Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4960/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X3 ibarət tərkibdə, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadının ləğv edilməsi barədə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Cavabdeh1 göstərilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 25000 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnaməsindən çıxarışda iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə 22890.72 (iyirmi iki min səkkiz yüz doxsan manat yetmiş iki qəpik) manat sığorta ödənişi tutulması, keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASCdən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə “Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnaməsindən çıxarışda düzəliş edilsin və həmin çıxarışın qət etdi hissəsində düzəliş edilərək, “İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 17870.82 manat (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat sığorta ödənişi tutulsun. Keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASCdən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Cavabdeh "xxxx" ASCdən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin” kimi oxunsun.” qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASCyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Cavabdeh1 göstərilməklə) qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadının ləğv edilməsi barədə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ləğv edilmiş, mülki iş materialları qərardadda qeyd olunan pozuntuların aradan qaldırılmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnaməsindən çıxarışda düzəliş edilsin və həmin çıxarışın qət etdi hissəsində düzəliş edilərək, “İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 17870.82 manat (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat sığorta ödənişi tutulsun. Keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASCdən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Cavabdeh "xxxx" ASCdən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin” kimi oxunsun.” qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(009)-4960/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ləğv edilmiş, mülki iş materialları qərardadda qeyd olunan pozuntuların aradan qaldırılmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.Lakin birinci instansiya məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında əks olunmuş göstərişlər baxımından pozuntuların aradan qaldırılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2.-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır: Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 il tarixli qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4960/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4960/2022
07.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver