Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4944/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə, Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MTK Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 116 m2 sahəsi olan 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdehlər İddiaçı MTK-ya və Mustafayev Akif Niyazi oğluna qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə ona məxsus olan ünvan 2 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11 -ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin ona məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarış; mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin ona verilməsinin cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1968/2021 saylı, 02 mart 2021-ci il tarixli qərardadına əsasən hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməsi, iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və Mustafayev Akif Niyazi oğluna qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh məxsus olan ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11 ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh verilməsi cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulması, birinci iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun birinci iddia üzrə iddiaçıya; ikinci iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ikinci iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir Həmin qətnamədən birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, ikinci iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)- 11040/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK kassasiya şikayəti verərək, qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1853/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)- 11040/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə müraciə edərək apellyasiya şikayətindən imtina etdiklərini və imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətindən imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 678/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinasına dair ərizəsi qəbul edilməli və mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini və imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarıda olan İddiaçı MTK-nın sədri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 105 nömrəli etibarnamədən görünür ki, İddiaçı MTK Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə nəzərdə tutulan hüquqlarını Nümayəndə etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin 1 və 2-ci bəndində əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtinası qəbul edilməklə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətindən imtinaya dair İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə ərizəsi qəbul edilsin və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4944/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4944/2022
19.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver