Məhkəmə qərarları › İş №2(103)-4969/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4969/2023

07.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4969/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçıin Cavabdeh MMC-yə qarşı “işə bərpa və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1508/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cii il tarixli əmrin ləğv olunması İddiaçı Qabileviçin Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinə işə bərpa olunması və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(002)-1508/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

3. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Belə ki, cavabdeh müdafiə arqumenti kimi iddia ərizəsinə münasibət bildirərək, AR ƏM-nin 73.1-ci maddəsinə istinad etsə də bu iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Belə ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müqavilə müddəti 5 il tamam olduqdan sonra,müddətsiz nüqavilə olduğu halda hansı müqavilənin ləğvini qanuni hesab etmək olardı. Məhkəmə qətnamə qəbul edərkən, cavabdehin mülahizəsi əsasında deyil, Əmək Məcəlləsinin tələbinə əsaslanmaqla qətnamə qəbul etməli idi. Bundan başqa himayəsində 1-ci qrup əlil həyat yoldaşı var və ailənin yeganə qazanc mənbəyi özüdür.

Apelyasiya baxışı zamanı verilən izahatlar

5. İddiaçı apellyasiya baxışı zamanı ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

6. Apellyasiya baxışı zamanı məhkəmə baxışında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 ərizənin təmin olunaraq mülki iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

7. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

8. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

9. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

10. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

11. Kollegiya iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilərək iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

12. Belə ki, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarının məzmunundan, eyni zamanda iddiaçının təqdim etdiyi ərizədən görünür ki, İddiaçı 2(103)- 4969/2023 saylı mülki iş üzrə apellyasiya şikayətindən imtina etmək niyyətindədir. 13.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(011)-6971/2022 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına İddiaçı münasibətdə xitam verilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və buraxılmış müddətə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1508/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar