Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4948/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X3 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4948/2025 (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" X3 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2675/2025 nömrəli 21 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 09.04.2025-ci il tarixli abonent kartından görünür ki, Cavabdeh 2025-ci il üzrə yekun olaraq 414,99 (dörd yüz on dörd manat 99 qəpik) manat məbləğində borcu yaranmışdır.
2. "xxxx" X4 tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2025-ci il tarixinə Cavabdehnın istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə "xxxx" X5 412,49 manat son ödəmə tarixi keçmiş, cavabdehin ödənilməmiş borcu yaranmışdır. 7 iş günü müddətində borcun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlərin dayandırılması, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulması təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məktub xx.xx.2025-ci il tarixdə ünvana çatdırılmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" publik hüquqi şəxs Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 414,99 (dörd yüz on dörd manat 99 qəpik) manat borcun (abonent kodu: **********000) və 30 (otuz) manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı suların axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 3 (üç) nəfər normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 09 aprel 2025-ci iltarixinə 414,99 (dörd yüz on dörd manat 99 qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyun 2025-ci il tarixli 2(005)-2675/2025 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın təmin edilməsi, Cavabdeh "xxxx" X3 xeyrinə 414,99 manat məbləğində borc (abonent kodu: **********000) və 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdehin "xxxx" X5 sudan istifadəyə görə 414,99 manat məbləğində borcu yaranmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 448.2, “Su təchizatı və tullantı suları haqqında” Qanununun 26,, “Sudan istifadə qaydaları”nın 2.1.0.2, Mülki Prosessual Məcəllənin 216-220, 284-1, 284-5.1, 284-5.2, 284-5.3 və 284-6.1 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, nə iddia ərizəsində, nə də qətnamədə borcların hansı dövr üçün yaranmış olduğu konkret tarixlər göstərilməmişdir. Sözügedən ünvanda üç nəfər qeydiyyatdadır. Tarif şurasının müəyyən etdiyi tarifə görə su haqqı, adam başına 5 manat olmaqla, bir ayda 3 nəfər üçün cəmi 15 manat təşkil edir. Beləliklə bu hesabla Azərsu ASC iddia edir ki, 9 aprel 2025 il tarixinə qədər o, güya təxminən iki il yarım su haqqını ödəməmişdir. Təəcüblüdür ki, bu qədər uzun müddət ərzində iddiaçı bu məsələ ilə bağlı üçün heç bir tədbir görməyib. Halbuki, Azərbaycan Respublikasının "Su təczihatı və tullantı suları haqqında" Qanunun 62-ci maddəsinə görə bir ay müddətində istehlakçı su haqqını ödəmədikdə su təchizatı müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Belə çıxırki, iddiaçı öz qanunla nəzərdə tutulmuş vəzifəsini yerinə yetirməmişdir. Digər tərəfdən su haqqı vaxtı-vaxtında ödənilmiş və bunula bağlı hər hansı bir borcyarana bilməzdi.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
15. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçıların mənzillərinə su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
21. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv və iddia rədd edilməlidir.
26. İddiaçının təqdim etdiyi Abonent kartından görünür ki, abonent-cavabdehə 2022-ci il üzrə suya görə 163,1 manat, çirkab suya görə 51,9 manat olmaqla, cəmi 215 manat borc; 2023-cü il üzrə suya görə 169,4 manat, çirkab suya görə 54,3 manat olmaqla, cəmi 223,7 manat borc; 2024-cü il üzrə suya görə 170,1 manat, çirkab suya görə 53,7 manat olmaqla, cəmi 223,8 manat borc; 2025-ci il üzrə suya görə 41,3 manat, çirkab suya görə 13,2 manat olmaqla, cəmi 54,5 manat borc hesablanmışdır.
27. Abonent kartından göründüyü kimi sudan istifadəyə görə cəmi 543,9 manat, çirkab suya görə 173,1 manat, cəmi 717 manat hesablanmış borca görə, abonent tərəfindən 2022-ci il üzrə 227 manat, 2023-cü il üzrə 135 manat, 2024-cü il üzrə 180 manat, 2025-ci il üzrə 60 manat olmaqla, cəmi 602 manat ödəniş aparılmışdır.
28. Lakin ünvanda cəmi 3 nəfərin qeydiyyatda olması və tarifin “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən hesablandığı nəzərə alındıqda cavabdeh hər hansı borcu olması müəyyən edilmir.
29. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-xx.xx.2025-ci illəri əhatə edən ödənişlərin siyahısından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə hər hansı borcu yoxdur.
30. Bundan əlavə kollegiya qeyd edir ki, iddia ərizəsi üzrə tələb aydın deyil. Belə ki, 414,99 manat borcun necə yarandığı əsaslandırılmamışdır. Qeyd edilən məbləğin hansı hissədə sudan istifadəyə, hansı hissədə çirkab suların axıdılmasına görə yarandığı göstərilmişdir. Təqdim olunmuş saldodan güman etmək olar ki, borc daha əvvəlki illərə görə yaranıb, ancaq illər üzrə açıqlama verilməyib.
31. Nəhayət, mübahisəli ünvanda xidmət haqqı adambaşına tutulduğu üçün, cavabdehdən hər ay üçün tutulmalı olan xidmət haqqı dəyişməz olmalı olduğu halda, saldoda bu rəqəm tez-tez dəyişmişdir.
32. Abonent kartına istinad edən iddiaçının 414,99 manat borcun yaranma əsasları sübuta yetirilmir.
33. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Belə olduqda kollegiya hesab edir ki, iddia rədd edilməlidir.
35. Bu səbəbdən də iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən tutula bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 394-1.3, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2675/2022 nömrəli iş üzrə 21 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" X3 Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.