Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4977/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-654/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh 14 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında 12000 manat verdiyini, sonuncunun isə həmin məbləği bir ay müddətində qaytaracağına söz versə də qaytarmadığını, həmin pulu “Ocos” adlı biznesə yatırdığını və müflis olduğunu bildirdiyindən pulun qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Ərizə ilə bağlı Polis Şöbəsində araşdırılma aparılmış, o cümlədən izahatlar alınmış və şikayətdə göstərilənlər mülki məsələ olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) ABŞ dolları və dövlət rüsumunun əvəzi 105 (yüz beş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tələbində göstərir ki, Cavabdeh 10 ilə yaxındır ki, tanıyır. Bacısı X4 qızının yaxın rəfiqəsi olmuşdur. Bacısı ilə bir-birilərinə dəfələrlə borc verdiklərindən məlumatı var idi. 2020-ci ilin iyul ayının birinci yarısında bacısı X1 zəng edərək rəfiqəsi Tamillanın ondan 15000 manat borc istədiyini, lakin onda həmin məbləğdə pul olmadığını, amma yaxın rəfiqəsi olduğu üçün mütləq borc verilməsində kömək etmək istədiyini, əgər pulu varsa Tamillaya verməyini, bir ay ərzində ona qaytaracağını söyləmişdir. Daha sonra Cavabdeh özü telefonuna zəng edərək 15000 manat borc verməsini xahiş etmişdir. Bacısının ondan xahiş etdiyi üçün və eyni zamanda cavabdeh özü də zəng edərək israrla xahiş etdiyinə görə məcbur qalıb ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. 14 iyul 2020-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında Cavabdeh ilə görüşmüş, orada onunla borcla bağlı söhbət edərkən demişdir ki, “OCOS” adlı bir şirkətə işə düzəldiyini və ora müəyyən miqdarda pul depozit qoyacağını, lakin 15000 manatı çatmadığını söyləmişdir. Həmin məbləği ona versə bir ay ərzində ona geri qaytaracağını söyləmişdir. Cavabdehin səmimiyyətinə inanaraq cəmi 12000 manatı olduğunu və bu məbləğdən artıq ona pul verə bilməyəcəyini söyləmişdir. Razılaşaraq 12000 manatı verməsini, qalanını da başqasından alacağını, yatırdığı pulun ona qazanc gətirəcəyini və bu qazancdan ona da əlavə pul verəcəyini söyləmişdir. Orada Cavabdeh 5000 ABŞ dolları və 3500 manat olmaqla cəmi 12000 manat vermişdir. 2020-ci ilin avqust ayının 16-dan sonra Tamillaya zəng edərək pulunu nə vaxt qaytaracağını soruşduqda sonuncu şirkətdə onun depozitinin çoxaldığını və müqaviləyə əsasən onu cəm şəkildə götürə bilmədiyini və yalnız hissə-hissə ayrı-ayrı şəxslərin adına götürə biləcəyini, bu səbəbdən də borcunu qaytara bilmədiyini, əgər istəyirsə borc cəm şəkildə qaytarılsın, bir neçə qohumlarının şəxsiyyət vəsiqələrinin şəkillərini çəkib ona vatsapp vasitəsi ilə yollamağını, onların adından öz depoziti hesabına pul çıxarıb 12000 manatını qaytaracığını söyləmişdir. Məcbur qalıb bir neçə tanışlarının razılığı əsasında şəxsiyyət vəsiqələrinin şəkillərini çəkərək ona yollamışdır. Bir neçə ay gözləyib pulunun qaytarılmadığını gördükdə hər gün zəng edərək borcunu tələb edib, əks halda barəsində şikayət edəcəyini bildirdikdə, cavabdeh guya “OCOS” adlı şirkət müflis olduğu üçün onun da bütün pullarının şirkətdə batdığını bildirmişdir. Cavabdehin dediklərinin yalan olduğunu anlayaraq bir müddət gözləyəndən sonra pulunu qaytarmaq niyyətinin olmadığını görüb məcbur qalıb xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nə ərizə ilə müraciət etmiş, polis şöbəsində araşdırma aparıldıqdan sonra ona məktubla cavab verilib ki, müraciətiniz mülki məsələ olduğu üçün məhkəməyə müraciət edəsiniz.
4. Cavabdeh isə iddiaya yazılı etiraz edərək mövqeyini bununla əsaslandırmışdır ki, o, 18-ci Polis Şöbəsinə yazdığı 10.01.22-ci il tarixli ərizəsində və həmin şöbədə verdiyi izahatında 2021-ci ilin iyul ayın 14-də Cavabdeh adlı tanışının ondan 12000 AZN borc istədiyini göstərmişdir. Lakin iddia ərizəsində 5000 ABŞ dollarını və 3500 manatı, cəmi 12.000 manatı 14 iyul 2020-ci il tarixdə verdiyini qeyd etmişdir. O, Polis şöbəsində yazdığı izahatında 5000 ABŞ dolları verməsi barədə göstərməmişdir. İddia tələbi borc verilmiş pul tələbi olduğu halda, iddia ərizəsində Tamaranın onu aldadaraq pulunu ələ keçirdiyini göstərir. Bunlar ziddiyyətli fikirlərdir və sübut kimi qəbul oluna bilməz. 18-ci Polis Şöbəsinin mülki geyimli, Rəşad adlı əməliyyatçısı istifadəsində olan 055 *** ** ** nömrəli mobil telefonla ona zəng edərək PŞ-yə çağırmış, hamiləliyi ilə əlaqədar vəziyyətinin pis olduğunu, şöbəyə gələ bilmədiyini bildirdikdə həmin polis əməkdaşı onun yaşadığı mənzilə gəlmiş, onu “Banditizm” idarəsinə aparıb təhvil verəcəyini deməklə ona hədə qorxu gəlmişdir. Hamilə vəziyyətdə olan Tamilla özünü pis hiss etdiyini dedikdə polis əməkdaşı bildirmişdir ki, “sənin izahatını evdə ala bilər, bu şərtlə ki, Mirnamiqdən 5000 ABŞ dollarını borc aldığını yaz, işi bağlayıb arxivə atım”. O, da həmin polis əməkdaşına inanıb onun diqtəsi ilə izahat yazmış və izahatında Mirnamiqdən 5000 ABŞ dolları borc aldığını göstərmişdir. Həmin vaxt valideynləri evdə olmuşlar və baş verənlərin şahidləridirlər. İddiaçı da həmin izahatdan istifadə edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Baş prokuroruna və Səbail rayon məhkəməsinə yazdığı ərizəsində Rəşad adlı əməliyyat müvəkkilinin 19.01.22-ci il tarixdə yaşadığı mənzilə gələrək təzyiq və hədə-qorxu etməklə izahat yazmağı tələb etdiyini, izahatda yazılan məqamların onun hamiləlik dövrü ilə bağlı səhhətində yaranmış problemlər ilə əlaqədar və təzyiqlə yazdırması səbəbindən həqiqəti əks etdirmədiyini göstərmişdir. Cavabdeh bildirir ki, iddia ərizəsində göstərilən zaman və vaxt müddətində iddiaçı ilə heç bir əlaqəsi olmamışdır. Qeyd etdikləri iddia tələbinin əsassız olduğunu göstərir. Ona görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-654/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia tələbi təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Cavabdeh 5000 (beş min) ABŞ dolları alınaraq İddiaçı ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş edib şikayətdə göstərir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. İş materialları ilə sübuta yetirilir ki, Cavabdeh iddia ərizəsində göstərilən 5000 ABŞ dollarını İddiaçı bacısı Mətanətin tapşırığı ilə gəlir əldə etmək məqsədi ilə "Ocus" şirkətinə yatırıb. Bunu sübut edən “whatsapp” yazışmaları mövcuddur. Həmin şirkət insanları aldadaraq pulları mənimsəyib. İş üzrə zərərçəkmişlərin şikayətləri əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində araşdırma aparılır. Cavabdeh həmin idarəyə müraciət edərək "Ocus" şirkəti tərəfindən aldadıldığını, pulunun mənimsənildiyini göstərmişdir. Hazırda araşdırma davam edir.
8. Cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroruna və Səbail Rayon Məhkəməsinə yazdığı ərizəsində Rəşad adlı əməliyyat müvəkkilinin 19.01.22-ci il tarixdə yaşadığı mənzilə gələrək təzyiq və hədə qorxu etməklə ondan izahat yazmağı tələb etdiyini, izahatda yazılan məqamların onun hamiləlik dövrü ilə bağlı səhhətində yaranmış problemlərlə əlaqədar və təzyiqlə yazdırması səbəbindən həqiqəti əks etdirmədiyini göstərmişdir. Həmin müraciət Baş prokurorluğun xx.xx.2022-ci il tarixli 22-0090-xx-xx-022869 nömrəli məktubu ilə baxılması üçün Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyevə göndərilmişdir.
9. Bundan başqa, Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlğa qarşı Mübarizə İdarəsinə teleqram göndərərək "Meqafun" əyləncə mərkəzində yerləşən "Ocus" şirkətinə müəyyən məbləğ pul yatırdığını, bir çox tanışlarının, o cümlədən anası X2 həmin şirkətə pul yatırdığını, həmçinin xaricdə yaşayan rəfiqəsi X3 həmin şirkətə yatırım etmək istədiyini, qardaşı İddiaçı vasitəsilə 5000 ABŞ dolların xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "TR TRAVEL" ofisində çalışan tanışıları Sədəfə göndərdiyini, Tamilla da həmin məbləği "Meqafun" əyləncə mərkəzində yerləşən "Ocus" şirkətində çalışan Xəyal Yəhyayeva təhvil verdiyini, Xəyal da həmin məbləği Mətanət Tağıyevanın "WhatsApp" vasitəsilə göndərdiyi 16 nəfərin şəxsiyyət vəsiqələrinə əsasən onların balansına otuzdurduğunu, həmin məbləğ xx.xx.2021-ci il tarixdə 12000 ABŞ dolları olduğunu və "Ocus" şirkəti tərəfindər nəğdləşdirilməli olduğunu, lakin şirkətin pulları geri qaytarmadığını, onları aldatdığını göstərmişdir.
10. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik leytenantı X9 07 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qərardan görünür ki, X11 və X8 2021-ci ilin yanvar ayından etibarən internet resursları və sosial şəbəkələrdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən "Ocus" adlı şirkətinin və mövcud olmayan kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan, mərkəzi ofisi X7 yerləşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək müştərilərdən müxtəlif məbləğlərdə nağd pul vəsaitlərini heç bir müqaqvilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə guya həmin pul məbləğlərini "Ocus" adlı şirkətin ABŞ-dakı hesabına köçürdüklərini, guya həmin pulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını bildirməklə aldatmış, bu üsulla çoxsaylı vətəndaşlardan, o cümlədən Cavabdeh 2021-ci ilin sentyabr ayında hissə-hissə olmaqla ümumilikdə 23.4000 ABŞ dolları vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər.
11. İş materialları ilə X3 qardaşı İddiaçı vasitəsilə göndərdiyi 5000 ABŞ dollarının "Ocus" adlı şirkətə yatırılması üçün Tamillanın həmin pulu Xəyal adlı şəxsə verdiyi sübuta yetir. Müstəntiqin qərarından da sübuta yetir ki, Xəyal və Gülara adlı şəxslər Cavabdeh aldadaraq ümumilikdə 23.400 ABŞ dollarını ələ keçirmişlər. İddiaçılə Cavabdeh arasında istər şifahi, istərsə yazılı müqavilə olmamışdır. Bu isə iddianın tam əsassız və şər böhtan olduğununa sübutdur.
12. Məhkəmə mübahisəyə Mülki Məcəllənin 1091, 1092-ci maddələrini tətbiq etməklə səhvə yol vermiş və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, iddiaçının tələb etdiyi 5000 ABŞ dolları cavabdehdə deyil, “Ocus” şirkətindədir.
13. Məhkəmə cavabdehin xaricdə yaşayan rəfiqəsi X3 həmin şirkətə yatırım etmək istədiyini, bununla əlaqədar qardaşı İddiaçı vasitəsilə 5000 ABŞ dollarını xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "TR TRAVEL" ofisində çalışan tanışıları Sədəfə göndərdiyini, Tamillanın da həmin məbləği "Meqafun" əyləncə mərkəzində yerləşən "Ocus" şirkətində çalışan Xəyal Yəhyayeva təhvil verdiyini, Xəyal da həmin məbləği Mətanət Tağıyevanın "WhatsApp" vasitəsilə göndərdiyi 16 nəfərin şəxsiyyət vəsiqələrinə əsasən onların balansına otuzdurduğunu, həmin məbləğ xx.xx.2021-ci il tarixdə 12000 ABŞ dolları olduğunu, 5000 ABŞ dollarının Tamillada deyil "Ocus" şirkətində olduğunu araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
14. İddiaçı qarşı yazılı etiraz təqdm edərək apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İddiaçı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilmiş və birinci instansiya məhkəməsi tərəfındən qəbul olunmuş dəlillər mülki işin materiallannda olan mötəbər sübutlara təsdiq olunur.
16. Cavabdehin təqdim etdiyi sənədlər və gətirdiyi dəlillər əsassızdır və onun qarşısında olan mülki məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, iddia tələbinin əsasını təşkil edən cavabdehin izahatından iddianın əsaslı olması tam sübut olunur. Cavabdeh izahatında da etiraf edir ki, "OCOS" adlanan şirkətə pul vəsaiti verib əlavə qazanc əldə edirmiş. "OCOS" şirkətinin dələduzluğundan maddi zərər çəkməsi həmçinin onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş qərar ilə də təsdiq olunur. Lakin cavabdeh polisə verdiyi izahatda məhz iddiaçı Namiq Tağıyevdən 5000 ABŞ dollarını aldığını, lakin naməlum səbəblərdən həmin vəsaiti adı çəkilən “OCOS” şirkətinə yatırmadığını, özündə saxladığını yazılı şəkildə bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadəsindən də müəyyən olmuşdur ki, 5000 ABŞ dollan pul vəsaiti cavabdeh tərəfındən iddiaçıdan alınmışdır.
17. Apelyasiya şikayətinin dəlillərinin birinci instansiya məhkəməsində cavabdehin səsləndirdiyi dəlilləri təkrarlaması bir daha onu sübut edir ki, iddia tələbi tamamilə əsaslı, cavabdehin etirazı isə tamamilə əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-654/2022 saylı qətnaməsini faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün hesab edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
19. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
23. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
26. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
27. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
28. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
29. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091-1095-ci maddələri nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır.
30. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, Cavabdeh iddiaçının hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə tam təsdiq olunur.
31. İddiaçı ilə cavabdeh arasında borc(kredit) münasibətlərinin olması nə iş materialları, nədə tərəflərin izahatları ilə təsdiq olunmur. Başqa sözlə onlar arasında yaranmış bu mülki hüquq münasibətlərində kredit münasibətlərinin əlamətləri təkzib olunur. Çünki, iddiaçı özü də tələbində göstərir ki, cavabdehin “OCOS” adlı bir şirkətə işə düzəldiyini və ora müəyyən miqdarda pul depozit qoyacağını..., yatırdığı pulun qazanc gətirəcəyini və bu qazancdan ona da əlavə pul verəcəyini bəyan etməsinə inanıb tələb etdiyi məbləği ona vermişdir. Cavabdeh də nə iddiaçının, nədə bacısının tələb edilən məbləği ona borc müqaviləsinə əsasən verildiyini qəbul etmir. Demək, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi üçün, yəni mübahisə predmeti olmuş 5000 ABŞ dollarının hansısa “şirkətə” yatırılacağı nəticəsində qazanc götürüb bundan iddiaçıya da fayda verəcəyinə dair hərəkəti də yerinə yetirməli idi. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçıdan həmin məbləği əldə etsə də bunu öz şəxsi məqsədi üçün istifadə etmiş və qaytarmamışdır. Məhrum olan iddiaçı da hazırda cavabdehə verdiyi məbləği geri tələb edir.
32. Cavabdeh şikayətdə xaricdə yaşayan rəfiqəsi X3 həmin şirkətə yatırım etmək istədiyini, bununla əlaqədar qardaşı İddiaçı vasitəsilə 5000 ABŞ dollarını xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "TR TRAVEL" ofisində çalışan tanışıları Sədəfə göndərdiyini, Tamillanın da həmin məbləği "Meqafun" əyləncə mərkəzində yerləşən "Ocus" şirkətində çalışan Xəyal Yəhyayeva təhvil verdiyini, Xəyal da həmin məbləği Mətanət Tağıyevanın "WhatsApp" vasitəsilə göndərdiyi 16 nəfərin şəxsiyyət vəsiqələrinə əsasən onların balansına otuzdurduğunu, həmin məbləğ xx.xx.2021-ci il tarixdə 12000 ABŞ dolları olduğunu, 5000 ABŞ dollarının Tamillada deyil "Ocus" şirkətində olduğunun araşdırılmadığı göstərilsə də bu dəlillər açıq-aşkar əsassızdır.Əvvəla, ona görə ki, qeyd olunan məbləğin iddiaçıya deyil, onun bacısına məxsus olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. İkincisi, tələb edilən məbləğin cavabdehdə deyil, "Ocus" şirkətində olduğunu(hansı ki, belə bir şirkətin olması iş materialları ilə təkzib edilir) bəyan etsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin o, bəyan etdiyi bu halları sübut edə bilmir. Cinayət təqibi üzrə aparılan araşdırma zamanı polis əməkdaşının ona hədə-qorxu gələrək, təzyiq altında izahat alması da əsaslı hesab edilə bilməz. Çünki, həmin araşdırma zamanı alınmış izahatı cavabdeh özü öz xətti ilə yazıb və imzası ilə təsdiq etmiş, üstəlik izahatını polis şöbəsində deyil yaşadığı evdə valideynlərinin iştirakı ilə yazmışdır. Həmin izahatında da iddiaçıdan 12000 manat deyil, 5000 ABŞ dolları aldığını, lakin sonradan qorxaraq kiminsə pulunu "Ocus" şirkətinə yatırmaqdan imtina etdiyini, sonradan əlaqəsi olmadığı üçün pulu qaytara bilmədiyini göstərmişdir. Deməli, cavabdeh izahatında iddiaçıdan 5000 ABŞ dolları aldığını və hansısa şəxsə vermədiyini etiraf etmişdir. Bununla yanaşı, cinayət təqibi üzrə verdiyi izahatı mübahisələndirmək hazırki icratın predmeti olmasa da, cavabdeh həmin izahatda göstərilənləri hədə-qorxu nəticəsində yazdığını həmin icraat çərçivəsində mübahisələndirməmişdir. Ona görə də şikayətinin bu dəlilləri əsaslı ola və mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əsassız varlanmanın və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.
34. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-654/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-654/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.