Məhkəmə qərarları › İş №2(103)-497/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-497/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-497/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İ mülki iş: İddiaçı1 və digərlərinin cavabdehlər Nümayəndə2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş İİ mülki iş (birləşdirilmiş mülki iş) üzrə: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativin İddiaçı1 və digərlərinə qarşı mülki iş (Açar sözlər: «müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsi, müqavilələrin ləğv edilməsi, məhkəmənin ittiham hökmünün hazırki iş üzrə preyudisiallığı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Birinci mülki iş üzrə iddiaçılar, ikinci mülki iş üzrə cavabdehlər İddiaçı1 Mahir oğlu, İddiaçı8, İddiaçı5, onların və digər iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, birinci mülki iş üzrə cavabdeh Nümayəndə2, birinci mülki iş üzrə cavabdeh, ikinci mülki iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı iş üzrə, 23 avqust 2023-cü il tarixli qətnaməsindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2402/2023 saylı iş üzrə, 06 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4117/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-182/2021 nömrəli hökmünə əsasən Omaks-3” MTK-nın direktoru Nümayəndə2 İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12,İddiaçı10, İddiaçı13 və digərlərinə qarşı Azərbaycan Respublikası CM-in 178.3.2, 179.3.2 və 308.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1(103)-876/2022 nömrəli qərarı ilə təsdiq olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli,1(101)-539/2019 saylı hökmünə əsasən "xxxx" MTK-nın faktiki sahibi, X20 CM-in 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hökm sonradan dəyişdirilərək üzərində qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı10, İddiaçı13 mülki iddiaları qismən təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) X7 İddiaçı3 xeyrinə 356448 manat, İddiaçı11 xeyrinə 248160 manat, İddiaçı2 xeyrinə 102507 manat, İddiaçı12 xeyrinə 75670 manat, İddiaçı13 xeyrinə 144900 manat, İddiaçı10ın xeyrinə 48363 manat, X15 xeyrinə 102507 manat, X11 xeyrinə 102507 manat, İddiaçı9 xeyrinə 75670 manat, İddiaçı8 xeyrinə 95000 manat, İddiaçı7 İbrahim oğlunun xeyrinə 54114 manat, İddiaçı1 xeyrinə 54114 manat, X3 xeyrinə 110000 manat, X2 xeyrinə 74380 manat, İddiaçı6 xeyrinə 54144 manat, X16 xeyrinə 116200 manat tutulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.

3. xx.xx.2020-ci il tarixli Barışıq sazişinə əsasən "xxxx" MTK-nın direktoru və təqsirləndirilən şəxs Nümayəndə2 ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı10 və İddiaçı13 arasında barışıq sazişi bağlanmış və sazişin şərtlərinə əsasən "xxxx" MTK-nın direktoru kimi Nümayəndə2 mənzil sahibləri qarşısında azadlığa çıxdıqdan 3 ay ərzində "xxxx" MTK-ya məxsus Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binanın tikintisini başa çatdırıb hər bir mənzil sahibinə mənzillərini təhvil verməyi öhdəsinə götürmüşdür.

Birinci mülki iş üzrə: Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı10, İddiaçı12 Cəfəqulu oğlu, İddiaçı1,İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı9, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı13 və İddiaçı3 cavabdeh "xxxx" MTKya qarşı mənzilin təhvil verilməsinə dair iddia ərizəsi ilə, sonradan Nümayəndə2 da cavabdeh qismində cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən çoxmərtəbəli tikilidə İddiaçı1 verilmiş 38 saylı mənzilə dair 2014-cü il 31 yanvar tarixli, İddiaçı2 verilmiş 26 saylı və 27 saylı mənzillərə dair 2014-cü il 27 iyul tarixli, İddiaçı3 verilmiş 01 saylı mənzilə dair 2014-cü il 11 avqust tarixli, 50 saylı mənzilə dair 2014-cü il 22 sentyabr tarixli, 51 saylı mənzilə dair 2014-cü il 24 sentyabr tarixli, 29 saylı mənzilə dair 2014-cü il 20 oktyabr tarixli, 52 və 54 saylı mənzillərə dair 2014-cü il 25 dekabr tarixli, İddiaçı4 verilmiş 2 və 3 saylı mənzillərə dair 2014-cü il 04 sentyabr tarixli, İddiaçı5 verilmiş 14 saylı mənzilə dair 2014-cü il 04 sentyabr tarixli, 16 saylı mənzilə dair 2014-cü il 23 dekabr tarixli, İddiaçı6 verilmiş 41 saylı mənzilə dair 2014-cü il 14 oktyabr tarixli, İddiaçı7 İbrahim oğluna verilmiş 53 saylı, İddiaçı8 verilmiş 17 saylı, X6 verilmiş 49 saylı mənzilə dair 2014-cü il 20 oktyabr tarixli, İddiaçı10 verilmiş 28 saylı mənzilə dair 2014-cü il 14 noyabr tarixli, İddiaçı11 verilmiş 37 saylı mənzilə dair 2014-cü il 14 noyabr tarixli, 39 saylı, 40 saylı və 42 saylı mənzillərə dair 2014-cü il 23 dekabr tarixli, İddiaçı12 verilmiş 30 saylı mənzilə dair 2015-ci il 10 mart tarixli, İddiaçı13 verilmiş 18 saylı mənzilə dair 2015-ci il 16 aprel tarixli alqı-satqı müqavilələri üzrə mənzillərin müvafiq olaraq iddiaçılara təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, iddiaçılarla cavabdeh "xxxx" MTK arasında müvafiq mənzillərin alqı-satqısına dair müqavilələr bağlanmışdır. Sözügedən müqavilələr üzrə ödənişlər iddiaçılar tərəfindən tam həyata keçirilmişdir. Lakin cavabdeh "xxxx" MTK müqavilə öhdəliklərinə əməl etməməklə mənzilləri iddiaçılara təhvil vermir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı iş üzrə, 23 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" MTKnın üzərinə Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 38 saylı mənzilin iddiaçı X24, həmin binada yerləşən 26 və 27 saylı mənzillərin İddiaçı2, həmin binada yerləşən 1 saylı, 50 saylı, 51 saylı, 52 saylı və 54 saylı mənzillərin İddiaçı3, həmin binada yerləşən 2 və 3 saylı mənzillərin İddiaçı4, həmin binada yerləşən 14 və 16 saylı mənzillərin İddiaçı5, həmin binada yerləşən 41 saylı mənzilin İddiaçı6, həmin binada yerləşən 53 saylı mənzilin İddiaçı7 İbrahim oğluna, həmin binada yerləşən 17 saylı mənzilin İddiaçı8, həmin binada yerləşən 49 saylı mənzilin İddiaçı9h Sultan oğluna, həmin binada yerləşən 28 saylı mənzilin İddiaçı10, həmin binada yerləşən 37, 39, 40 və 42 saylı mənzillərin İddiaçı11, həmin binada yerləşən 30 saylı mənzilin İddiaçı12 və həmin binada yerləşən 18 saylı mənzilin İddiaçı13 təhvil verilməsi öhdəliyi qoyulması, iddia tələbinin Nümayəndə2 dair hissədə təmin edilməməsi qət edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı iş üzrə, 06 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsi ilə Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 29 saylı mənzilin İddiaçı3 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisənin qanuni əsasını öhdəlik hüquq münasibətləri təşkil etməklə tərəflər arasında bağlanmış müqavilələr və barışıq sazişinin şərtləri təşkil edir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Deməli, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1(103)-876/2022 nömrəli qərarında müəyyən edilmiş xüsusatlar hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, həmin cinayət işi üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar hazırki mülki iş üzrə olan iddiaçılardır. "xxxx" MTK müdafiəsinin hüquqi əsasını belə müəyyən etmişdir ki, “tərəflər arasında olan öhdəlik münasibətlərinin icra edilməməsi səbəbindən "xxxx" MTK-nın rəhbəri olmuş şəxsə qarşı həyata keçirilən cinayət təqibi zamanı hazırki mülki iş üzrə iddiaçıların mülki iddia irəli sürmələri və mənzillərə dair ödənilmiş pul vəsaitlərinin məbləği nəzərə alınmaqla hər birinin mülki iddiasının təmin olunması və cinayət təqibi üzrə yekun məhkəmə qərarının həmin hissədə qanuni qüvvəyə minməsidir. Yəni, cavabdeh hüquqi müdafiə quraraq izah etmək istəyir ki, hazırki mülki iş üzrə iddiaçıların "xxxx" MTK-nın rəhbəri məhkum X17 qarşı mülki iddiaları təmin edilmiş, müvafiq pul məbləğlərinin mülki iddiaçılara ödənilməsi qərara alınmışdır. Eyni tələb üzrə həm mülki iddianın təmin olunması, həm də müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsi əsassızdır.” Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa mülki iş üzrə icraata xitam verilir. Məhkəmə cavabdeh tərəfə izah edir ki, mübahisənin hüquqi əsası nöqteyi nəzərindən müqavilə öhdəlikləri ilə cinayət təqibinin gedişi zamanı verilən mülki iddia ayrı-ayrı hüquqi kateqoriyalardır. Yəni, münasibətlərin qanuni əsasları tamamilə fərqlidir. Bundan əlavə, münasibətlərin subyekt tərkibi də fərqlidir. Belə ki, hazırki mülki iş üzrə cavabdeh "xxxx" MTK olsa da, cinayət təqibi zamanı mülki iddia təqsirləndirilən şəxs X17 qarşı yönəlmişdir. Deməli, münasibətlərin subyekt tərkibi də əsaslı şəkildə fərqlənir. Subyekt dedikdə, mülki hüquq münasibətlərinə sərbəst şəkildə daxil olan fiziki şəxslər, hüquqi şəxslər, dövlət və ya bələdiyyələr başa düşülür. X20 fiziki şəxs, "xxxx" MTK isə hüquqi şəxs olmaqla tamamilə ayrı-ayrı kateqoriyalar olmaqla fərqli subyektdirlər. X20 "xxxx" MTK faktiki rəhbəri ola bilər. Lakin “hüquqi müəyyənlik” prinsipi rəhbər tutulmaqla faktiki münasibətlərlə hüquqi əsasları və subyekt tərkibini fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Məhkəmə qərarında ədalətlilik meyarı gözlənilməlidir, lakin, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan hüquq normasını tətbiq etməlidirlər. Normanın məhkəmə tərəfindən fərqli qaydada və ya geniş həcmdə təfsir edilməsi qitə (romangerman) hüquq sistemində yolverilməzdir. Məhkəmələr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Nəticə etibarilə, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsində müəyyən edilmiş dispozitiv şərtlərlə hazırki mülki işin faktiki halları eynilik təşkil etmir. Araşdırma zamanı müəyyən edilir ki, cavabdeh "xxxx" MTK iddiaçılar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Bu xüsusat mülki işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi "xxxx" MTK-ya qarşı əsaslı olsa da, digər cavabdeh Nümayəndə2 münasibətdə əsassızdır. Yuxarıda qeyd olunan hüquqi mövqelər nəzərə alınmaqla, Nümayəndə2 iddiaçılarla münasibətdə "xxxx" MTK-nın vəzifəli şəxsi kimi çıxış etmişdir. Yəni, münasibət üzrə razılaşmaların digər tərəfi qismində hüquqi şəxs qismində "xxxx" MTK-nın özü çıxış etmişdir. Nümayəndə2 hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi Sazişi sadəcə imzalamışdır. Belə bir saziş mövcud olsa belə, həmin razılaşma hər hansı hüquqi nəticə yarada bilməz, sadəcə pərdələnməklə görünüş üçün tərtib edilmiş saziş hesab oluna bilər. Bu səbəbdən, iddia tələbi Nümayəndə2 münasibətdə təmin edilə bilməz. Çünki, iddiaçılarla Nümayəndə2 arasında hər hansı mülki hüquq münasibəti (öhdəlik, delikt, əsassız varlanma və s.) mövcud deyildir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı iş üzrə, 23 avqust 2023-cü il tarixli qətnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı iş üzrə, 06 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, "xxxx" MTK və cavabdeh İddiaçı1 arasında bağlanan 31 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən ödənilmiş 54000 (əlli dörd min) manat pul məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və İddiaçı1 həmin pul məbləğini sözügedən hesabdan götürmüşdür. Hazırki mülki iş üzrə iddiaçıların istinad etdiyi müqavilələr və cinayət təqibi zamanı zərərçəkmiş şəxslər (hazırki mülki iş üzrə iddiaçıların) verdikləri mülki iddialarda istinad etdikləri müqavilələr eyni müqavilələrdir. İşin hallarından da göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarı əsasında, zərərçəkmiş şəxslərə onların müqavilələr üzrə mənzillərin təhvil verilməsi üçün ödədikləri pul məbləğlərinin geri qaytarılması "xxxx" MTKnin faktiki sahibi X12 üzərinə qoyulmuşdur. Həmçinin, Yasamal Rayon Məhkəməsinin e- 2(004)- 2402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, həmin müqavilələrdə nəzərdə tutulmuş mənzillərin təhvil verilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmuş və beləliklə, müqavilənin ləğv edilməsi üçün əsas yaranmışdır. Belə olan halda, yəni iddiaçıların pul məbləğləri geri qaytarıldığı halda, cavabdehin üzərinə həmin mənzillərin təhvil verilməsi barədə öhdəliyin qoyulması tamamilə əsassızdır, iddiaçılar tərəfindən mənzilin dəyəri ödənilmədən onlara həmin mənzilin təhvil verilməsi, hansı əsasla mümkün ola bilər? Həmçinin, hazırda sözügedən müqavilələr üzrə nəzərdə tutulmuş mənzillər digər şəxslərə satıldığından iddiaçılara təhvil verilməsi mümkün deyildir. Belə olan halda isə iddiaçıların müqavilələr üzrə mənzillərin təhvil verilməsi barədə iddia tələbinin təmin edilməsi tamamilə absurd, qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi qətnaməsində münasibətlərin subyekt tərkibinin fərqli olmasına istinad etmişdir. Qeyd edilmişdir ki, hazırki mülki iş üzrə cavabdeh "xxxx" MTK olsa da, cinayət təqibi zamanı mülki iddia təqsirləndirilən şəxs X17 qarşı yönəlmişdir. Halbuki, cinayət təqibi zamanı mülki iddia "xxxx" MTK-nın faktiki sahibi olan X18 qarşı qaldırılmışdır, yəni cinayət işi üzrə zərərçəkmiş şəxslər hazırki mülki iddia üzrə iddiaçılar ilə eynidir. Həmçinin iddiaçıların hazırki iddiaları və mülki iddialar eyni müqavilələr üzrə nəzərdə tutulmuşdur. Yəni, iddiaçılar tərəfindən yalnız cavabdehin adının dəyişdirilməsi, yəni X21 deyil, "xxxx" MTK və Nümayəndə2 cavabdeh qismində qoyulması subyektlərin fərqli olması kimi qiymətləndirilə bilməz. Əgər subyektlər fərqlidirsə o zaman cinayət təqibi üzrə zərərçəkmiş şəxslər tərəfindən verilmiş iddialar təmin edilməməli və X12 "xxxx" MTKnın faktiki sahibi olmasına baxmayaraq, zərərçəkmiş şəxslər tərəfindən şirkətə ödənilmiş pul məbləğlərinin onlara qaytarılması öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqdim edilmiş hökmə və qərarlara nəzər yetirmədən, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini tam aydınlaşdırmadan qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

İkinci (birləşdirilmiş) iş üzrə:

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 İbrahim oğlu, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

11. Tələbdə göstərilib ki, bu işlə bağlı qanuni qüvvədə olan hökm vardır. Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında həmin hökmün mülki idddiaya dair hissəsi qanuni qüvvəsini alıb. Hazırkı iş üzrə cavabdehlər orada mülki iddia verərək Namazov Tapdıqdan pul tələb etmişlər. Bu pul "xxxx" MTK ilə cavabdehlər arasında bağlanmış müqavilədə nəzərdə tutulan pul idi. Ancaq burada, Namazov Tapdıqdan başqa cavabdehlər pul məbləğini Nümayəndə2 də tələb etmişlər və bu barədə də mülki iddia təqdim etmişlər. Bu tələb ilə əlaqədar icraata xitam verilmiş, ancaq bundan öncə Namazov Tapdıqdan tələb etdikləri mülki iddia qismən təmin edilmiş və bu pul eyni pul idi. Bu mülki iddia üzrə icraata xitam verilməsinin səbəbi isə bu idi ki, mülki iddiaya Namazov Tapdığın işi zamanı baxılmış və iddia qismən təmin edilmişdir. Bundan sonra isə cavabdehlər nəticədən razı qalmamış və kassasiya şikayəti verərək mülki iddiada təmin edilən məbləğdən daha çox tələb etmişlər. Ancaq heç vaxt pul yox, evlərini istədiklərini bildirməmişlər. Əgər evi doğrudan da istəsəydilər, onlar mülki iddiadan imtina etməli idilər, ancaq belə görünür ki, cavabdehlər evi və pulu eyni anda istəyirlər. Çünki cavabdehlər mülki iddiadan imtina etsəydilər, hazırda bu məhkəmə prosesinin olmasına da ehtiyac olmazdı. Ancaq hazırda belə görünür ki, cavabdehlər Namazov Tapdıqdan pulu, Nümayəndə2 isə evlərini istəyirlər. Namazov Tapdığın işi ilə bağlı hökmün məzmunundan görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili izahatında dəymiş maddi zərərin əvəzinin ödənildiyini bildirmişdir. Buda sübut edir ki, tərəflərindən maddi ziyan ödənilmişdir və cavabdehlər pulu qəbul etmişlər. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4171/2023 saylı iş üzrə, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

13. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1(103)-876/2022 nömrəli qərarı ilə hazırki iddia üzrə cavabdehlərin mülki iddiaları X17 dair qismən təmin edilmiş, bundan sonra iddiaçı "xxxx" MTK cavabdehlərə həmin müqavilələrin ləğvi ilə bağlı pretenziya məktubları göndərərək, müqavilədən imtina etdiyini bildirmişdir. Belə olan halda, sözügedən müqavilələrin məhkəmə qaydasında ləğv edilməsi barədə iddianın hüquqi əsası mövcud deyildir. Eyni zamanda iddiaçı iddia ərizəsində müqavilələr üzrə öhdəliklərin icra edildiyini bildirsə də, məhkəmə qərarı ilə mənzillərin dəyəri qismində hesablanaraq tutulmalı olan məbləğlərin də cavabdehlərə ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbində Mülki Məcəllənin 442 və 447.1-ci maddələrinə istinad etsə də, həmin maddələrin və Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin ləğvi tələbinin “yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda” mümkünlüyü göstərilmişdir ki, hazırki iş üzrə də müqavilə öhdəliklərini pozan tərəf qismində iddiaçı "xxxx" MTK çıxış etdiyi halda, müqavilənin ləğvi tələbi ilə cavabdehlərin müraciət etməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edib şikayətində göstərib ki, iddiaçı "xxxx" MTK və cavabdehlər arasında bağlanmış müqavilələrə əsasən tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmışdır. Yəni, "xxxx" MTK həmin mənzillər cavabdehlərə təhvil verməyi, cavabdehlər isə bunun əvəzində müəyyən pul məbləği ödəməyi öhdəsinə götürmüşlər. Cavabdehlər həmin pul məbləğini "xxxx" MTK-ya ödəmişlər, lakin daha sonra "xxxx" MTK-nin faktiki sahibi olan X18 qarşı mülki iddialarla müraciət edərək onlara dəymiş maddi ziyanı, yəni ödədikləri həmin pul məbləğlərinin X8 tutularaq onlara ödənilməsini xahiş etmişlər. Cavabdehlərin mülki iddiası təmin edilmiş və "xxxx" MTK tərəfindən həmin mənzillər dəyərində onlara vurulmuş maddi ziyan ödənilmişdir. Bu səbəbdən, iddiaçı "xxxx" MTK-nın cavabdehlər qarşısında mənzillərin təhvil verməsi kimi bir öhdəliyi qalmır, ona görə ki, onlar tərəfindən ödənilmiş məbləğ artıq cavabdehlərə geri ödənilmişdir. Cavabdehlər sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliklərdən imtina edərək onlar tərəfindən ödənilmiş pul məbləğinin geri qaytarılmasına nail olmuşlar, yəni, müqavilə üzrə öz üzərinə düşən öhdəliklərin icrasından tamamilə imtina etmişlər. Beləliklə, cavabdehlərin "xxxx" MTK qarşısında öz öhdəliklərinin icrasından imtina etmələri və iddiaçı tərəfindən onlara geri qaytarılmış pul məbləğləri, həmin müqavilələrin ləğv edilməsi üçün əsasdır. Məhkəmə Mülki Məcəllənin 421.3-cü maddəsinə istinad etməsinə baxmayaraq, qətnamə tamamilə bu maddənin müddəalarına zidd olaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı "xxxx" MTK-nın faktiki sahibi X21 tərəfindən cavabdehlərə müqavilələr üzrə ödənilmiş pul məbləğlərini geri ödəməsi barədə məsələyə münasibət bildirməmiş, bu faktı aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı "xxxx" MTK-nın hal-hazırda cavabdehlərə hər-hansı bir borcu mövcud deyildir. Həmçinin, birinci instansiya məhkəməsi cavabdeh İddiaçı1 tərəfindən MTK-ya ödənilmiş 54000 (əlli dörd min) manat pul məbləğini iddiaçı "xxxx" MTK Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəməsi və İddiaçı1 həmin pul məbləğini sözügedən hesabdan götürməsi faktı aydınlaşdırılmamış, məhkəmə ümumiyyətlə bu məsələyə hərhansı bir münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi ilə elə çıxır ki, iddiaçı "xxxx" MTK həm cavabdehlərə pul məbləği ödəməlidir, həm də mənzilləri onlara təhvil verməlidir, yəni cavabdehlər pulsuz mənzil əldə etmiş olurlar. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-876/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından da göründüyü kimi, zərərçəkmiş şəxslərin (hazırki mülki iş üzrə cavabdehlərin nümayəndəsi olan Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, hüquqlarını müdafiə etdiyi həmin zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənildiyindən, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmündən tərəfindən və zərər çəkmiş şəxslər İddiaçı12, İddiaçı10, İddiaçı8 və İddiaçı9 müdafiəçisi nümayəndəsi X22 tərəfindən verilmiş apellyasiya şikayətlərinin, eləcə də məhkum X20 tərəfindən verilmiş apellyasiya şikayətinin və verilmiş apellyasiya protestinin təmin edilib-edilməməsini, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2, 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 539/2019 saylı, 26 avqust 2019-cu il tarixli hökmünün dəyişdirilib-dəyişdirilməməsini məhkəmə kollegiyasının səlahiyyətlərinə həvalə etdiyini və göstərilənlərin nəzərə alınaraq ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin nümayəndəsinin məhkəmə çıxışı zamanı verdiyi izahat bu faktı təsdiq edən sübutdur. İddiaçı "xxxx" MTK cavabdehlərə qarşı “müqavilələrin ləğvinə dair” iddia tələbi iddiaçının üzərinə düşən öhdəlikləri icra etməsindən yayınması məqsədi ilə bağlı deyil, ona görədir ki, cavabdehlər tərəfindən həm mənzillərin dəyərinə görə ödədikləri pul məbləğləri geri götürülmüş, həm də mənzillərin təhvil verilməsini tələb etmişlər. Beləliklə, onlar hər hansı bir pul məbləği ödəmədən, mənzil əldə etmək niyyətindədirlər. Birinci instansiya məhkəməsi göründüyü kimi, tərəflərin qarşılıqlı münasibətini və işin faktiki hallarını düzgün qiymətləndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

15. Məhkəmə iclasında birinci mülki iş üzrə cavabdeh, ikinci mülki iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında birinci mülki iş üzrə cavabdeh Nümayəndə2 apellyasiya şikayətlərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında birinci mülki iş üzrə iddiaçılar, ikinci mülki iş üzrə cavabdehlər İddiaçı1 Mahir oğlu, İddiaçı8, İddiaçı5, onların və digər iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını və qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamələrin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də şikayətlərin məzmunundan görünür ki, birinci iddia üzrə iddia təmin edildiyi, ikinci iddia üzrə isə təmin edilmədiyi üçün şikayətlərin obyektini qətnamələrin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetlərini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamələr apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. Birinci iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, ikinci iddianın faktiki əsası (faktiki hallar) isə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəmələrinin hər iki iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, ikinci iddianın faktiki əsası (faktiki hallar) isə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəmələrinin hər iki iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Hazırki işdə birinci iddanın faktiki əsası yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır, ikinci iddanın faktiki əsası isə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılırmır.

27. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

28. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, birinci iddia ərizəsinin nəticə hissəsində... İddiaçı1 verilmiş 38 saylı mənzilə dair 2014-cü il 31 yanvar tarixli... qeyd olunması iddianın yalnız bu cür göstərildiyinə görə rədd olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətlərinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

29. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.

30. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. Göründüyü kimi, iddiaçılar cavabdeh MTK ilə bağladıqları müqavilələr üzrə öhdəliklərini tam icra etdiyindən ikinci iddia üzrə iddianın təmin edilməsi mümkün ola bilməzdi.

31. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan mənzillər fərdi müəyyən əşya kimi qəbul edilsə onlara dair həm iddiaçılar, həm də üçüncü şəxslərlə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş mənzil o vaxt verilə bilər ki, həmin mənzil digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, mənzil əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə üçüncü şəxsə verilmişdirsə, onda öhdəlik daha əvvəl xeyrinə əmələ gəlmiş şəxsin bu mənzili tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər(MM.m.443,452.2, 448).

32. Lakin hazırki iş üzrə İddiaçı1 2014-cü il 31 yanvar tarixli müqavilə üzrə verilməsi nəzərdə tutulan 38 saylı mənzildən başqa digər 12 iddiaçı ilə bağlanmış müqavilələr üzrə mənzilllərə dair başqa hər hansı üçüncü şəxs(lər)lə əvvəllər yaxud sonradan hansısa müqavilələrin bağlanması və mənzillərin onlara təhvil verilməsi və onların sahibliyində olması mötəbər sübutlarla təsdiq edilmir. Düzdü, MTK tərəf qeyd olunan mənzillərin başqa şəxslərə satıldığını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etmədilər. Əksinə, cinayət təqibi üzrə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə də İddiaçı1 2014-cü il 31 yanvar tarixli müqavilə üzrə verilməsi nəzərdə tutulan 38 saylı mənzildən başqa, digər mənzillərin əvvəldən yaxud sonradan başqa şəxslərə satılması müəyyən edilmir. Deməli, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmamışlar. Çünki, iddiaçılar MTK ilə bağladıqları müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etmişlər, lakin MTK öhdəliklərini icra edərək mənzili iddiaçılara təhvil verməmişdir. Bu cür vəziyyətdə MTK-nın Mülki Məcəllənin 452-ci maddəsinin tələblərini özünə uyğun şəkildə təfsir etməsi, əlbətdə ki, iddianın əsassız olması demək deyildir. Çünki, mübahisəli mənzillərlə bağlı müqavilələlər İddiaçı1 ilə bağlanmış 2014-cü il 31 yanvar tarixli müqavilə istisna olmaqla ilkin və son olaraq iddiaçılarla bağlanması, yəni tələb edilən mənzillərlə bağlı MTK-nın öhdəliyinin yalnız iddiaçılar qarşısında yaranması, mübahisəli mənzillərə dair iddiaçılardan başqa MTK-ya qarşı hansısa şəxsin iddia irəli sürməsi və faktiki olaraq mübahisəli mənzillərin onların sahibliyində və istifadəsində olmaması təsdiq olunduğundan işin mübahisəsiz halına çevrilir.

33. Buna baxmayaraq, MTK-nın vəzifəli şəxsləri tərəfindən iddiaçılara və MTK-ya qarşı da cinayətin törədilməsi ilə bağlı onlar da cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Bir daha qeyd olunur ki, iddiaçılarla MTK arasında tələb edilən mənzillərə dair müqavilələrin bağlanması, həmin müqavilələr üzrə iddiaçıların öz öhdəliklərinin tam və qüsursuz icra etmələri işin mübahisəsiz hallarıdır və bu faktı MTK və onun vəzifəli şəxsləri də inkar etmir. Demək ki, qarşılıqlı öhdəliklər üzrə cavabdeh MTK öz öhdəliyini yerinə yetirmədiyini qəbul edir və hansısa formada mübahisələndirmir. Mübahisələndirdiyi hallar isə - iddiaçıların cinayət işi üzrə "xxxx" MTK-nın faktiki sahibi olan X18 qarşı mülki iddialarla müraciət edərək onlara dəymiş maddi ziyanı, yəni ödədikləri həmin pul məbləğlərinin X8 tutularaq onlara ödənilməsini xahiş etmələri və mülki iddianın təmin edilərək "xxxx" MTK tərəfindən həmin mənzillər dəyərində onlara vurulmuş maddi ziyan ödənilməsi, bu səbəbdən, MTK-nın birinci iddia üzrə iddiaçılar, ikinci iddia üzrə cavabdehlər qarşısında mənzillərin təhvil verməsi kimi bir öhdəliyi qalmadığı, ödənilmiş məbləğin artıq geri ödənilməsi ilə bağlıdır.

34. Həqiqətən, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 1(103)-876/2022 nömrəli qərarı, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 1(102)- 195/2022 saylı və xx.xx.2023-cü il tarixli, 1(102)-1374/2023 saylı qərarları ilə təsdiq olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən "xxxx" MTK-nın faktiki sahibi, X20 CM-in 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hökm sonradan dəyişdirilərək üzərində qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) mülki iddiaları qismən təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) X7 İddiaçı3 xeyrinə 356448 manat, İddiaçı11 xeyrinə 248160 manat, İddiaçı2 xeyrinə 102507 manat, İddiaçı12 xeyrinə 75670 manat, İddiaçı13 xeyrinə 144900 manat, İddiaçı10ın xeyrinə 48363 manat, X15 xeyrinə 102507 manat, X11 xeyrinə 102507 manat, İddiaçı9 xeyrinə 75670 manat, İddiaçı8 xeyrinə 95000 manat, İddiaçı7 İbrahim oğlunun xeyrinə 54114 manat, İddiaçı1 xeyrinə 54114 manat, X3 xeyrinə 110000 manat, X2 xeyrinə 74380 manat, İddiaçı6 xeyrinə 54144 manat, X16 xeyrinə 116200 manat tutulması qərarı alınmış, iddia qalan hissədə rədd edilmişdir. Qeyd olunan məhkəmə aktları ilə o da müəyyən edilmişdir ki, Tapdıq Namazov qabaqcadan əlbir olduğu oğlu Nümayəndə2la ümumilikdə 18 nəfər şəxsə 31 mənzil satmaqla, cəmi 2.057.193(iki milyon, əlli yeddi min, yüz doxsan üç)manatın 1.489.145,9(bir milyon, dörd yüz səksən doqquz min, yüz qırx beş manat doxsan qəpik) manat hissəsini binanın tikinti-quraşdırma işlərinə sərf edib, qalan 568.047,1(beş yüz altmış səkkiz min, qırx yeddi manat, on qəpik) manat etibar edilmiş özgəyə - "xxxx" MTK-ya məxsus həmin vəsaiti külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, bundan əlavə 18 nəfərin, yəni kütləvi surətdə fiziki şəxslərin mənzilə sahb olmaq, ondan birgə yaşayış qaydalarına uyğun istifadə etmək və mənzil şəraitini yaxışılaşdırmaqla əlaqədar əmlak hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olduğu Nümayəndə2la birlikdə bir qrup şəxs halında ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

35. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, hökmlə Tapdıq Namazovun ona etibar edilmiş, "xxxx" MTK-ya məxsus -568.047,1(beş yüz altmış səkkiz min, qırx yeddi manat, on qəpik) manat vəsaiti külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talaması və bu hadisənin ona aid olması müəyyən edilib. Başqa sözlə, Tapdıq Namazov törətdiyi cinayət nəticəsində həm də MTK-ya zərər vurmuşdur. Ona görə də, cinayət işi üzrə zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) Tapdıq Namazova qarşı olan iddialarının qismən təmin edilməsi, hazırki iş üzrə cavabdeh MTK-nı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad edə bilməz. Çünki, nə hökmün həmin hissəsi hazırki mülki işə baxan məhkəmə üçün məcburi ola bilməzdi, nədə hazırki iddianın faktiki əsasını təşkil edən müqavilələr Tapdıq Namazovla deyil, MTK ilə bağlanmışdır. Tapdıq Namazov isə MTK-nın nə təsisçisi, nədə qanuni təmsilçii olmamışdır. Eyni zamanda, hökmlə Tapdıq Namazovun qabaqcadan əlbir olduğu oğlu Nümayəndə2la ümumilikdə 18 nəfər şəxsə 31 mənzil satmaqla, cəmi 2.057.193(iki milyon, əlli yeddi min, yüz doxsan üç)manatın 1.489.145,9(bir milyon, dörd yüz səksən doqquz min, yüz qırx beş manat doxsan qəpik) manat hissəsini binanın tikintiquraşdırma işlərinə sərf etdiyi müəyyən edilmiş, yəni "xxxx" MTK-ya məxsus 568.047,1(beş yüz altmış səkkiz min, qırx yeddi manat, on qəpik) manatı mənimsəməklə talamışdır. Demək ki, faiz nisbətilə götürülsə iddiaçıların müqavilə üzrə ödədikləri vəsaitin təxminən 80 faizə qədər hissəsi MTK tərəfindən binanın tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Bu faktın özü də MTK-nın öz öhdəliyini icra etməkdən imtinasını istisna edir.

36. Bununla yanaşı, hazırki iş üzrə iddiaçıların cinayət işi üzrə Tapdıq Namazova qarşı pul tələbinə dair iddia irəli sürmələri, onların MTK ilə bağladıqları müqavilə üzrə öhdəliklərindən imtina kimi qiymətləndirilə bilməz. Əvvəla, qeyd olunduğu kimi iddiaçılar MTK ilə bağladıqları müqavilələr üzrə öhdəliklərini tam icra ediblər və buna görə də öhdəliyin icrasından tamamilə imtinadan söhbət gedə bilməz. İkincisi, cinayət işi üzrə iddiaçıların Tapdıq Namazova qarşı olan pul tələbinə dair iddialarının qismən təmin edilməsi, onlar tərəfindən ödənilmiş pul məbləğlərinin geri qaytarılmasına nail olmaq demək deyil və bu halda müqavilələrin ləğv edilməsi üçün əsas sayıla bilməz. Çünki, işin mübahisəsiz halıdır ki, nə Tapdıq Namazov, nədə MTK tərəfindən hansısa məbləğdə pul vəsaiti (İddiaçı1 2014-cü il 31 yanvar tarixli müqavilə üzrə prokurorluğun depozit hesabından götürdüyü, lakin yenidən MTK-ya verdiyi hal istisna olmaqla) iddiaçılara qaytarılmamışdır. MTK-nın nəyə əsasən bu cür dəlillərdən istifadə etməsi başa düşülən olmamışdır. Demək ki, 10 ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçılar nə dəyərini ödədikləri mənzillərə sahib ola bilir, nədə onlara dəymiş zərər ödənilmir. Bu cür vəziyyət isə açıq-aşkar ona dəlalət edir ki, MTK hüquqdan pis niyyətlə sui-istifadə edərək iddiaçılara zərər vurmaqda davam edir. Əks halda, ən azından mülki prosessual qanunvericiliyin verdiyi imkanlardan sui-istifadə edərək qəbul edilmiş qətnamələrdən şikayət vermək əvəzinə, yaxşı olardı ki, iddiaçılar qarşısında olan müqavilədən əmələ gələn öhdəliklərini icra etsin, ancaq etmir yaxud etmək istəmir. Əlbətdə ki, mülki hüquq münasibətlərinin iştirakçısı kimi MTK-nın bu cür davranışı yolverilməz sayılır.

37. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-539/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə həmçinin müəyyən edilmişdir ki, Tapdıq Namazov qabaqcadan əlbir olduğu Nümayəndə2 tərəfindən 22 oktyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə X4 74880 manata satılmış 38 nömrəli mənzili 31 yanvar 2014-cü ildə 54144 manata təkrarən İddiaçı1 satmaqla vəzifə saxtakarlığı və külli miqdarda ziyan vurmaqla sonuncuya qarşı dələduzluq cinayəti törətmişdir. Cinayət təqibi zamanı İddiaçı1 tərəfindən mənzilin əldə edilməsi üçün MTK-ya ödənilmiş həmin məbləğ Baş Prokurorluğun depozit hesabına qoyulduğundan qeyd olunan vəsait İddiaçı1 tərəfindən götürülərək yenidən 54000 manatın MTK-ya ödənilməsi və Bakı şəhəri, A.Salamzadə küçəsi, 593 saylı məhəllədə inşa edilən 9 mərtəbəli yaşayış evinin, No 1, blok 1, mərtəbə 6-da yerləşən ümumi sahəsi 115.2 kv. m, 3 otaqlı, 31 nömrəli mənzilə dair 19 avqust 2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanması da işin mübahissiz halıdır. Yəni, apellyasiya baxışı zamanı da tərəflər bu faktı təsdiq etdilər, o cümlədən MTK tərəf sonuncu müqavilə üzrə öhdəliyinin olduğunu qəbul etdi. Lakin sonuncu müqavilənin müddəti də 18 təqvim ayı müəyyən edilmişdir. Deməli, MTK bu müqavilə üzrə də ən geci 19 fevral 2023-cü ildə 31 nömrəli mənzili İddiaçı1 təhvil verməli idi. Ancaq MTK bu müqavilə üzrə də öhdəliyini yerinə yetirməyib yaxud yenə də yetirmək istəmir. Ona görə də MTK-nın İddiaçı1 birinci müqavilə üzrə 38 nömrəli mənzilə görə ödədiyi pul vəsaitini Baş prokurorluğun depozit hesabına qoyduğu vəsait hesabına qaytarılması onu 19 fevral 2021-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməkdən azad etmir. Çünki, İddiaçı1 həmin məbləği təkrarən MTK-ya ödəmişdir. Ona görə də MTK iddiaçılara, o cümlədən İddiaçı1 həm pul, həm də mənzil təhvil verməyib. Əlbətdə ki, qətnamənin icrası qaydasında İddiaçı1 konkret hansı mənzilin veriləcəyi qeyri-müəyyən görünə bilər. Çünki, qətnamədə birinci müqavilə üzrə 38 nömrəli mənzilin təhvil verilməsi qət edilsə də, qətnamənin icrası zamanı 19 fevral 2021-ci il tarixli müqavilə üzrə MTK-nın İddiaçı1 qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni 38 nömrəli deyil, 31 nömrəli mənzilin(əlbətdə ki, mənzilin nömrəsi, mərtəbəliliyi və.s sonradan dəyişə bilər, çünki, sonradan yeni ünvan verilərkən mənzilin ünvanının dəyişilməsi təcrübəsi mövcuddur) nəzərə alınmalıdır. Ona görə də, Mülki Prosessual Məcəllənin 220.6-cı və 222.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsinin icrası zamanı "xxxx" MTK tərəfindən Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə inşa olunan, çoxmənzilli yaşayış binasında iddiaçılara, o cümlədən İddiaçı1(31 yaxud 38 nömrəli mənzil verilməsindən asılı olmayaraq) veriləcək mənzillərin ünvanı dəyişəcəyi təqdirdə, yeni nömrə, mərtəbə və.s hallar nəzərə alınmalı və qətnamə buna uyğun icra edilməlidir.

38. Bundan əlavə, apellyasiya baxışı zamanı birinci iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan şəxslər öz imzaları ilə təsdiq etdikləri yazılı ərizə ilə məhkəməyə müraciət edərək, uzun illər mənzillərini onlara təhvil verilməməsi ilə əlaqədar kirayədə qalmaqla maddi və mənəvi zərərə məruz qaldıqlarını, buna görə də cavabdehdən pul deyil, mənzillərini istədiklərini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsi qanuni minib icraya yönəldiləcəyi təqdirdə cavabdehdən tutulmalı olan pul məbləğlərindən imtina edəcəyini göstərdilər. Apellyasiya baxışının birinci iclasındada cavabdeh MTK-nın nümayəndəsi və vəkili iddiaçıların cinayət işi üzrə olan pul tələbinə dair mülki iddialarından imtina edəcəkləri halda da, o, da hazırki iş üzrə olan qətnamədən verdiyi apellyasiya şikayətindən imtina edəcəyini bildirmişdir. Lakin sonrakı məhkəmə iclaslarında bu fikrindən daşındığı məlum oldu. Bu hal bir daha ona dəlalət edir ki, iddiaçılar cavabdeh MTK-dan bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına, daha dəqiq deyilsə mənzillərini onlara təhvil verilməsinə nail olmaq istəyir. Lakin cavabdeh MTK yaranmış bu vəziyyətdən, yəni cinayət təqibi üzrə iddiaçıların Tapdıq Namazova qarşı olan pul tələbinə dair iddianın təmin olunması faktından açıq-aşkar sui-istifadə edərək müqavilə üzrə öz öhdəliyini icra etmək istəmir. Deməli, həmdə, "xxxx" MTK-nın müqavilələrin ləğvinə dair iddia tələbi məhz elə üzərinə düşən öhdəlikləri icra etməsindən yayınması məqsədi ilə olmuşdur. Çünki, ikinci iddia üzrə cavabdehlər tərəfindən mənzillərin dəyərinə görə ödədikləri pul məbləğləri onlara geri qaytarılmamışdır. Buna görə də mənzillərin təhvil verilməsini tələb etməkdə haqlı sayılırlar. Yəni, pul məbləğini ödəmədən deyil, ödədikləri və 10 ilə yaxın müddətdə onlara qaytarılmayan pul məbləğlərinə görə mənzil əldə etmək niyyətindədirlər. Buna görə də, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətini və işin faktiki hallarını düzgün qiymətləndirmişdir.

39. Göstərilənlərdən başqa, işdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, iddiaçılardan İddiaçı2 27 nömrəli mənzildən və paydan imtina etməsi barədə, İddiaçı3 isə 1 və 54 nömrəli mənzillərindən və payından imtina etmələrinə dair ərizlərinə 16 dekabr 2022-ci il tarixdə xitam vermişlər. Bu faktlar da ona dəlalət edir ki, MTK-nın vəzifəli şəxsləri tərəfindən iddiaçılarin öz mənzillərindən imtina etmələrinə nail olmaq cəhdləri öz “bəhrəsini” verməmişdir.

40. Birinci iddia üzrə iddia ərizəsinin və xx.xx.2020-ci il tarixli Barışıq sazişinin məzmunundan da görünür ki, "xxxx" MTK-nın direktoru və təqsirləndirilən şəxs Nümayəndə2 ilə iddiaçılar arasında barışıq sazişi bağlanmış və sazişin şərtlərinə əsasən "xxxx" MTK-nın direktoru kimi Nümayəndə2 mənzil sahibləri qarşısında azadlığa çıxdıqdan 3 ay ərzində "xxxx" MTK-ya məxsus Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binanın tikintisini başa çatdırıb hər bir mənzil sahibinə mənzillərini təhvil verməyi öhdəsinə götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-182/2021 nömrəli hökmünə əsasən Omaks-3” MTK-nın direktoru Nümayəndə2 da məhz iddiaçılara və digərlərinə qarşı CM-in 178.3.2, 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Demək ki, "xxxx" MTK-nın direktoru kimi Namazov X5 bağlayarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-539/2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən, o cümlədən iddiaçıların Tapdıq Namazova qarşı olan pul tələbinə dair iddianın təmin olunmasından məlumatlı idi. Buna baxmayaraq, MTK-nın qanuni təmsilçsi kimi müqavilədən əmələ gələn öhdəliyini icra edərək iddiaçılara mənzilləri təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddianın faktiki əsası kimi, həm də iddiaçıların MTK ilə bağladıqları xx.xx.2020-ci il tarixli Barışıq sazişi olmuşdur.

41. Təbii ki, məhkəməyə müraciət etmək hüququndan istifadə etmək və məhkəmə aktından şikayət vermək MTK-nın hüququdur və bunu ona hansısa formada qadağan etmək olmaz. Lakin MTK da bu hüququndan istifadə etməzdən əvvəl düşünməli idi ki, hüquqdan pis niyyətlə, yəni başqalarına zərər vurmaq məqsədilə sui-istifadə etmək qadağandır və vicdanılılıq prinsipinə açıqaşkar zidd sayılır. Çünki, mülki hüquq münasibətinin iştirakçısı kimi üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Əks halda, 10 ilə yaxın müddətdə səbirsizliklə mənzillərinin veriləcəyini gözləyən fiziki şəxslərə qarşı bu cür davranış hüquqa uyğun sayıla bilməz. Başqa sözlə, bu cür rəftara görə mülki dövriyyənin subyektləri olan iddiaçıların ədalətə, haqqa və dürüstlüyə olan inamı itmiş olur. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Ədalət təmin olunmursa hüququn ali məqsədi də təmin edilməmiş qalır. 42.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür birinci iddianın təmin, ikinci iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

43. Beləliklə, şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamələrdə göstərilmiş nəticələri işin hallarına uyğun gəldiyindən, yəni, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 06 sentyabr 2023cü il tarixli əlavə qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4117/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2402/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli əlavə qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4117/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mülki Prosessual Məcəllənin 220.6-cı və 222.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsinin icrası zamanı "xxxx" MTK tərəfindən Bakı şəhəri, A.Salamzadə küçəsi, 593cü məhəllədə inşa olunan, çoxmənzilli yaşayış binasında iddiaçılara, o cümlədən İddiaçı1(31 yaxud 38 nömrəli mənzil verilməsindən asılı olmayaraq) veriləcək mənzillərin ünvanı dəyişəcəyi təqdirdə, yeni nömrə, mərtəbə və.s hallar nəzərə alınsın və qətnamə buna uyğun icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar