Məhkəmə qərarları › İş №2(103)-4962/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4962/2022

06.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4962/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1701/2022 saylı 24 may 2022-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “mənzil mübahisələri” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan, Bakı Şəhəri Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ev 8 mənzil 2a yerləşən, ümumi sahəsi 221.5 kv.m. təşkil edən daşınmaz əmlakını bərpa edib əvvəlki vəziyyətinə gətirməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı2, İddiaçı1 müvvəqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-1701/2022 nömrəli mülki işə məhkəmədə baxılanadək, müvəqqəti müdafiə tədbiri kimi “Aybir" MTK-ya və digər şəxslərə Bakı Şəhəri Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ev/8-in yerləşmiş olduğu ərazidə hər hansı işlərin, o cümlədən layihələndirmə və tikintiquraşdırma işlərinin aparılması qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı ilə ərizə Bakı Şəhəri Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ev/8 mənzil 2 A-nın yerləşmiş olduğu ümumi sahəsi 221.5 kv.m. təşkil edən ərazidə hər hansı işlərin, o cümlədən layihələndirmə və tikinti-quraşdırma işlərinin aparılması “Aybir" MTK-ya və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh “Aybir" MTK elektron kabinet vasitəsilə həmin qərardadın ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1701/2022 saylı 24 may 2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ev/8 mənzil 2 A-nın yerləşmiş olduğu ümumi sahəsi 100.2 kv.m. təşkil edən ərazidə hər hansı işlərin, o cümlədən layihələndirmə və tikintiquraşdırma işlərinin aparılması “Aybir" MTK-ya və digər şəxslərə qadağan edilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı2 şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1701/2022 saylı 06 iyun 2022-ci il tarixli qərardadı şikayət təmin edilməmi və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1701/2022 saylı 24 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyetrindən edilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı Şəhəri Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ev/8 mənzil 2 A mənzilin ümumi sahəsi 100,2 kv m təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Qeyd olunmalıdır ki, müvvəqəti təminat tədbirinin tətbiq edilməsində məqsəd işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaqdan ibarətdir. Müvvəqəti təminat tədbirinin tətbiqi iddianın əsaslılığı prezumpsiyasına əsaslansa da, heç də iddianın əsaslılığı barədə qabaqcadan nəticəyə gəlmək kimi qiymətləndirilə bilməz. Şərh olunan maddədən və Mülki Prosessual Məcəllənin müvvəqəti təminat tədbirinin tətbiqindən bəhs edən digər maddələrindən görünür ki, müvvəqəti təminat tədbirinin tətbiq olunmasının məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Müvvəqəti təminat tədbirinin tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması borclunun tələbin yönəldilə biləcəyi əmlakını özgəninkiləşdirməsi və ya özgəninkiləşdirəcəyi, məhv edəcəyi ilə və ya borclunun öz əmlakının həcminin azaldılmasına yönəlmiş hərəkətləri və s. ilə əlaqədar ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. Bu səbəbdən də hazırda ərizəçi tərəfindən göstərilmiş bir sıra müvəqqəti təminat tədbirlərinin hər birinin tətbiqi tərəflər arasında lüzumsuz məhkəmə mübahisəsi yaratması halını nəzərə alan məhkəmə ərizədə göstərilmiş Bakı Şəhəri Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsi ev/8 mənzil 2 A-nın yerləşmiş olduğu ümumi sahəsi 100,2 kv.m. təşkil edən ərazidə hər hansı işlərin, o cümlədən tikinti işlərinin aparılması “Aybir" MTK-ya və digər şəxslərə qadağan edilməsi barədə məhdudiyyətin qalmasını məhkəmə haqlı olaraq məqsədəmüvafiq hesab etmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi hazırda tətbiq edilmiş məhdudiyyətin iddiaçıların xüsusi mülkiyyətləri üzrə dövlət tərəfindən qeydiyyata alınmış ərazi hüdudlarında saxlanılmasını mübahisə üzrə məhkəmə araşdırmasının aparılması müddətində digər şəxslərin qanunla müəyyən edilmiş hüquq və mənafelərinə ziyan vurmayacağın, habelə yeni məhkəmə mübahisələrinə əsas yaratmayacağını nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1701/2022 saylı 24 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1701/2022 saylı 24 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar