Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-495/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-638/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair 2(010)-1423/2020 nömrəli mülki iş İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair 2(010)-638/2020 nömrəli mülki işə birləşdirilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində xx.xx.2019-cu il tarixindən xüsusi mülkiyyət kimi onun adına hüquqi qeydiyyatdan keçirilərək ona çıxarış verilmişdir. Onun üç oğlu vardır. Mərhum həyat yoldaşının sağlığında böyük oğlu Cavabdeh1 xx.xx.2016-cı ildə 13500 manat pul ödəyərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yeni Bahar yaşayış massivində natamam tikili olan fərdi yaşayış evini almışlar. Cavabdeh1 ailəsi ilə birlikdə həmin fərdi yaşayış evinə köçmüşlər. Cavabdeh1 və onun ailə üzvlərinin köçürüldüyü həmin fərdi yaşayış evinin sənədləri tam düzəlmədiyinə görə, həmin fərdi yaşayış evini satan X15 xx.xx.2016-cı ildə Cavabdeh1 adına 48 il, 4 ay, 20 gün müddətinə baş etibarnamə vermişdir. Bundan əlavə Cavabdeh1 öz xətti ilə ərizə yazaraq bildirmişdir ki, gələcəkdə anasından heç bir pay istəməyəcək, çünki o payını artıqlaması ilə almışdır. Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar Bağları, 0 saylı evin, 1 saylı mənzilinin su, qaz və işıq sayğacları Cavabdeh1 adına keçirilmişdir. Hal-hazırda Cavabdeh1 və onun həyat yoldaşı onu və ailəsini təhqir edərək hədə-qorxu gəlirlər. O həyat yoldaşının yas mərasimini Cavabdeh1 hərəkətləri səbəbindən normal keçirə bilməmişdir. Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxmaq üçün kompensasiya istəyir. O, bir ana olaraq övladları arasında mübahisə yaranmasını istəmir. O və mərhum həyat yoldaşı Cavabdeh1 ona görə başqa ev almışlar ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxaraq öz yeni fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşasınlar. Cavabdeh1 xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən ailəsi ilə birlikdə köçərək onlar üçün alınmış yeni fərdi yaşayış evində yaşamışlar. Hazırda Cavabdeh1 ona qarşı verdiyi mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi əsassızdır. Belə ki, Cavabdeh1 hərbidə zabit olaraq xidmət etmişdir. Cavabdeh1 2009cu ildə kontur almaq adı ilə evdən çıxmış və 2 gündən sonra zəng edib qızla qaçdığını söyləmişdir. O valideyinlərinin xeyir-duası olmadan gedib evlənmişdir. Rəsmi nikahdan iki övladı dünyaya gəlmişdir. Cavabdeh1 ailəsi ilə birgə 2009-cu ildən Göygöl rayonunun Qarabulaq kəndində yaşayıblar. Amma iddiaçı Cavabdeh1 içki aludəçisi olaraq işində məsuliyyətsizlik etdiyindən və 2014-cü ildə törətdiyi cinayət işinə görə mərhum atası gedib onun köməyinə çatmış və Cavabdeh1 ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evinə gətirmişdir. Bir müddət sonra oğlu və onun ailəsi ilə bir evdə yaşamaq qeyri-mümkün olduğundan atası onlara kirayə ev tutub pulunu ödəmişdir. Sonradan atası və qardaşları xx.xx.2016-cı ildə kredit götürərək Cavabdeh1 ev almışlar və evin təmirini tamamlamışlar. Cavabdeh1 və ailəsi yeni alınmış evə köçmüşlər və hazırda orada yaşayırlar. Cavabdeh1 iddia ərizəsində nəmişlikdə yaşayaraq xəstəlik tutduğunu bildirsə də, lakin Cavabdeh1 nəmişlikdən deyil, zabit kimi ordu sıralarında xidmətini davam etdirdiyi dövrdən içki aludəçisi olmuş və sistematik olaraq xidməti yerinə getməmişdir. Cavabdeh1 ailə qurduqdan sonra, onun əməlləri barəsində komandanlığı tərəfindən ailəsinə xəbərdarlıq göndərilmişdir.Cavabdeh1 səhhətindəki problem spirtli içkidən həddən çox qəbul etməsindən yaranmışdır. Cavabdeh1 və onun oğlu Cavabdeh2 da, müalicə etdiriblər. Digər oğlu X9 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabitidir və 2011-ci ildən hərbi xidmətdədir. X9 Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evində yaşamır. Yalnız məzuniyyət və ezam vaxtları qısa müddətli evə gəlib, sonra öz xidməti yerinə qayıtmışdır. X1 işlədiyi pulu atasına göndərmiş atası Sadiqin puluna ona 2 mərtəbəli ev tikdirmişdir. Hal-hazırda Cavabdeh1 həmin 2 mərtəbəli evi mübahisələndirir.Cavabdeh1 aldıqları fərdi yaşayış evi, onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən çox yaxşı vəziyyətdədir. Cavabdeh1 özü tərəfindən verilmiş iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun anasıdır. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evi onun atasına məxsus olmuşdur. Onlar həmin fərdi yaşayış evində yaşayıblar. Atası öləndən sonra Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evi onun və ailə üzvlərinin razılıqlarına əsasən anasının adına keçmişdir. Atasının sağ olduğu zaman qardaşı X9 onu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evindən qovmuşdur. Bu səbəbdən də o ailəsi ilə birlikdə həmin fərdi yaşayış evindən çıxmağa məcbur olmuşdur. O, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evindən çıxdıqdan sonra özünə yaşayış yeri yaratmaq üçün 1 sot torpaq sahəsində 2 otaqlı yarım tikili ev almışdır. Aldığı yeni fərdi yaşayış evi qanunsuz tikili olduğuna görə, fərdi yaşayış evini öz adına keçirə bilməmişdir. O, yeni aldığı fərdi yaşayış evini təmir etdirərək orada yaşamağa çalışsa da, bu mümkün olmamışdır. Belə ki, onun yeni aldığı fərdi yaşayış evi çox nəmişlik olduğundan bu hal onun səhhətinə pis təsir etmişdir. Bu səbəbdən də o, qardaşı X6 müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evində yaşamaq üçün ona icazə verməsini xahiş etmişdir. Lakin qardaşı ona Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evində yaşamağa icazə vermədiyinə görə, o nəmişlik olan evdə yaşamağa məcbur olmuşdur. O, ağ ciyər xəstəliyinə görə İİ qrup əlildir və onun səhhətinə ən pis təsir edən hal onun nəmişlik olan yerdə yaşamağıdır. Onun hal-hazırda yaşadığı evdə yaşamağa məcbur olmağı onun xəstəliyini daha da kəskinləşdirmiş, son vaxtlar səhhətində ciddi problemlərim yaranmışdır. Onun xx xxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh3 və xx xxxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh2 adlı iki azyaşlı uşağı var. Cavabdeh2 ürəyində qüsuru olduğuna görə azyaşlı övladının da nəmişlik evdə yaşaması onun xəstəliyinin sağalmasına ciddi problem yaradır. Bütün bu hallar onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Qeyd olunanlara əsasən anası tərəfindən qaldırılmış istifadə hüququna xitam verilməsi barədə iddianın rədd olunmasını və özünün həmin mənzilə köçürülməsi barədə iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-638/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin rədd olunması, Cavabdeh1 iddiasının təmin olunması, iddiaçı Cavabdeh1 azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-638/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, onun iddiasının təmin edilməsi və Cavabdeh1 iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsində keçirilən iclas zamanı İddiaçı və iddiaçı Cavabdeh1 verdikləri izahatlarında iddia ərizələrində göstərdikləri xüsusatları bir daha təstiq etmişlər. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 cavabdehin izahatına uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh1 ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşaya bilməmişdir. Buna görə də müvəqqəti olaraq qanunsuz tikintidə yaşayırlar. Hazırda onların yaşadığı ev təmirsizdir və yaşayış üçün yararlı deyildir. Onun ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamasına icazə vermirlər. Cavabdeh1 uşaqlıqdan mübahisəli mənzildə yaşamış və onun həmin mənzilə onun istifadə hüququ yaranmışdır. Buna görə də onun istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh1 azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbinin rədd edilməsini və Cavabdeh1 azyaşlı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 izahatında göstərir ki, Cavabdeh1 hazırda yaşadığı ev təmirsizdir və yaşayış üçün yararsızdır. Göstərilən ev tikildikdən sonra mərhum X7 tərəfindən təmir edilmiş və tam təmirli şəkildə Cavabdeh1 ailəsi ilə birlikdə yaşaması üçün təhvil verilmişdir. Cavabdeh1 yaşaması üçün verilmiş evə çəkilmiş təmir xərcləri mərhum X7 tərəfindən sağlığında öz əl yazısı ilə dəqiq yazılmışdır. X9 xx.xx.2016-cı il tarixdə “xxxx” ASC-dən illik 29.9 faiz olmaqla 12 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit götürərək Cavabdeh1 evinin hazır olması üçün mərhum X5 vermiş, sonuncu həmin pulu Cavabdeh1 evinin tikintisi və təmiri üçün istifadə etmişdir. Cavabdeh1 yaşadığı ev hal-hazırda təmirsiz və yaşamaq üçün yararsızdırsa bunun səbəbi Cavabdeh1 məsuliyyətsizliyindən irəli gələn məsələdir. Cavabdeh1 ailə üzvləri ilə birlikdə köçüb yaşamaq istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evinin təmiri Cavabdeh1 Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən fərdi yaşayış evindən bərbad vəziyyətdədir. Əlavə olaraq da bildirmək istəyir ki, qanun çərçivəsində Cavabdeh1 mübahisəli mənzilə dair yaşamaq hüququ yaranmamışdır.İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin kserosurətindən görünür ki, X2 Samir İsbəndiyar oğluna Azərbaycan Respublikası DNŞ xx.xx.2005-ci il tarixli Bağçının üzvlük kitabçasına əsasən istifadəsində olan Bakı şəhəri, “Qum adası” NQÇİ-nin Bahar bağçılıq, 064 saylı bağ sahəsi ünvanda yerləşən 500 kv.m torpaq sahəsinin özəlləşdirilməsi, sənədləşdirilməsi ilə əlaqədar olaraq onu bütün idarə müəssisə və təşkilatlarda, arxiv idarələrində, dövlət orqanlarında təmsil etməyi, adından ərizə verməyi, zəruri sənədlərdə imza etməyi, tikili tikməyi, tikilini və torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri ilə bağlı İH-də sənədləri almağı, tikinti ilə həmin torpaq sahəsinə dair sənədləri DƏDRX-nə təqdim edib, texniki pasport, kadastr planı, çıxarış almağı və gələcəkdə həmin torpaq sahəsindən istifadəsində olan 150 kv.m torpaq sahəsindən 100 kv.m torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girova) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bununla bağlı lazım olan bütün işləri görməyi etibar edir. Etibarnamə 48 il 4 ay 20 gün müddətinə verilmiş və xx.xx.2064-cü tarixədək qüvvədədir. İş materiallarına əlavə edilmiş abonent kartından görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar Bağları, ev 0, mənzil 51 ünvanında su Cavabdeh1 adınadır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, X9 “xxxx” ASC-dən illik 29.9 faiz olmaqla 12 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 onun kürəkənidir. O, Göygöl rayonunda yaşayır. Cavabdeh1 onun qızı ilə 2009-cu ildə ailə qurmuşdur. O, Cavabdeh1 atasının evinə getmişdir. Həmin ev iki mərtəbəli evdir. Cavabdeh1 ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evində yaşamışdır. 2009-cu iləd qızı Bakı şəhəri, Suraxanı rayonu,Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evinə gəlin getmişdir. Qızı 4-5 il həmin fərdi yaşayış evində yaşamışdır. Sonra Suraxanı rayonu Bahar massivinə köçüblər. Qızının cehizləri 2010-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi 4-cü Mədən, 123 saylı fərdi yaşayış evinə yığılmışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Qarabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X14 xx.xx.2009-cu il tarixdə nik ahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Cəlilov”, arvada “Cəlilova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası X12r. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası X12r. Göründüyü kimi X10 göstərdikləri tamamən yalandır və həqiqəti əks etdirmir. X10 qızı Cavabdeh1 ilə rəsmi nigaha Göygöl rayonunda daxil olmuşlar və X10 qızı mübahisəli mənzilə gəlin köçməmiş və orada yaşamamışdır. Nigaha daxil olma tarixi, yeri və uşaqların doğum tarixi, doğum yeri X10 doğruları danışmadığının əyani göstəricisidir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş ərizənin kserosurətinin məzmunundan müəyyən olunur ki, onun X4 adma olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı mənzilə qarşı heç bir vərəsəlik iddiası yoxdur və gələcəkdə olmayacaqdır. Belə ki, həmin fərdi yaşayış evindən ona çatacaq əmlak payını 20000 (iyirmi min) manat pulu alaraq Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk almışdır və hazırda orada yaşayır. Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı mənzilə gələcəkdə heç bir vərəsəlik iddiası olmayacaqdır. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində təsdiqlənmiş ərizənin kserosurətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış daşmar və daşınmaz əmlakdan ona düşən paydan anası X11 xeyrinə imtina etmişdir. Suraxanı Rayon Məhkəməsinin hakimi Leyla Talıbova 2(010)-638/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsində göstərmişdir ki, ilkin iddia ərizəsinə münasibətdə Cavabdeh1 və onun azyaşlı övladlarının Bakı şəhəri, Suraxanı rayonu A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən istifadə hüquqları yarandığından bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər və ilkin iddia tələbi təmin oluna bilməz.Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yarandığından Cavabdeh1 tərəfindən mənzilə köçürülməsi tələbinə dair iddianın təmin edilməsi qənaətinə gəlir. ( o və onun azyaşlı övladları Cavabdeh2 və Cavabdeh3 mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar.) Suraxanı Rayon Məhkəməsi 2(010)-638/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanuna zidd və əsasız yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, 2009-cu ilə qədər qüvvədə olan qanunvericiliyə görə Cavabdeh1 istifadə hüququ yaranmamışdır. Yaranmış olsaydı belə Azərbaycan Respublikası MM- nin 228.4-cü maddəsinə əsasən mülkiyyətçi dəyişdiyi zaman istifadə hüququ itmişdir. (Cavabdeh1 notariat qaydada imtinası mövvuddur). Digər tərəfdən qarşı tərəfin tələb etdiyi, məhkəminin yalnış da olsa gəldiyi nəticədə qeyd etdiyi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi absurtdur. Belə ki, Cavabdeh1 mübahisəli mənzildən imtinası (istifadə hüququna xitam ilə eyni) üçün kompensasiya olaraq orta bazar dəyərindəndə artıq yəni, 20 000 (iyirmi min) manat dəyərində ödəniş dilərək ev alınmış və təmir edilmişdir. Kompensasiyanın ödənilməsi mübahisə predmeti deyildir. Bu halların heç biri məhkəmə tərəfindən yekun məhkəmə aktını qəbul edərkən nəzərə alınmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, onun iddiasının təmin edilməsi və Cavabdeh1 iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək və özü tərəfindən verilmiş iddia tələbini müdafiə edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-638/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasıını xahiş etmişdir.Əlavə olaraq apellyasiya baxışı zamanı Cavabdeh1 adından olan xx.xx.2017-ci il tarixli iltizamdakı yazılar və iltizamın aşağı hissəsində “İmza:” qrafasında “Cavabdeh1. İ.” yazılarının qarşısında olan imza onun tərəfindən icra olunmadığını bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 cavabdehin izahatına uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh1 ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşaya bilməmişdir. Buna görə də müvəqqəti olaraq qanunsuz tikintidə yaşayırlar. Hazırda onların yaşadığı ev təmirsizdir və yaşayış üçün yararlı deyildir. Onun ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamasına icazə vermirlər. Cavabdeh1 uşaqlıqdan mübahisəli mənzildə yaşamış və onun həmin mənzilə onun istifadə hüququ yaranmışdır. Buna görə də onun istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər. Qeyd olunanlara əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-638/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasıını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin olunmalı, maddi hüquq normaları düzgün tətbiq olunmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh1 iddiası isə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 4-cü Mədən, 123 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Aktın kserosurətindən görünür ki, Suraxanı rayonu, Yeni Bahar yaşayış massivində 100kv.metrdə natamam tikili üçün alqı-satqı müqaviləsinə əsasən Mehdiyeva Kəmaləyə on üç min beş yüz manat pul ödənilmişdir. Pulu təqdim edən X7, pulu qəbul edən X13r. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı RİHB-nin Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı, X8, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Atamoğlan Rzayev (Şahin Məhərrəmov) küçəsi, 4cü Mədən, 123 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, ev 123 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin kserosurətindən görünür ki, X2 Samir İsbəndiyar oğluna Azərbaycan Respublikası DNŞ xx.xx.2005-ci il tarixli Bağçının üzvlük kitabçasına əsasən istifadəsində olan Bakı şəhəri, “Qum adası” NQÇİ-nin Bahar bağçılıq, 064 saylı bağ sahəsi ünvanda yerləşən 500 kv.m torpaq sahəsinin özəlləşdirilməsi, sənədləşdirilməsi ilə əlaqədar olaraq onu bütün idarə müəssisə və təşkilatlarda, arxiv idarələrində, dövlət orqanlarında təmsil etməyi, adından ərizə verməyi, zəruri sənədlərdə imza etməyi, tikili tikməyi, tikilini və torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri ilə bağlı İH-də sənədləri almağı, tikinti ilə həmin torpaq sahəsinə dair sənədləri DƏDRX-nə təqdim edib, texniki pasport, kadastr planı, çıxarış almağı və gələcəkdə həmin torpaq sahəsindən istifadəsində olan 150 kv.m torpaq sahəsindən 100 kv.m torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girova) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bununla bağlı lazım olan bütün işləri görməyi etibar edir. Etibarnamə 48 il 4 ay 20 gün müddətinə verilmiş və xx.xx.2064-cü tarixədək qüvvədədir. İş materiallarına əlavə edilmiş abonent kartından görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar Bağları, ev 0, mənzil 51 ünvanında su Cavabdeh1 adınadır. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində təsdiqlənmiş ərizənin kserosurətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış daşınar və daşınmaz əmlakdan ona düşən paydan anası X11 xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, X9 “xxxx” ASC-dən illik 29.9 faiz olmaqla 12 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, ev 123 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Asan 4 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Atamoğlan Rzayev (Şahin Məhərrəmov) küçəsi, ev 123 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Qarabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X14 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Cəlilov”, arvada “Cəlilova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası X12r. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası X12r. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş iltizamdan (i/v-189) kserosurətinin məzmunundan müəyyən olunur ki, onun X4 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı mənzilə qarşı heç bir vərəsəlik iddiası yoxdur və gələcəkdə olmayacaqdır. Belə ki, həmin fərdi yaşayış evindən ona çatacaq əmlak payını 20000 manat pulu alaraq Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk almışdır və hazırda orada yaşayır. Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı mənzilə gələcəkdə heç bir vərəsəlik iddiası olmayacaqdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 4/1096 saylı Ekspert rəyindən görünür ki, Cavabdeh1 adından olan xx.xx.2017-ci il tarixli iltizamdakı yazılar və iltizamın aşağı hissəsində “İmza:” qrafasında “Cavabdeh1. İ.” yazılarının qarşısında olan imza onun tərəfindən icra olunmuşdur. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRX–nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən (i/v-183) görünür ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, ev 123 ünvanı İddiaçı mərhum əri tərəfindən xx.xx.1990-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, ərinin vəfatından sonra isə xx.xx.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınmışdır. Müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, ev 123 ünvanı İddiaçı mərhum əri tərəfindən xx.xx.1990-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, ərinin vəfatından sonra isə xx.xx.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınmışdır.Hələ 2017-ci il tarixdə İddiaçı oğlu Cavabdeh1 mənzilə qarşı heç bir vərəsəlik iddiası yoxdur və gələcəkdə olmayacaqdır məzmunda iltizam yazmışdır. Belə ki, iltizamda göstərmişdir ki, həmin fərdi yaşayış evindən ona çatacaq əmlak payını 20.000, manat pulu alaraq Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk almışdır və hazırda orada yaşayır. Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı mənzilə gələcəkdə heç bir vərəsəlik iddiası olmayacaqdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 4/1096 saylı Ekspert rəyindən görünür ki, Cavabdeh1 adından olan xx.xx.2017-ci il tarixli iltizamdakı yazılar və iltizamın aşağı hissəsində “İmza:” qrafasında “Cavabdeh1. İ.” yazılarının qarşısında olan imza onun tərəfindən icra olunmuşdur.Hazırda mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, ev 123 ünvanı İddiaçı ərinin vəfatından sonra xx.xx.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən normaya istinad edərək tərəflər arasında yaranan münasibətlərə 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsini əsaslı sayır. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin mübahisəli mənzilə dair hüquqları 2000-ci ilədək yarandığından mübahisənin həlli xx xxxx 1982-ci il tarixdən xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Qeyd olunmalıdır ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa-çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı xx xxxx 1999-cu il tarixli Qərarındakı mövqeyə görə Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İş materialları və tərəflərin izahatı ilə təsdiq olunur ki, 2017-ci il tarixdə İddiaçı oğlu Cavabdeh1 evə dair heç bir vərəsəlik iddiası yoxdur və gələcəkdə olmayacaqdır məzmunda iltizam yazmışdır.Belə ki, fərdi yaşayış evindən ona çatacaq əmlak payını 20.000, manat pulu alaraq Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk almışdır və hazırda orada yaşayır.evə köçürülmə barədə qarşılıqlı iddiasını ona görə qaldırmışdır ki, qeyd edilən Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk nəmişlikdir. Beləliklə, müəyyən olunduğu kimi, Cavabdeh1 heç bir məcburiyyət olmadan öz istəyi ilə 2017-ci il tarixdən fərdi yaşayış evindən ona çatacaq əmlak payını 20.000, manat pulu alaraq Suraxanı rayonu, Bahar qəsəbəsindən 3 otaqlı 46 kvadrat metrlik şəxsi həyətyanı mülk almışdır və hazırda orada yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-638/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı iddiası təmin olunsun. Cavabdeh1 (Azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birgə) Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddiaçı Cavabdeh1 onun azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev (Şahin Məhərrəmov) küçəsi, 123 saylı fərdi yaşayış evinə köçürülməsi barədə iddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-495/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-495/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver