqlarına xitam verilməsi, torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş evin boşaldılaraq ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun qardaşı X25 13 dekabr 2016-cı ildə vəsiyyətnamə yazaraq bütün əmlakını ona bağışlamışdır. Lakin onun alkoqol xəsəliyindən əziyət çəkməsindən istifadə edən cavabdehlər onu aldadaraq ondan etibarnamə almışlar. Etibarnamə alandan sonra isə qardaşının adına olan 03 sot torpağı və həmin torpaq sahəsinin üzərində olan evi 24000 (iyirmi dörd min) manata güya ondan almışlar. Halbuki həmin ərazidə torpağın bir sotu 20- 25 min arası dəyişir. Cavabdehlər üç sot torpağa və evə dəyərindən qatqat aşağı pul ödəmişlər. Notarius bunları görə bilərdi və əslində görməli idi. Çünkü faktiki olaraq evi satan qardaşı deyil, X4 alıcı isə Fəxrəddinin oğlu Cavabdeh1dur. Banka pulu qoyan da bankan pulu götürən də, evi satan da alan da faktiki olaraq cavabdehlər özləri olmuşdur. Onun rəhmətlik qardaşının bunlardan xəbəri olmamışdır. Etibarnaməni də onu aldadaraq almışlar. Bu iş üzrə alqı satqının aparıldığı Bakı şəhəri Cavabdeh6 xüsusi notariusu X13 da iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməlidir. Hazırda həmin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 27 ünvanında yerləşən və mərhum atası Şantralı İslambek tərəfindən 1963-cü ildə tikilmiş ev cavabdehlərin qardaşımı aldadaraq ələ keçirdikləri torpaq sahəsinin üzərində deyildir. Çünki iş materiallarında olan Cavabdeh1 adma olan çıxarışdan və alqı-satqı müqaviləsinin surətindən görünür ki, qardaşı üç sot torpağı cavabdehlərə satmışdır. (Əslində isə cavadehlər qardaşımı aldadaraq ona məxsus 3 sot torpağı ələ keçirmişlər.) Cavabdehlər isə qardaşımı aldadaraq evi də ələ keçirmişlər. Mənim atama məxsus evin hazırda çıxarış əsasında cavabdehlərdə olan torpaq sahəsinin üzərində olub-olmadığının araşdırılması üçün ekspertizanın keçirilməsi zəruridir. Həmçinin qeyd olunan mülki işdə cinayət əlamətləri vardır və bu hallar araşdırılarkən aşkar olacaqdır. Göründüyü kimi evi alan da satan da faktiki olaraq cavabdehlər olmuşdur. 3 sot torpağı evlə birlikdə cəmi 24000 manata sənədləşdirərkən bunları notarius görməli idi. Həmçinin 24000 nsanat pulu bankda götürən də cavabdehlərin mərhum atası X4 olmuşdur. Heç həmin pul da qardaşına verilməyib. Göründüyü kimi cabadehlər qardaşımı aldadaraq ona məxsus torpağı ələ keçirmişlər. qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 28.02.2020-ci il tarixdə məhkəmənin ünvanına qarşılıqlı iddia ərizəsi göndərərək, ilk iddianın rədd edilməsi və cavabdeh (ilk iddia üzrə iddiaçı) X15 iddiasının əsassız olması, sözügedən mülkün Cavabdeh1 məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov kuçəsı, 27 saylı sahə Cavabdeh1 məxsusdur, bu haqda 03.10.2017-ci il tarixli ÇİXARİŞ mövcuddur.(surəti əlavə olunur) Cavabdehin atası vəfat etdikdən sonar qardaşı bu ünvanda onların himayələri altında yaşamışdır. Onun bütün tələbatları onların tərəflərindən ödənilmişdir Cavabdeh qardaşının hətta dəfninə gəlməyib, onu onlar dəfn etmişlər. X25 tərəfindən atası X3 15.07 2017-ci il tarixində etibarnamə verilmiş və bu etibarnamə 15.07.2097-ci il tarixədək qüvvədədir.(surəti təqdim olunur). Cavabdeh yalan arqumentlər gətirməklə onları şantaj edir. Onlar heç bir torpağı zəbt etməmişlər və qanuni sənədlər əsasında almışlar.(sənədlər təqdim olunur). Bununla, cavabdeh onlara böhtan atır, zərurət yarandıqda böhtanla bağlı məhkəməyə müraciət edəcəklər. Əgər cavabdehin ata mülkünə sahiblənmək fikri varsa, təzminat ödənməklə onlar bu ünvanı tərk edə bilərlər. Təzminat 100.000 (yüz min manat) olmaqla bu ünvanda qeydiyyatda olanlara verilməlidir. Qeyd olunan halların nəzərə alınaraq, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(002)-72/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ilk idida tələbi üzrə iddiaçıya və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməsi, iş üzrə mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərc qismində 80,40 manat məbləğində pul vəsaiti ilk iddia tələbi üzrə İddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (hesab nömrəsi AZ23AİİB**********3701778, VÖEN **********) köçürülməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-72/2021 saylı iş üzrə 04.03.2021-ci il tarixli qətnaməsininin qismən, yəni onun iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi, iddiasının təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamənin ilkin iddia tələbinə dair qəbul etdiyi qətnamə əsassız olmaqla apellyasiya məhkəməsi tərəfindən ləğv edilməlidir. Belə ki, ünvan 3 ünvanı mülkiyyət hüququ ona məxsus olmaqla 08.11.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Həmin ünvanda yerləşən torpaq və torpaq üzərində olan tikililər Sovet dövründən mərhum atası İslama məxsus olmuşdur. Atası 1981 -ci ildə vəfat edəndən sonra həmin evdə qardaşı yaşamışdır. O, vaxtaşırı qardaşına baş çəkirdi. 2017-ci ildə cavabdehlər yaşamağa yerləri olmadığından ondan orada yaşamağı xahiş etdilər və iddiaçı onlara icazə vermiş. 2019-cu ilin mart ayında qardaşı vəfat etdi. Bundan sonra o, vərəsəlik qaydasına həmin əmlakı adına rəsmiləşdirmiş. Qardaşı X25 13 dekabr 2016-cı ildə vəsiyyətnamə yazaraq bütün əmlakını iddiaçıya bağışalmışdır. Lakin onun alkoqol xəsəliyindən əziyyət çəkməsindən istifadə edən cavabdehlər onu aldadaraq ondan etibarnamə almışlar. Etibarnamə alandan sonra isə qardaşının adına olan 03 sot torpağı və həmin torpaq sahəsinin üzərində olan evi 24000 (iyirmi dörd min) manata güya ondan almışlar. Halbuki həmin ərazidə torpağın bir sotu 20-25 min arası dəyişir. Cavabdehlər üç sot torpağa və evə dəyərindən qat-qat aşağı pul ödəmişlər. Faktiki olaraq evi satan qardaşı deyil, X4 alıcı isə mərhum Fəxrəddinin oğlu Cavabdeh1dur. Banka pulu qoyan da bankan pulu götürən də, evi satan da alan da faktiki olaraq cavabdehlər olmuşdur. Rəhmətlik qardaşının bunlardan xəbəri olmamışdır. Hesab edir ki, etibarnaməni də onu aldadaraq almışlar. 2019-cu lin mart ayında qardaşı vəfat etmiş. Bundan sonra o, vərəsəlik qaydasında həmin əmlakı adına rəsmiləşdirmişdir. O, Rusiya Federasiyasının vətəndaşı olduğunu, Rusiyada yaşasa da vaxtaşırı həmin evə gedib gəlmiş. Lakin hazırda ona məlum olmuşdur ki, cavabdehlər hansı yollasa ona məxsus evə qeydiyyada düşmüşlər və onu mülkiyyətində olan evə buraxmaq istəmirlər. Onlardan əmlakını tərk etmələrini tələb etsə də onlar buna etiraz etmişlər. Həmin torpaq sahəsi və torpaq sahəsində inşa ev ona məxsus olmaqla cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Hər hansı şəxsin əmlakından istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehlər hazırda ona məxsus torpaq sahəsində tikirdikləri evdən istifadə edir. Cavabdehlər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 27 ünvanında yerləşən və məhrum atası Şantralı İslambek tərəfindən 1963-cü ildə tikilmiş ev cavabdehlərin qardaşını aldadaraq ələ keçirdikləri torpaq sahəsinin üzərində deyildir. Çünki iş materiallarında olan cavabdeh X7 adına olan çıxarışdan və alqı-satqı müqaviləsinin sürətindən görünür ki, qardaşı üç sot torpağı cavabdehlərə satmışdır. Cavabdehlər isə qardaşını aldadaraq evi də ələ keçirdiklərini bildirmişdir. Cavabdehlər tərəfindən həmin torpaq sahəsinə dair qanunsuz sənədləşdirmə aparılmışdır. Torpağın sənədləşdirilməsinə dair sənədlərdən məlum olmuşdur ki, cavabdehlərin atası X4 onun qardaşından etibarnamə almış, 18.07.2017-ci ildə ilkin müqavilə daha sonra isə 16.09.2017-ci il tarixli alqı satqı müqaviləsi bağlanmış, ona məxsus evin yerləşdiyi torpaq sahəsini güya 24000 manata almışdır. Halbuki həmin ərazidə torpağın qiyməti müqavilələrdə göstəriləndən qat qat artıqdır. Cavabdehlər notarial qaydada alqı-satqı edərkən torpağın qiymətini aşağı qiymətə bildirdikləri halda notariatdan imtina alacaqlarını bildirdiklərinə görə 23500 manat məbləğində ilkin müqavilə bağlanmışdır ki, sonradan alqı-satqı müqaviləsi bağlanarkən torpağa orta bazar qiymətinə uyğun qiymət qoyulması mümkün olmasın. Faktiki olaraq evi satan onun qardaşı deyil, mərhum X4, alıcı isə mərhum Fəxrəddinin oğlu Cavabdeh1dur. Banka pulu qoyan da bankan pulu göturən də, evi satan da alan da faktiki olaraq cavabdehlər olmuşdur. Onun qardaşının bunlardan xəbəri olmamış, etibarnaməni də onu aldadaraq alınmışdır. Həmçinin sorğu verərək alqı satqı ilə bağlı sənədlərin surətlərini notariusadan alaraq məhkəməyə təqdim etmiş. Həmin sənədlərin içərisində ilkin müqavilə üzrə ödənilməli olan 23500 manat məbləğində pulun qəbzi yox idi. Həmin müqavilənin tərəfləri qismində X16 adından X4 iştirak etmiş, həmin müqavilədə X16 adından torpağın ilkin qiyməti (cavabdehə sərf edən məbləğdə) müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddiaçının iddiasının rədd edilməsi hissəsində ləğv edilməsini, iddiasının təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0698 ha torpaq sahəsi X21 məxsus olmaqla 08.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materialalrında olan 17.02.2020-ci il tarixli arayışın məzmunundan aydın olur ki, X5 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, 27 saylı ünvanda qeydiyyatdadır və oğlu Cavabdeh1, gəlini Cavabdeh2 oğlu, oğlu Cavabdeh3, qızı Cavabdeh4, qızı Cavabdeh5, nəvəsi X14, nəvəsi X29 ailə tərkibi vardır. İş materiallarına əlavə olunmuş AR-İ 547459 nömrəli etibarnamənin surətindən görünür ki, X26 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat X1 ona məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair 15.07.2097-ci il tarixə kimi qüvvəsi olan etibarnamə vermişdir. İş materiallarında olan 18 iyul 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin müqavilənin məzmunundan aydın olur ki, X25 ilə Cavabdeh1 arasında ünvan 4 ünvanda yerləşən 600.0 kv m. Olan torpaq shaəsindən 300 torpaq sahəsinin gələcəkdə alıcıya satmaq məqsədilə alqı-satqı müqaviləsi bağlanandək alıcı ilə öz aralarında ilkin müqavilə bağlamaq barədə razılığa gəlirlər. bu müqavilənin predmeti ünvan 4yerləşən 600 kv m olan torpaq shaəsindən 300 kv m olan torpaq shaəinin dəyəri tərəflrəin razılığı ilə 24000 manat qiymətləndirildi. Alıcı həmin məblğdən 23500 manat mənləği notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödəyir, qalan 500 manatı isə alqı-satqı zamanı satcıya ödəməyi öhdəsinə götürür, satıcı həmin pulu qəbul edir. İş materiallarına əlavə olunmuş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X25 ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən satıcı ünvan 5 ünvanında yerləşən ümumi sahə 0,03 ha alıcı Cavabdeh1 mülkiyyətinə verir, alıcı 24000 manat məbləğində pul vəsaitini satıcıya ödədi. İş materialalrında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh1 məxsus olmaqla 03.10.2017-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 13 dekabr 2016-ci il tarixli vəsiyyətnamənin məzmunundan aydın olur ki, X25 bütün əmlakının Rusiya Federasiyası vətəndaşı Perm şəhərində yaşayan X22 vəsiyyət etmiş və vəsiyyətnamə Bakı şəhəri 8 saylı Notarius Ofisində 2V-1- 180 № ilə qeydə alınmışdır. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun məzmunundan aydın olur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 27 saylı evin sahibi X17 qeyd edilmişdir. İş materialalrından görünür ki, Cavabdeh1 tərəfindən 500 manat məbləğində pul vəsaiti alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabına köçürülmüşdür. İş materialalrında olan ******* № li Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan aydın olur ki, ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X18 məxsus olmaqla 11.10.2014-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27 oktybar 2020-ci il tarixli mütəxəssis rəyinin məzmunundan yadın olur ki, mütəxəssis rəyinin verilməsi üçün mübahisələndirilən əraziyə tərəflərin iştirakı ilə baxış keçirilib, koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Araşdırma təqdim edilmiş çıxarış və plan-ölçü sənədlərinə, naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılaraq rəyə əlavə edilmiş sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Ölçülmüş mübahisələndirilən əraziyə Cavabdeh1 adına reyestr nömrəsi **********00, sahəsi 0.03 hektar və X19 adına reyestr nömrəsi **********89, sahəsi 0.0698 hektar olan çıxarış və plan-ölçülər verilmişdir ki, bu çıxarışlarla ancaq torpaq sahəsi qeydiyyata alınmışdır hec bir tikinti qeydiyyata alınmamışdır. ünvan 6 ünvanda mübahisələndirilən ferdi yaşayış evi reyestr nömrəsi **********00 olan çıxarışa əsasən İlk iddi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X6 mülkiyətində olan torpaq sahəsinin hüdudları daxilində (sxem əlavə edilir) yerləşir. Cavabdeh1 mülkiyyətində olan 0.03 hektar torpaq sahəsində heç bir tikili qeydiyyata alınmamışdır. ünvan 6 ünvanda mübahisələndirilən fərdi yaşayış evi (tikinti) reyestr nömrəsi **********89, sahəsi 0.0698 hektar olan çıxarış İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X23 mülkiyyətidə olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir (sxem əlavə edilir). X19 mülkiyyətində olan 0.0698 hektar torpaq sahəsində heç bir tikili qeydiyyata alınmamışdır. Aparılmış tədqiqətın xərci 80,40 manat təşkil edir. İş materialalrında olan 18.07.2017-ci il tarixli TT845757 № li qəbzin məzmunundan aydın olur ki, alqı-satqı üzrə Cavabdeh1 tərəfindən 23500 manat məbləğində pul vəsaiti X38 rayon filialı vasitəsilə Notariusun hesabına köçürülmüşdür. Məhkəmə kollegiyası ilk iddia tələbininə dair aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddsəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 405.1-ci maddəsinəç əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsiə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 1224.0.2-ci maddəsinə əsasən vəsiyyətnamə vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə hallarda qüvvədən düşür: Həmin Məcəllənin 1228-ci maddəsinə əsasən əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa və ya qüvvədən düşmüşdürsə və miras qoyan başqa sərəncamlar verməmişdirsə, vəsiyyətnamənin qalan sərəncamları qüvvədə qalır. Birinci instansiya məhkəməsinin araşıdrması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X25 arasında ünvan 4 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin alqısatqısına dair notarial qaydada təsdiq edilmiş18 iyul 2017-ci il tarixli ilkin müqavilə və 16 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-saqtı müqaviləsi bağlanılmış, müqaviləyə əsasən satıcı qismində X25 ünvan 4 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini alıcı qismində Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı həmin əmlakın dəyəri qimsində 24000 manat məbləğində pul vəsaitini satıcıya ödəmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüquq əsasında Cavabdeh1 məxssu olmaqla, həmin hüquq 13.09.2017- ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İlk iddia tələbi üzrə iddiaçı həmin torpaq sahəsinə dair tərəflər arasında bağlanılmış ilkin müqavilə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbini irəli sürərək, satıcı qismində çıxış edən qardaşının alıcı qismində çıxış edən cavabdeh tərəfindən aldadıldığını, əslində onun tərəfindən qardaşına heç bir pul ödənilmədiyini, qardaşının cavabdehin atasına etibarnamə verdiyini, onun öz oğlu ilə öz xeyrinə müqavilə bağladığını əsas gətirərək, həmin hissədə ilk iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə kollegiyası ilk iddia tələbinin ilki müqavilənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi araşdırması zamanı müvafiq ilkin müqavilənin və alqı-saqtı müqaviləsinin bağlanılması zamanı mülki qanunvericilyin hər hansı tələbinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı ilk iddia tələbinin qeyd olunan hissədə əsası kimi müvafiq alqı-satqının qardaşının aldadılaraq, qardaşının cavabdehin atasına etibarnamə verməklə, onun öz oğlu ilə öz xeyrinə müqavilə bağlaması, heç bir pul ödənilməməsi, bütün əmlakın ona vəsiyyət edilməsi kimi hallara istina etmişdir. Lakin birinci instansiya məhkəmə araşıdrması zamanı müəyyən eidlmişdir ki, ilk idida tələbi üzrə cavabdeh tərəindən müvafiq əmlakın alqı-satqısı üzrə həmin əmlakın dəyəri qimsində 24000 manat məbləğində bank vasitəsilə əmlakın mülkiyyəçisinə pul vəsaiti ödənilmiş və ona dair qəbz mövcuddur. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia tələbi üzrə iddiaçının qardaşı müvafiq əmlakın mülkiyyətçisi qismindəçıxış etməklə, onun tərəfindən cavabdehin atasına bütün əmlakının idarə eidlməsi və sərəncam verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə verilmiş, həmin etibarnamə əsasında cavabdehin atasının şəxsən özü barəsində əqd bağlaması halı müəyyən edilməmişdir. Belə ki, müvafiq əmlakın mülkiyyətçisinin adından etibarnamə verilmiş şəxs həmin əmlaka dair öz oğlu ilə alqı-satqı müqaviləsini bağlamışdır. Mülki qanunvericiliyin tələbinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsi halı imperativ norma kimi müəyyən edilmişdir. bu halda, məhkəmə hesab edir ki, hazırki halda isə etibarnamə verilmiş şəxsin oğlu ilə müvafiq əqdi bağlaması halı şəxsən özü barəsində bağlanılmış əqd kimi qiymətləndiirlməsinə əsas vermir. Həmçinin, məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bütün əmlakının qardaşı tərəfindən ona vəsuyyət edilməsi və bu barədə notarial təsdiq olunmuş vəsiyyətnamənin mövcudluğu ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən vəsiyyət edən şəxsin öz sağlığında əmlakının özgəninkiləşdirilməsi həmin hissədə vəsiyyətnamənin qüvvədən düşməsinə səbəb olur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı həm ilkin müqavilə, həm də alqı-saqtı müqaviləsinin bağlanılması zaman mülki qanunvericiliiyinin şərtlərinin pozulması ilə bağlanılması halı müəyyən eidlməmişdir. ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi ilkin müqvailə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hisssəində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası ilk iddia tələbinin müvafiq əmlaka dair Çıxarışın ləğv edilməsi hisssəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb ilk idida tələbi üzrə müavfiq alqısatqı müqaviləsinin etibrsız hesab edilməsinə dair əsas tələbdən törəmə olduğundan, əsas tələb qismində çıxış edən ilk iddia tələbinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə diar hissədə əsassız olduğundan, ilk iddia tələbi çıxarışın ləğv edilməsi hissəsində də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə ilk iddia tələbinin yaşayış evinə istifadə hüququnun olamaması müəyyən edilməklə, istifadə hüququna xitam verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, ilk iddia tələbi üzrə iddiaçı müvafiq yaşayış sahəsinə dair ilk iddia tələbi üzrə cavabdehlərin istifadə hüququna xitam verilməsini tələb etsə də, həmin yaşayış sahəsinin ona məxsus olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. mülki qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququnun yaranması, dəyişməsi və xitamı məhz mülkiyyətçi ilə digər şəxslər arasında yaranan hüquq münasbitələridir. Hazırki halda iddiaçı yeganə sübut qismində şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndiirlməsinə dair pasport təqdim etmişdir ki, həmin sənəddə evin sahibi qismində X20 adı qeyd edilmişdir. Göründüyü kimi hazırki halda ilk iddia tələbi üzrə iddiaçının həmin yaşayış sahəsinin mülkiyyətçisi qismində çıxış etməsi halını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi üzrə iddiaçının cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüquqularına xitam verilməsi tələbini irəli sürülməsinə dair subyektiv hüququ olmamışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, iilk iddia tələbi qeyd olunan hissədə də əsasssız olmaqla, təmin edilməməlidir. Həmçinin, birinci instansiya məhkəməsi araşdırması zamanı ilk iddia tələbi üzrə cavabdehlər tərəfindən ilk iddia tələbi üzrə ididaçıya məxssus torpaq sahəsinin zəbt edilməsi halı müəyyən edilməmişdir. Digər tərəfdən ünvan 4 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında ilk iddia tələbi üzrə Cavabdeh1 Fəxrdəddin oğluna məxssus olduğu müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi araşdırması zamanı müvafiq mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, müvafiq fərdi yaşayış evi məhz Cavabdeh1 məxssu olan torpaq sahəsinin hüdudları daxilində yerləşir, Cavabdeh1 məxsus torpaq sahəsində və X21 məxssus torpaq sahəsində hər hansı tikili qeydiyyata alınmamışdır. İlk iddia tələbi üzrə iddiaçı cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmasını, evin boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, həmin yaşayış sahəsinin ona məxsus olmasına dair heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi indiki halda isə ilk iddia tələbi üzrə iddiaçı həmin evin mülkiyyətçisi qismində çıxış etmir. Bu halda, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi qeyd olunan hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası hazırki mülki iş üzrə ilk iddia tələbi üzrə cavabdeh 8 saylı Notariat Ofisinin nümayənədsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizsi ilə bağlı hesab edir ki, müvafiq ərizə əsassız olmaqla, hazırkı mülki iş üzrə iddia müddəti ilk ididaçı tərəfindən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, hazırki mülki iş üzrə müvafiq daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi 16.09.2017-ci il tarixdə bağlanılmışdır. İlk idida tələbi üzrə ididaçı məhkəmə iclaısnda veridyi izahatı əsasında müəyyən eidlmidşir ki, müvafiq torpaq shaəinin alqısatqısına dair məlumatı məhz qardaşının 2019-cu ilin mart ayında vəfat etməsindən sonra ona məlum olmuşdur. İlk iddia tələbi üzrə iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə 2020-ci ilin fevral ayında mürcaiət etmişdir. Bu halda məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək hesab edir ki, hazırki mülki iş üzrə ilk iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə qarşılıqlı idida tələbi üzrə iddiaçının evin ona məxsus olmasının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbi əsassız olmaqla, təmin edilməməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respubliaksı Qanunun 2.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin təhlilindən aydın olur ki, daşımaz əmlaka dair mülkiyyət və digər əşya hüquqları dövlət qeydiyyatına alınmalıdır. Hər hansı şəxsin daşınmaz əmlakın mülkiyyətçisi qismində çıxış etməsi üçün həmin şəxs əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaılıdır. Həmçinin, qanunvericiliyin təhlilindən aydın olur ki, daşınmaz əşyanın kimə məxssusluğu məhz mülkiyyət hüququ əsasında müəyyən edilir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə qarşılıqlı idida tələbinin heç bir hüquqi əsası mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan halı nəzərə alaraq, mülki qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilk iddia və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia və qarşılıqlı iddia tələbi üzrə iddiaçılara adi edilməsi, iş üzrə mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərc qismində 80,40 manat məbləğində pul vəsaitinin ilk iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçıdan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (hesab nömrəsi AZ23AİİB**********3701778, VÖEN **********) köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı şikayətində bildirmişdir ki, sənədlərin içərisində ilkin müqavilə üzrə ödənilməli olan 23500 manat məbləğində pulun qəbzi olmamışdır Bununla bağlı Bakı Apellyasiya məhkəməsinin sübutların təmini qaydasında qərardadına əsasən Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təqdim olunmuş və baxış keçirilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə dair notariat işindən görünür ki, satıcı X25 ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən satıcı ünvan 5 ünvanında yerləşən ümumi sahə 0,03 ha alıcı Cavabdeh1 mülkiyyətinə verir, alıcı 24000 manat məbləğində pul vəsaitini satıcıya ödədi.Eyni zamanda Bakı Apellyasiya məhkəməsinin sübutların təmini qaydasında qərardadına əsasən “xxxx” ASC tərəfindən təqdim olunmuş 18.07.2017-ci il tarixli TT845757 № li qəbzin əslinin məzmunundan aydın olur ki, alqı-satqı üzrə Cavabdeh1 tərəfindən 23500 manat məbləğində pul vəsaiti X38 rayon filialı vasitəsilə Notariusun hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(002)-72/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4944/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4944/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver