Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4952/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilin əsaslı təmirinə çəkilmiş vəsaitin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilin əsaslı təmirinə çəkilmiş vəsaitin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-133/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 21 iyun 2013-cii il təvəllüdlü X2 mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri,Nərimanov rayonu, X13 küçəsi 56,1969-cu məhəllə, ev 21,8 saylı mənzildən (yeni əsaslarlarBakı şəhəri,Nərimanov rayonu,Nadir Əliyev küçəsi 61, M1, mənzil 2) istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilin əsaslı təmirinə çəkilmiş vəsaitin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə keçmiş ailə üzvlərinin Cavabdeh və X2 yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün İddiaçı 36.200 manat miqdarında pul kompensasiyanın alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir(iddia tələbi dəqiqləşdirilmişdir).
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 133/2025 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) ilk iddia təmin edilmiş, Cavabdeh və xx.xx.2013-cü il təvəllüdlü övladı X2 Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 56,1969-cu məhəllə, ev 21, 8 saylı mənzil (yeni əsaslarla ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən mənzilin təmirinə xərclənmiş 16.139 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş rüsumların tərəflərə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 50 manatının Cavabdeh, 50 manatının isə İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
4. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, Cavabdeh qeyd edilən mənzilin əsaslı təmiri və əşyalar üçün xərclədiyi 25.000 manat pul vəsaitindən təmin edilməmiş 8.861 manat pul vəsaitinin İddiaçı tutulub Cavabdeh verilməsi və istifadə hüququna xitam verilməsinin əvəzində 36.200 manat miqdarında kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumata əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4952/2025 nömrəli qərardadı ilə iş üzrə icraatın mərhum İddiaçı vərəsələrinin dairəsi müəyyən edilənədək dayandırılması qərara alınmışdır.
7. 2V-1 reyestr nömrəli, xx.xx.2026-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 Vaqif Süleyman oğlunun vərəsəsi hesab olunmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli protokol-qərardadı ilə vəfat etmiş İddiaçı hüquq varisi qızı X5 ilə əvəz edilmişdir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubu ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-133/2025 nömrəli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayəti və buraxılmış prossesual müddətin bərpasına dair ərizə daxil olduğundan, mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi.
11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)- 4952/2025 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-133/2025 nömrəli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.
14. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-4952/2025 qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-133/2025 nömrəli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: