Məhkəmə qərarları › İş №2(103)-4987/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4987/2022

24.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4987/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Məhəməd oğlu və İddiaçı6 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə qarşı “işə bərpa və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı1, X1 və İddiaçı5 adından birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Apellyasiya şikayəti 5 nəfər - iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı1, X1 və İddiaçı5 adından birgə verilmiş, lakin 1 nəfər – iddiaçı X1 tərəfindən imzalanmış, onun digər iddiaçıların nümayəndəsi olduğunu təsdiq edən sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayəti 4 nəfər - iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı1 və İddiaçı5 tərəfindən imzalamadığına görə geri qaytarılmalıdır. Apellyasiya şikayətini imzalamış 1 nəfər – iddiaçı X1 öz adından ayrıca apellyasiya şikayəti vermək hüququna malikdir. Beləliklə, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı1, X1 və İddiaçı5 adından birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar